Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏSRƏF QULİYEV (25.4.1920 - 10.2.1994)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə131/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   470
ƏSRƏF QULİYEV (25.4.1920 - 10.2.1994) 

 

Yaradıcılığa aktyorluqla başlayıb. Hazırladığı tamaşalara qaralama eskizləri özü çəkir və 



sonra rəssamla bu qaralamalar əsasında yaradıcılıq axtarışları aparırdı. Rejissor yaradıcılığının ilkin 

dövründə romantik monumental üsluba meyil göstərib. Tədricən istər klassik, istərsə  də müasir 

əsərlərin tamaşalarında realist forma-üslubu üstün tutub. Lirik-psixoloji üslubda da tamaşalar 

hazırlayıb. 

Əşrəf Hacı oğlu Quliyev 25 aprel 1924-cü ildə Bakıda doğulub. Yeddiillik təhsili bitirəndən 

sonra Azərbaycan Dövlət Teatr Məktəbində oxuyub. Teatr məktəbində oxuya-oxuya MDT-nin 

tamaşalarında kütləvi səhnələrə  çıxıb. 1938-ci ildə  təhsilini başa vurub və  təyinatla  İrəvan Dövlət 

Azərbaycan Dram Teatrında aktyor işləməyə göndərilib. Böyük Vətən müharibəsində  iştirak edib 

(1941-1945). Müharibədən qayıtdıqdan sonra az müddət  İrəvan teatrında işləyib və sonra yenicə 

açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən 

Akademik Milli Dram Teatrında rejissor işləyib. Əvvəlcə assistent və ikinci rejissor kimi müxtəlif 

tamaşaların hazırlanmasında çalışan Əşrəf Quliyev 1956-cı ildən müstəqil quruluşlar verib. 

MDT-də Əşrəf Quliyev dramaturqlardan Vasili Şkvarkinin "Özgə uşağı" (8 sentyabr 1956), 

Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (2 oktyabr 1959), Həsən Seyidbəylinin "Bağlı 

qapılar" (3 iyun 1961), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (26 oktyabr 1962), Sabit Rəhmanın 

"Toy" (14 dekabr 1963), Cavad Fəhmi Başqutun "Köç" (19 sentyabr 1964), Mirzə  İbrahimovun 

"Yaxşı adam" (24 aprel 1965), "Kəndçi qızı" (15 may 1976), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (29 

iyun 1966), İlyas Əfəndiyevin "Mənim günahım" (5 may 1967), Bernard Şounun "Şeytanın şagirdi" 

(23 dekabr 1967), Bəxtiyar Vahabzadənin "İkinci səs" (19 aprel 1969), "Yollara iz düşür" (30 

oktyabr 1977), Anatoli Safronovun "Kişilərə inanmayın" (13 iyun 1970), "Gecənin sirri" (2 sentyabr 

1982), Nəbi Xəzrinin "Sən yanmasan..." (2 fevral 1972), "Əks-səda" (14 fevral 1975), Aleksandr 

Ostrovskinin "Müdriklər" (19 may 1973), Vilyam Şekspirin "Heç nədən hay-küy" (10 mart 1979), 

Sabit Rəhmanın "Əliqulu evlənir" (3 oktyabr 1980) dram, faciə  və komediyalarını tamaşaya 

hazırlayıb. 

Rejissor 1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət  İncəsənət  İnstitutunda 

işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib. Müxtəlif illərdə  Lənkəran və  Gəncə 

teatrlarında tamaşalara quruluşlar verib. 1974-cü il iyun ayının 1-də Azərbaycan Respublikasının 

əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 

Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib. 

 

* * * 



 

Psixoloji realizm üslubunun estetik səciyyələri  əsasında Nəsir Sadıqzadə  qəhrəmanlıq 

mövzusunda Süleyman Rüstəmin "Qaçaq Nəbi" (19 sentyabr 1962), Tofiq Ağayev Samuil Alyoşinin 

mənəvi-əxlaqi problemli "Palata" (28 aprel 1963), Məmmədkamal Kazımov rus dramaturqu Aleksey 

Arbuzovun lirik-dramatik üslubda yazılmış "Tanya" (27 may 1964), türkmən  ədibi Hüseyn 

Muxtarovun "Kimdir müqəssir?" (11 dekabr 1964), Hüseyn Sultanov qırğız dramaturqu Çingiz 

Aytmatovun ailə-məişət münasibətlərini fəlsəfi dərinliklə təcəssüm etdirən "Ana torpağı" (28 dekabr 

1966) əsərlərinə səhnə quruluşları veriblər. 




Cəmiyyət və  şəxsiyyət, borc və hiss kimi aktual, ictimai xarakterli mövzularda Ənvər 

Behbudovun hazırladığı Maksim Qorkinin "Zikovlar" (27 mart 1968), Fikrət Sultanovun səhnə 

təfsiri verdiyi Raço Stoyanovun "Qısqanc ürəklər" (26 dekabr 1970), Həsən  Əblucun hazırladığı 

rumın yazıçısı Mixail Sebastianın "Adsız ulduz" (3 dekabr 1972), Ramiz Fətəliyevin "Vəkil 

neyləsin..." (26 dekabr 1976), kino rejissoru Rasim Ocaqovun quruluş verdiyi dramaturq Rüstəm 

İbrahimbəyovun "İstintaq" (18 mart 1978), Fuad və  Zəminə Hacıyevlərin işlədikləri Cəfər 

Cabbarlının "Sevil" (18 noyabr 1978), diplomçu Oqtay Salamovun rejissoru olduğu Braziliya 

dramaturqu Raymondo Juniyorun "Bu qadın mənimdir" (30 dekabr 1979) əsərlərinin tamaşaları 

üslub axtarışlarında müəyyən əhəmiyyət kəsb ediblər. 

Satirik komediya, ictimai-sosial məsxərə, məişət yumoru, lirik komediya janrlarında 

Məmmədkamal Kazımov dramaturqlar Qriqori Qorinin və Arkadi Arkanovun "Görünməmiş toy" 

(10 fevral 1967), Fikrət Sultanov yumor ustası Sabit Rəhmanın "Xoşbəxtlər" (8 may 1968), Lütfi 

Məmmədbəyov italyan yazıçısı Raffaele Vivianinin "Çarəsiz dələduz" (29 mart 1969), tatar ədibi 

Hay Vahidin "Bağ qonşuları" (12 sentyabr 1969), Fuad Hacıyev macar Mlkolaş Dyarfaşın 

"Füsunkar qız" (28 mart 1971), Məmmədkamal Kazımov Mirzə  Fətəli Axundzadənin "Xırs 

quldurbasan" (19 iyun 1972), Emil Braginski və Eldar Ryazanovun "Sevgi... sevgi..." (30 iyun 

1973), Seyfəddin Dağlının "Kölgələr pıçıldaşır" (5 iyun 1976), Ağakişi Kazımov gürcü Nodar 

Dumbadzenin "Darıxma, ana!" (27 mart 1972), İlyas  Əfəndiyevin "Qəribə  oğlan" (8 aprel 1973) 

pyeslərinə, bəziləri mübahisəli görünsə də, maraqlı səhnə həlli tapıblar. 

Bütövlükdə bu dövrdə teatrın  əsas üslubunu ilk növbədə monumental romantizmdə  Ədil 

İsgəndərovun, fəlsəfi məzmunlu monumentallıqda Mehdi Məmmədovun və lirik-psixoloji janrda 

Tofiq Kazımovun rejissurası müəyyənləşdirib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin