Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə137/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   470
1970, 19 sentyabr. "Nazirin xanımı", Branislav Nuşiç. Tərcüməçi və quruluşçu rejissor 

Tofiq Kazımov (Ələsgər  Şərifovla birlikdə), rəssam Kamal Şıxəliyev. Tamaşadakı satirik gülüşün 

nüvəsi Ağahüseyn Cavadovun (Sima Popoviç), Barat Şəkinskayanın (Jivka), Əliağa Ağayevin 

(Rista Podoroviç), Möhsün Sənaninin (Çeda) və Amaliya Pənahovanın (Anka) duzlu oyunlarının 

mayasında cəmləşmişdi. 

1971, 12 fevral. "Mahnı dağlarda qaldı",  İlyas  Əfəndiyev. Quruluşçu rejissor Əliheydər 

Ələkbərov, rəssam Nüsrət Fətullayev, bəstəkar Süleyman Ələsgərov. Baş rollarda Həsən Turabov 

(Nicat) və Amaliya Pənahova (Şahnaz) öz oyunlarında kövrək psixoloji lirizmə, epizod surətlərin 

ifasında Vəfa Fətullayeva (Gülgəz) və Fuad Poladov (Rəhman) incə yumora əsaslanırdılar. 



1971, 8 may. "Yağışdan sonra", Bəxtiyar Vahabzadə. Quruluşçu rejissor Tofiq Kazımov, 

rəssam Solmaz Haqverdiyeva, bəstəkar Emin Sabitoğlu. Aparıcı rollar Məlik Dadaşov (Aslan), Əli 

Zeynalova (Qədimbəy), Amaliya Pənahovaya (Reyhan), Şəfiqə  Məmmədovaya (Nihal) və Fuad 

Poladova (Cığatay) tapşırılmışdı. 



1972, 27 mart. "Darıxma, ana!", Nodar Dumbadze. Tərcüməçi Adil Babayev. Quruluşçu 

rejissor Ağakişi Kazımov, rəssam Dmitri Tavadze. Əsas rolu Fuad Poladov (Avtandil), koloritli 

epizod surətləri İsmayıl Osmanlı (İsidor Cakeli) və Möhsün Sənani (Vano dayı) oynayırdılar. 

1974, 3 may. "Fırtına", Vilyam Şekspir. Tərcüməçi Anar. Quruluşçu rejissor Tofiq Kazımov, 

rəssamlar İ.Lemeşev və Oleq İbrahimov, bəstəkar Fərəc Qarayev. Məmmədrza Şeyxzamanov (Kral 




Alonso), Məlik Dadaşov (Prospero), Səməndər Rzayev (kaliban) və  Şəfiqə  Məmmədova (Ariel) 

özlərinin yaradıcılıqlarında yeni xarakterlər yaratmışdılar. 



1977, 16 dekabr. "Şəhərin yay günləri", Anar. Quruluşçu rejissor Tofiq Kazımov, rəssam 

Solmaz Haqverdiyeva, bəstəkar Emin Sabitoğlu. Teatrın repertuarında uzun illər yaşayan tamaşada 

Həsən Turabov (Qiyas), Şəfiqə Məmmədova (Dilarə), Səməndər Rzayev (Bəhram Zeynallı) və Fuad 

Poladov (Ağarəfi) daha canlı təsir bağışlayırdılar. 



1978, 29 aprel. "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə. Quruluşçu rejissor Mehdi 

Məmmədov, rəssam Elçin Məmmədov, bəstəkar Cahangir Cahangirov. Ciddi psixoloji-sosial faciə 

janrında hazırlanmış tamaşada  ən yaxşı ifalar Hamlet Xanızadəyə (Molla Abbas), Şəfiqə 

Məmmədovaya (Pırpız Sona), Mikayıl Mirzəyə (Cinni Mustafa), Hamlet Qurbanova (Doktor 

Lalbyuz), Ramiz Məlikə (Formasyon Rüstəm), Yaşar Nuriyevə (Sərəsəm Salman) məxsus idi. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin