D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə180/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   176   177   178   179   180   181   182   183   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xaqan qoyduğu xaqanın itirmiş tərcümə bu şəkildə olarsa itirmək 
felinin önünə artırılan y səsini daha aydın müşahidə etmək olar.
Nümunələrdən də göründüyü kimi dialektlərimiz də y səsinin 
artırılması  hadisəsi  Orxon-Yenisey  abidələrində  də  işlənmişdir. 
Məhz Orxon-Yeniseydən gələn bu fərq digər türk dillərində və 
sonradan yaranan türk dilli abidələrdə də müşahidə edilir. Məsələn 
türkmən dilində: yitqi, yiti, yüz(üz) yüzmek, yüzük, yün (ip) yü-
nek (ipək), yürek, yıldırım, yıl, yılı (ilıq) yıldız; başqırd dilində 
yıl, yondoz (ulduz) yılan, yöz (üz) yörək; Türkiyə türkcəsində: 
yıl, yılan, yıldırım, yıldız.
Ədəbi dildə bəzi türk mənşəli sözlərin ahəng qanununa tabe 
olmaması da məhz bu hadisə ilə bağlıdır.
9. q samitinin k1-ğ, x səsləri ilə əvəzlənməsi hadisəsi 
Çoxhecalı  sözlərin  sonunda  q  samitinin  əvəzlənməsi  x,  k 
və  ğ  səslərinin  işlənməsini  nəzərə  alsaq Azərbaycan  dialekt  və 
şivələrində bu hadisənin, əsasən, Şərq, Qərb, Cənub qrupu dialekt 
və şivələrində işləndiyinin şahidi oluruq. Qeyd etmək lazımdır ki, 
Şərq qrupu dialekt və şivələrində söz sonunda q samiti ğ samiti ilə 
əvəzlənir. Məsələn yarpağ, torpağ, qabığ, çubuğ, balığ, palçığ və 
s. Qərb və cənub qrupu dialekt və şivələrində söz sonunda q sa-
miti x samiti ilə əvəzlənir. Məsələn yarpax, torpax, qabıx, çubux, 
balıx, palçıx və s. Qeyd olunan fonetik əvəzlənmədən bəhs edən 
M.Şirəliyev haqlı olaraq yazır: “Bunu da qeyd etmək lazımdır ki, 
x səsi bir neçə fel əsası müstəsna olmaqla, ancaq səssizlə başlayan 
şəkilçilər qarşısında özünü göstərir. Səsli ilə başlayan şəkilçilər 
qarşısında isə ğ səsi ilə əvəzlənir. Məsələn yarpax, yarpaxda, yar-
paxdan: yarpağa, yarpağı və s. lakin Zaqatala və Ağdam rayonu-
nun bəzi kənd şivələrində çoxhecalı sözlərin axırında olan x səsi 
səsli qarşısında da sabit qalır. Məsələn papaxın, papaxa, saxsaxan 
(Zaqatala) və s. (2, səh 96-97).


181

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin