1969, 29 noyabr. "Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev. Quruluşçu rejissor Tofiq
Kazımov. Rəssam Sənan Qurbanov, bəstəkar Emin Sabitoğlu. Əsas rolları Vəfa Fətullayeva
(Fəridə), Kamal Xudaverdiyev (Ədalət), Şəfiqə Məmmədova (Anjel), Səməndər Rzayev (Qənimət),
Fuad Poladov (Savalan) şövqlə oynayırdılar.
1970, 12 mart. "Xəyyam", Hüseyn Cavid. Quruluşçu rejissor Mehdi Məmmədov, rəssam
Elçin Aslanov, bəstəkar Cahangir Cahangirov. İlk dəfə tamaşaya qoyulan mənzum faciənin lirik-
romantik vüsəti Həsən Turabovla Mehdi Məmmədovun (Xəyyam), Şəfiqə Məmmədovanın (Sevda),
fəlsəfi-psixoloji dramatizmi Səməndər Rzayevin (Xacə Nizam) və Hamlet Xanızadənin (Rəmzi)
oyunlarında təcəssüm tapmışdı.
Dostları ilə paylaş: |