Microsoft Word M?mm?dova Lale 709 docx


    1.2.  Balıq tullantılarından istifad



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2954
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
 


17 

 

1.2.  Balıq tullantılarından istifadə imkanları. 

 

Balıq  məhsullarının  çoxsaylı  assortimentinin    istehsalı  zamanı  bir  çox 



hallarda    balıq  bölünmə  əməliyatına  məruz  qoyulur  ki,  bu  zaman  da  balıq 

tullantıları meydana çıxır. Meydana çıxan bu tullantıları bir qayda olaraq balıq unu, 

texniki və veterinar yağın alınmasına istiqamətləndirirlər. 

Balıq  unu

    kənd  təsərrüfatı  heyvanlarının,  quşlarının  və  xəzli  heyvanların 

qida  rasionuna  əlavə  edilən  ən  geniş  yayılmış  yem  məhsuludur.  Balıq  ununun 

yüksək  bioloji  dəyərliliyi  onun  istehsalının  artmasına  səbəb  olur.  Balıq  ununun 

yem  dəyərliliyi  cari  xammalın  kimyəvi  tərkibindən  asılıdır.  Sənaye  istehsalı  olan 

balıq  ununda  50%-dən  az  olmayaraq  zülal,  12%-dən  çox  olmamaqla  su  və  10% 

yağ olur. Həzm olunan proteinin miqdarına görə o heyvan və bitki mənşəli qidalar 

arasında  heyvani  zülalın  mənbəyi  kimi  əsas  yer  tutur.  Balıq    unu  “  B”  qrup 

vitaminləri  ilə  xüsusilə  zəngindir.  Un  yemlərinin  tərkibinə  B

12

,  B



1

,  B


2

,  A  və  D 

vitaminləri,  xeyli  miqdarda  yod,  dəmir,  manqan,  kobalt,  fosfor  turşulu  kalsium  ( 

kalsium-fosfat  duzu)  daxildir.    Balıq  yem  ununun  heyvan  və  quş  yeminə  əlavə 

kimi tətbiqi, məhsuladarlığını  əhəmiyyətli dərəcədə artırır.  [25] 

Balığın qaraciyərində D

3

 vitamini bioloji aktiv formada olur. Lakin piylərdə 



D

vitaminindən başqa provitamində olur. Bu ultrabənövşəyi şüalandırmadan sonra  



piylərin  bioloji  aktivliyinin  yüksəlməsi  ilə  sübut  olunur.  Belə  ki,  şüalanmanın 

təsirindən xolesterol D

vitamininə çevrilir 



 

 

                              



 

 

 



Xammalların qəbulu 

Sortlaşdırma  

Xırdalama  

     Bişirmə 




18 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 1.1. Presləmə üsulu ilə yemlik balıq unu  istehsalının texnoloji sxemi. 



Sahilboyu  yerləşən  balıq  emal  edən    müəssisələrdə  alınan  balıq 

tullantılarından  yağ-un  istehsalı  sexlərinin  olmaması  bu  xammalın  tullantılarının  

çox aşağı qiymətlə  heyvan savxozlarına verilməsinə səbəb olur. Gəmilərdə isə 

 tullantılardan yağ-un emal edən qurğuların olmaması üzündən  tullantılar balıqdan 

çıxarıldıqdan dərhal sonra atılır. 

 

 Balığın  ilkin  emalı  zamanı onun  əsas  tullantılarına  başı,  pulcuqları  , dərisi 



içalatı-  cinsiyyət  orqanları  da  daxil  olmaqla    aid  edilir.  Onların  tərkibində 

ə

həmiyyətli  miqdarda    qidalı  maddələr  –  zülallar,  yağlar,  mineral  maddəllər 



Presdən süzülən maye 

 Presləmə 

Sentrifuqalama  

Cecə  


        Həlim  

Separasiya etmə 

        Yağ 

Yağsızlaşdırılmış həlim 

Həlimin buxarlandırılması 

Zülali hissə 

Qurutma  

Metal tozların 

       ayrılması 

       Ələmə 

Qablaşdırma  



19 

 

daxildir  ki,    bunlar  da  tərkibində    insan  orqanizmi  üçün  çox  dəyərli 



mikroelementlər vardır. 

 

Baş.  Balığın  cəmdəklərə  bölünməsi  başı  ayrılır,  hansı  ki,  digər  tullantılarla 



bərabər  əsasən yem ununun və yağlarının istehsalında istifadə olunur. Qeyd etmək  

lazımdır ki, bu heç də rasional istifadə üsulu  deyildir.  Beləki əksər balıqların başı 

onların  kütləsinin    16  %-dən    30%dək    hissəsini  təşkil  edir.    Balıqların  başında 

ə

həmiyyətli  miqdarda  zülali  maddələr  toplanmışdır  ki,  bunlar  da  əsasən  çənə 



sümüyü əzələsində və başla birlikdə ayrılan hissələrdə olur. 

 

Belə ki, balıq başından ətin mexaniki yolla  ayrılması üsulu olduqca çətindir 



( yalnız qızıl balıq  və treska balıqlarının  başının ayrılması mexanikləşdirilmişdir), 

balıq başından  qida hidrolizatlarının  alınması üsulu işlənib hazırlanmışdır.[25] 

 

Bu məqsəd üçün  okean balıqlarının başı  skumbriya, stavrida ) valçoklarda 



xırdalanır,  buxar  köynəkləri  olan  qazanlara  yüklənir,  bərabər  miqdarda  su  və 

konservant  qismində    5-6  %  xörök  duzu  əlavə  olunur.  Hidroliz  prosesinin 

sürətləndirilməsi  üçün    qarışığa  xammalın  ümumi  kütləsinin  0.5%-i  miqdarında  

protorizin    ferment  preparatı  əlavə  etmək  məsləhət  görülür.  Qarışığı  40-50

0

  C 


temperaturunda  saxlayır  və  hər  15-20  saatdan  bir  kütlənin  qıcqırmasına  qədər  

periodik olaraq qarışdırılır. 

 

Alınmış hidrolizat özündə qəhvəyi rəngli siropa bənzər  mayeni əks etdirir. 



Daha sonra onu vakuumda 0,07  MPa təzyiq altında qurudurlar. Quru qidalı balıq 

hidrolizatının  çıxımı    xammalın  ümumi  kütləsinin  5-9%-ni  təşkil  edir.  Quru 

hidrolizat  açıq  sarı  rəngə  malik  olub  (  samanvari  və  yaxud  boz  rəng  çalarlı  ), 

yüksək  həllolma  qabiliyyətinə    və  hiqroskopikliyə  malikdir.  O  müxtəlif 

formalaşdırılmış  məmulatların (  kolbasa, kotlet, sosiska və s. ) istehsalında tətbiq 

oluna bilər.  

 

Hidroliz olunmuş kütlənin  emalı zamanı  ayrılmış sümüklər və qatı çöküntü 



100-105

0

  C  temperaturda  qurudulur  və  xırdalanır.  Bu  qarışıq    quşçuluqda    və 



donuzçuqda yemlərə mineral gübrələr  kimi istifadə olunması üçün yararlıdır. 


20 

 

 



Sahil  müəssisənin mütəxəssislərinə balığın bölünməsi zamanı alınan qidalı 

tullantılarından    balıq  uxası  yığımı  toplamaq  təklif  olunmuşdur:  başdan,  balığın 

bədəninin başı və çiyin ətrafı hissələri, onurğa sümüyü.Müxtəlif  balıq növlərinin 

başı və cəmdəkləri uxa yığımı  hazırlamaq üçün  3-6: 10 nisbətində götürülür. 

 

Indiyə  qədər  30  dan  çox  balıq  uxası  yığımının  resepturasının  istehsal 



texnologiyası  işlənib  hazırlanmışdır  ki,  burada  da  treska,  çay  xanı  balığı,  zuban, 

gümüşü  xek,  natoteniya,  buzlu  balıq,  putassu,  skumbriya  kimi  balıqların 

bölünməsindən  ayrılan  qidalı  tullantılar  və  cəmdəklər  istifadə  olunur.  Adları 

sadaladığım  balıqlar    bizim  sututarlardan  əldə  olunur  və  bütün  sahilyanı  

müəssisələrdə  emal olunur.  Uxa ( balıq şorbası )  üçün formalaşdırlmış yığımlar  

protvinlərdə  bloklar  şəklində  mənfi  18

0

  C  temperatura  qədər  dondurulur. 



Dondurulmuş blokları su ilə qlazurlaşdırırlar. Rotorlu və yaxud horizontal-plitkalı  

dondurucu  qurğuları  olan    gəmilərdə  uxa  yığımlarının  dondurulması  hallarında 

dondurulmuş  blokları  ageziyalı  kağızlara  və  ya  polimer  salofanlara  bükürlər. 

Ə

dviyyə qarışımının tərkibində  ( 1 kq balıq uxa yığımına hesablanıb) : qara istiot -



0,2 ; ətirli istiot-0,5; dəfnə yarpağı-0,5; 

 

Toxum vəzisi.Şimali su hövzələri şəraitində salaka, siyənək və natoteniyanın 



toxum vəzilərini istifadə etmək daha məqsədə uyğundur.[32] 

 

Salaka və siyənəyin toxum vəziləri duzlu məhsulların istehsalı üçün istifadə 



olunur.  Bu  məqsədlə    toxum  vəzilərini    qabığın  tamlığının  pozulmasını  istisna 

etməklə  xüsusi məhəccərlərin üzərinə  və yaxud  səbətlərə  qoyurlar, temperaturu 

15

0

C-dən yuxarı olmayan  1,14-1,16 q\sm



3

 sıxlıqlı  soyudulmuş duzluqda seliyin, 

qan  laxtlarının,  pulcuqların  və  digər  çirklərdən  tam  təmizlənənə  qədər    yuyulur. 

Yuyulmuş  toxum  vəzilərini  40-60  dəqiqə  ərzində  suyunun  süzülməsi  üçün    sakit 

qoyurlar  və  suyu  süzüldükdən  sonra  içərisinə  polietilen    kağız    döşənmiş  taxta 

çənlərə qablaşdırırlar. Toxum vəzilərini taxtaların  üzərinə sıx düzüb üzərini narın 

duzla  duzlayırlar. Duzun sərfi toxum vəzilərinin ümumi kütləsinin 3%-ə qədərini 

təşkil  edir.Doldurulmuş  çənlər  soyuq  yerdə    bir  sutka  ərzində  toxum  vəzilərinin 

yatması  üçün  saxlanılır,  daha  sonra  çənlərə  yenidən  həmin  günkü  duzlanma  və 



21 

 

keyfiyyətdə  aralarına    taxta  lövhələr  qoymaqla  daha    1-2  sıra  toxum  vəziləri 



düzülür  və  əl  ilə  yüngülcə  preslənir  və  çənləri  möhürləyirlər.  Möhürlənməzdən 

ə

vvəl  çənlərə  sıxlığı  1,14-  1,16  q\sm



3

  0


0

  C-yə  qədər    soyudulmuş  duzluq  əlavə  

edilir.  Duzlanmış  toxum  vəzilərini  mənfi  4  müsbət  6

0

  C  temperaturlarda 



saxlayırlar. 

 

Natoteniya  balığının  toxum  vəzilərini    gəmilərdə    konserv  istehsalında 



istifadə  edirlər.  Emal  üçün    dördüncü  və  beşinci  yetişkənlik  dövründə    olan 

balıqlardan  alınmış  və  balığın  göyərtəyə  tökülməsi      anından        5  saatdan  artıq 

qalmayan  toxum vəziləri yararlıdır.  çalatdan ayrıldıqdan sonra  toxum vəzilərini 

dəniz  suyu    ilə  yuyulur  və    deşikli  protvinlərə  yığılır,  suyu  süzüldükdən  sonra  

toxum  vəziləri mənfi 18

0

 C temperatura qədər dondurulur, su ilə qlazurlaşdırılır, 



polietilen  torbalara    qablaşdırılır  yaxud  perqament  kağızlara  bükülüb    karton 

yeşiklərə yığılır. Mənfi 18

0

 C və müsbət 20



0

 C temperatur aralığında saxlanılır. 

 

“Qızardılmış natoteniya balıqlarının toxum vəziləri”  kulinar məmulatlarının 



istehsalının  texnologiyası  işlənib  hazırlanmışdır.  Dondurulmuş  toxum  vəzilərini  

emal  olunmazdan  əvvəl  hissə-hissə  20

0

  C    yuxarı  olmayan  temperaturda    açıq 



havada  donunu  açırlar.  Bu  zaman  blokun  temperaturu    mənfi  4

0

-6



0

  C  aralığında 

olmalıdır.  Bloklar  təmizlənir,  temperaturu  18

0

  C  dən  yuxarı  olmayan  axar  suda 



yuyulur və  əl ilə  yaxud da    mexanikləşdirilmiş  üsulla  kütləsi    250 qramdan  artıq 

olmamaq şərti ilə tikələrə bölünür. Toxum vəzilərini quru duzda toxum vəzisinin 

ümumi kütləsinin 2-3 %-i hesabı ilə duzlayırlar. Duzlanmış tikələri  buğda ununda, 

suxaridə  yaxud  da    un-suxari  qarışığında  urvalanır,  lezyona  salınır  və  sonra 

yenidən buğda ununda yaxud da un-suxarı qarışığında urvalanır.Toxum vəzilərini 

150-170


0

 C temperatura qədər qızdırılmış bitki yağında qızardırlar. Qızardılmanın 

davamiyyəti 3-10  dəqiqədir. Qızardılmış toxum vəzilərini 0-6

0

 C temperaturundan 



yüksək olmayan temperatur həddinə qədər soyudurlar.[37] 

 

Müxtəlif    balıqların  toxum  vəzilərinin  prespektiv  istifadə  istiqamətlərindən 



biri kimi onlardan bioloji aktiv maddələrin və  endokrin preparatların alınmasıdır. 


22 

 

 



Pulcuqlar.  Bəzi  balıqların  pulcuqlarında  üzvi  maddə-quanin    kristalları 

vardır  ki,  bu  da  balığa  xarakter  gümüşü  rəng  verir.  Kalininqrad  balıq  sənayesi 

müəssisələrində  emal  olunan  balıqlardan  siyənək  balıqları,  xüsusilə  salaka 

balıqlarının  pulcuqları    quninlə  daha  zəngindirlər.  Onların  pulcuqlarında  ümumi 

kütlənin3%-i  qədər    quanin  var.  Quanini    kimyəvi  farmokologiyada  və  xəz  

sənayesində  lakın  istehsalında    istifadə  edirlər.  Quaninin    kristalları  kimyəvi 

cəhətdən  pulcuqlarla  əlaqədə  olmadığı  üçün  onları  pulcuqlardan  asanlıqla 

mexaniki yolla ayırmaq olur. Quaninin ayrılmasından və təmizlənməsindən sonra  

quanin kristallarının lakda və yaxud digər həlledicilərdə suspenziyasını alırlar ki , 

bunada mirvari patı deyirlər. 

 

Parlaq  quanin  zərgərlik  məmulatlarının,  sədəf    immitasiyalarının  



hazırlanmasında    tətbiq    olunur.  Amorf  şəkildə  quanin  dərman  preparatlarının-

hipoksantin və  kofeinin alınmasında tətbiq olunur. 

 

Pulcuqlardan  alınan  mirvari  patının  sənaye  üsulu  ilə    istehsalı  pulcuqlarda  



quanini saxlayan epitel pərdənin xörək duzu ilə  18 saat ərzində duzlanması sonra 

isə    quaninin  kristallarının  kerosinlə  ayrılmasına  əsaslanır.    Quanin  kristallarının 

kerosindəki suspenziyasını  quaninin ayrılması üçün  sentrifuqalayırlar, daha sonra  

onu zülali maddələrdən təmizləmək üçün 2-3 saat ərzində  xlorid turşusu mühitində  

pepsin fermentindən istifadə olunur.  Su ilə yuyulduqdan sonra quaninin benzinlə 

yağsızlaşdırılması və qurudulması prosesləri həyata keçirilir. 

 

Göstərilmiş  üsulun    bir  neçə  texniki  çatışmamazlıqları  vardır.  Ona  görə  də 



son  illər    pulcuqlardan  quaninin  alınması  texnologiyası  təkmilləşdirilmişdir: 

duzlanma və kerosinlə emal əvəzinə  ferment preparatlarının  qələvi məhlulu ilə və 

səthi  aktiv    maddələrdən  istifadə  olunur.  Bu  maddələrin  kompleks  təsiri  ilə  

pulcuqlardan quaninin birbaşa zülali və  yağlı maddələrdən təmizlənmiş vəziyyətdə 

alırlar. [25,37] 

 

Dondurulmuş və yaxud təzə pulcuğun üzərinə 0,25-0,3%-li  40-45



0

 C qədər 

qızdırılmış  qələvili  ferment  preparatı  tökülür.    Bu  zaman  pulcuqla  ferment 



23 

 

preparatı  arasındakı  kütlə  nisbəti  1:7  kimi  olmalıdır.  Alınmış  qarışığı  qəfil 



mexaniki  təsirlərdən  qorumaq  məqsədilə  20-30      dəqiqə  ərzində  bərabər  şəkildə 

qarışdırırlar. Bu vaxt quanin kristallarının sərbəstləşməsi və onların suspenziyaya 

keçməsi  baş  verir.  Quaninin  sulu  məhlulunu  pulcuqlardan  təmizləmək  üçün  

filtirləyir və sentrifuqalaşdırırlar. Quaninin ayrılmış kristallarını bir qaba töküb 1:5 

nisbətində benzin əlavə edib bərabər sürətlə  qarışdırırlar. Zülali və digər qalıqların 

da    çıxarılması üçün  benzinli suspenziyanı  4 dəfə su ilə yuyurlar. Yuyulmanın 

sonunda  quanin  suspenziyaı  sentrifuqalanır,  alınmış  quanin  amilasitan  və  ya 

nitrolakla  qarışdırılır.Prosesin  ümumi    davamiyyəti  1,5  sutka  çəkir  və  quaninin  

çıxımı yuxarıdakı göstərilmiş üsulla müqaisədə 25% artır. 

 

Dəri.  Balığın  kütləsinin  2-7  %-ni  dərisi  təşkil  edir.  Bəzi  balıqların  dərisi  



(akula, skat, zubatka ) dəri xammalı kimi istifadə oluna bilər. Treska balıqlarının 

həmçinin  digər  bu  tip  balıqların    dərisi  xüsusi  yapışqanların  istehsalında  tətbiq 

olunur. 

 

Yapışqan alınması üçün istifadə olunan balığın  dərisinin  qiymətləndirilməsi 



zamanı onda  azot kollageninin olması böyük əhəmiyyət kəsb edir. O əhəmiyyətli  

miqdarda  treska, xek, merlura, putassu, həmçinin skumbriya balıqlarının dərisində 

olur. 

 

Dərinin  istifadəyə  hazırlanması  balıqçı  gəmilərdə  həyata  keçirilir.    Dərini 



balığın ölümündən sonrakı  keylik dövründə çıxarmaq daha məqsədəuyğundur. Bu 

dövrdə    çıxarılan  dəridə  az  miqdarda  ət  hissəcikləri  qalır.  Dərini  əsasən  file 

istehsalı  xəttlərində  quraşdırılmış    xüsusi  maşınların  köməyi  ilə  çıxarırlar. 

Çıxarılmış  dərini    bloklar  şəklində  13  kq-dan  çox  olmayan  kütlədə  mənfi  18

0

  C-


dən  yuxarı  olmamaq  şərti  ilə    dondururlar  və  saxlanmanı  da  bu  şəraitdə  həyata 

keçirməklə dondurulmuş məhsulu 10 aya qədər  davam etdirirlər. 

 

Xüsusi  yapışqanları  elektron  sənayesində  rəngli    televizorlar  üçün 



kinoskopların istehsalında  istifadə olunur. O rəng hissiyyatılı məhlul-fotorezistin 

tərkibinə daxildir. Sintetik yapışqandan fərqli olaraq  o suda yaxşı həll olur. Ona 




24 

 

görə də onun tətbiqi  xidmət edici heyət üçün  təhlükəsizdir. O  aşınma prosesində 



tətbiq olunan metallara,reaktivlərə qarşı dayanıqlıdır. 

 

Balığın  içalatı.  Əzələ  toxuması  ilə  müqaisədə  içalatda    daha  yüksək 



miqdarda B qrup vitaminlərinə, o cümlədən B

12

 vitamini vardır ki, bunlarda kənd 



təsərrüfatı  heyvanlarının    və  quşlarının  məhsuldarlığını  artırır.  B

12

  vitamininin  



skumbriya içalatında – bağırsaq, mədə, qaraciyər, pelorik yumurtalıqdakı miqdarı  

içalatın ümumi  miqdarının 0,63 mkq\q, sardinella balığında-0,41 mkq\q,  siyənək 

balığında-  0,32  mkq\q  təşkil  edir  ki,  bu  zamanda  əzələ  toxumasında  B

12

 



vitamininin miqdarı dəfələrlə azdır. 

 

Içalatın  yüksək  fermentativ  aktivliyini  nəzərə  alaraq  onların    emalı  üçün  



yumşaq temperatur şəraitində və təbii avtoliz yolu ilə almaqla  onların vitaminlilik 

tərkibini  azaltmadan alınması və bu məhsuldan vitaminli yem əlavəsi kimi istifadə 

edilməsi məsləhət görülmüşdür. 

 

Bu  məqsədlə    içalatı  dondurulmuş  yaxud  yarımdondurulmuş  halda 



valçoklarda xırdalanır,  buxar köynəkləri olan qazana  yüklənir və üzərinə 50%-ə 

qədər su əlavə olunur. Konservant qismində  2% pirosulfit natrium istifadə olunur 

və  50-55

C  temperaturda    kütlənin  pereodik  olaraq  qarışdırılması  yolu  ilə 



saxlanılır. 6-7 saatdan sonra içalatı yağın ayrılması ilə gedən avtolizi ilə  baş verir, 

bu yağı avtolizatı separatordan  keçirməklə  kənarlaşdırırlar. 

 

Hazır  avtolizat    açıq  qəhvəyi  yaxud  krem  rəngli  siropabənzər  şəkilə  malik 



olur.  Otaq  temperaturunda    10  sutka  ərzində  heç  bir  xarabolma  əlaməti  olmadan  

qala bilər. 

 

Avtolizat donuzçuluqda yüksək  effektivlilik  göstərdi. Onun  bitki yeminə 



10%    miqdarda  əlavə  edilməsi    heyvanın  orta  sutkalıq  çəkisini    kontrol  qrupla 

müqaisədə 15% və balıq unundan alınmış qrupla müqaisədə isə 6%  artırır. 

 

Azduzlu  balıq  və preservlərin  istehsalında  vacib proses   hazır məhsulun 



balığın  fermentlərinin  təsiri  altında  yetişdirilməsi  sayılır  ki,  bu  da    onun  dad 


 

keyfiyyətini  artırır.  Amma  b

ferment aktivliyinə malikdir ki, bunun da n

məhsullar  siyənək  balıqlarından  hazırlanmı

göstəricilərinə malik olmur.

 

Bunun  əsasında  yeti



sistemləri  işlənib hazırlanmı

qədər yüksək dad keyfiyy

 

Yetişmə  prosesinin  sür



(skumbriya,  siyənək  balıqları

texnologiyası  işlənib    hazırlanmı

inkşafının erkən mərhə

məqsədə uyğun  olardı. Bel

saxlanılır.Hidrolizdən sonra  maye fraksiyanı rotorun fırlanma  tezliyi 48

sentrifuqada    ayırırlar, 

filtirləyirlər.Bundan sonra alınmı

Şə

kil 1.2. MS 1-160  



tini  artırır.  Amma  bəzi  okean  balıqları    (  stavrida,  natoteniya

malikdir ki, bunun da nəticəsində bu balıqlardan alınan duzlu 

k  balıqlarından  hazırlanmış  məhsullara  mə

malik olmur. 

sasında  yetişmə  proseslərinin  nizamlanması  v

nib hazırlanmışdır ki, bunlar  da  müxtəlif balıq    növl

k dad keyfiyyətləri olan azduzlu məhsullar almağa im

prosesinin  sürətləndirilməsi  üçün    yaxşı  yeti

k  balıqları  )  içalatından    ferment  preparatlarının  istehsal 

nib    hazırlanmışdır.    Bu  məqsədlə  cinsiyy

ə

ləsində  tutulmuş balıqların içalatından istifad



un  olardı. Belə ki , bu mərhələdə fermentlərin aktivliyi daha yüks

olur.[37] 

 

Preparatların  alınması  üçün 



duzlaşdırılmış içlik ikinci d

1-160  tipli  valçoklarda  xırdalanır 

və  hidrolizi   

köynəkləri 

olan 

 

qazanlara 



yüklənir.

 

 



 Qazana  8,5%

olunaraq 

 



göstəricisi  7,5



Alınmış  kütlə

qədər  qızdırılır  v

fasiləsiz 

qarı


n sonra  maye fraksiyanı rotorun fırlanma  tezliyi 48

sentrifuqada    ayırırlar,  separatorda  yağını  ayırırlar  və  lazım  olduqda  filtr

r.Bundan sonra alınmış preparatın aktivliyi təyin olunur ki, bu zamanda 

25 


stavrida,  natoteniya  )  aşağı 

bu balıqlardan alınan duzlu 

ə

xsus  xarakterik    dad 



rinin  nizamlanması  və  tənzimlənməsi 

lif balıq    növlərindən kifayət 

hsullar almağa imkan verir. 

si  üçün    yaxşı  yetişən  balıqların 

)  içalatından    ferment  preparatlarının  istehsal 

cinsiyyət  məhsullarının   

 balıqların içalatından istifadə etmək daha 

rin aktivliyi daha yüksək 

Preparatların  alınması  üçün 

dırılmış içlik ikinci dəfə MS-

160  tipli  valçoklarda  xırdalanır 

  aparmaq  üçün  buxar 

ri 

olan 


 

qazanlara 

Qazana  8,5%-li  NaCO

3

  əlavə 



olunaraq 

 

mühitin 



pH-nın 

ricisi  7,5-ə  qədər  çatdırılır. 

ə

ni    40


0

C  temperatura 

r  qızdırılır  və    4  saat  ərzində 

siz 


qarışdırılmaqla  

n sonra  maye fraksiyanı rotorun fırlanma  tezliyi 48-80 san 

-1

 

lazım  olduqda  filtr-presdə 



yin olunur ki, bu zamanda 


26 

 

onun  qiyməti  2,2-dən  aşağı  olmamalıdır.  Aktivliyin  daha  yüksək  olan 



qiymətlərində isə preparatın aktivliyini xörək duzu əlavə etməklə normallaşdırırlar. 

Standarta  əsasən  daha  aşağı  aktivliyə  malik  olan  preparatı  normallaşdırmaq  üçün 

isə o daha yüksək aktivliyə malik preparatla qarışdırılır. 

 

Uzaq  Şərq  skumbriyasının  içalatından    yüksək    aktivlikli  quru  ferment 



preparatının  istehsal texnologiyası işlənib hazırlanmışdır. 

 

Bu  sxemdə  yarımdoldurulmuş  halda    olan  içalat  valçoklarda  xırdalanır  və  



pH göstəricisi 4,7 olan  sirkə turşusu ilə turşulaşdırlmış suda 3 qatlı  ekstraksiyaya 

məruz  qoyulur.    Ekstraktı    zülalların  çökməsi  üçün  kükürd  turşulu  ammonyakla  

zənginləşdirirlər  (  zənginləşdirmə  dərəcəsi  0,86%  ).  Təmizlənmiş  çöküntünü 

yüksək  molekullu    maddələri  kənarlaşdırmaq  üçün  sellofan  vasitəsilə  dializə 

uğradılır.  Dializin  davamiyyəti  7  sutka  ərzində  5

0

C  temperaturda  gedir. 



Təmizlənmiş  çöküntünü    40

0

C  temperaturda  qurudulur  və  hermetik  taraya 



qablaşdırılır.  Məhsulu  10

0

C-dən  yüksək    olmayan  temperaturlarda  6  ay  ərzində 



saxlayırlar. 

 

Ferment  preparatı  az  duzlu  balıq  və  preservlərin  istehsalında    balığın 



kütləsinin 5-10%-i miqdarında  istifadə olunur. O həmçinin zülali hidrolizatlarının 

alınmasından hidroliz prosesinin  sürətləndirilməsi üçün də istifadə olunur. 

 

Balıq konservlərinin istehsalı zamanı alınan tullantıları yem ununa və texniki 



yağ istehsalı üçün ekstraksiyalı və presli sxemlə emal edirlər. 

Yem  unu  və  texniki  yağın  ekstraksiya  sxemi  ilə    alınması  zamanı  

xırdalanmış tullantıları  ( balığın başı, üzgəcləri,  içalatı ) üç horizontal quruducu 

barabandan keçirilir.  Burada onlar  üç mərhələdə  uyğun olaraq 105 

0

,90


0

 və  75


0

 C  


temperaturlarda  qurudulur.  Bu  zaman  məhsulun  nəmliyi  12%  dən  yuxarı 

olmamalıdır.  Qurudulmuş  kütlədən  yağı    benzin  vasitəsilə  ekstraksiya  edirlər. 

Ekstraksiya  prosesini  sürətləndirmək  üçün    qarışıqdan  qatı  buxar  buraxılır.  Daha 

sonra  maye  fraksiyanı  süzürlər  və  distillə  aparatı  ilə  ondan  benzini  ayırırlar. 

Alınmış  yağı  texnoloji  məqsədlər  üçün  istifadə  edirlər,  yerdə  qalan  şrotu  isə  



27 

 

benzin buxarlarının tam kənarlaşdıılmasına qədər  qurudurlar. Daha sonra qarışıq 



xırdalanır, mövcud olan bütün ferroqarışıqlardan təmizlənir, fraksiyalara ayrılır və 

torbalara qablaşdırılır.[37] 

 

Balıq  tullantılarının  presləmə  sxemi  ilə    emalı  zamanı  daha    az  çıxımda  



yüksək  keyfiyyətli    texniki  yağ  almağa  imkan  verir.  Bu  sxemlə  iş  zamanı    balıq 

tullantıları    diametri  2-2,5  sm  olan    açarlara  malik    məhəccərli  valçoklarda    20-

30mm    ölçülü  dənəvər  hissəciklərə  xırdalanır.  Tullantıların  tikələrini    buxar  -

kontaktlı    üsulla    şnekli  blanşirovka  edicilərdə  102-103 

0

C

 



  temperaturda  10-12 

dəqiqə  ərzində  qaynadırlar.  Qaynama  prosesində  ayrılan  yağlı  bulyon    qarışığını 

çökməyə göndərirlər, maye kütləni isə  fasiləsiz təsirli şnekli presdə  presləyirlər. 

Presləmə    zamanı  ayrılan  bulyonda    müəyyən  miqdar  yağ  olur  ki,  bunları  da 

çökdürücülərə  yükləyirlər,  şrotu  isə  çəkicli  xırdalayıcıda  xırdalayıb  barabanlı 

quruducuda    10-12%    nəmlik  qalana  qədər  110

0

  C  temperaturda  qurudurlar.  Bu 



tullantılardan ayrılan  buxarlı havanı kaskadlı kondensatordan  buraxır, daha sonra 

isə    pis  qoxulu  maddələrin  kənarlaşdırılması  və  məhv  edilməsi  üçün  alovlu 

təmizləyicidən    buraxırlar.  Alınmış  quru  yem  məhsulunu  çəkicli  xırdalayıcıda 

xırdalayır, maqnitli separatordan və ələkdən keçirirlər. Bundan sonra onu  torbalara 

qablaşdırırlar. Çökdürülmüş yağı isə bulyondan ayırırlar. Kiçik müəssisələrdə  bu 

yağ  istifadə  olunmur.  Böyük  müəssisələrdə  isə    vakuumlu  aparatlarda  tərkibində 

55%-dən  az  olmayaraq  quru  maddə  qalana  qədər  60

0

C-dən  yüksək  olmayan 



temperaturda  qaynadılır  və  barabanda  qurudulan  yem  məhsuluna  hissə-hissə 

qatılır. 

 

Hidro balıq sənayesi tərəfindən  balıq tullantıları emalından un-yağ istehsalı 



üçün    mexanikləşdirilmiş  axın    xətli  presli-quruduculu  avadanlıq  işlənib 

hazırlanmışdır. Bu qurğunun sxemi  şəkil 1.3 də verilmişdir. 




 

Şə

kil  1.3.  Balıq  tullantılarının  emalı  üçün  istifad



avadanlığın sxemi. 

 

Avadanlıq  cılız  v



xammalından  balıq  unu  v

Avadanlıqla iş zamanı  balıq tullantıları  (1)  balıq do

ş

neki vasitəsilə  (13)  elektrik s



bunkerinə  göndərilir.  Oradan  xırdalanmı

fasiləsiz  təsirli    (11)    qaynadıcıya  verilir  ki,  buradan  da  hazır  olana  q

qaynadılmış  məhsul    (14) 

çökdürücü  sentrifuqaya  axılıdır,  burada  da  separatla

hissəciklər kənarlaşdırılır.

 

Ş



nekli  presdən  v

ş

neklə    (15)    suvarıcı  kondensator  t



quruducu  barabanına  verilir.  Quruducu    barabandan  qurudulmu

ş

neklə  çıxarılır  və    (26)  novu  il



.  Balıq  tullantılarının  emalı  üçün  istifadə  olunan 

Avadanlıq  cılız  və  yağlı  balıq  tullantılarından  və

xammalından  balıq  unu  və    texnoloji  yağ  emalı  üçün  n

 zamanı  balıq tullantıları  (1)  balıq doğrayıcısında xırdalanı

(13)  elektrik səviyyələndiriciləri ilə təchiz olunmu

rilir.  Oradan  xırdalanmış  tullantıları    (10)   

sirli    (11)    qaynadıcıya  verilir  ki,  buradan  da  hazır  olana  q

hsul    (14)  şnekli  presə  daxil  olur.  Bulyon  qaynadıcıdan    (22)  

çökdürücü  sentrifuqaya  axılıdır,  burada  da  separatlaşdırılır  v

ş

dırılır.[37,41] 



n  və  çökdürücü  sentrifuqadan  alınan    jmıx  (23)    ikinci  m

(15)    suvarıcı  kondensator  tərəfindən  yaradılmış  vakuumla  i

quruducu  barabanına  verilir.  Quruducu    barabandan  qurudulmu

(26)  novu  ilə    (18)    xırdalayıcı  -ələyiciy

28 

 

olunan  presli-quruducu 



ə

  keyfiyyətsiz  balıq 

  emalı  üçün  nəzərdə  tutulmuşdur. 

rayıcısında xırdalanır və  (9) 

chiz olunmuş  (12)  xammal 

  tullantıları    (10)    şnekli  dozatorla 

sirli    (11)    qaynadıcıya  verilir  ki,  buradan  da  hazır  olana  qədər 

daxil  olur.  Bulyon  qaynadıcıdan    (22)  

ş

dırılır  və  ondan  artıq 



çökdürücü  sentrifuqadan  alınan    jmıx  (23)    ikinci  maili  

ş

  vakuumla  işləyən    (24)  



quruducu  barabanına  verilir.  Quruducu    barabandan  qurudulmuş  məhsul      (25) 

yiciyə  verilir.  Buradan 




29 

 

xırdalanmış  kütlə    (27)    novu  ilə  dəmir  qarışıqlarının  təmizlənməsi  üçün      (19) 



elektro-maqnit  separatoruna  verilir.  Daha  sonra    (20)    vibrasiyalı-ələyicidə  ələnir 

və  alınmış  yem  unu  qablaşdırılmağa  istiqamətləndirilir.  Toz  hissəcikləri    (17)  

siklonu  ilə  sorulur.  (22)  çökdürücü  sentrifuqadakı    yağlı  bulyon    (21)    yığımına 

daxil olur. Buradan nasosla  (2) boru nəqlediciyə yüklənərək  (4) qızdırıcı yığımına 

verilir,  daha  sonra  isə    (3)    tullantı    separatoruna  ötürülür.  Oradan  bulyon    (6)  

təmizləyici  yığımına,  sonra  yağın  ayrılması  üçün    (7)  separatoruna  verilir. 

Separasiya  olunmuş  yağsızlaşdırılmış    bulyon    (8)      vakuum-buxarlandırıcı 

qurğuya  daxil  olur,  oradan  da  konsentrasiya  olunduqdan  sonra    yenidən  

qurudulmuş  kütlə  ilə  qarışdırılan  quruducu  barabana  daxil  olur.  Buxar      (16)  

magistralına, su isə (16a)- ya verilir. Yağ  (5)   boru nəqlediciyə yüklənir. 




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin