D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə181/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   177   178   179   180   181   182   183   184   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
Qeyd etmək lazımdır ki, q samitinin x və ğ samitlərinə keçməsi 
müasir ədəbi dilimizdə orfoepik norma, kimi sabitləşmişdir. Söz 
sonunda  q  samitinin k  samiti ilə əvəzlənməsi isə bütün dialekt 
və şivələrində müşahidə edilir. Dialektlərimizdə söz sonunda q 
samitinin k1 samiti ilə əvəzlənməsi, əsasən, alınma sözlərlə bağ-
lıdır. Məsələn, eşk- aşik- üfük və s.
Orxon Yenisey abidələrində q samiti təkcə söz sonunda de-
yil  sözün  müxtəlif  yerlərində  də  k,  ğ,  x  samitləri  ilə  əvəzlənir. 
Məsələn: Kögmən yir, sub idisiz kolmazun tigin, az kırkız bodı-
nığ yaratıp kəltimiz, sünüsdümiz (1, səh. 73) tərcüməsi: Kögmən 
yeri – suyu sahibsiz qalmasın deyə, az qırğız xalqını təşgil edib 
gəldik, döyüşdük.
Kanımız,  eçimiz  kazğanmış  bodun  atı,  küsi  yok  bolmazun 
(1, səh. 73) tərcüməsi: atamızın, əmimizin qazandığı xalqın adı, 
şöhrəti yox olmasın.
On tutuk yoçın yaraklığ əligin tutdu, yaraklığdı kağanka an-
çuladı. (1, səh. 74) tərcüməsi: On tutuq yorçun yaraqdı əli ilə tut-
du, yaraqlı da xaqana təqdim etdi və s.
M.Kaşğarinin “Divanı”nda da q-x-ğ paralelliyinə rast gəlmək 
mümkündür.  “Divan”da-yaylağ,  yılığ,  yarlıq  kimi  sözlər  buna 
misal ola bilər. H.Mirzəzadə bu paralelliyi tarixi baxımdan araş-
dıraraq yazır: “Azərbaycan dilində sonu “q” ilə bitən sözlər kar 
tələffüz edilir, adi “q” səsindən fərqlənir. Müəyyən tarixi inkişaf 
dövrü keçmiş ədəbi dilimizi əks etdirən yazıların dilindən aydın 
olur ki, sözlərin sonunda gələn q səsi çox zaman x, az təsadüflərlə 
isə ğ səsi ilə verilmişdir. Yazıda da həmin səslərin şəkli saxlanıl-
mışdır: azadlığ, qutluğ, yeylax və s.” (4, səh. 21)
E.Əzizov  Orxon-Yenisey  “Divan  və  “Kitabi  Dədə  Qor-
qud”  dastanında  q-x,  ğ-h  paralelliyinin  şivələrimizdə  işlənmə 
məqamlarına bu şəkildə dəqiqləşdirir: “Azərbaycan dilində söz 


182

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin