Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


BARAT ŞƏKINSKAYA (28.6.1914-13.1.1999)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə146/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   470
 

BARAT ŞƏKINSKAYA (28.6.1914-13.1.1999) 

 

Ecazkar səsi, son dərəcə  məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş



"Azərbaycan səhnəsinin Cülyettası" çağırılan Barat xanım Həbib bəy qızı Şəkinskaya 28 iyun 1914-

cü ildə Şuşada bəyzadə ailəsində doğulub. Nəsillərinin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə 

"Şəkinskaya" soyadını götürüblər. 

Ata nənəsi  Şuşada məscid tikdirmiş Göhər ağadır. Göhər xanım  Əbdürrəhim bəy 

Haqverdiyevlə əmiqızıdır və kişi qeyrətli olduğu üçün ona "ağa" deyirmişlər. 

Barat xanım ilkin təhsilini Şuşada alıb. Gəncəyə köçəndə, 1923-cü ildə oradakı 2 saylı qız 

məktəbində oxuyub. Şuşada Sultan xanımdan, Gəncədə Sayalı xanım Dilbazidən və  Həmid 

Araslıdan dərs alıb. On üç yaşından Gəncə Qadınlar klubunun dram dərnəyində iştirak edib. 1933-cü 

ilin yanvarında Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülüb. Barat xanım da kollektivə qəbul olunub. 

İki il sonra Bakıya gəlib və Milli Dram Teatrı kollektivinə daxil olub. 1943-1945-ci illərdə yenə 

Gəncədə aktyorluq edərək Bakıya qayıdıb. 

Barat xanım Şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı 

ilə bağlıdır. Bu teatra ilk gəlişində Nobel mükafatı laureatı Moris Meterlinkin "Göy quş" psixoloji 

dramında Tiltil və "Romeo və Cülyetta" lirik məhəbbət faciəsində Cülyetta kimi möhtəşəm rollar 

oynayan aktrisa bir-birinin ardınca Vilyam Şekspirin "Kral Lir" (Kardeliya), "Otello" (Dezdemona), 

"On ikinci gecə" (Viola), Fridrix Şillerin "Məkr və  məhəbbət" (Luiza), Karlo Haldoninin 

"Mehmanxana sahibəsi" (Mirandolina), Lope de Veqanın "Rəqs müəllimi" (Florela), Aleksandr 

Ostrovskinin "Günahsız müqəssirlər" (Kruçinina), Maksim Qorkinin "Zikovlar" (Anna Markovna), 

Raffaele Vivianinin "Çarəsiz dələduz" (Donna Rozina), Cavad Fəhmi Başqutun "Köç" (Səbahət), 

Konstantin Simonovun "Bizim şəhərli oğlan" ("Vətən oğlu" adıyla. Valya), Aleksandr Fadeyevin 

"Gənc qvardiya" (Lyuba Şevtsova), Boris Lavrenyovun "Amerikanın səsi" (Meriner), Branislav 

Nuşiçin "Nazirin xanımı" (Jivka) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. 

klassik və çağdaş dramaturqlarımızdan Səməd Vurğunun "Vaqif" (Xuraman), "Fərhad və 

Şirin" (Şirin), Mirzə İbrahimovun "Madrid" (Aida), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" 

(Zeynəb), "İldırım" (Yeganə), İlyas Əfəndiyevin "Atayevlər ailəsi" (Dilşad), Nəcəf bəy Vəzirovun 

"Yağışdan çıxdıq, yağmura düşdük" (Yetər), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" 

(Ziba xanım), Sabit Rəhmanın "Əliqulu evlənir", "Xoşbəxtlər" və "Nişanlı  qız" (Səadət, Gülər və 

Maral, Zərifə),  Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Əntiqə) dram və komediyalarında koloritli 

rollar yaradıb. 

Barat  Şəkinskaya Azərbaycanın ilk travesti (oğlan rolları oynayan) aktrisasıdır. Gəncə 

teatrında Kostya ("Partizan Kostya", Nadejda Filippova) və Bakıda 1939-cu ildə oynadığı Napoleon 

("Ögey ana", Onore de Balzak) yüksək bədii-estetik nıəziyyətləri ilə teatr tariximizə yazılıb. 

Aktrisa çoxlu uşaq rolları da oynayıb. 

Barat  Şəkinskaya yaradıcılığının ilk illərində  səhnədə  kəpənək kimi zərif, emosional, 

ovsunlu, nurlu, məftunedici olduğu kimi, son illərdə xanım-xatın, koloritli, incə yumorlu idi. 



Səs tembrinin titrək lirizmi, səmimi romantikası, real çalarları heç vaxt dəyişməyib. Cülyetta 

rolu yaradıcılığının tacı sayılan Barat Şəkinskaya məhəbbət rollarını  həmişə  şövq və ilhamla, 

valehedici məsumluqla oynayıb. Barat xanım teatra yenicə  gələn aktyor və aktrisalara istisnasız 

olaraq həmişə qayğı ilə yanaşmış, hətta  ən mürəkkəb vəziyyətlərdə onları  cəsarətlə müdafiə 

etmişdir. 

Onun ifadə cəbbəxanasındakı romantizm coşğunluğu, lirizm dərin psixologizmi, yumor milli 

koloriti, dramatizm realizm dərinliyi ilə seçilib. 

Barat  Şəkinskaya 1970-1971-ci illərdə Sumqayıt Dövlət Dram Teatrının dəvətilə  gənc 

kollektivdə işləyib. 1978-ci ildə öz ərizəsi ilə Akademik Milli Dram Teatrından fəxri təqaüdə çıxıb. 

"O olmasın, bu olsun" filmində Sənəm, "Görüş"də Şövkət rolları uzun illərdən bəri maraqla 

baxılan Barat Şəkinskaya, həmçinin "Telefonçu qız", "Qızmar günəş altında", "Fövqəladə hadisə", 

"Onun bəlalı sevgisi" və digər kinolentlərinə də çəkilib. 

Barat xanım Şəkinskaya 4 may 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 21 

iyul 1949-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

Ömrünün 85-ci ilində, 13 yanvar 1999-cu ildə dünyasını dəyişmiş aktrisa Bakıda ikinci Fəxri 

xiyabanda dəfn olunub. 

  

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin