rəssam Elçin Aslanov, bəstəkar Qara Qarayev. Maraqlı aktyor ansamblı olan tamaşada Həsən
Turabov (İsgəndər), Məlik Dadaşov (Şeyx Nəsrulla), Məmmədrza Şeyxzamanov (Hacı Həsən ağa)
klassik səhnə surətləri yaratmışdılar.
1967, 2 iyun. "Sənsiz", Şıxəli Qurbanov. Quruluşçu rejissor Tofiq Kazımov, rəssam Elçin
Aslanov, bəstəkar Rauf Hacıyev. Dörd iştirakçısı olan tamaşada Hökümə Qurbanova (Sevinc),
Məlik Dadaşov (Tərlan), Həsənağa Salayev (Fərhad) və Safurə İbrahimova (Maral) məhəbbət
haqqında həzin və poetik, bir qədər qəmli məhəbbət dastanının təmsilçiləri ovqatını oyadırdılar.
1968, 15 mart. "Hamlet", Vilyam Şekspir. Tərcüməçi Cəfər Cabbarlı. Quruluşçu rejissor
Tofiq Kazımov. Həsən Turabov (Hamlet), Əli Zeynalov (Klavdi), Şəfiqə Məmmədova (Gertruda),
Məmmədrza Şeyxzamanov (Poloni) və Əliağa Ağayev (Məzarçı) psixoloji faciə obrazlarımn parlaq
nümunələrini təqdim edirdilər.
1968, 1 noyabr. "Unuda bilmirəm", İlyas Əfəndiyev. Quruluşçu rejissor Tofiq Kazımov,
rəssam Sənan Qurbanov, bəstəkar Emin Sabitoğlu. Həsən Turabovun Kamran, Amaliya
Pənahovanın Nərmin və Məmmədrza Şeyxzamanovun Möhsünzadə rolları lirik-psixoloji üslubun
parlaq yaradıcüıq nailiyyətləri kimi səciyyələndilər.
1968, 28 dekabr. "Canlı meyit", Lev Tolstoy. Tərcüməçi Ənvər Məmmədxanlı. Quruluşçu
rejissor Mehdi Məmmədov. Klassik rus xarakterləri olan Protasov obrazını Mehdi Məmmədov və
Əli Zeynalov, Karenin surətini Məlik Dadaşov, Yelizaveta (Liza) personajını Leyla Bədirbəyli,
qaraçı qızı Maşanı Şəfiqə Məmmədova oynayırdılar.
1969, 30 iyun. "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev. Quruluşçu rejissor Tofiq
Kazımov, rəssam Sənan Qurbanov, bəstəkar Qara Qarayev. Mistik-psixoloji faciə janrında
hazırlanmış tamaşanın əsas obrazlarını səhnədə Həsən Turabov (Qurban), Amaliya Pənahova (Pəri),
Safurə İbrahimova (Hafizə) və Nəcibə Məlikova (Şamama cadu) canlandırırdılar.
Dostları ilə paylaş: