Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


İSMAYIL OSMANLI (24.4.1902-22.6.1978)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə143/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   470
İSMAYIL OSMANLI (24.4.1902-22.6.1978) 

 

Realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, xarakterik epizod rolların 



məşhur ifaçısı, şirəli və duzlu komediya ustası İsmayıl Osman oğlu Osmanlı 24 aprel 1902-ci ildə 

Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetimliyin acısını 

dadan gənc İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada... bir qarın çörək üçün olmazın əziyyətlərə 

qatlaşıb. Təbiətən şux olan, məzhəkələr, duzlu Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl Osmanlı 

1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 

1922-ci ildə Gəncəyə köçən Osmanlı altı il buradakı həvəskarlar teatrında çalışıb. Müəyyən 

aktyorluq təcrübəsi toplayan aktyor 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 

1929-cu ildə isə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna 

qədər burada işləyib. 

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu 

surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Əsas rolları bunlardır: 

Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", 

Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", 

Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır 

Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər 

("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə  Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım 

("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı  qız", Sabit Rəhman), Mirzə 

Heydərqulu,  Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə  İbrahimov), Koxa Məmməd ("Qaçaq 

Nəbi", Süleyman Rüstəm),  Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil 

Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli 

Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı 

Qara",   Mirzə  Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, 

ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", 

Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və  "Hamlet", Vilyam 

Şekspir), Krutitski,  Tixon və karandışev ("Müdriklər",   "Tufan"  və "Cehizsiz qız", Aleksandr 

Ostrovski). 

İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir 

məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Həqiqi dost" (Usta Şirəli), 

"Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), 



"Ulduzlar sonnıür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Tütək səsi" (Poçtalyon), 

"Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib. 

İsmayıl Osmanlı 4 may 1940-cı iidə Azərbaycan Respublikasının  əməkdar artisti, 21 iyul 

1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRt xalq artisti fəxri adları ilə təltif olunub. 

22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

İsmayıl Osmanlı ilk növbədə epizod xarakterlər ustasıydı.  Ən kiçik epizodda da səhnəyə 

çıxanda salona canlılıq, xoş ovqat və çox cazibəli, könül oxşayan səmimiyyət bəxş edirdi. Xalq 

gülüşünün bütün vasitələrindən səmərəli yaradıcılıqla barınırdı. Obrazın danışığındakı sözlərin 

yumor, satira və  məsxərə  şirəsmi hərəkətlərlə paralel verməklə rola psixoloji təsir, həyatilik və 

təbiilik gətirirdi. Çeşidli ifadə vasitələrini obrazın dramatizmınə sərf edir, yaradıcılığının mayasında 

olan təbii yumoru inandırıcı səmimiyyətlə tamaşaçıya çatdırmağı ustalıqla bacarırdı. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin