FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   22   23   24   25   26   27   28   29   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

fonnasiya verilməli, müvafiq bacarıq və vərdişlər aşılanmalıdır; 

469


 

* əmək  və  istirahətin  mədəni  təşkili  tələbə  məişətinin 

ayrılmaz tərkib hissəsinə çevrilməlidir

* tələbələrin  aktiv  təlimdənkənar  fəaliyyətinin  kollektiv 

formaları inkişaf etdirilməlidir; 

* tələbələrdə  asudə  vaxtın  düzgün  təşkili  və  vaxt  büdcəsi 

mədəniyyəti inkişaf etdirilməlidir. 

ƏSAS MÜDDƏALAR 

Pedaqoji ünsiyyət «insan-insan» münasibətlərinə söykənir və 

bu  zəmində  inkişaf  edir.  Müəllim-tələbə  münasibətləri,  ənənəvi 

pedaqogikada olduğu kimi, «subyekt-obyekt» deyil, «insaıı-insan», 

«subyekt-subyekt» 

rabitələri 

kimi 

səciyyələndirilməlidir. 



Müəllim-tələbə münasibətləri yalnız bu əsasda psixoloji və pedaqoji 

baxımdan səmərəli inkişaf edə bilər.  «Subyekt-  obyekt»  rabitələri 

daxilində nə müəllimin, nə də tələbənin bir şəxsiyyət kimi inkişafı 

üçün  səmərəli  şərait  yaranmır.  Tələbənin  mütəxəssis  kimi 

formalaşması,  zəngin  mənəviyyata,  yüksək  əxlaqi  keyfiyyətlərə 

malİk şəxsiyyət kimi inkişafı yalnız «sub- yekt-subyekt» rabitələri 

sistemində mümkündür. 

Yeni  pedaqoji  təfəkkür  təhsil  alanın  həyatdakı  mövqeyini 

insan  ölçüləri  ilə,  pedaqoji  ünsiyyətin  bənzərsiz,  təkrarolunmaz 

xüsusiyyətləri ilə mənalandırır. Yeni pedaqogika bu önəmli ideyaya 

istinad edərək, təhsil alana ali məktəbin obyekti kimi yox, subyekti 

kimi yanaşır. 

Müasir  təhsil  konsepsiyası,  sivil  təhsil  sistemi  təhsilin 

humanistləşdirilməsi  prinsipini  əsas  götürməklə,  pedaqoji  proses, 

pedaqoji 

ünsiyyət 

kontekstində 

tələbənin 

statusunun 

reallaşdırılması  kimi  qlobal  problemin  həlli  üçün  geniş  imkanlar 

yaradır. 

Təhsilin  humanistləşdirilməsi  Azərbaycan  Respublikasının 

Təhsil  Qanununda  özünə  yer  alan  əsas  prinsiplərdən  biridir.  Bu 

prinsip  təhsil  alanın  yaradıcılıq  imkanlarının  reallaşdırılma-  sını, 

onun gələcəyə yönəlməsini təmin edir. 

Humanizm prinsipinin paradiqmaları aşağıdakılardır; 

* müəllim-tələbə, 

tələbə-tələbə 

münasibətlərinin 

humanistləşdirilməsi; 

*  tələbənin şəxsiyyət kimi formalaşdırılması; 

470 


* ali təhsil müəssisələrində sağlam, yüksək mənəvi-psixoloji 

iqlimin yaradılması; 

* təhsil 

alanın  inkişafının  təlim-idrak  fəaliyyətində 

reallaşdırılması; 

* təhsil-tərbiyənin  məzmun,  fonna  və  metodlarının  köklü 

surətdə yenidən qurulması; 

* şəxsiyyətə  məxsus  keyfiyyətlərin  səmərəli  inkişafı  üçün 

optimal şəraitin yaradılınası; 

* hər  bir  insanın  mükəmməl  təhsil  alınaq  istəyinin 

reallaşdırılması; 

* humanizm  və  inkişaf  ideyalarının  üzvü  vəhdətdə  həyata 

keçirilməsi; 

* inkişafctdirici  təlim  formalarının  yaradılınası  və  geniş 

tətbiqi. 

Bütün 


bunlar 

təhsil 


alanlara 

«subyekt-subyekt» 

mövqeyindən yanaşma tərzi əsasında gerçəkləşə bilər. 

Tələbənin  psixi  sağlamlığı  da,  yaradıcılıq-  .uğurları  da 

bilavasitə  onun  «sosiumunun»  sosial-psixoloji  xüsusiyyətləri  ilə, 

pedaqoji münasibətlər sistemi ilə bağlıdır. 

Pedaqoji  münasibətlərin  «vektoru»  -  müəllim-tələbə 

münasibətləridir.  «Müəllim-müəlIiın»,  «müəllim  -  ali  təhsil 

müəssisəsinin 

rəhbərlərin;  «tələbə-tələbə»;  «tələbə-rəhbərlik 

nümayəndələrin tipli çoxşaxəli pedaqoji münasibətlərin mürəkkəb 

kontinumunda  «müəllim-tələbə»  münasibətləri  sferası  mərkəzi  və 

stistemli münasibətlərdir. Müəllim özünün statusu, həyat təcrübəsi, 

peşə səriştəsi, pedaqoji məharəti ilə pedaqoji münasibətlərin sadəcə 

iştrakçısı deyil, həm də təşkilatçısıdır. Ali təhsil müəssisəsinin hər 

bir  müəllimi,  hər  bir  işçisi  özünün  çoxcəhətli  təhsil-tərbiyə 

fəaiyyətində  belə  bir  prinsipi  əsas  götürməlidir:  şəxsiyyətlərarası 

münasibətlər  -  insanın  özünəməxsus  mövcudluq  fonnasıdır,  insan 

bu  münasibətlərdə  yaşayır.  İnsan  ömrünün  mənası  bu 

münasibətlərdədir. Tələbə şəxsiyyəti pedaqoji ünsiyyətin müxtəlif 

sferalarının  mərkəzinə  qoyulmalıdır.  Yalnız  bu  yolla  peşəkar 

mütəxəssis yetişdirmək mümkündür. 

471

 


 

XIV 

FƏSIL


 

TƏLƏBƏ KOLLEKTİVİ VƏ 

ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR 

14.1.  TƏLƏBƏ QRUPU ANLAYIŞI VƏ ONXnSf 

XARAKTERİSTİKASI 

Psixoloqlar qrup dedikdə, tarixan miiayyan cəmiyy.v 



çiVfXsincİF) yaranmış ümumi mənafe, sərvətlər və davranış 

normalarına malik olan adamların nisbətən sabit məcmusunu 

nəzərdə tuturlar. Hər bir qrupda fərdlərin biri-birilə və bütövlükdə 

cəmiyyətlə özünəməxsus qarşılıqlı əlaqələri təzahür edir. 

Qrup həm kəmiyyətcə, həm də keyfiyyətcə xarakterizə oluna 

bilər.  Qrup  dedikdə,  hər  şeydən  əvvəl,  bir  neçə  nəfərin  müəyyən 

sosial şəraitdə birgə iştirak etməsi başa düşülür. Məhz bir nəfərin 

deyil, bir neçə nəfərin olması qrupun kəmiyyət xarakteristikasıdır. 

Deməli, qrup müəyyən fərdlər çoxluğudur. 

İki  və  ya  üç  adam  birləşəndə  qrupun  həyatı  ilə  yaşamağa 

başlayır. Qrupun üzvlərinin hər birində fərdin psixologiyası ilə izah 

edilə  bilməyən  yeni  cəhətlər  meydana  çıxır.  Bu  yeni  cəhətləri 

qrupun  sosial-psixoloji  qanunauyğunluqları  ilə  izah  etmək 

mümkündür. Bu, qrupun keyfiyyət xarakteristikasıdır. 

Qrup  -  özünəməxsus  strukturu  olan  mürəkkəb  sistemdir. 

Qrupa daxil olan hər kəs onda müəyyən rol və vəzifə daşıyır. Hər 

bir qrup öz üzvlərinə müntəzəm nəzarət edir. Qrup üzvləri müvafiq 

normaları  və  dəyərləri  mənimsəyir.  Qrup  üzvlərində  tədricən 

tərəfdaşlıq  -  «biz»  hissi  formalaşır.  Qrup  üzvləri  biri-birilə 

doğmalaşır,  biri-birinin  sevinci  və  kədəri  ilə  yaşamağa  başlayır. 

Qrupun  hər  bir  üzvündə  ümumi  iş  üçün  məsuliyyət  və  borc  hissi 

yaranır.  Beləliklə,  qrup  mahiyyət  etibarilə  fəaliyyət  göstərməyə, 

təşəkkül etməyə başlayır. 

Qrup  -  adamların  qeyri-mütəşəkkil  yığımı,  təsadüfi  birliyi 

deyil.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  qrup  üzvləri  qarşılıqlı 

münasibətlərdə olan, qrup üçün tipik olan fəaliyyət 

473 


növlərinə qoşulan adamların elə bir sabit məcmusudur ki. bu məcmu 

qrupun  norma  və  qaydalarını  qəbul  edir,  onu  «özününkü»  hesab 

edir, onlara tabe olur və məsuliyyət hiss edir. 

Mürəkkəb sistem olan qrupun struktur (təşkilati) elementləri 

aşağıdakılardır: 

•  qrupun həcmi; 

•  qrupun tərkibi; 

•  kommunikasiya kanalları; 

•  rolların bölüşdürülməsi

•  tabelilik sistemi; 

•  şəxsiyyətlərarası münasibətlər; 

•  qrupun normaları və dəyərləri; 

•  rəhbərlik üslubu; 

•  liderlik və s. 

Bunu sxematik olaraq belə göstərmək olar: 

 

İnsanın  daxil  olduğu  qrupların  miqdarı  və  istiqamətəri 



(məzmunu),  bir  qayda  olaraq,  onun  tələbatlarının  genişliyinə  və 

müxtəlifliyinə, kommunikatiiv xüsusiyyətlərinə uyğun gə 



4.74 

lir. Şəxsiyyəti tədqiq edərkən onun daxil olduğu müxiəlil' qruplarla 

əlaqələrini nəzərə almaq lazımdır. 

Şəxsiyyətin  sosial-psixoloji  baxımdan  xarakteristikası 

zamanı üç cəhət mütləq nəzərə alınmalıdır: 

•  şəxsiyyət kiçik qrupların üzvüdür; 

•  şəxsiyyət müəyyən cəmiyyətin üzvüdür; 

•  şəxsiyyət aktivdir. 

Şəxsiyyət  özünün  mövqe  və  rollarına  görə  sosial  qrupun  - 

kollektivin  həyatında  müəyyən  rol  oynayır,  ictimai  rəyin 

İbrmalaşmasına  müəyyən  dərəcədə  təsir  edir.  Qrup  da  öz 

növbəsində  şəxsiyyəti  təsirə  məruz  qoyur.  Həm  də  bu  təsir 

çoxc!)hi>tli, çoxçalarlı və son dərəcə miirokkoh, dinamik prosesdir. 

Qrupun  əmələ  gəlməsi  üçün  ən  azı  iki  adam  arasında 

qarşılıqlı  münasibət  yaranmalıdır.  Bu  halda  qrup  ikitərəfli 

münasibət kimi meydana çıxır və formalaşır. Psixoloqların diadlar 

adlandırdığı  bu  qruplarda  adamlar  arasında  ancaq  emosional 

münasibət  mümkündür  və  genetik  cəhətdən  ünsiyyətin  ilk 

formasıdır.  Çoxcəhətli  münasibətlərin  yaranması  üçün  üçüncü 

adamın  iştirakı  zəruridir.  Üç  nəfər  arasında  qarşılıqlı  münasibət 

qrupun ən aşağı həddini təşkil edir. 

Üç  adamın  ünsiyyəti  diadlardan  fərqli  olaraq  ünsiyyəti 

mürəkkəbləşdirir. 

Tələbə qrupu - kiçik qruplar sırasına daxildir. Kiçik qrupun 

üzvləri  kimi  tələbələr  vahid  fəaliyyət  çərçivəsində  birləşir  və 

biri-birilə  bilavasitə  şəxsi  rabitələrə  daxil  olurlar.  Bu,  kiçik  qrup 

kimi tələbə qrupu üçün spesifik əlamət hesab olunur. 

Tələbə  qrupunun  strukturu,  bir  tərəfdən,  onun  fəaliyyət 

göstərdiyi sosial mühitin təsirləri, digər tərəfdən, qrup daxilindəki 

şəxsiyyətlərarası münasibətlərin xarakteri ilə müəyyənləşir. 

Formal  qrup  kimi  tələbə  qrupunda  münasibətlər  inzi- 

bati-hüquqi yolla müəyyən olunur və tənzimlənir. Tələbə qrupunun 

üzvləri  arasında  qeyri-formal  münasibətlər  də  yaranır. 

Ümumiyyətlə, formal qrup olan tələbə qrupunun müxtəlif 

475 


fəaliyyət  növlərinin  müvəffəqiyyəti  qeyri-formal  strukturların 

biri-birinə uyğunluğundan çox asılıdır. 

Tələbənin qrup daxilində bir şəxsiyyət kimi inkişafının 

empirik göstəricilərini belə ifadə elmək olar

tələbələrin  ilkin  qruplarda  ünsiyyətinin  strukturu 

{məzmunu və forması, həcmi və intensivliyi); 



sS  tələbənin  qrup  daxilində  yoldaşları  ilə  ünsiyyətdən 

məmnunluq, razılıq hissinin səviyyəsi; 



^  qarşılıqlı  yoldaşlıq  yardımı,  qarşılıqlı  hörmət  və 

tələbkarlıq; 



^  tələbə  qrupunun  bütöv,  möhkəm  kollektiv  kimi  təzahür 

etdiyi  situasiyalar  (intizam,  təlim  müvəffəqiyyəti, 

ictimai işlər və s.); 

äS qrupda formalaşmış münasibətlər; 

jsS  qrupda  formalaşmış  davranış  normaları  (forma  və 

məzmun); 



jsS qrupun əxlaqi dəyərləri (strukturu və məzmunu); 

jss tələbənin qrup tərəfindən təqdir edilən, qiymətləndirilən 

şəxsi  keyfiyyətləri  (tələbə  fəaliyyətinin  preslij 

xüsusiyyətləri); 

jss  qrupun  ictimai  rəyinin  tələbənin  davranışına  təsir 

mexanizmi; 



jss qrup ənənələri və onun tələbələrin əxlaqi durumuna təsiri; 

Ä" qrup daxilində konfliktli situasiyaların səbəbləri

Ä" ilkin tələbə qruplarının ali məktəbin təlim, elmi, ictimai, 

mədəni həyatında iştirakı (əsas fəaliyyət forması); 



^  kollektiv  fəaliyyətin  müxtəlif  formalarında  tələbələrin 

qarşılıqlı  ünsiyyətinin  xarakteri  (yoldaşlıq,  dostluq, 

səmimiyyət, simpatiya, antipatiya, konfliktlər və s.). 

476


 

14.2.  TƏLƏBƏ QRUPU VƏ ONUN MÜTƏXƏSSİSƏ MƏXSUS 

ŞƏXSİ KEYFİYYƏTLƏRİN FORMALAŞMASINA TƏSİRİ 

Mütəxəssis 

şəxsiyyətinin 

ləşəkküliı 

ali 


təhsil 

müəssisələrində üç tip tələbə qrupunda təzahür edir: 

/. Akademik qvıtplar 

Akademik qruplar (tədris qrupu, kurs, taküliə. elmi dərnəklər 

və s.) ləlim prosesinin təşkili ilə müəyyənləşir. 

2. 

T!>rhiys qrupları 

Tərbiyə  qrupları  tərbiyə  prosesinin  təşkili  və  tələbə- 

gənclərin  ictimai-siyasi,  sosial  sahədə  fəaliyyəti  ilə  müəyyənləşir 

{gənclər təşkilatları, gənclər klubu, bədii özfəaliyyət qrupları, divar 

qəzetlərinin redaksiya heyəti və s.). 

3. Şuxs'i  simpatiya  vn  bağlılıq  əsasımla  yaramın  (aiıb.ı 

qrupları 

Bu  qruplar  formal  olaraq  heç  yerdə  qeydə  alınmırlar  və 

buradakı münasibətlər qeyri-rəsmi münasibətlərdir. 

Tələbə bu birliklər daxilində çoxcəhətli fəaliyyət göstərir və 

digər  üzvlərlə  bilavasitə  şəxsi  əlaqələrə  girir.  Şəxsi  əlaqələrin 

köməyi ilə tələbə konkret sosial mühitlə - ali məktəb kollektivi ilə 

qarşılıqlı  münasibətlərə  girişir.  Bu  sosial  mühit  kollektiv  nəzarət 

yolu ilə tələbənin davranışına qüvvətli təsir göstərir. 

Müxtəlif tələbə birliklərində şəxsiyyətlərarası münasibətləri 

öyrənmədən  mütəxəssis  şəxsiyyətinin  təşəkkülü  haqqında  fikir 

yürütmək çətindir. 

Tədqiqatlar  göstərir  ki,  tələbələr  qrup  (kollektiv)  həyal 

tərzinə  üstünlük  verirlər.  Onlar  asudə  vaxtlarında  dostlar  və 

tanışlarla  olur,  teatra,  kinoya,  tamaşalara,  ədəbi-musiqili  gecələrə 

gedir,  kitabxanada  işləyir,  idmanla  məşğul  olurlar.  Ümumiyyətlə, 

tələbələrin  böyük  hissəsi  asudə  vaxtını  dostlar  və  tanışlarla 

keçirməyə üstünlük verir. 

Tələbələrin  təlim,  ictimai,  mədəni  fəaliyyət  prosesində, 

habelə asudə vaxtlarında və məişətdə münasibətləri hansı mənəvi, 

əxlaqi  amillərə  istinad  edir?  Maraq  və  tələbatların,  baxışların 

ümumiliyi, birgə fəaliyyət, ümumi məqsəd, ideallara sadiqlik, elmə 

və təlimə maraq, həyat tərzinin oxşarlığı 

477 


belə  amillərdəndir.  Şəxsi  münasibətlər  maraqların,  tələbatların, 

məqsədlərin,  baxışların  mənəvi-əxlaqi  əsasını  təşkil  edir.  Məhz 

ünsiyyət  davranış  normalarını,  ideoloji,  mənəvi  dəyərləri, 

şəxsiyyətin  davranışı  üzərində  kollektiv  nəzarəti,  ictimai  rəyi 

formalaşdırır  və  şəxsiyyətin  tərbiyəsinin  həlledici  amillərinə 

çevrilir. 

Ünsiyyət-qrup  (kollektiv)  fəaliyyətin  funksiyasıdır.  Ali 

təhsil  müəssisələri,  bu  baxımdan,  tələbələrin  şəxsi  əlaqələrinin 

təşəkkülü və möhkəmlənməsi, dolayısı ilə mütəxəssis şəxsiyyətinin 

formalaşması üçün obyektiv şərait yaradır. 

Tələbələrin  birgə  fəaliyyətinin  ilkin  əsasını  akademik  qrup 

təşkil etdiyindən və o, özünəməxsus qrupdaxili ünsiyyət 

formalarına 

malik olduğundan mütəxəssisin təşəkkülü məhz 

burada baş verir. 

Akademik qrup - tələbələrin təlim-idrak funksiyalarını yerinə 

yetirmələri  məqsədilə  yaranmış  birliyidir.  Təlim  fəaliyyətinin 

professional  əlamətləri  və  ixtisas  maraqları  akademik  qrupun 

xarakteristikasını təşkil edir. 

İdeoloji  birlik  olan  akademik  qrup  özünüidarə  orqanlarına 

malikdir.  Özünüidarə  orqanları  akademik  qrupun  vahid,  monolit, 

mütəşəkkil kollektivin formalaşması üçün şərait yaradır. 

Qrupdaxili münasibətlərin xarakteri və səviyyəsi son dərəcə 

mütəhərrik  və  dəyişkəndir.  Təşkilatçılar  və  icraçılar;  «zəif!ər»  və 

«qüvvəlilər»,  «fəallar»  və  «passivlər»  arasında,  müxtəlif  yaşlı  və 

müxtəlif cinsli tələbələr arasında mürəkkəb, çoxçalarlı münasibətlər 

özünü göstərir. 

Akademik qrupda bir sıra hallarda qarşılıqlı münasibətlərdən 

narazılıq halları təzahür edir. Tədqiqatlarla müəyyən edilmişdir ki, 

akademik qrupda tələbələrin 30%-i qrupdaxili münasibətlərdən razı 

qalır; 37%-i qrupdakı yoldaşlıq münasibətlərindən o qədər də razı 

deyil;  14%-i  qrupdakı  yoldaşlıq  və  dostluq  münasibətlərini 

qənaətbəxş hesab etmir; 14%-i cavab verməkdə çətinlik çəkir; 6%-i 

isə ümumiyyətlə cavab verməkdən imtina edir. 

478 


Buradan belə bir zərurət meydana gəlir ki. tələbələrin cəhd 

etdiyi,  arzusunda  olduğu  qrupdaxili  münasibətlərin  modeli 

müəyyənləşdirilməlidir. 

Tri>h')hə qrupumw Mas xarakteristikasını onun  iizvl.vinin 

mütaı^rjkkilliyi,  qar^-ılufh  tələbkarlıq,  qrupun  və  ali  məktəbin 

daxili  intizamına  ciddi  münasibət,  ictimai  tap.prıqlar  üçün 

məsuliyyət  hissi,  yoldaşlıq  yardımı,  kollektiv  nəzarət  tə.'^kil  edir. 

Qrupdaxili  kollektiv  nəzarətin  əhəmiyyətini  xüsusilə  qeyd  elmək 

lazımdır. Qrup nəzarətinin olmaması akademik qrupda ictimai rəyin 

tələbə şəxsiyyətinə təsir gücünü azaldır. 

Deyilənlərdən  aydın  olur  ki,  akademik  qrup  olduqca 

müxtəlif  münasibətlərə  əsaslanan  mikroqruplan  birləşdirən 

mürəkkəb  strukturlu  birlikdir.  Akademik  qrup  daxilindəki 

mikroqruplar öz üzvlərinə effektiv təsir göstərir. Bu isə o deməkdir 

ki,  kollektiv  sosial  nəzarət  faktik  olaraq  vahid  kollektiv  olan 

akademik  qrup  tərəfindən  deyil,  onun  struktur  törəmələri  olan 

mikroqruplar  tərəfindən  həyata  keçirilir.  Qrupdaxili  mikroqruplar 

arasındakı  münasibətlər  mürəkkəb,  bəzən  isə  ziddiyyətli  xarakter 

daşıyır. 

Simpatiya,  bağlılıq,  yaxınlıq  əsasında  yaranan  «dos-  lanə» 

münasibətləri kollektiv münasibətlər hesab elmək olmaz. Çünki əsl 

kollektiv münasibətlər şüurlu intizam və ləlim uğurlarını təmin edən 

aktiv  fəaliyyətlə  bağlıdır.  Mi-  kroqruplarda  isə  belə  fəallığı 

müşahidə  etmək  mümkün  deyil.  Və  təbiidir  ki,  mikroqruplarm 

sosial nəzarəti fəal təlim-tərbiyə fəaliyyətinə təkan verə bilmir. Bu 

isə  akademik  qrupun  kollektiv  davranış  və  fəaliyyətində 

pərakəndəliyə, fikir müxtəlilliyinə səbəb olur. 

Davranış  normaları,  dəyərlər,  ictimai  rəy  və  s.  üzərində 

qrupun  sosial  nəzarəti  onun  üzvlərinin  vətəndaşlıq  fəaliyyətində, 

əxlaqi davranışında daha qabarıq təzahür edir. 

Təbiidir  ki,  akademik  qrupa  daxil  olan  tələbələr  biri- 

birilərinə  münasibətdə  eyni  mövqedə  dayanmırlar.  Qrupdaxili 

münasibətlər  paritet  (latınca  «parita.s»  və  ya  «paritatis»  - 

bərabərlik  deməkdir)  xarakter  daşımır.  Qrupda  şəxsiyyətlərarası 

münasibətlər tələbələrin sosial-psixoloji statusunu müəyyənləşdirir. 

479


 

Hər bir qrupun öz başçısı olur. 

Rshhərlik - nisbətən yüksək səviyyəli təşkilatlar lərəfın- dən 

rəsmi  surətdə  təsdiq  edilmiş  əsasnamə  çərçivəsində  rəsmi 

səlahiyyətin tətbiqi yolu ilə kollektivin idarə olunması prosesidir. 

Liderlik  dedikdə, tələbələrdən birinin şəxsi  nüfuzu  İlə qrup 

yoldaşlarının  davranışına  təsiri,  onları  bu  və  ya  digər  fəaliyyətə 

təhrik etməsi başa düşülür. Lider özünün işgüzarlığı, kommunikativ 

bacarığı,  intellekti,  iradi-emosional  sferasının  xüsusiyyətləri, 

təşkilatçılıq  qabiliyyəti  və  digər  şəxsi  keyllyyətləri  ilə  fərqlənir. 

Məhz  bunun  sayəsində  də  lider  öz  qrup  yoldaşlarının 

psixologiyasına təsir göstərə bilir. Bəzən qrup 

lideri bir deyil, bir neçə 

tələbədən  ibarət  olur. 

Sosioloqlar  belə  qrupu  kollektiv  subyekt 

adlandırırlar. 

Tələbə  qrupu  liderinin  formalaşmasına,  bir  tərəfdən, 



makromühit 

(sosial-iqtisadi 

quruluş, 

ideologiya, 

siyasət, 

mədəniyyət),  digər  tərəfdən,  mikromiihit  (tələbə  qrupunun 

fəaliyyətinin  məzmunu,  məqsəd  və  vəzifələri,  qrupdakı  psixoloji 

iqlim və s.) təsir göstərir. 

Psixoloqlar  liderin  üç  əsas  funksiyasını  müəyyən  edirlər. 

Bunu sxematik olaraq belə göstərmək olar: 

 

4«0 


Ä

T

 



Təşkilatçılıq  funksiyası  (TF).  Lider  qrupun  məqsədini 

müəyyən edir, işi planlaşdırır, metod və vasitələri seçir, 

rol və vəzifə bölgüsü aparır, nəzarət edir və s. 

İnformasiya  funksiyası  (İF).  Lider  qrupun  fəaliyyəti 

üçün  zəruri  olan  informasiyanı  toplayır  və  qrup 

üzvlərinə çatdırır. 

J

Sİ  Sosializasiya  funksiyası  (SF).  Lider  müəyyən 

keyfiyyətləri  formalaşdırmaq  və  inkişaf  etdirmək 

məqsədilə qrup üzvlərinə təsir göstərir. Yeri gəlmişkən 

qeyd edək ki,  liderin istifadə  etdiyi  pozitiv  və neqativ 

sanksiyalar (latınca sanctio - pozulmuş qərar deməkdir. 

Hüquq normasının tərkib hissəsi) da sosial funksiyaya 

daxildir. 

Liderlik  funksiyalarının  reallaşdırılması  mexanizmi  və 

dinamikası,  bir  tərəfdəıu  liderin  Özünün  sosial-psixoloji 

keyfiyyətləri,  digər  tərəfdən,  akademik  qrupun  sosial-psixoloji 

xüsusiyyətləri ilə əlaqədardır. Tələbə qrupunun ınüvəf- fəqiyyəlləri 

və  ya  uğursuzluqları,  qrupda  həmrəylik  .səviyyəsi  liderlik 

funksiyalarının reallaşdırılması dinamikasında təzahür edir. 

Akademik  qrupun  təşkili,  onun  özünüidarə  orqanlarının 

fəaliyyətindən, müvəkillərin şəxsi keyfiyyətlərindən çox asılıdır. 

Qrup liderləri arasında qrup nümayəndəsi mərkəzi mövqeni 

tutur. 

Qrupda  məqsədəmüvafiq  fəaliyyət  növlərinin  təşkilində 



təşəbbüskarlıq,  müstəqillik,  prinsipiallıq  və  intizamlılığın 

inkişafında, 

nəzarət 

sisteminin 

yaradılmasında 

qrup 


nümayəndəsinin rolu böyükdür. Lakin birinci kursda tələbələrə hələ 

kifayət qədər bələd olmayan dekanın qrup nümayəndəsini özü ləyin 

etməsi  və  bu  zaman  tələbələrin  rəyini  nəzərə  almaması 

nümayəndənin  qrupa müsbət təsirini  və qrupdakı rolunu zəiflədir. 

Qrup nümayəndəsi düzgün müəyyənləşdirildikdə isə o. özünün bu 

və ya digər əxlaqi keyfiyyətləri ilə qrupda əlverişli psixoloji mühitin 

formalaşmasına təsir edir. Müvafiq «qrup mühiti» həm də gələcək 

mütəxəssisin inkişafına ciddi təsir 

481 


göstərir. Qrup nümayəndəsinin ideoloji, mənəvi və əxlaqi simasını 

səciyyələndirən  şəxsi  psixi  keyfiyyətlər  tələbələr  tərəfindən  daha 

önəmli sayılır və yüksək qiymətləndirilir. Bu isə şəxsiyyəti məhz bu 

baxımdan qiymətləndirən ictimai rəyin formalaşmasına səbəb olur. 

Akademik  qrupda  tələbələrin,  müxtəlif  davranış  normaları 

ictimai rəyin formalaşmasına rnüxtəlif cür təsir göstərir. Tələbələr 

arasında daha «mühüm», daha «əhəmiyyətli» və «ikinci də- rəcəli», 

«az  əhəmiyyətli»,  yaxud  «əhəmiyyətsiz»  sayılan  davranış 

normaları  haqqında  təsəvvürlər  mövcuddur.  İctimai  rəy  də  bu 

əsasda formalaşır. Tələbələrin fikrincə, şəxsiyyətin qrup daxilində 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin