DƏDƏ QORQUD ARAŞDIRMALARI də rast gəlinir. Məsələn, İlgərü gün toğsıka, bizigörü kün ortu-
sınaru kurığaru kün batsıkna yıpığarı tün otusınaru anta içrəki
bodun kop mana / [mana] görür. (1). (1, səh. 70) Tərcüməsi...
Şərqə-gün doğana, cənuba-gün ortasına qərbə-günbatana, şimala-
gecə ortasına onun içindəki (oradakı) xalqlar bütünlüklə mənə ta-
bedir. (1, səh. 77). Qeyd etmək lazımdır ki, Gəncə və Gəncəbasar
bölgəsində, mən şəxs əvəzliyi yönlük halda sağur nun səsi ilə
tələffüz olunur.
2. ı saitinin u saiti ilə əvəzlənməsi hadisəsi.
Bu hadisə şərq dialekt və şivələrinə (xüsusən Quba dialekti)
aid olub sözün son hecasında özünü göstərir. Bundan əlavə bu
hadisəyə Zaqatala, Qax şivələrində də rast gələ bilərik. Məsələn,
paxul (Quba-Amsar), yosduğ (Quba) baluğ, aşuğ, qatuğ, soruğ
(Quba-Alpan) və s. (2.səh, 48) Qeyd olunan fonetik əvəzlənməyə
Kül-tigin abidəsində də rast gəlmək mümkündür.
Kül-tigin ol sünisdə otuz yaşayur erti; tərcüməsi Kül tigin o
döyüşdə otuz yaşında idi. (1, səh.75)
Təkcə Kül-tigin abidəsində deyil, türk dillərinə aid bir çox
türk dillərində
ı > u əvəzlənməsi hadisəsinə rast gəlinir. Məsələn:
M.Kaşğaridə or mut (I c.95); coruk (I c. səh. 381) konuğ (I c. 44).
kopuğ (I c. 48) və s.
3. d>t. d səsinin t səsi ilə əvəzlənməsi hadisəsi
Bu hadisə az da olsa bütün dialekt və şivələrimizdə özünü
göstərməkdədir. Məsələn, tiş (Qazax, Muğan), tükan (Bakı, Mu-
ğan, Qarabağ, Ordubad, Naxçıvan), tişi (Qazax, Muğan) tuşbərə
(Bakı) turur (Zaqatala) (2, s. 82).
d>t əvəzlənməsinə Kül-tigin abidəsində daha çox rast
gəlinir. Məsələn: “Keçə Təmiz (dəniz) kopiğka təki sülədini:
tərcüməsi:keçərək Dəmir qapıya təki qoşun çəkdim. (1, səh.70)
Tört bulun kop yağı ermis: tərcüməsi. Dörd tərəf tamam yağı