Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏJDƏR (SULTANOV (DEKABR 1909-10.1.1962)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə149/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   470
 

ƏJDƏR (SULTANOV (DEKABR 1909-10.1.1962) 

 

Qəhrəman sevgili rollarının mahir ifaçısı, güclü səhnə texnikası, yumşaq plastikası, şirin səsi, 



gözəl rəqqaslıq məharəti olan Əjdər  Əliabbas oğlu Sultanov 1909-cu ilin dekabrında Bakıda 

doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925- 1928) 1926-cı ildən aktyoru olduğu Bam Türk 

İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında "Əjdər", "Əjdər Sultan" imzaları 

ilə də çıxışlar edib. 

Bakı Türk İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də  və 5-də  Gəncə  şəhərinə köçürüləndə 

Əjdər Sultanov da kollektivlə gedib. Teatrın hazır repertuarındakı  və  təzə hazırlanan tamaşalarda 

çıxış edib. Kollektivin nəzdində "Uşaq və  Gənclər Teatrı" bölməsi yaradılıb və  Əjdər Sultanov 

burada rejissorluqla məşğul olmağa başlayıb. 

1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet 

Teatrında işləyib. 1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu səhnədə 

Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz), "Aydın" (Surxay), "Almaz" (Balarza və Hacı  Əhməd), 

"Dönüş" (Qüdrət Arslan), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli, Təhmas bəy və Mehdi), Səməd 

Vurğunun "Xanlar" (Mamuliya), "İnsan" (Şahbaz), "Xosrov və  Şirin" (Şapur və Xosrov), Ənvər 

Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Çingiz), 

Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Bağır xan), Hüseyn Cavidin "Şeyx Sənan" (Dərviş), 

Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Qurban), İlyas  Əfəndiyevin "Bahar suları" (Zəfər), 




"Atayevlər ailəsi" (Xosrov Atayev), Mehdi Hüseynin "Nizami" (Munis), Mirzə  İbrahimovun 

"Məhəbbət" (Kərim) pyeslərinin tamaşalarında uğurlu rollar oynayıb. 

Tərcümələrdən Vilyam Şekspirin "Otello" (Yaqo və Kassio), "Qış nağılı" (Leont), 

Konstantin Simonovun "Vətən oğlu" (Lukonin), Vsevolod Rokkun "Mühəndis Sergeyev" (Boris), 

Leonid Malyuginin "Köhnə dostlar" (Volodya Daroxin), Tsao Yuyun "Tayfun" ("Tufan". Çjo Pu 

Yua), Mixail Lermontovun "İki qardaş" (Yuri), Anton Çexovun "Vanya dayı" (İvan Petroviç), Boris 

Çirskovun "Qaliblər" (krivenka), Nazim Hikmətin "Türkiyədə" (Xosrov Murad), Vilyam Şekspirin 

"On ikinci gecə" (Orsino), Lope de Veqanın "Rəqs müəllimi" (Aldemaro), Ceyms Qou və Arno 

D'Nyussonun "Dərin köklər" (Merrik) əsərlərinin tamaşalarında iştirak edib. 

Əjdər Sultanov 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının  əməkdar artisti, 21 iyul 

1949-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 

Aktyor 53 yaşına təzəcə qədəm basanda, 10 yanvar 1962-ci ildə qəfildən, ürək xəstəliyindən 

vəfat edib. 

Əjdər Sultanov səhnə plastikası, texniki hərəkətləri obrazın psixoloji göstəriciləri ilə 

ahəngdar cazibədarlıqla birləşdirməsi, rəqslə sözün (geniş mənada hərəkətlə sözün, məsələn, "Rəqs 

müəllimində" Aldemaro rolu) vəhdəti baxımından örnək olub. Yaradıcılıq imkanlarının estetik 

xüsusiyyətləri baxımından realist aktyor məktəbi ənənələrinə daha uyğun idi. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin