1981, 2 sentyabr. "Xurşidbanu Natəvan", İlyas Əfəndiyev. Quruluşçu rejissor Mərahim
Fərzəlibəyov, rəssam Elçin Aslanov, bəstəkar Arif Məlikov. Natəvan surətini Amaliya Pənahova
həzin, bir qədər qüssəli və bir qədər də fəlsəfi-psixoloji çalarların sintezində ifa edirdi. Səksən dörd
yaşlı Ağasadıq Gəraybəli Qoca knyaz rolunda coşğun və dinamik obraz kimi təravətli görünürdü.
* * *
Yaradıcılıq eksperimentləri, üslub və janr axtarışları aparmaq üçün ADT-də 1982-ci ildə
kiçik səhnə adlı studiya-emalatxana yaradıldı. Fəaliyyət göstərdiyi altı ildə burada Jan Anuyun
"Medeya" (31 may 1982. Rejissor Mərahim Fərzəlibəyov), Nahid Hacızadənin "Məhəbbət yaşadır"
(21 dekabr 1982. Rejissor Lütfi Məmmədbəyov), Tennessi Uilyamsın "Şüşə heyvanxana" (2 iyun
1985. Rejissor Bəhram Osmanov), Yuli Edlisin "Kölgələrin oyunu" (29 oktyabr 1986. Rejissor
Həsən Əbluc), Rafiq Səməndərin "Günəbaxanlar" (5 fevral 1988. Rejissor Həsən Əbluc), Jan Pol
Sartrm "Dəfn edilməmiş ölülər" (2 iyun 1988. Rejissor Mehriban Ələkbərzadə) əsərlərinin maraqlı
tamaşaları hazırlanıb.
Teatr iyirmi beş ildə özünün yaradıcılıq məktəbinə yeni-yeni dramaturqlar cəlb edib. Şıxəli
Qurbanov "Əcəb işə düşdük" (2 dekabr 1961), Bəxtiyar Vahabzadə "İkinci səs" (19 aprel 1969),
Seyfəddin Dağlı "Mənziliniz mübarək!" (20 noyabr 1971), Nəbi Xəzri "Sən yanmasan..." (2 fevral
1972), Maqsud İbrahimbəyov "Ümid" (27 noyabr 1976), Rüstəm İbrahinıbəyov "İstintaq" (18 mart
1978), Əkrəm Əylisli "Quşu uçan budaqlar" (29 dekabr 1978), Nəriman Həsənzadə "Atabəylər" (24
dekabr 1983) pyeslərinin tamaşalarından başlayaraq bu teatrla uzunmüddətli əlaqə yaradıblar.
Azərbaycanın klassik dramaturqlarından Cəfər Cabbarlının "Od gəlini" (23 sentyabr 1961),
"Aydın" (26 may 1972), "Sevil" (18 noyabr 1978), Hüseyn Cavidin "Səyavuş" (14 mart 1963),
"Knyaz" (6 dekabr 1974), "İblis" (19 mart 1983), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (26
oktyabr 1962), "Xırs quldurbasan" (19 iyun 1971) əsərləri yeni quruluşlarda tamaşaya qoyulub.
Klassik və çağdaş dünya ədiblərindən Aleksİs Parnisin "Gözəllik və sevgi adası" (26 aprel
1961), Viktor Rozovun "Şadlıq sorağında" (25 may 1961), Viktor Hüqonun "Mariya Tüdor" (17
mart 1962), Aleksey Arbuzovun "Tanya" (27 may 1964), Cavad Fəhmi Başqutun "Köç" (19
sentyabr 1964), Fridrix Şillerin "Orlean qızı" (14 oktyabr 1965), Aleksandr Ostrovskinin "Günahsız
müqəssirlər" (12 fevral 1966), "Müdriklər" (19 may 1973), "Cehizsiz qız" (27 oktyabr 1979), Çingiz
Aytınatovun "Ana torpağı" (28 dekabr 1966), Bernard Şounun "Şeytanın şagirdi" (23 dekabr 1967),
Maksim Qorkinin "Zikovlar" (27 mart 1968), "Meşşanlar" (22 mart 1975), "Həyatın dibində" (16
noyabr 1985), Raffaele Vivianinin "Çarəsiz dələduz" (29 mart 1969), Yucin O'Nilin "Qızıl" (9
oktyabr 1971), Fridrix Şillerin "Məkr və məhəbbət" (17 noyabr 1973), Vilyam Şekpirin "Heç nədən
hay-küy" (10 mart 1979), "Maqbet" (19 noyabr 1981), Leonqard Frankin "Yad adam" (26 dekabr
1980) pyeslərinin tamaşaları repertuarda yer tutublar.
Bir sıra gənc rejissorlar AMDT-də sərbəst quruluşlar veriblər. Tofiq Ağayev rus Samuil
Alyoşinin "Palata" (28 aprel 1963), Fikrət Sultanov bolqar Stefan Kostovun "Falçı" (24 sentyabr
1966), Fuad Hacıyev macar Mlkolaş Dyarfaşın "Füsunkar qız" (28 mar4 2971), Həsən Əbluc rumın
Mixail Sebastianın "Adsız ulduz" (3 dekabr 1972), Rövşən Qocayev Əbdürrəhim bəy Haqverdiyevin
"Bəxtsiz cavan" (kiçik səhnədə. 7 iyun 1983), Məhərrəm Bədirzadə Cahan Əfruzun "İlham pərisi"
(kiçik səhnədə. 30 dekabr 1983), Namiq Ağayev nasir-dramaturq Firudin Ağayevin "Səməndər
quşu" (kiçik səhnədə. 28 aprel 1984) əsərləri ilə AMDT-də rejissor debütü ediblər.
Dostları ilə paylaş: |