Microsoft Word M?mm?dova Lale 709 docx



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2954
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
işdə  qızardılmış  balıq.  Şişdə    nərə  balığı,  kapitan  balığı,    paltus  balığı 

qızardılır.  Balığı porsiyalara ayırır ( dərisiz və sümüksüz ),  marinadlaşdırır, şişlərə 

keçirilir və açıq  odun üzərində qızardırlar ( kəbab peçlərində). Qızardılma zamanı 

balığı bitki yağında isladırlar. Balığı maye bitki yağları  yaxud marinadlaşdırılmış 

baş soğan, limon dilimi və yaxud fritürdə qızardılmış kartofla qarnirləyirlər.[35,39] 

     Bişirilmiş balıqdan xörəklər. 

 Balığı sousla yaxud soussuz bişirirlər. Soussuz adətən bütöv balıq bişirilir. 

Bunun  üçün  balıq  təmizlənir,  duz,  istiot  səpilir,  qızardıcı  şkaflarda    bişirilir.  Bir 

çox hallarda  balığı sousla  bişirirlər. Bunun  üçün porsiya tavalarına  yağ yaxılır, 

bir  az  sous  tökülür,  qarnir,  hazırlanmış  balıq  qoyulur,  hamısı  sousla  aşqarlanır, 

üzərinə  süzgəcdən  keçirilmiş  pendir  səpilir,  yağ  tökülür  və  bişirilir.  Sous  altında 

porsiyalaşdırlmış    tikələrə    bölünmüş  balığı    qabırğa  sümükləri  çıxarılmış  balıq 

fileləri    (  dəri  ilə  yaxud  dərisiz  )  bişirilir.  Balığı  çiy  halda,  pörtlədilmiş    halda 

yaxud qızardılmış halda da bişirmək olar.  

 

Rus  sayağı  bişirilmiş  balıq

.    Sümüksüz  dəri  ilə  birlikdə  çiy  balıq  tikələrini 

(sudak,    çay  xanı  balığı  ,    treska,    zubatka,  amur  və  s.)  yağ  yaxılmış  tavalara 

düzülür,  duzlanır,  istiotlanır,  ətrafına  təmizlənmiş  halda  qaynadılmış  kartof 

dilimləri  düzülür,  ağ  sousla  aşqarlanır,  üzərinə  sürtgəcdən  keçirilmiş  pendir  və 

yaxud üyüdülmüş suxari səpilir və bişirilir. Daha  sonra tavanı peçin üzərinə qoyub  

sousu  qaynama  həddinə  qədər  çatdırırlar  yoxsa  balıq  çiy  qala  bilər.  Süfrəyə 

verilərkən balığın üzərinə əridilmiş yağ gəzdirilir və doğranmış göyərti səpilir. 

 

Xama  sousu  altında  göbələklə  bişirilmiş  balıq  (  Moskva  sayağı  ).

Naxanın, 

sudakın,  nərə balığının porsiyalaşdırlımış tikələri yağda qızardılır və içərisinə sous 

ə

lavə  edilmiş  porsiyalı  tavalara  yerləşdirilir.  Balığın  üzərinə  yağda    pörtlədilmiş 



soğan,  yağda  pörtlədilmiş    ağ  göbələk  yaxud  da  şampinyon  göbələyi  və 


15 

 

qaynadılmış yumurta dilimləri düzülür. Balığın ətrafına qızardılmış kartof düzülür 



və  bunların  hamısı  birlikdə    orta  qatılıqlı  xama  sousu  ilə  aşqarlanır  və  üzərinə 

sürtgəcdən  keçirilmiş    pendir  səpilir.  Daha  sonra  üzərinə  yağ  çilənir  və  qızardıcı 

ş

kafda bişirilir.  Süfrəyə verilərkən üzərinə xırdalanmış göyərti səpilir.[33] 



 

 

 



 

 

 



 

        Qiymələnmiş balıqdan xörəklər. 

 

Qiymələnmiş  balıq    kütlədən  kotlet,  bitoçka,    lülə  balıq  kəbabı  ,    rulet, 



teftellər, şnitsellər, frikadellər hazırlanır. 

 

Kotlet və bitoçkalar.

 Kotletlər oval formalı olub, sonluğu itiləşdirilmiş halda 

olurlar.  Bitoçkalar  isə  yumru  formada  olurlar  və  onları  ağ  urvada  urvalayırlar. 

Məmulatları  bilavasitə  süfrəyə  verməzdən  əvvəl  qızardırlar.  Yarımfabrikatları 

tavaya və yaxud qalın divarlı protvinlərdə 150-160

0

  C qızdırılmış  yağa qoyurlar. 



Ə

vvəlcə bir tərəfi qızardılır, daha sonra o biri tərəfi qızardılır və qızartma qızardıcı 

ş

kaflarda 5-7 dəqiqə ərzində tamamlanır. Süfrəyə qaynadılmış yaxud  qızardılmış 



kartofla,  makaronla, kartof püresi ilə , yaşıl noxudla verilir. Sous qismində tomat  

və yaxud tomatlı-soğanlı xama sousu təqdim olunur.[12] 

 

Teftelkalar.

  Qiymə  kütləsindən  porsiyaya  uyğun  olaraq  3-5  kürəcik 

formalaşdırılır,  unda  urvalanır,  qızardılır,  protvinə  qoyulur,  tomat  sousu  ilə 

aşqarlanır və 10-15 dəqiqə ərzində pörtlədilir. 




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin