Onomastika, Dialektologiya, Etimologiya dik (1, səh.74) Anta yona girip türgis kağan buyurukı Az tutukuğ
əligin tutdı. Tərcüməsi: tutdurdu. İkisini özü aldırdı. Onda yenə
qoşuna girib türkiş xaqanının əyanı Az tutuku əli ilə tutdu. (1,
səh. 74) Az yağızın binip təgdi, eki ərik sançdı, balıka bormadı.
Tərcüməsi: Az kəhərini minib hücum etdi, iki döyüşçünü sancdı,
şəhərə girmədi. (1, səh.75) Alp ər bizinə təqmiş erti. Anta ödkə
ökünip, kül tiginig az ərin iztürkü ıtımız. Uluğ sümüş sünüşmiş,
Alp Şalçı ok atın binip təgmiş, kora türgis bodunığ anta ölürmiş
almış. Yona yorıp... Tərcüməsi: İgid döyüşçülər bizə hücum etmiş
idi. Belə bir vaxtda peşman olub. Kül tiginin azacıq döyüşçü ilə
ayırıb göndərdin. Ulu döyüş döyüşürmüş. Alp Salçının ağ atını
minib hücum etmiş, qara turgiş xalqını orada öldürülmüş. Yenə
yürüyüb... (1, səh. 82).
Qeyd etmək lazımdır ki, b>p əvəzlənməsi dialekt və
şivələrimizdə olduğu kimi ədəbi dilimizdə də orfoepiya qaydası
kimi sabitləşmişdir.
5. y>g, y səsinin g səsi ilə əvəzlənməsi hadisəsi
Bu əvəzlənmə əsasən Şərq qrupu dialekt və şivələrinə aid-
dir. Eyni zamanda qeyd olunmalıdır ki, söz ortasında g və ya y
səslərinin işlədilməsinə görə dialekt və şivələrimizi üç qrupa ay-
rılır.
1) Şərq qrupu dialekt və şivələridir ki, burada söz ortasında g
səsi; 2) qərb qrupu dialekt və şivələridir ki, burada söz ortasında
y səsi; 3)şimal və cənub qrupu dialekt və şivələridir ki, burada söz
ortasında həm g, həm də y səsi işlədilir. 1936-cı ilə qədər ədəbi
dildə söz ortasında g səsinə 1936-cı ildən sonra y səsinə üstünlük
verilmişdir. Buna görə də y>g hadisəsindən danışarkən bu gün
ədəbi dildə tətbiq olunan orfoqrafiya qaydaları nəzərə alınmış-
dır. Nümunələrə diqqət yetirək: ignə, dügi, dügmə, dügün, gögəm
(göyəm) əgri, igirmi, cigər, dəgirman (Bakı, Quba, Muğan)