Microsoft Word M?mm?dova Lale 709 docx



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2954
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
                                             

 

 

 

       Balıq konservləri. 

Konservlər

-  bu  müəyyən  temperaturda  uzunmüddətli  istilik  təsiri 

(sterilizasiyası)  nəticəsində  alınmış,  uzun  müddət  korlanmadan  qala  biləcək 

hazırlanmış hermetik taralı məhsullardır. 

Balıq  xammalından  hazırlanan  müxtəlif  konserv  növləri  əhalinin 

qidalanmasında  olduqca  böyük  əhəmiyyət  kəsb  edən    qida  məhsullarından  biri 

sayılır.  Istehsal  texnologiyasından,  istifadə  edilən    köməkçi  materialların 

müxtəlifliyindən  asılı  olaraq  balıq  konservləri  biri  digərindən  fərqlənir.  Hazırda 




33 

 

balıqçılıq sənayesi  tərəfindən aşağıdakı təsnifata əsasən   balıq konservləri istehsal 



edilir: 

1)

  Xüsusi şirədə, həlimdə və  jeledə təbii balıq konservləri; 



2)

  Qızardılmış, pörtülmüş,  bir az  qurudulmuş və ya çiy balıqdan hazırlanan  

yağda balıq konservləri; 

3)

  Hislənmiş,  pörtülmüş,  bir  az  qurudulmuş  və  ya  çiy  balıqdan  hazırlanan  



tomat sousunda  balıq konservləri; 

4)

  Tərkibinə balıqla yanaşı,  qızardılmış tərəvəzlər də daxil olan  balıq-tərəvəz 



konservləri; 

5)

  Balıq poştetləri, kotletlər və qiymələr; 



6)

  Preservlər (sterilizasiya olunmayan konservlər ).[12] 



Təbii  balıq  konservləri.

  Təbii  balıq  konservlərini  əsasən  təzə  ovlanmış  və 

soyudulmuş, bəzi hallarda isə dondurulmuş  balıqlardan xüsusi  şirədə, həlimdə 

və  jeledə  hazırlayırlar.  Bütün  hallarda  balığı  tikələrə  və  ya  gövdələrə  ayırırlar 

ki,bunları  da  bankalara  sıx  halda  düzürlər.  Qızıl  balıqdan,  skumbriyadan, 

paltusdan,  siyənəkdən  və  treskadan  konserv  istehsal  edərkən  balıqla  dolu 

bankaya  acı  və  ətirli  istiot,  dəfnə  yarpağı  əlavə  edirlər.  Skumbriyadan 

konservlər    hazırlanarkən  15-20  dəqiqə  ərzində    90-95

0

  C  istilikdə  xammalı  



buxarla  pörtür,bankaya  isə  balığın  başının  və  quyruğunun  ayrılması  zamanı 

alınan  tikələrin  bişirilməsindən  alınan  həlimi  əlavə  edirlər.  Zərif  ətə  malik 

balıqlardan  məsələn,  salakalar,  sayrlar  və    başqalarından  alınan  təbii  

konservləri  hazır məhsula yaxşı əmtəəlik görünüş vermək və balıq tikələrinin 

bütövlüyünü saxlamaq üçün jeledə istehsal edirlər. Bankalara balığı əllə və ya 

doldurucu avtomatlar ilə  qablaşdırırlar.[41] 

Qızıl 

balıq, 


skumbriya 

və 


siyənək 

balıqlarından 

konservləri  

mexanikləşdirilmiş    axın  xəttlərində  hazırlayırlar.  Belə  axın  xəttlərinin 

məhsuldarlığı  250 balıq\dəqiqə  qiymətinə çatır. Istehsal prosesində balığı  iki 

mərhələdə  bölürlər.  Əvvəlcə  baş  ayıran  maşında  balığın  başını  kəsir  və 

kənarlaşdırır,sonra əmələ gələn kəsik yerindən  kürü torbasını çıxarırlar. Daha  



34 

 

sonra isə  avtomat balıq doğrayan maşında onun  üzgəcləri kəsilir,qarnı yarılır  



və  içalatı  çıxarılır.  Balıq  doğrayan    avtomatdan    balıq  gövdələri    inspeksiya 

nəqledicisinə  daxil  olur,  stollar    üzərində    onları  təmizləyir  və  yuyurlar. 

Yuyulub təmizlənmiş balıq gövdələri porsiyalaşdırıcı maşına daxil olur ki, onlar 

daha  tez  –tez  9  və  ya  10    №-li    bankanın  ölçülərinə  uyğun  olaraq    tikələrə 

bölünür. Balıq  tikələri  doldurucu avtomatlara  ötürülür. Qabaqcadan  maşında 

yuyulmuş  bankalara duz və ədviyyat əlavə edilir, sonra isə kəsik yuxarı  olmaq 

şə

rti  ilə  balıq  tikələri  doldurulur.  Doldurucu  avtomatdan  çıxarkən    bankalar 



yerlərini dəyişərək  inspeksiya nəqledicisinə  keçirlər ki, burada da balıq tikələri 

səhv  doldurulmuş  və  ya    deformasiya  etmiş    gövdəyə    malik  bütün  bankalar 

seçilib  ayrılır.  Sonra  isə    balıqla  dolu  bankalar  klinçer  qurğusuna  –  ilkin  

hamarlanmaya, daha sonra isə vakuum  hermetikləşdirici avtomata ötürülür. 




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin