Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏLİHEYDƏR ƏLƏKBƏROV (26.7.1915-14.3.1975)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə130/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   470
ƏLİHEYDƏR ƏLƏKBƏROV (26.7.1915-14.3.1975) 

 

26 iyul 1915-ci ildə Bakıda doğulub və yeddiillik məktəbi də burada bitirib. İlk sənət 



təhsilini Bakı Teatr Məktəbində 1931-1934-cü illərdə almış  Əliheydər  Əbdüləli oğlu  Ələkbərov 

1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu da bitirib. Texnikuma daxil olduğu ildən 

Akademik Milli Dram Teatrında kütləvi səhnələrə  çıxıb və  həmçinin rejissor köməkçisi, rejissor-

laborant və rejissor assistenti kimi çalışıb. 1960-cı ildən 1967-ci ilə  qədər Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrında baş rejissor olub. 1967-ci ildən ömrünün sonunadək Akademik Milli 

Dram Teatrında direktor işləyib. 

Əliheydər  Ələkbərovun MDT-də quruluşçu rejissor kimi ilk müstəqil işi Süleyman Sani 

Axundovun "Eşq və intiqam" (1 oktyabr 1943) faciəsinin tamaşası olub. Bundan sonra o, Cəfər 

Cabbarlının "Solğun çiçəklər" (4 iyun 1949), "Almaz" (11 may 1957 və 11 may 1969), Cabbar 

Məcnunbəyovun "Böyük məhəbbət" (12 may 1950), "İldırım" (24 dekabr 1955), Boris Lavrenyovun 

"Amerikanın səsi" (14 dekabr 1950), Vadim Sobkonun "İkinci cəbhə arxasında"  (5 aprel 1952), 

İslam Səfərlinin "Göz həkimi" (26 fevral 1955), "Yadigar" (1 sentyabr 1956), Süleyman Rüstəmin 

"Qaçaq Nəbi" (8 mart 1958), Pavel Malyarevskinin "Daş qartal" (28 noyabr 1959), Adil Babayevin 

"Dağlar qızı" (18 iyun 1960), İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" (12 fevral 1971) əsərlərini 

tamaşaya hazırlayıb. 

Rejissor Məhərrəm Haşımovla birlikdə 1945-ci il noyabr ayının 7-də  Səməd Vurğunun 

"İnsan" mənzum dramına quruluş veriblər. 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında reper-tuar qurumunun formalaşmasında, 

rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamıilləşməsində 

Əliheydər Ələkbərovun böyük xidmətləri var. O bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı 

quruluşlar verib. 

Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" operettasını Bolqarıstanın Şumen şəhərindəki Türk 

teatrında (1966), Zeynal Xəlilin "Qatır Məmməd" dramını,  Əbdürrəhim bəy Haqverdiyevin 

"Dağılan tifaq" faciəsini Lənkəran Dövlət Dram Teatrında (1946 və 1947), Səid Rüstəmovun 

"Durna" (mətni Süleyman Rüstəmindir) musiqili komediyasını  Şuşa Dövlət Musiqili Dram 

Teatrında (1947) səhnəyə qoyub. 

Əliheydər  Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə 

Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına, "Mahnı dağlarda qaldı" tamaşasına görə isə 1972-ci 




ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 1949-cu il iyulun 21-də ona 

Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. Rejissor 14 mart 1975-ci ildə Bakıda 

vəfat edib. 

Əliheydər  Ələkbərovun rejissurası romantik və realist teatr məktəblərinin estetik 

göstəricilərinin sintezi ilə səciyyəvidir. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin