Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


 Kommunikasiya və məlumat mübadiləsi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix06.09.2017
ölçüsü0,95 Mb.
#29039
1   ...   4   5   6   7   8   9   10   11   12

4. Kommunikasiya və məlumat mübadiləsi 
Kommunikasiya  menecment  mexanizminin  bütün  mərhələlərində,  yəni 
proqnozlaşdırma,  planlaşdırma,  işlərin  təşkilində,  nəzarətində  və  s.  mühüm  rol 
oynayır. 

 
129
Kommunikasiya  vasitələrinə  telefon,  poçt,  faks,  kompüter,  memorandumlar, 
daxili  və  xarici  yazışmalar,  şəxsi  görüşlər  aiddir.  Kommunikasiyanın  sadə 
mexanizmi var. Müraciəti göndərən, müraciətnamə, müraciəti alan. 
Ə
n  yaxşı  kommunikasiya  vasitəsi  şəxsi  görüşdür.  Şəxsi  görüşlər  qarşılıqlı 
anlaşmaya tam imkan verir. 
Kommunikasiya prosesinə mane olan vasitələr mövcuddur. 
• Gözlənilən məlumatı eşitmək; 
• Bildiyimiz məlumata əks olan məlumatı təkzib etmək; 
• Məlumat mənbəyinə qiymət vermək; 
• Alınan məlumatı seçib mənimsəmək; 
• Eyni söz müxtəlif insanlar üçün müxtəlif məna kəsb edə bilər; 
• Işarələrin müxtəlif mənada başa düşülməsi; 
• Emosiyanın (həyəcanın) təsiri; 
• Müxtəlif səs-küyün olması. 
•  Kommunikasiyanın  effektini  yüksəltmək  üçün  müxtəlif  üsullardan  istifadə 
olunur. 
• Tərəfdaşın nöqteyi-nəzərini bilmək və onun aləmini başa düşmək; 
•  Nəzərə  almaq  lazımdır  ki,  sözləri  ifadə  edəndə,  onların  məcazi  mənada 
işlənməsini nəzərə almaq lazımdır; 
• Danışıqları sadə, aydın, dürüst, dəqiq aparmalı; 
• Müdafiə kommunikasiyasından tərəfdaşlığa keçmək; 
• Texnikadan şəxsi münasibətlərdə istifadə etmək; 
• Nəzərə almaq lazımdır ki, hər bir inamın və etibarın həddi var; 
• Qeyri-formal əlaqə (qarşılıqlı münasibət). Məlumatın rəsmi ötürülməsindən 
ə
lavə  bir  çox  şirkətlər  qeyri-rəsmi  kommunikasiyalardan  (əlaqələrdən)  istifadə 
edirlər.  Tabeliyində  olan  işçilərlə  qeyri-rəsmi  münasibət  yaradan  menecer 
kollektivdə  inam  mühiti  yaradır  və  qiymətli  məlumatlar  almaq  imkanına  malik 
olur. Qeyri-rəsmi münasibət-dən menecer bir sıra mənfəətlər əldə edə bilər: 
• Potensial problemlərin yaranmasının proqnozu; 
• Işçilərin işə daha çox can yandırmağı; 

 
130
•  Planlaşdırma  və  qərarların  qəbulunda  mühüm  olan  faydalı  məlumatların 
toplanması. 
Qeyri-rəsmi qarşılıqlı münasibətdə bir sıra faydalı məsləhətlər mövcuddur. 
•  Menecer  kabinetinin  qapısını  bağlayıb  işçilərdən  təcrid  olmamalı,  «açıq 
qapı» siyasəti yeritməli, işçilərlə mütəmadi ünsiyyətdə olmalıdır; 
•  Menecer  tabeliyində  olanları  adları  ilə  çağırmalıdır,  çünki  onlar  bu 
münasibəti xoşlayırlar; 
•  Menecer işçilərə işin  mahiyyəti,  gedişi, müəssisənin  siyasəti,  qəbul olunan 
qərarlar haqqında məlumat verməlidir; 
•  Menecer işçilərin   məsləhətinə  qulaq  asmalı,  qiymətləndirməli və təşəkkür 
etməlidir; 
• Menecer dinləmək bacarığına malik olmalıdır. Qeyri-rəsmi münasibətlər işin 
müvəffəqiyyətinin mühüm amilidir. 
Ə
saslandırmaq  -  hər  hansı  bir  məqsədə  nail  olmaq  üçün  istiqamətlənmiş 
təşəbbüsü  müdafiə  etmək  prosesi  və  ya  bacarığıdır.  Başqa  sözlə  desək,  hər  hansı 
bir insan işi məcburi deyil, istədiyinə görə edir. 
Nəzarətin  yerinə  yetirilməsi  -  məlumat  toplanması  məqsədi  ilə  keçirilir  və 
bunun əsasında gələcək qərarlar qəbul olunacaq. 
Menecmentin mahiyyəti aşağıdakılardır: 
1. Başqalarının əməli ilə hər hansı bir işi görmək; 
2. Alıcı, sifarişçi, müştəri üçün bütün şəraiti və rahatlığı yaratmaq; 
3. Yeniliyə meyil etmək; 
4. Dəyişiklikləri sevməyi öyrətmək; 
5. Sistemləri qurmaq. 
5. Idаrəеtmə üsullаrı 
Ideal  və  vahid  menecment  modeli  yoxdur.  Müxtəlif  idarəetmə  üsulları 
mövcuddur.  Idarəetmə  üsullarını  səciyyələndirərkən  onların  istiqamətini, 
məzmununu, təşkilati formalarını açmaq zəruridir. 
Idarəetmə üsulunun istiqaməti - müəyyən obyektə (firma, şöbə, bölmə, şirkət 
və s.) yönəlməsi deməkdir; 

 
131
Idarəetmə üsulunun məzmunu - müxtəlif spesifik yollar və üsullarla təsiretmə 
birliyidir; 
Idarəetmə  üsulunun  təşkilati  forması  konkret  yaranmış  vəziyyətdə  təsir 
üsullarıdır. Təsir birbaşa və ya dolayı ola bilər. 
Mehmanxana  müəssisələrinin  idarəçiliyində  eyni  zamanda  müxtəlif 
üsullardan  istifadə  olunur  və  onlar  bir-birini  tamamlayır.  Bu  üsulların  istiqaməti 
müxtəlif əmək fəaliyyəti göstərən insanlara yönəlib. 
Idarəetmə  üsulunda,  məzmun,  istiqamət  və  təşkilati  forma  müəyyən  tərzdə 
uyğunlaşır. Bunları nəzərə almaqla aşağıdakı idarəetmə üsullarını göstərmək olar: 
1. Iqtisadi; 2. Təşkilati-inzibati; 3. Sosial-psixoloji. 
Idarəetmənin  iqtisadi  üsulları  idarəetməyə  münasibət  ilk  növbədə  iqtisadi 
münasibətlərlə təyin olunur ki, bunların da əsasını obyektiv tələblər və insanların 
marağı təşkil edir. Idarəetmədə iqtisadi üsul mərkəzi yer tutur. 
Idarəetmədə iqtisadi üsullarla rəhbərlik, planlaşdırma, təhlil, maliyyələşmə və 
s. formalarda özünü göstərir. 
Təşkilati-inzibati  üsuldan  fərqli  olaraq,  idarəetmədə  iqtisadi  üsullarla 
rəhbərlik  ümumi  iqtisadi  göstəriciləri  və  buna  nail  olmaq  yollarının  işlənib 
hazırlanmasını nəzərdə tutur. 
Nəticədə  insanların  səmərəli  işləməsində,  inzibati  təsirlər  deyil,  iqtisadi 
həvəsləndirmə üsulları ön planda durur. 
Idarəetmənin  iqtisadi  üsulları  əsasında  təşkilati-inzibati  və  sosial-psixoloji 
üsullar inkişaf edir, möhkəmlənir və peşəkarlıq artır. 
Idarəetmənin  təşkilati-inzibati  üsulları  birbaşa  direktiv  göstərişlərə  əsaslanır. 
Bu  üsulların  obyektiv  əsasını  təşkilati  münasibətlər  təşkil  edir.  Təşkilati-inzibati 
üsulun vəzifəsi, tabeliyində olan işçilərin işini əlaqələndirməkdən ibarətdir. 
Iqtisadi  üsullar  təşkilati-inzibati  təsirlər  olmadan  fəaliyyət  göstərə  bilməz. 
Təşkilati-inzibati  üsul  dəqiqlik,  nizam-intizam,  işin  qayda  ilə  aparılmasını  təmin 
edir. Təşkilatı-inzibati üsul əsasən rəhbərin səlahiyyətinə və hüququna istinad edir. 
Təşkilati-inzibati  üsul  idarəetmə  obyektinə  əmr,  sərəncam,  operativ  göstəriş, 
bunların yerinə yetirilməsinə nəzarət, əmək intizamını təmin etməyə yönəlib. 

 
132
Bu üsullar əmək və təsərrüfat qanunvericilik hüquqi aktları ilə tənzimlənir. 
Təşkilatı-inzibati üsulların üç forması özünü göstərir: 
1. Məcburi göstəriş (əmr, qadağan və s.); 
2. Saziş formaları (məsləhətləşmə, kompromislərlə həlletmə); 
3. Tövsiyələr, təkliflər (məsləhət, izah etmək və s.);  
Təşkilati-inzibati  üsulların  bütün  formaları  bir  cəhətdə  eynidir  ki,  bunlar  da 
rəhbər  orqanların  tapşırıq,  qanun  və  qərarlarına,  əmr  və  sərəncamlarına  əməl 
olunmasına yönəlib. 
Təşkilati-inzibati   üsulların   digər  üsullardan  fərqi  ondadır  ki, direktivlərin 
dəqiq  ünvanı  göstərilir,  sərəncam  və  göstərişləri  yerinə  yetirmək  məcburidir.  Bu 
sərəncam və göstərişləri yerinə yetirməmək icraçılıq intizamını pozmaq deməkdir. 
Rəhbərlik  üsulları  kollektivdə  müvafiq  tabeçilik  prinsipləri  sistemi  ilə 
formalaşır.  Tabeçilik  formaları  xoşniyyətli  olmalı,  kollektivdə  inkişafa  kömək 
etməli,  təəssüf  hissinə,  əsəbiliyə,  stressə  yol  verilməməlidir,  rəhbərlik  və 
tabeçilikdə olanlarla qarşılıqlı anlaşma olmalıdır. 
Idarəetmə  fəaliyyətində  inzibati  təsir  bir  qayda  olaraq  üç  tip  tabeçiliklə 
ə
laqədardır: 
1. Məcburi və zahirən qəbul olunmuş, xoşagəlməz asılılıq hissi  ilə  müşayiət  
olunan,  yuxarıdan  təzyiq  kimi  başa düşülən tabeçilik; 
2. Müstəqil qərar qəbul etmək iqtidarına malik olmayan passiv tabeçilik; 
3.  Rəhbəri  və  tabeçilikdə  olanları  təmin  edən,  başa  düşülən,  dərk  olunan, 
daxilən əsaslandırılan tabeçilik. 
Təşkilati-inzibati  üsullardan  istifadə  etməklə  idarəetmə  sisteminin  inkişafına 
və idarəetmə obyektinə məqsədyönlü, əlverişli təsir göstərmək olar. Lakin birbaşa 
təsir son nəticədə passiv tabeçiliyə və hətta gizli itaətsizliyə gətirib çıxara bilər. Ən 
səmərəli dolayı təsir üsuludur. 
Bu  zaman  tabeçilikdə  olanların  qarşısına  vəzifə  qoyulur  və  həvəsləndirmə 
şə
raiti yaratmaqla həyata keçirilir. 
Təşkilati-inzibati üsul qanunvericilik (normativ aktlar) aktları sistemi və güclü 
menecerin  səlahiyyətinə  söykənir  və  menecmentin  digər  üsulları  kimi  oxşar 

 
133
vəzifələri  yerinə  yetirir,  lakin  bunu  təşkilati  və  sərəncamlar  vasitəsilə  idarəetmə 
sisteminə təsir göstərməklə həyata keçirir. 
Idarəetmənin  sosial-psixoloji  üsulu  -  Bildiyimiz  kimi,  əməyin  səmərəli 
olması  psixoloji  amillərdən  müəyyən  dərəcədə  asılıdır.  Menecerin  vəzifəsi  ondan 
ibarətdir  ki,  bu  amilləri  təyin  edib,  onlardan  məqsədyönlü  və  səmərəli  istifadə 
edərək vahid və yekdil bir kollektiv yarada bilsin. Menecer hər bir insanın hərəkət 
tərzini,  xarakterini  bilməklə  onun  fəaliyyətini  proqnozlaşdırıb  kollektiv  və  işin 
səmərəsi  üçün  lazım  olan  səmtə  yönəltməlidir.  Bunun  üçün  psixofizioloji 
uyğunlaşma prinsipinə riayət etməklə kollektivdə yaxşı mühit yaratmaq olar. 
Yapon  sosioloqları  iddia  edirlər  ki,  insanın  əhval-ruhiyyəsi,  onun  yaxşı  və 
səmərəli  işləməsi,  kollektivdə  olan  mənəvi-psixoloji  şəraitdən  çox  asılıdır. 
Kollektivə  səmərəli  təsir  göstərmək  üçün  ayrı-ayn  işçilərin  mənəvi  və  psixoloji 
vəziyyətini  öyrənmək  kifayət  deyil,  həm  də  qrupların  sosial-psixoloji 
xarakteristikasını bilmək lazımdır. Bu məqsədlə sosial-psixoloji üsullardan istifadə 
olunur. Bunlar mənəvi həvəsləndirmə və şəxsiyyətə psixoloji təsir yolları ilə həyata 
keçirilir.  Bu  üsulun  əsas  məqsədi  kollektivdə  müsbət  sosial-psixoloji  mühit 
yaratmaqla tərbiyəvi, təşkilati, iqtisadi məsələləri həll etməkdir. 
Menecer təbiətin bioloji və şəxsiyyətin daxili aləmini başa düşərsə, kollektivi 
daha sıx birləşdirə bilər, işçilərin daha fəal və səmərəli işləməsinə nail ola bilər. 
Mehmanxana  idarəçiliyində  sosial-psixoloji  üsullardan  geniş  istifadə 
olunarsa,  işçilərin  fəaliyyəti  və  tələbatı  vaxtında  nəzərə  alınar  və  idarəetmədə 
müvafiq qərarlar qəbul etməyə imkan verər. 
Sosial-psixoloji üsul tələb  edir  ki,  kollektivə  idarəetmənin  müxtəlif  yollarını 
dərindən bilən mahir və çevik menecer rəhbərlik etsin. 
Kollektivə  əsas  təsir  vasitələrindən  biri  də  inandırmaqdır.  Menecer 
inandırarkən  işçilərlə  birgə  iş  fəaliyyəti  zamanı  yaranan  münasibətləri  və  insan 
təbiətini nəzərə almalıdır. 
6. Idarəetmənin üslubu 

 
134
Idarəetmənin üslubu - Üslub (stil) sözü yunan mənşəlidir. Ilk zamanlar mum 
lövhədə  yazmaq  üçün  mil  mənasını  verirdi.  Sonralar  bu,  dəst-xətt  mənasını  kəsb 
edir. Deməli, menecerin rəhbərlik üslubu onun dəst-xətti anlayışını verir. 
Rəhbərliyin üslub və üsulu müəyyən mənada vahiddir. Üslub (stil) rəhbərliyin 
üsullarının həyata keçməsinin formalarını göstərir. Hər bir üsulun həyata keçməsi 
üçün  konkret  keyfiyyətlərə  malik  olan  şəxsiyyətlərə  ehtiyacı  var.  Özünəməxsus 
rəhbərlik  üslubu  olan  menecer  öz  fəaliyyətində,  idarəetmədə  müxtəlif  üsullardan 
istifadə edə bilər (iqtisadi, təşkilati-inzibati, sosial-psixoloji). 
Deməli, rəhbərlik üslubu fərdi xarakter daşıyır. Iki barmaq izi eyni olmadığı 
kimi,  eyni  üslubla  rəhbərlik  edən  iki  menecer  də  yoxdur.  Eyni  zamanda,  ideal 
üslubla  rəhbərlik  edən  menecer  mövcud  deyil.  Menecerin  rəhbərlik  üslubu  tək 
onun şəxsiyyəti ilə deyil, həm də müəyyən şəraitdən asılı ola bilər. 
Menecerin qarşısına qoyduğu vəzifələr üslub seçimini təyin edir. 
Idarə  etmək  -  menecer  tabeliyindəkilərə  dəqiq  göstərişlər  verir  və 
tapşırıqların vicdanla yerinə yetirilməsinə nəzarət edir; 
Istiqamət  vermək  -  menecer  idarə  və  tapşırıqların  yerinə  yetirilməsinə 
nəzarət  etməklə  yanaşı,  əməkdaşlarla  qərarları  müzakirə  edir,  onların  təkliflərini 
dinləyir, təşəbbüslərini dəstəkləyir. 
Dəstəkləmək - menecer əməkdaşlarına tapşırıqları yerinə yetirməkdə kömək 
edir, düzgün qərarların qəbulunda məsuliyyəti onlarla bölüşdürür. 
Səlahiyyət  vermək  -  menecer  icraçıya  səlahiyyətinin  bir  sini  verir,  qəbul 
olunan xüsusi qərarların məsuliyyətini onun üzərinə qoyur. 
Ilk dəfə rəhbərliyin üslub məsələsini K.Levin avtoritar, demokratik və liberal 
üslublara ayırmışdır. 
1. Rəhbərliyin avtoritar üslubuna görə ixtiyar bir rəhbərin səlahiyyətindədir və 
bütün işlər barədə yalnız ona məlumat verməyi tələb edir.  Bu üsluba inzibatçılıq 
və  tabeçilikdə  olanlarla  məhdud  əlaqələr  məxsusdur.  Bu  tip  menecer  təkbaşına 
qərarlar qəbul edir və tabeliyində olanlara təşəbbüs göstərməyə imkan vermir. O, 
hərəkətlərində  qətidir,  insanlarla  münasibətdə  kəskindir,  həmişə  nə  isə  əmr, 

 
135
sərəncam  verir  və  heç  zaman  xahiş  etmir.  Xülasə,  onun  idarəetmə  fəaliyyətinin 
məzmunu əsasən əmr və komanda verməkdən ibarətdir. 
Avtokrat rəhbərin təfəkküründə ehkamçılıq və stereotip səciyyəvidir. Avtokrat 
hər hansı bir yeniliyə ehtiyatla yanaşır və idarəetmə işində eyni üsullardan istifadə 
edir. Rəhbər tabeliyindəki olan işçilərdən səviyyə cəhətdən aşağı olanda avtokratlıq 
özünü göstərir. 
Rəhbərliyin avtokrat idarəetmə üslubu işçilərdə təşəbbüskarlığa həvəsi məhv 
edir, işin təşkilinə və səmərəsinə mane olur. 
Avtokrat  rəhbər  onun  idarəetmə  üslubuna  uyğunlaşa  bilməyən  işçilərə  «Biz 
səninlə işləyə bilməyəcəyik» ifadəsini təkrarlamağı xoşlayır. Belə bir şəraitdə işçi 
gördüyü işdən zövq ala bilmir. 
2.  Demokratik  idarəetmə  üslubundan  istifadə  edən  menecer  məsələləri  
kollegial həll etməyə üstünlük  verir,  işçilərə  mehmanxananın vəziyyəti haqqında 
mütəmadi məlumat verir və tənqidi düzgün qəbul edir. Tabelikdəki işçilərlə daimi 
təmasda olur, işçilərlə xoşrəftar və nəzakətlə davranır. Demokratik rəhbər tabelikdə 
olan  işçilərə  inanır,  onlara  müəyyən  səlahiyyətlər  verir.  O,  tələbkardır  və  eyni 
zamanda  ədalətli  rəhbərdir.  Rəhbərliyin  demokratik  idarəetmə  üslubunda, 
qərarların qəbulunda kollektivin üzvləri iştirak edir. 
3. Idarəetmənin liberal üslubunda rəhbərlik kollektivin fəaliyyətinə müdaxilə 
etmir, işçilərə tam müstəqillik və sərbəstlik verilir. 
Liberal rəhbər işçilərlə nəzakətlə davranır, qəbul etdiyi qərarları dəyişə bilir, 
təşəbbüskar olmur, yuxarı rəhbər orqanların qərarlarını dərk etmədən yerinə yetirir. 
Liberal  rəhbər  xahiş  və  razı  salmaq  təsir  vasitələrindən  istifadə  edir,  passiv 
idarəçilik funksiyasını yerinə yetirir, necə deyərlər, «suyun axarı ilə üzür». Liberal 
menecer münaqişələrdən çəkinir və tabelində olan işçilərin fikri ilə əsasən razılaşır. 
Işçilərlə  çox  yumşaq  rəftar  menecerin  real  avtoritet  (nüfuz)  qazanmasına 
mane  olur.  Bu  tip  menecerin  təşkilati  bacarığı  zəifdir  və  o,  işçilərə  nəzarət  edə 
bilmir. 

 
136
Qeyd  etmək  lazımdır  ki,  göstərilən  idarəetmə  üslubları  nadir  hallarda  bir 
növdə  olur.  Menecerin  çevikliyi,  bacarığı  ondan  ibarətdir  ki,  bütün  üslubların 
müsbət cəhətlərini idarəetmədə istifadə edə bilsin. 
 

 
137
Mövzu: 13. Mehmanхana fəaliyyətində standart və normativlər  
Plаn 
1. Mеhmаnхаnа fəaliyyətinin hüquqi əsasları 
2. Mеhmаnхаnа müəssisələrinin lisеnziyаlаşdırılmаsı 
3. Mеhmаnхаnаlаrdа хidmət kеyfiyyəti stаndаrtı və dərəcələrin vеrilməsi 
 
1.  Dövlət  turizm  fəаliyyətini  Аzərbаycаn  iqtisаdiyyаtının  priоritеt 
sаhələrindən biri kimi еlаn еdərək:  
-  turizm  fəаliyyətinə  təsir  göstərərək  оnun  inkişаfı  üçün  əlvеrişli  şərаit 
yаrаdır; 
- turizm fəаliyyətinin priоritеt istiqаmətlərini müəyyən еdir və dəstəkləyir; 
-  Аzərbаycаn  rеspublikаsının  turizm  üçün  əlvеrişli  ölkə  оlmаsı  imici 
fоrmаlаşdırır; 
-  Аzərbаycаn  turistlərinin,  turоpеrаtоrlаrın,  turаgеntlərin  və  оnlаrın 
birliklərinin müdаfiəsini həyаtа kеçirir və dəstəkləyir. 
Turizm fəаliyyətinin dövlət tənzimlənməsinin priоritеt istiqаmətlərinə  dахili, 
ха
rici, sоsiаl və özfəаliyyət turizminin inkişаfı və dəstəklənməsi аiddir. 
А
zərbаycаndа  turizm  fəаliyyətinin  dövlət  tənzimlənməsi  аşаğıdаkı  yоllаrlа 
həyаtа kеçirilir: 
- Аzərbаycаndа turizmin inkişаfının priоritеt istiqаmətləri müəyyənləşdirilir; 
- turizm sfеrаsı hüquqi-nоrmаtiv əsаslаrlа tənzimlənir; 
- dövlət, rеgiоnаl və sаhə məqsədli turizmin inkişаf prqrаmı işlənib hаzırlаnır 
və həyаtа kеçirilir; 
- dахili və dünyа turizm bаzаrındа turist məhsulunu hərəkətə gətirir; 
- turistlərin hüquq və mаrаqlаrını qоruyur, оnlаrın təhlükəsizliyini təmin еdir; 
- turizm sfеrаsını kаdrlаrlа təmin еdir; 
- turizm sfеrаsındа еlmi аrаşdırmаlаrı inkişаf еtdirir; 
- turizm sənаyеsi оbyеktlərinin stаndаrtlаşdırılmаsı və təsnifаtını аpаrır; 
- turоpеrаtоrlаrın vаhid dövlət rееstirini fоrmаlаşdırır və həyаtа kеçirir; 
- turizmin infоrmаsiyа təminаtını yаrаdır; 

 
138
- turizm sənаyеsinin inkişаfı üçün əlvеrişli şərаit yаrаdır; 
- turizm sfеrаsındа dövlət хidməti göstərir; 
-  turizm sfеrаsındа хаrici ölkələrlə və bеynəlхаlq təşkilаtlаrlа qаrşılıqlı 
ə
lаqələrin qurulmаsı, о cümlədən ölkə хаricində оlаn Аzərbаycаnın dövlət 
hаkimiyyəti оrqаnlаrını turizm sfеrаsındа təmsil еdən nümаyəndələr vаsitəsilə 
Ölkəmizdə    turizmin  inkişafı  üçün  bu  sahədə  qanunvericilik    bazasının 
yaradılması  da    ümummili    liderimiz  Heydər  Əliyevin    təsdiq  etdiyi 
fərmanlarla  başlamışdır.  Azərbaycanın  XX  əsrin  fenomeni  adını  almış  olan 
turizmdən  öz  layiq  olduğu  payı  ala  bilməsi  üçün  Tarixi  Ipək  Yolunun 
bərpasından  tutmuş,  Türizm  Haqqında  Azərbaycan    Respublikası  Qanunu 
(27 iyul 1999), Gənclər, Idman və Turizm  nazirliyinin yaradılması (18 aprel 
2001),  Ölkəmizin  ÜTT-yə    tam  hüquqlu  üzv  qəbul  edilməsi  (25  avqust 
2001),  2002-2005-ci  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı  (27 
avqust  2002),      2004-2008-ci  illərdə    regionların  sosial-iqtisadi  inkişafına 
dair  Dövlət  Proqramı  (11  fevral  2004)  bu  sahənin  inkişafına  yönəldilmiş 
olan tədbirlərdəndir. 
Qeyd edək ki, hazırda ölkədə 290 mehmanxana qeydiyyata alınıb. Lakin 
onlardan  yalnız  60-a  qədəri  müvafiq  normativlərə  uyğun  olaraq  ulduzlarını 
alıb.  "Nazirlik  yalnız  ulduzlarını  alan  mehmanxanaların  keyfiyyət 
səviyyəsinə  cavabdehdir".  Ölkədə  turizm  xidmətlərinin  səviyyəsini 
yüksəltmək,  beynəlxalq  standartlara  uyğunlaşdırmaq  üçün  lazımi  normativ 
tədbirlər  həyata  keçirilir,  onu  da  əlavə  edək  ki,  mehmanxanaların  5  il  üçün 
lisenziya haqqı 1500 manatdır. 
Azərbaycanı  dünyanın  turist  mərkəzlərindən  birinə  çevrilməsi  üçün 
ə
lverişli  imkanları  olan  bir  ölkə  kimi  xarakterizə  edən  BMT  IP-nin 
ölkəmizdəki 
rezident-əlaqələndiricisi 
Bruno 
Pueza 
bildirib 
ki, 
respublikamızın  coğrafi  mövqeyi  onu  turistlər  üçün  cəlbedici  edir.  Yeni 
layihənin  ölkəmizdə  turizmin  inkişafına  xidmət  edəcəyinə  əmin  olan 
B.Pueza  əlavə  edib  ki,  BMT  IP  bundan  sonra  da  Azərbaycanın  turizm 
sahəsinin inkişafı üçün yardım göstərəcək. 

 
139
   Bütün  bu  sıralananlar  içərisində  otellər  və  mehmanxanaları  da 
unutmaq  olmaz.  Çünki  onlar  da  turizmin  qaçılmaz  hissələrindən  biridir. 
Dövlət səviyyəsində bu barədə də mütəlif işlər görülməkdədir. 
   Mədəniyyət 
və 
Turizm 
naziri 
prezidentin 
ölkə 
turizm 
infrastrukturunun  inkişafına  xüsusi  diqqət  yetirdiyini  bildirərək,  onun  bu 
sahəni iqtisadiyyatın prioritet istiqamətlərdin biri kimi elan etdiyini diqqətə 
çatdırır: "Bu gün Azərbaycanda turizmin demək olar ki, bütün növləri var və 
bunların arasında mədəniyyət, ekologiya və ekstremal turizm sahələri xüsusi 
yer tutur. Ölkə başçısının sərəncamı ilə Mədəniyyət və Turizm  Nazirliyinin 
yaradılmasından  sonra  Azərbaycanın  zəngin  mədəniyyətinin  turizm 
vasitəsilə dünyaya yayılması və təbliğ edilməsi üçün böyük işlər görülür". 
Qeyd  etmək  lazımdır  ki,  ölkəmizə  gələn  turistlərin  sayı  ilbəil  artır. 
Getdikcə  bu  rəqəm  daha  da  artacaq.  Yataq  yerlərinin  sayının  çoxaldılması 
üçün  yeni  mehmanxanaların  tikintisi  nəzərdə  tutulub  və  hazırda  da  bu  iş 
davam  edir.  Qeyd  etmək  lazımdır  ki,  hazırda  dünyanın  bir  çox  ölkələri 
Azərbaycanın  sosial-iqtisadi  vəziyyətinin  sürətlə  inkişaf  etdiyini  nəzərə 
alaraq  ölkəmizdə  potensial  turizm  bazarının  axtarılması  məqsədilə  böyük 
işlər  görür.  Bu  il  keçirilən  sərginin    xüsusi  əhəmiyyət  daşıdığını  qeyd 
edərək,  ilk  dəfə  olaraq  sərgi  çərçivəsində  yeni  layihə  olan  "Hotel  Biznesi" 
üzrə    Azərbaycan  HOTEL  EXPO  sərgisinin  keçirilməsinin  mehmanxana  və 
hotelçilik  işinin  təkmilləşdirilməsi  üçün  böyük  əhəmiyyəti  olduğunu 
söyləmək  olar.  Qeyd  edək  ki  Beynəlxalq  "Turizm  və  Səyahətlər"  Sərgisi 
önəmli  meyarlardan  biridir,  bu  sərgini  təşkil  etmək  fikri  Azərbaycanda 
turizm  sektorunun  fəal  inkişafı  və  bunun  nəticəsində  yeni  mehmanxanalar 
və  düşərgələrin  tikilişi,  mövcud  mehmanxanaların  bərpası  ilə  əlaqədar 
meydana  gəlib  ilk  sərgidə  isə  14  şirkət  iştirak  edir.  Göründüyü  kimi 
debütünə  baxmayaraq,  sərgi  aparıcı  xarici  istehsalçıların  böyük  marağına 
səbəb  olub  və  sonrakı  illərdə  iştirakçıların  sayının  artacağı  şübhəsizdir. 
Xidmətlərin  səviyyəsini  artırmaq  üçün  dövlət  tərəfindən  lisenziyalaşdırma 
və  sertifikatlaşdırma  işinin  aparıldığını  diqqətə  çatdırmaq  lazımdır.  bu 

 
140
yaxınlarda  Mehmanxana  və  Hotelçilik  Assosiasiyasının  yaradılacağını  da 
söyləmişdir. 
2.  Sahibkarlığın  müxtəlif  növləri  ilə  məşğul  olmaq  üçün  dövlət  orqanları 
tərəfindən  xüsusi  icazə  (lisenziya)  olması  çox  vacibdir.  Əvvəllər  ölkədə  240-dan 
çox  fəaliyyət  növünə  lisenziya  verilməsi  tələb  olunurdu.  Lisenziya  qısa  müddətə  
(2 ilə) verilirdi. Məsələn, lisenziya rüsumu turizm fəaliyyətinə görə 2000 $ idi. Bu 
məbləğin  çsox  olduğuna  görə,  bəzi  turizm  firmaları  lisenziya  almırdı,  turizm 
fəaliyyətində  əldə  etdiyi  gəlirdən  vergi  də  vermirdi.  Yeni  qaydaya  görə  turizm 
sahəsində  lisenziya  rüsumu  4  dəfə  azalmış  və  onun  müddəti  isə  2,5  dəfə 
uzanmışdır.  Artıq  heç  bir  turist  firması  riskə  gedib,  lisenziyasız  fəaliyyət 
göstərməz. 
      Lisenziya verilməsi dövlətin hər hansı bir sahibkarlıq fəaliyyətini tənzimləməsi 
deməkdir.  Dövlət  sahibkara  turizm  sahəsində  fəaliyyətə  icazə  vermək  üçün 
müəyyən şərtlər qoyur. Məsələn, sahibkarın bu sahədə təhsili və təcrübəsi, otaqları, 
informasiya  texnologiyaları  (telefon,  telefaks,  kompüter  və  s.),  dəqiq  turist 
marşrutları,  mehmanxana,  nəqliyyat  müəssisələri  ilə  müqavilələri  olmalıdır.  Əgər 
turfirma  xaricə  turist  göndərirsə,  deməli  onun  göndərdiyi  turistləri  qəbul  edən 
ş
irkətlərlə müqavilələri olmalıdır. 
      2  sentyabr  2002-ci  il  tarixli  782  nömrəli  Fərmanda  lisenziyanın  verilmə 
qaydaları,  müddəti,  lisenziyanın  tələblərinə  və  şərtlərinə  nəzarət,  lisenziya 
fəaliyyətini dayandırmaq və ləğv etmək qaydaları öz əksini tapmışdır. 
      Lisenziya  almaq  üçün  təqdim  edilən  sənədlər  lisenziya  verən  dövlət  orqanı 
tərəfindən qəbul edilir, xüsusi kitabda qeyd alınır, baxılır, çatışmamazlıqlar və ya 
imtina  üçün  əsas  olmadıqda  qeydə  alındığı  gündən  başlayaraq  15  gündən  gec 
olmayaraq  lisenziya  verilməsi  haqqında  qərar  qəbul  edilir.  Ərizəçiyə  lisenziya 
verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5 
gün  müddətində  yazılı  məlumat  verilir.  Lisenziya  verilməsindən  yalnız  qanunla 
nəzərdə  tutulmuş  hallarda  imtina  oluna  bilər  və  bu  imtinadan  qanunvericiliyə 
uyğun olaraq məhkəməyə şikayət ərizəsi verilə bilər. 

 
141
      Lisenziya  5  il  müddətinə  verilir.  Lisenziyanın  qüvvədə  olma  müddətinin 
uzadılması  lisenziyanın  mövcudluğunu  təsdiq  edən  sənədin  yenidən 
rəsmiləşdirilməsi  qaydasında  həyata  keçirilir.  Müddəti  bitmiş  lisenziya  etibarsız 
sayılır. 
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin