Pedaqoji ünsiyyət nə qədər düzgün və səmərəli qurularsa,
tələbə kollektivinin idarə olunması, təhsil-tərbiyə işinin təşkili,
tələbə şəxsiyyətinin məqsədəuyğun inkişal'ı bir o qədər səmərəli
olar.
459
N.Kazımovun fikrincə, tələbə və müəllim arasmckı pedaqoji
iinsiyyəlin səmərəliliyi aşağıdakı kimi şərtlənir;
• ali məktəbdə tələbə-müəllim əməkdaşlığının yaradılması;
• tələbəyə gələcək mütəxəssis kimi yanaşılması;
• tələbənin yetkin insan olmasının nəzərə alınması;
• tələbənin peşə marağından pedaqoji ünsiyyətdə bir amil
kimi istifadə edilməsi;
• tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması;
• müəllimin tələbələri öz Fəaliyyət növlərinə cəlb etməsi.
Müəllim-tələbə ünsiyyətinin səmərəliliyini təmin edən di^ər
ışərtlər də mövcuddur:
• müəllimin yüksək erudisiyaya malik olması, öz ixtisasını
dərindən bilməsi və onu təqdim etməyi bacarması;
• müəllimin pedaqoji məharəti;
• müəllimin bir şəxsiyyət kimi malik olduğu müsbət
keyfiyyətlər, vətəndaşlıq mövqeyi, şəxsi nümunəsi;
• miiəlimin - tələbəyə, tələbənin - müəllimə inam və etibarı;
• müəllimin tələbələrin problemlərini düzgün başa düşməsi,
onların tələblərinə adekvat cavab verməsi, tələbə şəxsiyyətinə
hörmət və tələbkarlıqla yanaşması, öz səhvlərini etiraf etməyi
bacamıası;
• tələbə qruplarında yarana biləcək konfliktlərin qarşısının
alınması, baş vermiş anlaşılmazlıqların düzgün və ədalətli həll
olunması;
• müəllimin əməkdaşlıq pedaqogikasını yaxşı bilməsi və öz
fəaliyyətində ona əsaslanması və s.
460
13. 4. ALI MƏKTƏB HƏYATININ TƏLƏBƏ
ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA ROLU
Tələbə-gənclərin ctik-psixoloji aspektlərinin İbrmalaijma-
su onun kamil bir şəxsiyyət kimi təşəkkül tapması ali məktəbdə
təhsil-tərbiyənin qarşısında duran əsas məqsəddir. Ali məktəbdə
tələbə şəxsiyyətinin inkişafı və onun kamil mütəxəssis kimi
formalaşması olduqca ciddi ictimai əhəmiyyətə malik problemdir.
Bu, təsadüfi deyil. Çünki bu günün tələbəsi sabah ölkəmizdə elmin,
mədəniyyətin, təhsilin, istehsal prosesinin aparıcı qüvvəsi, müasir
sivilizasiyalarda daha çox dinamik xarakter alan şəxsiyyətlərarası
münasibətlərin tənzimləyicisidir.
Bir sözlə, tələbə daim inkişaf edən və dəyişən şəxsiyyətdir.
Bu inkişafı, imkan daxilində, ardıcıllıqla izləyək.
Orta məktəbdən təzəcə ayrılmış I kurs tələbəsində yeni
keyfiyyət dəyişiklikləri baş verir. Şəxsi ləyaqət hissi güclənir, «mən
artıq məktəbli deyiləm, tələbəyəm» anlamı onun məsuliyyətini oıta
məktəb dövrünə nisbətən xeyli artırır. Biliklərin müxtəlif sahələrinə
qarşı tələbat güclənir, yeni şəxsi münasibətlər təşəkkül tapır, nisbi
şəxsi azadlıq istəyi yüksəlir.
Birinci kurs tələbələri digər kurslara nisbətən icimai
fəaliyyətin müxtəlif növləri ilə daha həvəslə məşğul olurlar. Onlar
müəllimlərə, ictimai təşkilatlara daha çox tabe olurlar. Birinci kurs
tələbələrinə ictimai tapşırıqlar vermək və tələb etmək çətin deyil.
Onlarda hələ orta məktəb illərindən öz şəxsi təşəbbüskarlığını
intizamlı icraya tabe etmək ənənəsi güclüdür. Birinci kurs tələbələri
yüksək konformisl
(ingiliscə componnist - razı deməkdir.
Kompormizm - standarta müvafıqlik, qrup daxilində müəyyən
nomıa və adətlərin mənimsənilməsi) davranış forması ilə seçilirlər.
Belə ki, adaptasiya dövrü keçirirlər.
Birinci kurs tələbələrinin sosial-psixoloji adaptasiya
dövrünü mümkün qədər qısaltmaq lazımdır. Çünki adaptasiyanın
başa çatması ilə bir sıra çətinliklər arxada qalxmış olur. Tələbə ali
məktəb həyatına alışır, diqqəti, qüvvə və imkanları təhsil
vəzifələrinin həllinə yönəlir. Tələbənin ali məktəb şəraitinə
uyğunlaşmasını təmin edən bir sıra tədbirlər sisteminin keçirilməsi
461
bu prosesin səmərəliliyini artırır. Bu tədbirlər əsasən
aşağıdakılardır:
• akademik qrupların komplektləşdirilməsi;
• tələbəliyə qəbulun təntənəli surətdə qeyd olunması;
• ali məktəbin görkəmli alim və pcdaqoqlannın tələbə
qruplarında söhbətləri;
• bütün birinci kurslarda «İxtisasa giriş» fənninin tədrisi;
• ali məktəbin tarixi və ənənələri ilə tanışlıq;
• ali məktəb məzunları ilə görüşlər;
• tələbələr üçün məsləhət qruplarının təşkili və s.
Rayon və kənd məktəblərini yenicə bitirib ali məktəbə
qəbul olunmuş gənclərdə şəhər mühitinə, yeni təhsil müəssisəsinə.
təhsil və fəaliyyət sisteminə daxil olmaqla ciddi dəyişiklər baş verir.
Bəzən ali məktəbə daxil olduqdan sonra gənc öz təhsilini
davam etdinnək istəmir, seçdiyi ixtisasdan imtina edir. Ali məktəb
həyatını optimal istiqamətdə qunnaq, akademik qruplarda
şəxsiyyətlərarası münasibətləri formalaşdınnaq, psixoloji uyuş-
mazlığı, paradoksları
(yunanca paradoxos - gözlənilməz, qəribə
deməkdir) aradan qaldınnağa çalışmaq lazımdır.
Birinci kurs tələbələrində təlim motivlərini
inkişaf etdir- mək
lazımdır. Motivlər ali məktəbdə də, orta məktəbdə olduğu kimi,
pedaqoji prosesin başlıca hərəkətverici qüvvələridir. Motivlər
dedikdə, tələbələri ali məktəbdə təhsilin ınəzmuıuımı fəal
mənimsəməyə sövq edən amillər sistemi başa düşülür.
Əgər birinci kurs tələbəsində öyrənmə motivləri kifayət
qədər inkişaf etdirilərsə, bu halda birinci semestri «əla» qiymətlərlə
başa vuran tələbə arxayınlaşmayacaq, daha yaxşı öyrənməyə, daha
yaxşı oxumağa səy göstərəcək. Qeyri-müvəffəq, yaxud zəif qiymət
alan tələbə ruhdan düşməyəcək, daha da geriləməyəcək, akademik
borcları aradan qaldınnaq üçün biliklərə daha dərindən və
mükəmməl yiyələnməyə çalışacaq, öz səyini artıracaq.
Təlim sistemində fəaliyyət göstərən motivləri aşağıdakı kimi
qruplaşdınnaq olar:
• sosial motivlər;
462
idraki motivlər;
-ixtisas motivlə ri;
kom m unikativ m ot
i»’lə r; status mövqe
motivləri; estetik
motivlər; praktik
motivlər
vo s.
Pedaqoji prosesin gedişino vy nəlicoləriny göstərdik lori
təsir gücünə görə motivləri iki böyük qrupa bölmək olar:
1. Müxtəlif məqsədyönlü hərəkətlərin əsasında duran tə
hrikedici (sövqedici) m otivlə r.
2. Məna kəsb edən motivlər
(ictimai məna kəsb edən
dəyərlərin şəxsi «mənə çcvrilmasi». şəxsi səviyyəyə «kcçnıə- si»).
Ali məktəbdə təhsilin ck> ilk günlərindən tələbələrdə
öyrənmə motivlərini inkişaf etdirmək, motivlərin düşünülmüş,
məqsədəuyğun və sabit olmasına çalışmaq lazımdır. Belə olduqda,
tələbə öz davranışının, təlim fəaliyyətinin, yaşayış tərzinin
nəticələrini görə bilir, qarşısına çıxan çətinliklərdən qorxmur və
onları aradan qaldıra bilir.
İkinci kurs ali məktəbdə təhsilin və təlim fəaliyyətinin ən
ağır dövrüdür. İkinci kurs tələbələri artıq ali məktəb həyatına
alışmış olurlar. Onlar daha müstəqil, inamlı, daha fəal oiıırlar.
İxti.sas fənlərinə daha çox diqqət yetirməyə çalışırlar. Davranışları
adekvat xarakter alır, «nıən» haqqında aydın təsəvvür formalaşmış
olur. Öz «mən»ini idealları ilə müqayisə edən tələbə seçdiyi
etalona, nümunəyə daha çox oxşamağa çalışır. Özüniitəhlil,
özünüdərketmə «mən»i adekvat qiymətləiKlirmə- yə. öz rəftar və
davranışının, təlim fəaliyyətinin motivlərini düzgün başa düşməyə
kömək edir.
İkincilər təkcə özlərinə deyil, öz həmyaşıdlarına da tənqidi
münasibət bəsləyir tələbkaıiıqla yanaşırlar. Hər bir hadisəni
prinsipiallıqla qiymətləndirir, mənfiliklərə qarşı barışmaz olurlar.
Həmyaşıdlarında vətəndaşlıq, həssaslıq və qayğıkeşlik, düzgünlük
kimi
keyfiyyətləri
yüksək
qiymətləndirirlər.
Səmimilik,
xeyirxahlıq, insan münasibətlərində hörmət və ehtiram tələbələrin
əsas xarakter əlamətləri kimi təşəkkül tapır.
463
üçüncü kurs ixtisaslaşmanın başlanğıcı dövrüdür. Toləbə
ixtisasla bağlı biliklərini zənginləşdirməyə və genişləndirməyə cəhd
edir, yaradıcılığa, elmi-tədqiqat işlərinə maraq göstərir. İxtisaslaşma
ilə əlaqədar maraqların dairəsi birinci və ikinci kurslara nisbətən
məhdudlaşır. Bu dövrdən başlayaraq, tələbənin inkişafı əsasən
ixtisaslaşma amili ilə müəyyənləşir. Tələbənin intellektual cəhətdən
təkmilləşməyə tələbatı artır. Mənəvi tərəqqi intellektual inkişafla
vəhdətdə gedir.
Dördüncü kursda təlim istehsalat praktikası keçilir. Təlim
istehsalat praktikasında tələbə öz ixtisası ilə real surətdə tanış olur,
peşə-ixtisas maraqları dərinləşir, müvafiq bacarıq və vərdişlər
formalaşır, ixtisasla bağlı adekvat davranış forması təşəkkül tapır.
Sonuncu kursda, bir qayda olaraq, tələbələr ali məktəbin kollektiv
yaşayış fonnalanndan tədriclə uzaqlaşırlar. Şəxsi məqsədlər, iş yeri
tapmaq, ailə qurmaq və onu dolandırmaq, valideynlərə maddi
kömək göstərmək problemləri onları daha çox məşğul edir.
Müşahidələr göstərir ki, ali təhsilin tələbə qızların və
oğlanların inkişafına təsiri fərqlidir. Belə ki, bütün təhsil
müddətində tələbə qızların və oğlanların intellektual inkişaf
səviyyələri və təhsil uğurları eyni olmur. Birinci kursda oğlanların
intellekt səviyyəsi daha yüksək olsa da, sonuncu kursda əksinə,
qızların intellekt səviyyəsi oğlanları üstələyir. Ali təhsil illərində
intellektual, emosional, iradi sferasının inkişafına görə qızlar
oğlanlara çatır və hətta onları geridə qoyurlar. Deməli, ali təhsil
qadınların intellektual inkişafına daha qüvvətli təsir göstərir. Təlim
müvəffəqiyyətinə gəldikdə, qızlar birinci kursda olduğu kimi,
sonuncu kursda da səylə oxuyurlar. Oğlanların isə əksinə, ildən-ilə
təlim uğurları aşağı düşür.
Ali məktəbdə tələbənin bir şəxsiyyət kimi inkişafı bir neçə
istiqamətdə özünü göstərir:
• psixi proseslər, psixi xüsusiyyətlər «ixisaslaşır»;
• əqidə
möhkəmlənir,
dünyagörüşü
genişlənir
və
zənginləşir;
• vətəndaşlıq mövqeyi, məsuliyyət, vəzifə və borc hissi,
psixoloji durum möhkəmlənir;
• tələbə şəxsiyyətinin sosial, mənəvi, əxlaqi kamilliyi
yüksəlir;
ACA
• tələbə şəxsiyyətinin inkişafında özünütərbiyənin rolu
artır:
• tələbə şəxsiyyəti, bir tərəfdən, daha artıq ictimailəşir, digər
tərəfdən, fəaliyyəti möhkəmlənir;
• gələcək ixtisasa bağlılıq artır, sosial və peşə təcrübəsi
fonnalaşır, ixtisas müstəqilliyi güclənir, gələcək peşə fəaliyyətinə
hazırlıq səviyyəsi yüksəlir.
13.5.
TƏLƏBƏNIN
VAXT
BÜDCƏSİ
VƏ
TƏRBİYƏ
PROBLEMLƏRİ
Ali məktəbdə təhsil-tərbiyə işinin səmərəliliyinin artırılması
tələbələrin təlim və təlimdənkənar fəaliyyətinin təşkilindən çox
asılıdır.
Təcrübə göstərir ki, tələbələrin davranışının və təliminin
səmərəliliyi həm ali məktəbdə, həm də auditoriyadan kənar vaxtda
səmərəli istifadə etməkdən çox asılıdır. Odur ki, təhsilin ilk
günlərindən tələbəyə öz vaxtından səmərəli istifadə etmək bacarığı,
vaxtı düzgün bölüşdürmək mədəniyyəti aşılamaq lazımdır.
Tələbənin vaxt büdcəsi üç əsas komponentdən ibarətdir:
• tədris
müddəti
(təlim
prosesi
ilə
əlaqədar
müəyyənləşdirilmiş vaxt-reqlament, müstəqil işləməyə ayrılan
vaxt);
• təlimdənkənar vaxt (yola, nəqliyyata, özünə xidmətə,
qidalanmağa, yuxuya və s. sərf edilən vaxt);
• asudə vaxt (ictimai fəaliyyətə, estetik və fiziki inkişafa,
ünsiyyətə sərf edilən vaxt).
Asudə vaxtın düzgün təşkili tələbənin məqsədlərindən,
şüurluluğundan, əmək və istirahət rejimindən, maraq və meyil-
lərindən, adətlərindən, fəaliyyət formalarmı seçə bilmək
bacarığından asılıdır.
Tələbələrin müstəqil işlərə sərf etdiyi vaxt və asudə vaxt,
nccə deyərlər, spesifik «mövsümi» xarakter daşıyır. Bu, ondan irəli
gəlir ki, ali tədris müəssisəsində tələbələrin təlim-idrak fəaliyyətinin
yoxlanılması və qiymətləndirilməsi sistematik xarakter daşımır.
Bununla əlaqədar olaraq, tədris ili ərzində tələbələrin təlim və elmi
fəaliyyətinin həcmi və İntensivliyi, asudə vaxtın strukturu və
məzmunu daim dəyişir, vaxt büdcəsi dina-
465
İllik xarakter daşıyır. Deməli, tələbənin vaxt büdcəsinin təşkilinə və
istifadəsinə yönələn pedaqoji təsirlər çevik, müləIıəiTİk və
diferensial xarakter daşımalıdır.
Aşağı kurslarda müvafiq pedaqoji təsirlərdən məqsəd bütün
vaxt büdcəsini maksimum səfərbər etmək, vaxtdan eks- tensiv
(latınca extensivus - genişləndirən, uzadan, kəmiyyətcə artma,
genişlənmə və yayılma deməkdir) surətdə istifadə etməkdir. Yuxarı
kurslarda isə müstəqil işlərə, elmi fəaliyyətə, ixtisaslaşmaya ayrılan
vaxtın artması ilə əlaqədar pedaqoji təsirlər vaxtdan intensiv
(fransızca intensiv, latınca intensio gərginləşmə, güclənmə, gərgin,
gücləndirilmiş, məhsuldar deməkdir) istifadə bacarığının
formalaşdınlmasına yönəldilməlidir.
Deməli, aşağı kurslarda tələbələrdə vaxtdan səmərəli istifadə
etmək, öz əmək və istirahət rejimini düzgün təşkil etmək, fəaliyyət
növlərini ahəngdar olaraq uzlaşdınnaq bacarıq və vərdişləri
formalaşdınnaq lazımdır. Yuxarı kurslarda əmək və istirahəti
düzgün təşkil etmək bacarıqları ilə yanaşı, az vaxt və az enerji sərf
etməklə müxtəlif fəaliyyət növlərini (elmi, estetik, fiziki və s.)
uzlaşdıra bilmək məharəti inkişaf etdirilməlidir. Belə olduğu halda
tələbə vaxt büdcəsindən səmərəli istifadə edə bilir.
Hər bir ali məktəb öz yetinnələrində təlim fəaliyyətini və
asudə vaxtını təşkil etmək mədəniyyəti formalaşdınnahdır.
Hər bir tələbə:
* tədris həftəsi üçün vaxt büdcəsindən istifadə cədvəli
üzərində düşünməlidir;
* tədris ilinin ilk aylarından müxtəlif xarakterli praktik
məşğələlərdə, seminar və laboratoriya məşğələlərində fəallıq
göstərməlidir;
* fakültələrdə həyata keçirilən mədəni kütləvi işlərə maraq
göstərməlidir;
* fəal ictimaiyyətçi kimi tanınmalıdır;
* teatr tamaşalarına, konsertlərə, bədii-sənədli filmlərə,
muzeylərə və sərgilərə kollektiv baxmalıdır;
* fikir-rəy mübadiləsi keçimıəlidir;
* ən aktual mövzularda disputlarda iştirak etməlidir və s.
466
Ali məktəbdə təhsilin ilk günlərindən qarşılarına aydın
məqsəd qoyan, düzgün yollar müəyyənləşdirən tələbələrin
scmeslrlərdə təhsil və tərbiyə uğurları qazanmaları təbiidir.
Asudə vaxt tələbə gəncin istirahətini təmin etməklə bərabər,
həm də onun ahəngdar inkişafı üçün möhkəm zəmin yaradır. Çünki
təlim əməyindən sonra hər bir tələbənin öz ixtiyarında olan asudə
vaxt şəxsi həyatı, məişəti, istirahəti daha mənalı və maraqlı etməyə,
mədəniyyətin müxtəlif sahələri ilə münasibətlərdə, müxtəlif
rabitələrdə olmağa, bədii yaradıcılıq qabiliyyətlərini inkişaf
etdinnəyə imkan verir.
Asudə vaxtın düzgün təşkili tələbələrin mənəvi-estetik
inkişafım təmin etmək, onların bilik, bacarıq və təhsil səviyyələrini
yüksəltmək üçün çox böyük əhəmiyyətə malikdir.
Tətil günlərində tələbələrin mənəvi dünyasının daha artıq
zənginləşməsi, dünyagörüşünün genişlənməsi, fiziki kamilliyinin və
fiziki hazırlığının artırılması üçün geniş imkanlar yaranır. Bu
imkanlardan bacarıqla və səmərəli şəkildə istifadə olunmalıdır.
Buna nail olmaq üçün hər bir tələbə tətil günləri başlamazdan əvvəl
qarşısına müəyyən məqsəd qoymalı və özü üçün müvafiq rejim
cədvəli müəyyənləşdinnəlidir. Rejim elə tərtib olunmalıdır ki, tətil
günlərindəki həyat tərzi, müxtəlif təmrinlər tələbə şəxsiyyətinin
fiziki kamilliyinin, estetik mədəniyyətinin artmasına təsir göstərsin.
Tələbələrin
vaxt
büdcəsindən
səmərəli
istifadənin
məqsədəuyğun təşkil üçün bir sıra pedaqoji tələblərin gözlənilməsi
vacibdir;
• tələbələrin vaxt büdcəsinin sistematik və diferensial
(fakültə və kursdan asılı olaraq) surətdə öyrənilinəsi;
• fakültə və kursdan, fəaliyyət növlərindən, görülən işlərin
xarakterindən asılı olaraq tələbələrin əmək və istirahət rejiminin
optimal surətdə təşkili;
• əqli əmək və fəal istirahət gigiyenasının, vaxt rejiminin
əhəmiyyətinin izahı və təbliği;
• vaxt büdcəsinin optimal «modeI»lərinin təbliği və
yayılınası;
• tələbələrin kollektiv elmi, mədəni və estetik fəaliyyətinin
təşkili;
467
• kollektiv əmək və istirahət prosesində tələbələrdə ünsiyyət
mədəniyyətinin tərbiyə edilməsi;
• tələbə-müəllim
ünsiyyətinin,
tələbə-müəllim
əməkdaşlığının hərtərəfli inkişaf etdirilməsi.
Yuxanda sadalananlardan səmərəli istifadə olunması
tələbələrə öz təlim fəaliyyətlərini və istirahətlərini düzgün təşkil
etməyə kömək edir, tələbə şəxsiyyətinin ahəngdar və hərtərəfli
inkişafını təmin edir.
Müşahidələr göstərir ki, tələbələrin təlim fəaliyyətində əsas
yeri müstəqil işlər yox, ali məktəb auditoriyalarında həyata
keçirilən məcburi təlim məşğələləri tutur. Digər tərəfdən, tələbənin
mədəni istirahəti üçün zəruri olan asudə vaxt.təlim vaxtından xeyli
azdır. Vaxt azlığı tələbənin ahəngdar inkişafını təmin edə bilmir,
tələbə birtərəfli inkişafa «meyl» edir.
Əlbəttə, əsas məsələ asudə vaxtın həcmində deyil, onun
strukturunda, komponentlərində.dir.
Müasir dövrdə tələbə gənclər asudə vaxtlarını mavi ekran
qarşısında keçirməyi daha çox xoşlayırlar. Bu, onunla əlaqədardır
ki, televizor ictimai həyatın, istehsalatın, elmin, mədəniyyətin,
incəsənətin müxtəlif sahələri haqqında çox zəngin informasiyalar
verir. Televiziya verilişlərində idrak və mədəni fəaliyyətin bütün
növləri özünün konsentrik ifadəsini tapır. Televizor tələbənin vaxt
«itkisi»nin (məsələn; kinoteatra getmək üçün sərf edilən vaxt) və
pul büdcəsinin əlavə sərfinin qarşısını alır.
Əlbəttə, asudə vaxtın bu cür keçirilməsi fəaliyyətə, bir növ
passiv xarakter verir, fərd yaradıcılıq göstərə bilmir. Tələbənin
asudə vaxtının təşkilindəki bir ziddiyyət də məhz budur.
Asudə vaxtın təşkilinin televiziya, radio, İNTERNET, bədii
ədəbiyyatın mütaliəsi kimi geniş yayılmış formalarından başqa
tələbələr şəxsi ünsiyyət, fiziki hazırlıq, ictimai iş, təbiət qoynuna
gəzintiyə çıxmaq, bədii yaradıcılıq kimi fəaliyyət formalarına meyl
edirlər.
Deməli, asudə vaxtda fəal yaradıcı fəaliyyət bütün
çətinliklərə və vaxt «qıtlığına» baxmayaraq özünə «yol açır».
Maraqlıdır ki, müxtəlif ali məktəblərin tələbələrinin vaxt
büdcəsi strukturu etibarilə biri-birindən fərqlənir. Məsələn,
müəyyən olunmuşdur ki, texniki universitetlərin tələbələri gün
^«8
ərzində təlim fəaliyyətinə humanitar universitetlərin tələbələrindən
daha çox vaxt sərf edirlər.
Tələbələrin vaxt büdcəsinin ziddiyyətli strukturu təhsil-
tərbiyə prosesinin təşkili və formalarından, tələbələrin sosial-
məişət həyat şəraitindən, əmək mədəniyyətindən, tələbənin öz
potensial imkanlarından, intellektual qüvvə və qabiliyyətlərindən
istifadə etməsi bacarığından, tələb və maraqlarından bilavasitə
asılıdır.
Tələbələrin asudə vaxtının səmərəli keçməməsinin üç səbəbi
vardır:
1) tədris yükünün ağırlığı;
2) məcburi məşğələlərdən sonra özünü göstərən yorğunluq;
3) ali məktəbdə asudə vaxtın qənaətbəxş təşkil olunmaması.
Deməli, tələbənin vaxt büdcəsi ziddiyyətli xarakterə malik
mürəkkəb hadisədir. Vaxt büdcəsi strukturunun həlledici amili ali
məktəbdə təhsil-tərbiyə prosesinin düzgün və səmərəli təşkilidir.
Müasir şəraitdə tələbələrin vaxt büdcəsində aparıcı yeri məcburi
təlim məşğələləri (auditoriya məşğələləri) tutur və müstəqil işlərə
istənilən qədər vaxt ayrılmasına imkan vennir. Belə olduğu halda
tələbə müstəqil işləri asudə vaxtın hesabına yerinə yetimıəli olur.
Asudə vaxt «sıxışdırılır», minimuma enir, daha çox vaxt aparan
fəaliyyət növlərini (məsələn, idman bölmələri, bədii Özfəaliyyət)
icra etmək praktik olaraq mümkün olmur.
Bu və bu qəbildən olan digər ziddiyyətləri aradan qaldırmaq
və tələbələrdə vaxt büdcəsi mədəniyyəti yaratmaq məqsədilə hər bir
ali məktəbdə aşağıdakı pedaqoji vəzifələr həll edilməlidir:
* hər şeydən əvvəl məcburi və müstəqil işlərə sərf edilən vaxt
arasındakı nisbət sonuncunun xeyrinə dəyişdirilməlidir;
* tələbələrin müstəqil işlərinə sistematik nəzarətin formaları
inkişaf etdirilməli və möhkəmləndirilməlidir;
* tələbələrin kafedra, laboratoriya, kabinet və kitabxanalarda
müstəqil işlərinin səmərəli təşkilini təmin etmək məqsədilə müvafiq
maddi baza yaradılmalıdır;
* tələbələrə əmək və istirahətin elmi təşkili ilə bağlı in- Dostları ilə paylaş: |