nüfuzu, hər şeydən əvvəl, onun əxlaqi davranışı ilə ölçülür. İkinci
yerə təlim müvəffəqiyyəti, üçüncü yerə təşkilatçılıq qabiliyyəti və
ictimai fəallığı, dördüncü yerə elmi-tədqiqatçılıq iş- lərindəki
uğurları qoyulur.
Tələbələrin fikrincə, şəxsiyyətin əhəmiyyətlilik dərəcəsinə
görə ikinci mühüm xüsusiyyəti onun əsas fəaliyyət növü olan təlimə
münasibətində təzahür edir. Deməli, qrupda stabil psixoloji mühit
tələbələri idrak fəaliyyətinə, fəal təlim prosesinə təhrik edir.
Akademik qrupda intizam və təlim müvəffəqiyyəti
problemini qrupun mənəvi probleminə çevirmək lazımdır. Buna
nail olmaq üçün, hər şeydən əvvəl, qrupda özünüidarə prinsiplərini
inkişaf etdirmək, ictimai rəyi formalaşdırmaq, ən başlıcası isə ali
təhsil müəssisəsində təlim prosesini təkmilləşdirmək mühümdür.
Ali təhsil müəssisəsində təlim prosesi elə qurulmalıdır ki, o,
tələbələrin idrak fəallığını stimullaşdıra bilsin.
Akademik qrup daxilində mütəxəssis şəxsiyyətinin
təşəkkülü və inkişafı təlim prosesinin məzmunundan çox asılıdır.
Mütəxəssis şəxsiyyətinin çoxcəhətli və dinamik inkişaf prosesi ali
məktəbdən adekvat fəaliyyət tələb edir. Etiraf etmək lazımdır ki,
akademik qrupların fəaliyyəti heç də gələcək mütəxəssisin
inkişafını təmin edə biləcək dərəcədə çoxcəhətli və rəngarəng
olmur. Akademik qrupun fəaliyyəti, bir qayda olaraq, tələbələrin
zəruri vəzifələri - intizam və təlim müvəffəqiyyəti ilə məhdudlaşır.
Mütəxəssis şəxsiyyətinin inkişafını təmin edən bir sıra
komponentlər akademik qrupun fəaliyyətindən kənarda qalır.
Məsələn, peşə oriyentasiyası problemini götürək. Tələbələr
4S2
arasında aparılan sorğudan məlum olur ki, onların müəyyən hissəsi
yiyələndikləri peşəni sevmirlər. Həm də kursdan kursa qalxdıqca
«narazılann» sayı artır. Seçdiyi peşəyə professional maraq
göstərməyən belə tələbələrin idrak fəallığı və təlim müvəffəqiyyəti
aşağı səviyyədə olur. Onlar təlim-tərbiyə prosesinə biganə və passiv
münasibət bəsləyirlər. Müvafiq neqativ halları aradan qaldırmaq və
gələcək mütəxəssisin inkişafını təmin etmək məqsədilə ali məktəb
formal olaraq peşə və ixtisas seçmiş tələbələrlə məqsədyönlü peşə
oriyentasiyası işi aparmalıdır. Bu işdə akademik qrupun roluna
xüsusi əhəmiyyət verilməlidir. Belə ki, qrupun peşəyə müsbət
müntisibət bəsləyən üzvləri başqalarının peşəyə neqativ
münasibətini
nəinki
neytrallaşdıra
bilər,
hətta
dostluq
münasibətlərindən istifadə edərək onlarda seçdikləri peşəyə maraq
oyada bilərlər.
Akademik qrup mütəxəssis şəxsiyyətinin inkişafına həlledici
təsir göstərdiyindən ali təhsil müəssisəsində xüsusi diqqət obyektinə
çevrilir. Lakin unutmaq olmaz ki, akademik qrup mütəxəssis
şəxsiyyətini inkişaf etdirən yeganə amil deyil. Şəxsiyyət bir qrupda
deyil, biri-birilə qarşılıqlı əlaqədə olan müxtəlif qruplarda, başqa
sözlə, qruplar sistemində inkşaf edir. Tələbə təkcə akademik qrupun
deyil, gənclər təşkilatının, tələbə elmi birliyinin, bədii özfəaliyyət
dərnəkləri, idman bölmələri, klublar və digər qrupların üzvü olur.
Bunlarla yanaşı, tələbə həm də şəxsi simpatiya və bağlılıq əsasında
yaranan qeyri- formal qrupların üzvü olur. ‘ Tələbənin kollektiv
həyatının öyrənilməsi göstərir ki, «sintetik» qruplarda fəaliyyətin
dairəsi və məzmunu akademik qrupda olduğundan daha genişdir.
Fikrimizi əsaslandırmaq məqsədilə, üzvülük və referent qrup
anlayışlarının mahiyyətini açıqlayaq.
Üzvülük qrupu elə bir qrupdur ki, fərd öz-özlüyündə onun
yalnız iştirakçısıdır. Bu mənada üzvlük qrupunu - ‘uiiirak qrupu da
adlandırmaq olar. Üzvülük qrupları kiçik qrupların nisbətən geniş
yayılmış növüdür. Əlverişli şəraitdə üzvlük qrupu-referent qrupa
çevrilə bilər.
Referent qrup dedikdə, elə qrup nəzərdə tutulur ki, fərd onun
standartlarını, norma və dəyərlərini etalon kimi qəbul edir. Onları
özünün şəxsi məqsəd və davranış normalarının
4S3
mənbəyi kimi qəbul edir. Bu mənada referent qrup - etalon qrupdur.
Şəxsiyyətin daha çox bağlandığı, dəyərlərini və davranı.'j
normalarını özünə daha çox yararlı hesab etdiyi qrup-rç/c'rtvır
qvupdur. Akademik qrup - üzvülük (iştirak) qrupudur. Lakin onun
qrupun hər bir üzvü üçün, referent qrupa çevrilməsi qrup
nümayəndəsindən çox asılıdır. Bir qayda olaraq, şəxsiyyətin bir
referent qrupu olur. Lakin tələbə iki və daha çox referent qrupa üzv
ola bilər. Akademik qrup, elmi chrnokbr, dostlar qrupu və s. tələbə
üçün referent qruplardır. Təbiidir ki, tələbə qoşulduğu hər bir
referent qrupun norma və tələblərini nəzərə almalı, davranışını
müvafiq standartlara uyğunlaşdırmalıdır. Lakin tələbənin iki, yaxud
üç referent qrupun mənafelərini uzlaşdırmaq cəhdləri bir çox
hallarda reallaşa bilmir. Bu isə tələbənin davranışında müəyyən
ziddiyyətlərin yaranmasına səbəb olur. Bu zidddiyyətlərin düzgün
həlli tələbə şəxsiyyətinin inkişafını təmin edir. Tələbənin daxil
olduğu referent qrupları sxematik olaraq belə göstərmək olar:
Tələbə qrupları
Akademik qruplar (AO)
Gənclər təşkilatı (GT)
Tələbə elmi birliyi (TEB)
Bədii özfəaliyyət dəməkləri (BÖD)
İdman bölmələri fİBİ
Klublar
Oeyri-formal qruplar (QFO)
biıntetık qruplar (bQ)
Üzvlük qrupu (iştirak qrupu) (lO)
Referent qrup (RO)
484
ümumiyyətlə, şəxsiyyətin inkişafı referent qrupların hər
birində daşıdığı roldan və öz rollarına bəslədiyi münasibətdən
asılıdr. Bəzən rol konflikti (latınca conflictus toqquşma deməkdir.
Biri-birinə zidd mənafe, görüş və meyillərin toqquşması) yaranır.
Bu konfliktlər müxtəlif qrupların biri- birilə uyuşmayan tələblərinin
toqquşması zamanı baş verir. Məsələn, akademik qrupun təşkilat
saatı, gənclər birliyinin iclası, universitet üzrə tələbə elmi
konfransının açılışı, imtahanqabağı məsləhət saatı, ad günündə
yaxın dostlarla görüş eyni vaxta düşür. Öz seçimində, və rolunu
müəyyənləşdirməkdə tələbə sərbəstdir. O, müstəqil olaraq
arzusunda olduğu rolunu seçir və öz seçimi üçün məsuliyyət daşıyır.
Rolların konflikti yuxarı kurslara qalxdıqca artır. Çünki
yuxan kurs tələbələrinin akademik qrupda fəaliyyət dairəsi
məhdudlaşır. Digər ünsiyyət formaları isə genişlənir. Bu. ali təhsil
müəssisəsində tərbiyə işinin birtərəfli aparılmasının nəticəsi kimi
təzahür edir. Bir çox hallarda ali təhsil müəssisəsi akademik
qruplarda
şəxsiyyətlərarası
münasibətlərin
məqsədəuyğun
formalaşmasına daha çox diqqət yetirir. Təlim qrupları, başqa sözlə,
akademik
qruplarla
yanaşı,
təlimdən-
kənar
qrupların
formalaşdırılması kimi vacib fəaliyyət sahəsi unudulur. Halbuki,
yuxarı kurslarda tərbiyə işi məhz tələbələrin təlimdənkənar
birliklərinin
yaradılmasına
və
fəaliyyətinin
təşkilinə
yönəldilməlidir. Gələcək mütəxəssisin təlim və təlimdənkənar
qruplarda daşıdığı rolları və ünsiyyət formalarını aydınlaşdırmaq və
bu əsas üzərində tələbələrin müxtəlif şəxsi münasibətlərinə
mənəvi-əxlaqi istiqamət vermək lazımdır.
Sosial qruplar özlərinin inkişaf səviyyəsi ilə biri-birindən
fərqlənirlər. İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir.
Hər bir kollektiv qrup hesab oluna bilər. Amma hər bir qrup heç də
həmişə kollektiv adlandırıla bilməz.
Kollektiv - cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin
ümumi məqsədlərinə tabe olan insan qrupudur. Əgər, bu və ya digər
qrup öz üzvlərini cəmiyyət üçün faydalı fəaliyyət növləri ətrafında
birləşdirə bilirsə, bu, o deməkdir ki, qrup- kollektiv kimi təşəkkül
tapıb. Buna misal olaraq uşaq, şagird,
485
idman, əmək, hərbi və başqa kollektivləri qeyd etmək olar. Ali
təhsil müəssisəsində tələbə kollektivi, pedaqoji kollektiv,
ümumuniversitet kollektivi fərqləndirilir. Onlardan hər birinin
özünəməxsus əlamətləri, həm də onları birləşdirən ümumi
əlamətləri vardır. Kollektivə xas olan əsas əlamətlər eynilə tələbə
kollektivinə də aiddir. Bu əlamətlər aşağıdakılardır: jsS kollektivin
qarşısımla sosial əhəmiyyətli vəzifələrin qoyulması
(tələbə
kollektivinin məqsədləri sosial-ictimai tələblərlə, dövlətin mənafeyi
ilə müəyyən edilir, dövlətin qanunlarına, hakim ideologiyaya zidd
olmur);
Äf ümumi birgə fəaliyyət
(tələbə kollektivi qarşıya qoyulmuş
ümumi məqsədə çatmaq üçün məqsədyönlü şəkildə idarə olunan
birgə fəaliyyət göstərir. Birgə fəaliyyətin müvəffəqiyyəti üçün hər
bir tələbə məsuliyyət daşıyır); jsS kollektiv üzvləri arasında
qarşılıqlı asılılıq
(qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün
tələbələrin birgə fəaliyyəti və mənəvi birliyi təmin edilməlidir); jsS
kollektivin səlahiyyətli üzvlərinin olması
(tələbə kollektivində açıq
səsvermə yolu ilə seçilmiş rəhbər orqanlarla qalan üzvlər arasında
demokratik əlaqələr təmin edilməlidir);
sS kollektivdaxili psixoloji iqlimin yaradılması
(tələbə kollektivi
daxilində elə mənəvi-psixoloji iqlim yaradılmalıdır ki, o,
tələbənin şəxsiyyət və gələcək mütəxəssis kimi inkişafını
təmin etsin);
jsi kollektivdə qarşılıqlı anlaşmanın hökm sürməsi
(tələbə kollektivi
möhkəm olmalı, hər bir üzvünü müdafiə etməli, hər kəsin
məqsədyönlü- fəaliyyətinə dəstək verməli, sağlam tənqid və
özünütənqidə şərait yaradılmalıdır); jsS kollektivdə şəxsi və ictimai
mənafelər ahəngdarlıq təşkil etməlidir
(hər bir tələbə öz şəxsi
marağını ictimai maraqlara tabe etməyi bacarmalıdır. Belə olduğu
halda, tələbə öz məsuliyyətini aydın dərk edir, möhkəm əqidəyə
malik olur).
Tələbə kollektivinin əsas əlamətlərini sxematik olaraq belə
eöstərmək olar:
4SC>
Təhha kollektivi deyərkən, sosial əhəmiyyətli ümumi
məqsəd ıığrımda birgə mübarizə aparan, ümumi seçkili
orqanlara malik olan, qarşılıqlı asılılığı, məsuliyyəti,
monolitliyi ilə seçilən, bütün üzvlərinin hüquqları eyni
dərəcədə qorunan qrup başa düşülür.
Tələbə kollektivi - özünün hər bir üzvünə münasibətdə
tərbiyə subyektidir. Tələbə kollektivinin formalaşdınimasının
texnoloji mərhələləri aşağıdakılardır:
Tələbə qruplarında vəzifələrin düzgün bölüşdürül-
Vəzifələrin düzgün bölüşdürülməsi tələbə kollektivini
düzgün təşkil etməyin çox mühüm texnoloji mərhələsidir.
Akademik qrup tələbələrini, imkan daxilində, müxtəlif vəzifələrlə:
uzunmüddətli vəzifələr
(qrup nümayəndəsi, müxtəlif şuralara
üzvlük, tələbə elmi birliyinə üzvlük və s.); növbə ilə dəyişən
vəzifələr
("növbətçilik və s.); müvəqqəti vəzifələr (ayn-ayrı
tapşırıqlar şəklində keçirilən disput, müzakirə və s.) təmin etmək
lazımdır.
gS Müxtəlif ictimai və özünüidarə orqanlarının yaradılması
mərhələsi.
Tələbə kollektivində müxtəlif istiqamətli özünüidarə
orqanlarının yaradılması intizamı, borc və məsuliyyət hissini,
özünə və qrup yoldaşlarına tələbkarlığı artırır, sağlam ictimai rəy
formalaşdırır.
^ Tələbə qruplarında hesabatların təşkili mərhələsi.
Seçkili
orqanların, müvəkillərin, məsul şəxslərin qrup qarşısında
müntəzəm hesabatları kollektivə öz üzvlərinə nəzarət etməyə.
487
həmçinin kollektivin dəstəyi ilə işin keyfiyyətini artırmağa imkan
verir.
Ä"
Ttfhhs kollektivinin daim irəUhmasinin tamin edilmasi.
Kollektivin möhkəmlənib yaşaması üçün ən mühüm amillərdən biri
onun öz qarşısında daim mürəkkəbləşən və daha çox sosial
əhəmiyyət kəsb edən məqsədlər qoyması, onların həlli üçün
çalışması, daim hərəkət etməsi və irəliləməsidir. Kollektivin
həyatında bir yerdə dayanmağa yol vermək olmaz. Qarşısında yeni
vəzifələr qoyulmayan kollektiv zəifləməyə, dağılmağa məhkumdur.
A.S.Makarenko üç cür perspektiv məqsədlər müəyyən
etmişdi: uzaq, orta yaxın. Buna istinadən tələbə kollektivi qarşısında
uzaq və ona doğru hərəkəti təmin edən orta və yaxın perspektivlər
qoyulmalıdır. «Perspektiv xətlər sistemi» kollektivin bütün həyatına
nüfuz etməlidir.
JB
S
Tahbə
qruplarında
(ümumilikdə,
ali
təhsil
müəssisəsində) ananalarin yaradılma.sı.
Kollektivdə yaranan
mütərəqqi ənənələr kollektivi möhkəmləndirən «ictimai yapış-
qandır» (A.S.Makarenko). Ənənələrə müntəzəm surətdə əməl
edildiyindən hər bir tələbə onun icraçısına və keşikçisinə çevrilir.
Ənənələr kollektivi dağılmağa qoymur, müxtəlif tələbə qruplarında
və ali təhsil müəssisəsində şüurlu intizamı, «könüllü tabeliliyi»
təmin edir, ali məktəb həyatına emosionallıq, gözəllik, gümrahlıq,
nikbinlik bəxş edir.
jsi Talaba qrupları va ali ntaktab kollektivi.
Akademik
qruplar ali təhsil müəssisəsinin ilk kollektivləri və əsas özəyidir. İlk
kollektivlərin ali məktəb kollektivi ilə əlaqədə, uzaq perspektivlər
və ümumi məqsədlər uğrunda birgə fəaliyyəti təmin edilməlidir.
Talaba kollektivina pedaqoji ralıbarlik.
Tələbə
kollektivlərinə müstəqillik və təşəbbüskarlıq verilməklə yanaşı,
ciddi surətdə düşünülmüş, tələbələrin özünüidarə hüquqlarını
məhdudlaşdırmayan pedaqoji rəhbərlik həyata keçirilməlidir. Hər
bir ali təhsil müəssisəsinin «pedaqoji mərkəzi» olmalıdır.
Talaba kollektivi - har bir üzvünün daxili alaminin inkişafı.
bütövlükda camiyyatda baş veran sosial-iqtisadi-ideoloji
488
(/.\vi.yı>hjhr. f^tnıf mühitin psixoloji iqlimi, pcilaqoji rohh.viiyin
xaraktcrilo .prfhmw vo daim inki.'^afda olan dinamik sistemdir.
A.S.Makarenkonun
kollektivin
inkişaf
qanunaııy-
ğunİLiqlan haqqındakı mülahizələri eynilə tələbə kollektivinə də
aid edilə bilər:
JSS
Kollektivin horakot qanunauyğunluğu.
(Fəaliy\'ət
kollektivin yaşayış və mövcudolma formasıdır. Fəaliyyətsizlik
kollektivin məhv olma formasıdır).
Atşkarlıq, mosuliyyotli asılılıq,
«perspektiv xəiləı ».
«paralel pedaqoji təsir» kollektivin inkişaf prinsipləridir.
JS
S Kollektivin çoxınorlıobli fonnala^dırılnıası
texnologiyası.
A.S.Makarenkonun kollektiv haqqında təliminə istinadən
qeyd edə bilərik ki, tələbə qrupunun kollektivə çevrilməsi keyfiyyət
dəyişmələrindən ibarət mürəkkəb bir prosesdir və aşağıdakı
mərhələlərdən ibarətdir:
• Kollektivin ttnjokkiilii s:>viyyosi.
İnkişafının ilk mərhələsində kollektiv üzvləri arasında sabit
münasibətlər hələ formalaşmış olmur. Fakültə dekanının qrupa
təyin etdiyi kurator özünə tərəfdarlar axtarır, fəalları üzə çıxarmağa
çalışır.
• Foalların təsirinin artması sttviyyasi.
Kollektivin inkişafının bu mərhələsində fəallar işə qoşulur,
kuratorun tələblərini digər üzvlərə çatdırır, kollektivin həyatının
təşkilində fəal iştirak edir, kollektivə öz tələblərini verir. Kurator
qrup fəallarını diqqət mərkəzində saxlayır və onların köməyindən
istifadə edir. Bu zaman paralel pedaqoji təsir təzahür edir.
Kollektivin strukturu sabitləşir, bütöv sistem kimi çıxış edir.
Özünüidarə və özünütənzimləmə mexanizmləri fəaliyyətə başlayır.
Kurator bu mərhələdə kollektivin bütün imkanlarını əsas vəzifələrin
icrasına yönəldir. Kollektiv tələbə şəxsiyyətinin sosial əhəmiyyətli
keyfiyyətlərinin inkişafı üçün mühüm amilə və tərbiyənin
subyektinə çevrilir.
Kollektivin inkişafının bu mərhələsi ziddiyyətlərin -
(kollektiv və fərdlər arasında, kollektivin tələblərini qabaqlayan,
yaxud əksinə, onun tələblərindən geri qalan tələbələr
489
arasında, ümumi və fərdi perspektivlər arasında, kollektivin
davranış normaları ilə ayrı-ayrı üzvlərin davranışı arasında,
müxtəlif dəyərlərə malik qrupdaxili mikroqruplar arasında və s.)
həlli və aradan qaldırılması ilə bağlıdır. Bununla əlaqədar
kollektivin həyatında sıçrayışlar, bəzən durğunluq, geriləmə təzahür
edir.
Kollektivin inkişafının üçüncü və sonrakı mərhələləri
kollektiv üzvlərinin bir-birilərinə verdikləri tələblərin səviyyəsi və
xarakteri ilə səciyyələnir. Tələbələrin özlərinə və digər üzvlərə
verdikləri tələblər kollektivin tərbiyəlilik səviyyəsini, psixoloji
durumunu təzahür etdirir. Bu inkişaf səviyyəsinə qalxmış kollektiv
şəxsiyyətin, mükəmməl mütəxəssisin formalaşması və inkişafinı
təmin edir. Kollektiv hər bir üzvünün fərdi inkişafını təmin edən
subyektə çevrilir. Ümumi təcrübə, hadisələrə eyni baxış tələbə
kollektivinin əsas əlamətlərinə çevrilir.
Tələbə kollektivinin inkişafı maneəsiz olaraq bir mərhələdən
yeni, daha yüksək pilləyə keçid deyil. Pillələr arasında kəskin
sərhəd yoxdur. Sonrakı pilləyə keçid imkanları əvvəlkində yaranır.
Sonrakı mərhələ əvvəlkini əvəz etmir, ona əlavə olunur.
Kollektiv hətta ən yüksək inkişaf səviyyəsinə çatsa belə bir
yerdə dayana bilməz. O, daim inkişaf etməli, irəliyə doğru getməli,
əxlaqi normaların hər bİr üzvünün daxili tələbatına çevrilməsini
təmin etməli, onları özünütəhsilə və özünütərbi- yəyə təhrik
etməlidir.
Tələbənin kollektivə daxil olması və onun maraqları, norma
və tələbləri ilə yaşaması o qədər də sadə proses deyil. Bu, olduqca
mürəkkəb, çoxçalarlı proses olmaqla yanaşı, həm də fərdi prosesdir.
Bilik, bacarıq və vərdişləri, ün- siyyətliliyi, fərdi-psixoloji
xüsusiyyətləri ilə əlaqə biri-birindən seçilən tələbələrin kollektivə
qoşulması da eyni xarakterə malik deyil. Ümumiyyətlə, insanın
kollektivə qoşulması onun fərdi sosial təcrübəsindən çox asılıdır.
Fərdi sosial təcrübə, şəxsi mühakimələr, davranış normaları,
dəyərlər sistemi kollektivə uyğun gəldikdə, kollektivə uyuşma
prosesi daha tez və asan başa gəlir. Əksinə olduqda, tələbə yaşıdları
ilə yarat-
490
maqda çətinlik çəkir. Əgər, tələbə kollektivi yüksək inkişaf
səviyyəsinə çalmışsa, ictimai rəy, mütərəqqi ənənələi' l'oı nıa-
laşmışsa, özünüidarə orqanları kifayət qədər nüfuz qazanmışsa,
onunla üzvləri arasında normal münasibətlər asanlıqla yaranır.
Deməli, tələbə ilə daxil olduğu qrup arasında münasibətlərin
necə formalaşması təkcə tələbənin fərdi xarakter əlamətlərindən
deyil, həm də kollektivdən asılıdır. Əgər kollektiv yetkindirsə, insan
azadlıqlarını və hüquqlarım diqqət mərkəzində saxlayırsa,
demokratik prinsipləri kollcktiv həyatm prioriteti hesab edirsə,
tələbənin kollektivə uyuşması maneəsiz baş verir və belə
mənəvi-psixoloji iqlim tələbənin şəxsiyyət və mütəxəssis kimi
inkişafı üçün əlverişli sosial mühit yaradır. Əksinə, fəaliyyətin
yeknəsəkliyi və cansıxıcı olması, sosial rolların diapozonunun dar
olması, ünsiyyətin məhdudluğu, üzvlərin mədəni səviyyəsinin aşağı
olması, biri- birini qavr^ıma mədəniyyətinin olmaması, biri-birini
qiymətləndirə bilməməsi münasibətləri çətinləşdirir, tələbə ilə
mənsub olduğu kollektiv arasında ziddiyyətlər doğurur, tələbənin
şəxsiyyət və mütəxəssis kimi inkişafına mane olur və beləliklə də,
cəmiyyətin, dövlətin ümumi mənafeyinə ziyan vurur.
A.S.Makarenkonun kollektiv haqqında təliminə istinadən
tələbənin kamil mütəxəssis və fəal həyat mövqeyinə malik şəxsiyyət
kimi formalaşmasını təmin etmək məqsədilə ali təhsil müəssisəsinin
pedaqoji kollektivinin aşağıdakı funksiyalarını qeyd edə bilərik:
• kollektivin gümrahlığı, nikbinliyi, fəaliyyət və mübarizəyə
səfərbər vəziyyətdə olması;
• kollektiv tərəfindən müdafiə edildiyini, hüquq və
imtiyazlarının, dəyərlərinin və sərvət meyillərinin qorunduğunun
dərk edilməsi;
• şəxsi «mən»in və «biz»in ahəngdarlığı, şəxsi ləyaqətin və
nüfuzun kollektiv üçün qürur hissi ilə birləşməsi;
491
• kollektivin norma və tələblərinə, qaydalarına və
ənənələrinə könüllü surətdə tabe olmaq, bunların şəxsi davranışın
kriteriyaları kimi qəbul edilməsi.
Deməli, tələbənin gələcək mütəxəssis kimi inkişafını təmin
etmək məqsədilə, ali təhsil müəssisəsində möhkəm pedaqoji
Dostları ilə paylaş: |