Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə128/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   470
MİLLİ DRAM TEATRININ  

REJİSSOR SƏNƏTİNDƏ ÜSLUB  

AXTARIŞLARI  

(1938-1980) 

 

Ədil  İsgəndərov 1938-ci ildə Milli Dram Teatrına baş rejissor təyin olunandan sonra sənət 



ocağının yaradıcılığının bütün istiqamətlərində ciddi canlanma başlandı. Teatr yeni üslub və yeni 

poetika uğrunda cəsarətli addımlar atdı, estetik ifadə vasitələri axtarışlarına meydan genişləndi. 

Monumental romantik teatr məktəbinin prinsiplərini əsas götürən teatr monumental realizm janrında 

da sənət nailiyyətləri qazanmağa başladı. 

Janr axtarışları kollektivi üslub axtarışlarına, üslub axtarışları isə yeni fərdi rejissor 

estetikalarının formalaşmasma sövq edir, milli rejissuranın təkamül prosesinə zəmin yaradırdı. MDT 

tədricən "Ədil  İsgəndərov teatrı" kimi kamilləşdi. Teatrdakı digər rejissorlar da həmin poetika 

səciyyələrindən bəhrələnirdilər. Bununla belə, onların fərdi yaradıcılıq üslubları bütövlükdə teatrın 

ümumi yaradıcılıq estetikasını  dərinləşdirir və  əlvanlaşdırırdı. Haqqında söhbət gedən dövrün ilk 

iyirmi ilində MDT-də  İsmayıl Hidayətzadənin,  Ələsgər  Şərifovun, Səftər Turabovun, Məcid 

Zeynalovun, Şəmsi Bədəlbəylinin, Əliheydər Ələkbərovun, Mehdi Məmmədovun, Əşrəf Quliyevin, 

Nəsir Sadıqzadənin maraqlı rejissor quruluşları olub. 

Tofiq Kazımovun teatra baş rejissorluğu dövründə çağdaş dünya teatr prosesinin üslub 

axtarışlarından bəhrələnmə artıb. Üslub və janr eksperimentləri genişlənib və müəyyən səmərəli 

nailiyyətlər qazanılıb. 1960-cı illərin sonlarında və 1970-ci illərdə yeni teatr poetikalarına əsaslanan 

və təzə estetik səciyyələrlə işləyib üslub zənginliyinə çalışan Fikrət Sultanov, Fuad Hacıyev, Zəminə 

Hacıyeva, Tofiq Ağayev, Məmmədkamal Kazımov MDT-də müxtəlif janrlı tamaşalar hazırlayıblar. 

 

* * * 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin