D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə179/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   175   176   177   178   179   180   181   182   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
mı hadisəsi əslində səs artımı deyil, sözlərin qədim şəklidir.
Müasir dövrdə səs artımına məruz qalan sözlər kimi dərk olu-
nan sözlərdən ədəbi dildə qeyd olunan səslər düşmüş, dialektdə 
isə qalmışdır.
Məsələyə səs artımı kimi yanaşsaq y samitinin artımı şimal 
qrupu dialekt və şivələrində (xüsusilə Zaqatala və Qax şivələrində) 
daha qabarıq görünür.  Eyni zamanda bu hadisəyə Naxçıvan və 
Qərb qrupu dialekt və şivələrində də rast gəlinir.
Y  səsinin  artımı  Qazax  dialektində  söz  əvvəlində 
möhkəmlənmişdir. Bununla yanaşı Qazax dialektinin bəzi kənd 
şivələrində  y  səsinin  söz  önünə  artımı  müşahidə  olunur.  Qeyd 
olunan dialekt və şivələrdə y samitinin artımı qapalı saitlərdən 
əvvəl  özünü  göstərir.  Bəzən  isə  açıq  a  saitindən  əvvəl  də  bu 
hadisəyə  rast  gəlmək  mümkündür.  Məsələn  yil  (Zaqatala),  yıl 
(Naxçıvan) yeniş (Culfa, Naxçıvan, Şahbuz, Qarabağ) yendirmək 
(Şahbuz, Qarabağ) yıldız (Zaqatala, Qax, Qazax) yuldurum, yıl-
dırım, yılxı, yuca, yüz, (üz) yüzməx1, yüzük, yüzəngi, yulquc, 
yuraq (Zaqatala, Qax) yesir (Tovuz), yaloy (Qazax), yalov (Za-
qatala), yürəhli (Qazax), yığvalım (Ağsu) < iqbalım, yigit (Nax-
çıvan, Gəncə) , yiri (Gəncə). Dialekt və şivələrimizdə y səsinin 
artımı kimi görünən bu fonetik hadisəni Kül-tigin abidəsini araş-
dırdıqda daha aydın izah etmək mümkündür. Məsələn: körmis. 
Əlig yıl isig küçig birmiş  Tərcüməsi: Tabe olmuş əlli il işini, gü-
cünü vermiş (1 səh.72). Kanım kağan yeti yegirmi ərin taşıkmış, 
Taşra. Tərcüməsi: Atum  xaqan.  On  yeddi  igidlə  sərhədi  aşmış. 
Sərhəddən kənarda (1, səh.72), Kül-tigin goy yılka yiti yegirmikə 
uçdı,  tokuzınç  ay  yiti  otuzka  yoğ  ertürtimiz.Tərcüməsi:  Kül-
tigin qoyun ili on yeddisində vəfat etdi, doqquzuncu ayın iyir-
mi yeddisində dəfn etdik. (1, səh.76) Kağanladuk kağanın yiti-
rü ıdmıs. Tərcüməsi: xaqan qoyduğu xaqanın sona yetirmiş. (1, 
səh.72) Fikrimizcə, bu nümunənin tərcüməsi bu şəkildə olmalıdır. 


180

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin