DƏDƏ QORQUD ARAŞDIRMALARI dır. (Lakin) nazik yoğunladılarsa, (dağılmış xalq) toplanılarsa, bu
igidlikdir; incə (şey) möhkəmləndirilərsə, (onu) qırmaq igidlik-
dir. (1; 251)
2. Əgər bir yerdə xanı olan xalq (içərisində) (kim isə) baca-
rıqsız olarsa, (o xalqın) başına nə bəlalar gələ bilər. (1; 253)
3. Taleyi tanrı təyin edir. Bütün insanlar ölmək üçün yaran-
mışlar. (1; 238)
4. İgidliyi olsa, xalq qüdrətli xalqdır. (2; 269) və s.
Beləliklə, Orxon-Yenisey türk yazılı abidələrində əksini ta-
pan müxtəlif ictimai situasiyalarla bağlı davranış normaları, qay-
da və ənənələri pedaqoji cəhətdən müasir cəmiyyətimizdə bərpa
olunan türk əxlaqının, ictimai davranış tərbiyəsinin dərkində
mühüm əhəmiyyətə malik ola bilər, genetik yaddaşa geri dönmə
prosesində tərbiyə məsələlərində təqdirəlayiq rol oynaya bilər.
Müasir cəmiyyətimizdə milli təəssübkeşlik hisslərimizin
möhkəmlənməsi istiqamətində qədim türk yazılı abidələrində
mükəmməl ifadəsini tapan davranış tərbiyəsi haqqında material-
lardakı məlumatlar çağdaş zamanımız üçün gərəkli pedaqoji-psi-
xoloji mahiyyətə malikdir.
Ədəbiyyat 1. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. B. «Maa-
rif», 1993, 336 səh.
2. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. B.,
«Yazıçı», 1993, 400 səh.
3. Rəcəbli Ə. Qədim türk yazılı abidələri, 4 cilddə. B., 2009,
I cild, 567 səh.
4. Zeynalov F.R. Qədim türk yazılı abidələri. B., 2009, 110
səh.
5. Həşimov Ə., Sadıqov F. Azərbaycan xalq pedaqogikası.
B., «Patronat», 1993, 275 səh.