Onomastika, Dialektologiya, Etimologiya gətirmiş.
Misallardan da göründüyü kimi Kül-tigin abidəsində b>v
əvəzlənməsi daha çox sözün əvvəlində baş verir. Buna baxmaya-
raq sonuncu nümunədə bu fonetik hadisəyə söz ortasında da rast
gəlinir.
Orxon-Yenisey abidələrində və dialektlərimizdə işlənən fo-
netik bənzərliklər kifayət qədərdir. Hətta müəyyən qrup sözlər
vardır ki, fonetik fərqlərlə həm ədəbi dilimizdə həm dialekt və
şivələrimizdə paralel şəkildə işlənməkdədir.
Orxon-Yenisey abidələrində işlənən leksik dialektetizmlər
Orxon-Yenisey abidələrini araşdırdıqda aydın olur ki, bu
mötəbər qaynaqda yüzlərlə söz vardır ki, həmin sözlər ya mü-
asir ədəbi dilimizdən çıxmış, arxaikləşmiş, ya da ədəbi dildə
fərqli məna bildirir. Bu baxımdan Orxon-Yenisey abidələrinin
dialektlərimizlə müqayisəli öyrənilməsi dil tariximizlə bağlı bir
sıra qaranlıq məsələlərə aydılıq gətirəcəkdir.
Orxon-Yenisey abidələri və şivələrimizdə paralel şəkildə
işlənən bəzi sözlərə diqqət yetirək;
Ağ sözü
Bu söz Orxon-Yenisey abbidələrindən Bilgə xaqan abidəsində
37-ci sütununda İrık Bitik abidəsinin 29-cu, 96-cı, Talas abidələri
VII talas abidəsində işlənmişdir. Bu söz abidədə qalxmaq,
yüksəlmək mənasında işlənmişdir. Ağ sözü ədəbi dilimizdə rəng
mənasında işlənsə də dialekt və şivələrimizdə bu sözün rəngarəng
mənaları vardır.
Ağ I (Xaçmaz, Salyan, Şəmkir) – alt tumanın və şalvarın or-
tası
Ağ II (İmişli) var-dövlət, varidat
Ağ III (Qax) yeməli, bitki adı
Ağ IV (Salyan) – süfrə (6, səh,13)