FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

PROTOKOL 

tarixdə  _____  saylı orla məktəbin 

praktikant tələbə, 

adı, soyadı 

dərsin müzakirəsi 

Müzakirədə metodist-müəllim fənn 

müəllimi __________________  

mövzuda keçdiyi 

adı, sovadı 

praktikant tələbə iştirak edir. 

Eşidildi 

Çıxışlar: 

Qərar:. 

adı, soyadı 

nəfər 


Sədr: 

Katib: 


Metodist: 

 


Əlavə 5. 

Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji 

xarakteristika tərtibi üçün təxmini sxem 

Şagird_ 


sinif 

məktəb 


Şagirdi öyrənmə müddəti  ____________   

Xarakteristikanın yazıldığı tarix _______   

Praktikant-tələbə ____________  fakültə 

1.  Şagird  haqqında  ümumi  məlumat  (adı,  soyadı,  atasının 

adı,  ünvanı,  məktəbin  sayı,  oxuduğu  sinif,  yaşı,  fəallıq  dərəcəsi, 

daxil olduğu şagird birliyi). 

2.  Şagirdin  ailə  şəraiti  və  ailə  tərbiyəsi  (ailənin  mədəni  - 

məişət  şəraiti,  ailədəki  qarşılıqlı  münasibətlər,,  uşağın  ailədəki 

statusu, uşağın tərbiyəsinə qayğı). 

3.  Şagirdin  üzvü  olduğu  sinif  kollektivinin  ümumi 

xarakteristikası  (sinfin  fəalları,  sinfin  intizamı,  ictimai  fəallıq 

səviyyəsi, 

oxuma  qabilliyi, 

kollektivdə 

şəxsiyyətlərarası 

münasibətlər, sinif kollektivinin ənənələri). 

4.  Şagirdin  kollektivə  münasibəti  (kollektivin  rəyi  ilə 

hesablaşmaq,  ünsiyyətliliyi, 

yoldaşları  arasında  hörməti, 

kollektivdəki hadisələrə münasibəti). 

5.  Şagird  şəxsiyyətinin  istiqaməti  (tələbləri,  motivləri, 

maraqlan, arzu və idealları, dəyərləri, baxışları, şüur və davranışının 

vəhdəti). 

6.  İddia  səviyyəsi  (özünüqiymətləndirmə,  özünə  qarşı 

tələbkarhğı,  yoldaşlarının  tənqidi  qeydlərinə  münasibəti, 

özünütərbiyənin xüsusiyyətləri). 

7.  Şagirdin  müxtəlif  fəaliyyət  növlərində  iştirakı  (təlimə 

münasibəti,  əmək  fəaliyyətinə  münasibəti,  ictimai  fəallığı, 

peşəyönümü). 

8.  İdrak  fəaliyyətinin  xarakteristikası  (qavrayışı,  diqqəti, 

hafizəsi, təxəyyülü, təfəkkürü, şifahi və yazılı nitqi, lüğət tərkibinin 

zənginliyi). 

9.  Emosional-iradi  sferasının  xüsusiyyətləri  (pedaqoji 

təsirlərə emosional reaksiyasının xarakteri, hisslərin inkişafı, əxlaqi 

hissləri, iradi xüsusiyyətləri). 

405


 

10.  Qabiliyyətlər (ümumi və xüsusi qabiliyyətlər). 

11. Temperament  (temperament  tipi,  sanqvinik,  xolerik, 

fleqmatik,  yaxud  melanxolik;  temperamenlin  tipini  xarakterizə 

edən psixoloji xüsusiyyətlər). 

12. Xarakter  (təlimə,  sinfə,  məktəbə,  özünə,  müəllimlərə, 

yoldaşlarına,  əməyə,  sinifdə  və  məktəbdə  keçirilən  tədbirlərə 

münasibəti və s.). 

Pedaqoji nəticələr. Gələcəkdə həmin şagirdlə hansı tərbiyəvi 

işlər aparmaq lazımdır. 

Psixoloqun imzası 

Əlavə 6. 

Sinif kollektivinin öyrənilməsi və ona psixoloji-pedaqoji 

xarakteristika tərtib edilməsi üçün təxmini sxem 

1.  Məktəb 

kollektivinin  xarakteristikası  (kollektivin 

intizamlılıq,  tərbiyəlilik  səviyyəsi,  oxuma  qabilliyi,  sinif  və 

ümumməktəb kollektivinin əlaqələri). 

2.  Sinif haqqında ümumi məlumat (şagirdlərin cinsi və yaş 

tərkibi). 

3.  Sinif  kollektivinin  rəsmi  strukturu  (sinif  nümayəndəsi, 

digər rəsmi fəallar). 

4.  Sinfin intizamı, davranış normaları, ənənələri. . 

5.  Sinif kollektivinin təlim müvəffəqiyyətləri. 

6.  Sinif kollektivinin ictimai-faydalı işlərdə iştirakı. 

7.  Kollektivdə ictimai rəy. 

8.  Şəxsiyyətlərarası 

münasibətlər  (sinfin  sevimliləri, 

əlaçılar, ictimaiyyatçılar, təşəbbüskarlar, dezorqanizatorlar, «çətin» 

uşaqlar və s.). 

9.  Sinfin ümumi emosional mühiti. 

10.  Şagirdlərin fərdi və yaş xüsusiyyətləri. 

11. Sinfin möhkəm kollektiv kimi təşkilində sinif rəhbərinin 

rolu. 


12.  Sinfin bir kollektiv kimi inkişaf mərhələsi. 

406 


13.  Sinif  kollektivinin  sonrakı  inkişafı  məqsədilə  tələbənin 

praktika müddətində gördüyü işlər. 

Pedaqoji nəticələr və tövsiyələr. 

Psixoloqun imzast ______________________________  

Əlavə 7. 

Məktəb gigiyenası üzrə tapşırıqlar 

Tələbə  praktika  müddətində  müəllimlik  fəaliyyəti  üçün 

zəruri  olan  gigiyenik  bilik  və  bacarıqlara  da  yiyələnməlidir.  Bu 

məqsədlə  tələbə  gigiyena  üzrə  aşağıdakı  tapşırıqları  yerinə 

yetirməlidir: 

•  təlim-tərbiyə  işlərinin  aparıldığı  müddətdə  şagirdlərin 

səhhətini qeydə alrriaq

•  şagirdlərin davranışına və təlim müvəffəqiyyətinə mənfi 

təsir göstərən amilləri müəyyənləşdirmək; 

•  sinfin gigiyenik hazırlıq səviyyəsini müəyyənləşdirmək; 

•  dərsi gigiyenik baxımdan qiymətləndirmək; 

•  müxtəlif davranışa və oxuma qabilliyinə malik iki şagird 

üzərində müşahidə aparmaq; 

•  praktika müddətində sinfin gigiyenik tərbiyəsi proqramını 

hazırlamaq və onu əsaslandırmaq. 

Sinfin, məktəbin, yaxud ayrı-ayrı şagirdlərin 

gigiyenik vəziyyətinin öyrənilməsi sxemi 

Sinif  ________    

Məktəb ______  

Şagird   ______  

Praktikant 

Qrup _ 


Kurs 

(adı,  soyadı  J 

(adı. soyadı) 

Metodist 

İcra tarixi: 

(adı, soyadı) 

407


 

 

TOtapanqiffl 

Ali  məktəb  praktikasının  psixoloji  əsası  deyərkən  nə  başa 

düşürsünüz? 

Pedaqoji praktikanın məqsəd və vəzifələri hansılardır? 

Pedaqoji praktika müddətində tələbələrin fəaliyyətinin əsas 

istiqamətləri hansılardır? 

0 Təcrübəçi tələbənin hüquq və vəzifələri hansılardır? 

Qrup  yoldaşlarınızdan  biri  üzərində  müşahidə  apararaq  ona 

pedaqoji-psixoloji xarakteristika tərtib ct. 

Daxil 


olduğun 

akademik 

qrupun 

pedaqoji-psixoloji 



xarakteristikasım tərtib et. 

Ədəbiyyat 

£LİI Bəşirov B.Y. Ali məktəb dida- 

ktikası. B.: Maarif, 1992. 

UJ Kazımov N. Ali məktəb peda- 

qogikası. B.: Nicat, 1999. 

fJJ Təcrübəçi tələbələrin yaddaş kitabçası. Metodik göstəriş. Bakı, 

ADPU, 1982. 

03 Universitet tələbələrinin pedaqoji praktikası / tərtib edəni M.l.s- 

mixanov. B.: Universitet, 1990. 

iLO Təcrübəçi tələbənin işi / tərtib edəni R.Quliyeva. B.; 

Universitet, 

2003. 


OJ Dadaşov T.Y. Pedaqoji-psixoloji düşüncələr. B.:Nurlan, 2Ö06. 

Oi Müəllimlik təcrübəsi keçən tələbələr üçün uğurlu praktikiım 

proqramlarının yaradılması. B., 2003. 

408


 

XII

 FƏSIL


 

ALİ MƏKTƏBDƏ MÜTƏXƏSSİS HAZIRLIĞININ 

PEDAQOJİ-PSİXOLOJİ MƏSƏLƏLƏRİ 

12.1.  ALİ MƏKTƏB VƏ PEŞƏ ORİYENTASİYASI 

MƏSƏLƏLƏRİ 

Hor  il  orta  məktəb  məzunİannın  çox  böyük  hissəsi  öz 

gələcək taleyini ali məktəblə bağlayır, ali təhsil almağı özlərinin ən 

böyük  arzusu  hesab  edirlər.  Lakin  ali  məktəbdə  təhsil  illərində 

məlum  olur  ki,  onların  çoxu  ixtisası  təsadüfən  seçib,  seçdikləri 

ixtisas onları qane etmir, hətta bəziləri gələcəkdə aldığı ixtisas üzrə 

işləməyəcəyini bildirir. Akademik borcunu ləğv edə bilməyib ikinci 

ilə  qalanlar,  hətta  tələbələr  sırasından  çıxarılanlar  da  olur. 

Düşünülmədən  seçilən  ixtisas  ali  məktəbdən  «axma»  səbəb  olur. 

Təhsildən,  seçilmiş  peşədən  narazılıq  hissi  yaranır.  Bu  isə  həm 

insanın  özünə,  həm  də  bütövlükdə  cəmiyyətə  böyük  zərbə  vurur. 

Belə neqativ halların baş verməməsi üçün ali məktəbə daxil olarkən 

seçimi düzgün aparmaq lazımdır. 

Bu i^'ciə peş^ oriyentasiyasının rolu çox böyükdür. 

oriyentasiyası deynrkən comiyyotin tolohLvino, dövloiin 

nwıuıfeyinə, ı/oxsin qabiliyyatbrmə uyğun olaraq 

va 



ixtisasın müəyymbşdirilnwsi ha^a düşülür. 

Peşə  oriyentasiyası  ali  məktəb  fəaliyyətinin  bu  sahədə  ilk 

pilləsidir.  Bu  məqsədlə  ali  məktəb  öz  işini  üç  əsas  istiqamətdə 

qurmalıdır: 

•  ali məktəb ixtisasları haqqında informasiyanın yayılması; 

•  müxtəlif ixtisaslara maraq yaradılması; 

•  ali məktəbə daxil olmaq istəyən məzunun seçdiyi ixtisasa 

yararlıhğının müəyyənləşdirilməsi. 

409

 


Bu  məqsədlə  ali  məktəb  orta  ümumləbsil  məktəbləri  ilə 

əməkdaşlıq  etməli,  onları  hamiliyə  götürməli,  ali  məktəb 

müəssisəsində şagirdlərin peşə oriyentasiyasını və peşə tərbiyəsini 

həyata  keçirən  birliklər  (məsələn:  «Gənc  təbiətçi!or»,  «Gənc 

fıziklər»  və  s.)  yaratmalı,  şagirdlərin  ali  məktəbin  muzeylərinə, 

laboratoriyalarına  ekskursiyaları  təşkil  olunmalı,  olimpiadalar 

keçirilməlidir.  Ali  məktəbə  hazırlıq  kurslarının  təşkili  də  bu 

baxımdan çox əhəmiyyətlidir. 

Hazırda  prestijli  peşələr  piramidasında  şərqşünaslıq, 

həkimlik,  hüquqşünaslıq,  beynəlxalq  iqtisadiyyat  və  diplomatiya 

əhalinin nəzərində xüsüsi əhəmiyyətə malikdir. Bazar iqtisadiyyatı 

şəraitində yeni peşələr (gömrükşünasiıq. biznes peşələri, ingilis dili 

mütəxəssisi,  jurnalist  peşəsi  və  s.)  kütləvi-  ləşib,  «dəbdə  olan» 

intellektual, prestijli ixtisaslara axın artıb. 

Perspektivli peşələr piramidasında əmələ gələn dəyişikliklər 

şagirdlərin ayrı-ayrı fənlərə münasibətində də aydın nəzərə çarpır. 

Ümumi  təhsillə  peşə  təhsili  arasında  əlaqələr  məhz  bu  baxımdan 

diqqəti  cəlb  edir.  Şagirdlər  həmin  əlaqələr  axarında  ümumtəhsil 

fənlərini  «profil»  və  «qeyri-prolıl»  fənlərə  bölürlər  ki,  bunun  da 

ziyanı  özünü  sonralar  binizə  verir.  Belə  neqativ  halların  qarşısını 

alınaq  məqsədilə  yuxan  sinitlərdə  şagirdlərin  peşə  maraqları  və 

təhsilə  olan  tələbatları  öyrənilməli,  müəyyən  proqram  üzrə  həm 

şagirdlər, həm də valideynlərlə iş aparılmalıdır. Bu məqsədlə xarici 

ölkələrdə  olduğu  kimi,  peşələr  və  ixtisaslar  haqqında  məlumat 

kitabları  hazırlanmalı,  ixtisasla  bağlı  lüğətlər  tərtib  olunmalı, 

məktəblərdə pedaqoq və psixoloqla yanaşı, məzuna peşə seçməyə 

kömək  edən  tərbiyəçi-məsləhətçi  fəaliyyət  göstərməlidir.  İri 

şəhərlərdə  ixtisas  məsləhətləri  verən  məntəqələr  yaradılmalı, 

burada  psixoloq,  pedcıqoq  və  əmək  ekspertizası  üzrə  həkimdən 

ibarət komissiya peşə oriyentasiyası istiqamətində iş aparmalıdır. 

Bu  istiqamətdə  aparılan  sistemli  iş  gənclərə  təlim 

maraqlarını, qabiliyyət, maraq və meylilərini cəmiyyətin tələblərinə 

uyğun  surətdə  qurmağa,  peşə  seçimində  daha  diqqətli  olmağa 

kömək edir. 

Ali məktəbə hazırlığın orta məktəbin artıq yuxarı siniflərində 

həyata keçirilməsi nəticəsində birinci kurs tələbələri 

410 


mühazirə  və  seminar  məşğələlərində  çətinlik  çəkmir,  ləlim 

materialını  şüurlu  və  müstəqil  surətdə  mənimsəyə  bilirlər.  Artıq 

birinci kursda tələbələrə bu və ya digər ixtisas üzrə işin metodikası 

və  texnologiyası  öyrədilir  ki,  bu  da  sonrakı  kurslarda  təlim 

müvəffəqqiyyətinin yüksəlməsinə şərait yaradır. 

Peşə-ixtisas  -  əmək  faaiyyətinin  elə  bir  növüdür  ki.  onun 

icrası üçün insan xüsusi qabiliyyətlərə, bilik, bacarıq və vərdişlərə 

malik  olmalıdır.  Odur  ki,  peşə  oriyentasiyası  və  peşə  seçmə  ilə 

əlaqədar bütün fəaliyyət profes.soqraflyaya ,əsas- lanmalıdır. 

Peşə oriyentasiyasının qarşısında duran məqsədlərdən ikisini 

xüsusilə qeyd etmək lazımdır: 

•  hər bir gəncin peşə seçməsinə istiqamət vermək; 

•  gəncə öz «mən»ini daha qabarıq təzahür etdirməyə, şəxsi 

ləyaqətini  daha  artıq  inkişaf  etdirməyə  ruhlandıran  peşəni 

seçməsinə kömək etmək. 

Bu  məqsədlərin  həyata  keçirilməsinin  «ağırlıq  mərkəzi», 

şübhəsiz, ümumtəhsil məktəbinin üzərinə düşür. 

Məktəb,  hər  şeydən  əvvəl,  öz  yetirmələrini  dövrün 

tələblərinə uyğun ən yeni peşələr və ixtisaslarla tanış elməli, onlara 

gələcəkdə  fəaliyyət  göstərəcəkləri  peşə-ixtisas  sahəsində  öz 

«mən»lərini  dərk  etməyi,  «özünü»  tapmağı,  öz  ləyaqətini  peşəyə 

səmimi  münasibət  formlaşdırmaqla  öyrətməlidir.  Halbuki 

məsələnin məhz son dərəcə əhəmiyyətli olan bu cəhəti çox zaman 

tamamilə  unudulur.  Bu  isə  onunla  nəticələnir  ki,  gəncin  kortəbii 

motivlər  əsasında  .seçdiyi  peşə  sonralar  onu  qane  etmir,  o, 

peşmançılıq hissi keçirir, gec də olsa, seçiminin düzgün olmadığını 

başa düşür, ən dəhşətlisi isə budur ki, həyatda öz yerini tapa bilmir. 

Belə neqativ halların baş verməməsi üçün məktəb müntəzəm 

olaraq  peşə  oriyentasiyası  istiqamətində  iş  aparmalıdır.  Orta 

ümumtəhsil  məktəbində  peşə  oriyentasiyası  aşağıdakı  məsələləri 

əhatə etməlidir: 

•  şagirdlərin öyrənilməsi

•  peşə və ixtisaslarla bağlı maarifləndirmə işi; 

411

 


•  seçilən ixtisasla bağlı nəzəri bilik və praktik bacarıqların 

verilməsi; 

•  peşə-ixtisas məsləhətləri; 

•  nəzarət və korreksiya. 

Bu  strukturdan  çıxış  edərək  peşə  oriyentasiyasının  üç 

mərhələsini qeyd edə bilərik: 

•  Hazırlıq nıərhahsi 

Bu mərhələdə şagirdlərin ailə mühiti, ailədə tutduğu mövqe, 

sinif  kollektivində  malik  olduğu  status,  onu  əhatə  edən 

sosial-mədəni 

şərait,  müxtəlif  fənlərə  münasibəti,  təlim 

müvəffəqiyyəti  və  s.  öyrənilir.  Tədqiqatlar  göstərir  ki,  təlim 

maraqlan  ilə  peşə-ixtisas  maraqları  arasında  müəyyən  əlaqələr 

mövcuddur, məktəblilərin böyük əksəriyyəti gələcəkdə seçəcəkləri 

peşələrə  uyğun  fənlərə  üstünlük  verirlər.  Hazırlıq  mərhələsində 

şagirdlərə  müxtəlif  peşələr  və  onların  spesifikası  haqqında 

məlumatlar verilməlidir. 

•  Əsas mər/ıəh 

Bu  mərhələdə  şagirdlər  maraq,  meyil  və  qabiliyyətlərinə 

uyğun  olaraq  fakültativ  məşğələlərə,  dərnəklərə  cəlb  olunur, 

məsləhət görülən ədəbiyyatı, habelə, müvafiq bədii əsərləri mütaliə 

edirlər. Bu mərhələdə həmçinin, müxtəlif peşələrə dair məsləhətlər 

də  verilir  ki,  bu  da  yuxan  sinif  şagirdlərinə  öz  gələcək  həyat 

yollarını düzgün müəyyənləşdirməyə stimul yaradır. 

•  Miiiiyymhijdmci nwrhsb 

Bu  mərhələdə  şagirdlərin  peşə  oriyentasiyası  ilə  bağlı 

fəaliyyətinə  sistemli  nəzarət  təşkil  olunur,  alınan  nəticələr  təhlil 

edilir və tövsiyələr verilir. 

Ümumiyyətlə,  peşə  ilə  əlaqədar  «özünütəyinetmə»  yuxarı 

məktəb yaşlarını əhatə edir və bir sıra inkişaf mərhələlərindən keçir. 

Bu mərhələlər aşağıdakılardır: 

•  İlkin peşii seçimi 

Bu mərhələdə məktəblinin peşə haqqında təsəvvürü kifayət 

qədər  diferensial  xarakter  daşımır,  situativ  səciyyəyə  malik  olur, 

daxili  imkanların  «bəyənilmiş»  peşəyə  uyğunluğuna  diqqət 

yetirilmir, peşə maraqları tez-tez dəyişir. 

412

 


•  Pe;jə istiqatmtind^ «özütıiit^yinettm» 

Yuxarıyaşlı məktəblinin peşə maraqlan formalaşır. 

əməyin müxtəlif sahələrinə «bələdləşmə» artır. 

•  Peşa təhsili 

Ümumtəhsil məktəbində təhsil başa çatdıqdan sonra 

məzunun peşə təhsili alması. 

•  Peşəyi) uyğunlaşma 

Sosial və istehsal proseslərinə aktiv surətdə qoşulmaq

fəaliyyətin fərdi «boyalarmın» formalaşması. 

•  Əımkäa qixmon, yaxud tam özünüreallaşdmna 

Professional əməkdə «gözləmələrin» reallaşması, yaxud 

reallaşmaması. 

Beləliklə, 

peşə 


özünüreallaşdırma 

prosesi 


insanın 

professional  niyyətlərinin  meydana  gəlməsindən  başlamış  əmək 

fəaliyyətinə  son  qoymasına  qədər  bütün  mərhələləri  əhatə  edir. 

İnsanın bütün həyatının həlledici məqamı peşə seçməsi aktıdır. Bu 

məqam əsasən ümumi təhsilin bitdiyi dövrə təsadüf edir. Seçimin 

təsadüfi  olmaması,  sonrakı  peşmançıhğin  baş  verməməsi, 

«yararsızlıq»  kimi  dəhşətli  bir  hissin  meydana  çıxmaması  üçün, 

həyatda  öz  mövqeyini  düzgün  müəyyənləşdirmək  və  nüfuz 

qazanmaq üçün peşə oriyentasiyası işini müntəzəm, sistemli, ciddi, 

məsuliyyətli  şəkildə  qurmaq,  peşəkarlar  formalaşmasını  təmin 

etmək  lazımdır.  Buna  nail  olmaq  məqsədilə,  ümumtəhsil  və  ali 

təhsil  müəssisələri  birlikdə  peşə  oriyentasiyası  prioritetlərini 

müəyyənləşdirməli və onların  reallaşdırılması üçün optimal şərait 

yaratmalıdırlar. 

12.2.  ALİ MƏKTƏB İXTİSASLARINA 

QƏBULUN TƏŞKİLİ MƏSƏLƏLƏRİ 

Hazırda cəmiyyətin və dövlətin ali təhsil qarşısında qoyduğu 

yüksək ixtisaslı mütəxəssis hazırlığı və onların vətəndaşlıq tərbiyəsi 

vəzifələrinin müvəffəqiyyətli həlli ilə ali məktəbə seçimin düzgün 

aparılması  arasında  qanunauyğun  əlaqə  vardır.  Bu  işdə  kortəbii 

axına bel bağlamaq olmaz. 

413 


Konkurs kontingentini irəlicədən hazırlamaq lazımdır. Bəs sabahın 

tələbələrini  harada  öyrənməli  və  seçməli?  Cavab  birmənalıdır: 

ümumtəhsil  məktəblərində,  texnikum  və  ali  təhsil  ocaqlarında 

keçirilən  «açıq  qapı»  günlərində,  olimpiadalarda,  yarışlarda  və  s. 

Hər  bir  ali  məktəb  «öz  tələbəsini))  müxtəlif  ixtisasların  tələbləri 

əsasında «axtanb tapmalıdır)). 

Peşəyə uyğun gələnləri seçmək - öz şəxsi keyfiyyətləri ilə bu 

və  ya  digər  peşə  və  ixtisas  sahəsinə  daha  çox  uyğun  olanları, 

gələcək  peşə  fəaliyyətində  daha  yararlı  ola  biləcək  məzunları 

müəyyənləşdirmək deməkdir. Peşəyə yararlığı müəyyənləşdirmək, 

hər  şeydən  əvvəl,  insanın  fərdi  xüsusiyyətləri  ilə  onun  seçdiyi 

peşənin  özünəməxsus  spesifikası  ara'smda  uyğunluğu  tapmaq 

deməkdir. 

Təlimdə  müvəffəqiyyətsizliyə  görə  ali  məktəbdən  xaric- 

edilmə, müəyyən səbəblərə görə ali təhsildən uzaqlaşma, ali məktəb 

həyatını  «ağır  yük))  kimi  daşımaq  və  digər  neqativ  halların  əsas 

səbəbi  tələbənin  peşə  seçimini  düzgün  aparma-  masının 

nəticələridir. 

Təcrübə  göstərir  ki,  ali  məktəbə  qəbulun  toplanılan  bala 

əsaslanması ali məktəbə qəbul üçün əsas kriteriya ola bilməz. Ali 

məktəbə  qəbul  kriteriyasınm  düzgün  müəyyənləşdirilmə-  məsinin 

nəticəsidir ki, bir sıra hallarda ali məktəbə seçdiyi ixtisasa heç də 

uyğun  gəlməyən,  onun  tələblərinə  cavab  verə  bilməyən  məzunlar 

qəbul  olunurlar.  Ümumiyyətlə,  hər  bir  adamda  bu  və  ya  digər 

fəaliyyət növünə qabiliyyət, yaxud əksinə, qabiliyyətsizlik var. Əsas 

məsələ də onların hansının daha üstün olduğunu aşkar etməkdir. Ali 

məktəbə  seçim  çox  çətin  problemdir.  İxtisasa  meyli  müəyyən 

etmək, qabillik dərəcəsi ilə gələcək fəaliyyətə yararlılıq arasındakı 

asılılığı  tapmaq  çox  çətindir.  İxtisasların  professioqrammı  tərtib 

elmək,  hər  kəsin  psixofizioloji  və  şəxsi  xarakteristikasını 

müəyyənləşdirmək  və  s.  bu  qəbildən  olan  digər  problemlərin 

öyrənilməsinin  çətinliyi,  habelə,  müvafiq  kafedra  və  fakültə 

əməkdaşlarının  seçim  prosesindən  təcrid  olunması  peşə  seçimini 

daha  da  çətinləşdirir.  Biri-birilə  vəhdətdə  olan  və  biri-birini 

tamamlayan bu mürəkkəb və dinamik məsələləri 

414 


həll  elmək  üçün  müşahidə  və  eksperimentlər  aparılmalı,  diaq- 

nostlaşdırma, proqnozlaşdırma həyala keçirilməlidir. 

Ali  məktəbə  peşə  seçiminin  nəzəri  və  praktik  əsasım 

abituriyentin seçdiyi peşə üçün zəruri olan psLxo-fıziofoJi və fiziki 



keyfiyyətlərin  öyrənilməsi  təşkil  edir.  Bu  mənada  peşə  .seçimi 

kompleks  xarakter  daşımalı.  ş.əxsiyyəlin  bu  və  ya  digər  fəaliyyət 

növünə  yararlılığını təmin edən fiziki, fizioloji, psixoloji, sosioloji 

göstəriciləri  öyrənilməlidir.  Abituriyentin  seçim  motivləri  də 

aydınlaşdırılmalıdır. 

Ümumiyyətlə, əməyin hər hansı növünə yiyələnmək prosesi 

ictimai  xarakter  daşıyır.  Əmək  fəaliyyətində  bu  və  ya  digər 

keyfiyyətləri qazanan insan bu keyfiyyətlər vasitəsilə özünəməxsus, 

bənzərsiz  fərdi  psixi  xüsusiyyətlərini  də  təzahür  etdirir.  Peşəkar 

kimi  formalaşma,  həm  də  insanın  bir  şəxsiyyət  kimi  inkişafını 

istiqamətləndirir. 

Deməli,  ali  məktəbə  peşə-ixtisas  seçimini  elə  qurmaq 

lazımdır  ki,  o,  abituriyentin  psixi  proses  və  psixi  hallarını,  fərdi 

keyfiyyətlərini,  xarakter  əlamətlərini,  malik  olduğu  həyat 

təcrübəsini üzə çıxarmağa imkan versin. Abituriyentin ali məktəbə 

nə üçün can atdığını aydınlaşdırmaq, onun «nə istəyirh> motivindən 

daha çox «niyə isiəyirh> motivini üzə çıxarmaq lazımdır. 

Bu  və  ya  digər  peşə-ixtisas  fəaliyyətinə  uyğun  psixi 

proseslərin,  şəxsi  keyfiyyətlərin,  qabiliyyətlərin,  motivlərin 

öyrənilməsi üçün bir sıra metodlardan istifadə olunur. Bu metodlar 

aşağıdakılardır: 

•  abituriyentin  ^əxsi  ifiərinin  öyrənilməsi  və  ankciiə.ş- 



(lirnıə.  Bu metod abituriyent  haqqında ilk rəsmi  məlumatları  əldə 

etməyə imkan verir. 

•  abituriyentin  ali  məktəb  tərəfindən  hazırlanan  anketi 

doldurması.abituriyentin  motivlərini,  peşə-ixtisas  maraqlarını,  ali 

məktəbə daxil olana qədər ictimai fəallığını öyrənməyə imkan verir. 

•  Bir  sıra  ali  məktəblərdə  abituriyentə  seçdiyi  pe.şə- 

ixtisasla bağlı inşa yazmaq təklif olunur (məsələn.  «Mən nə üçün 

müəllimlik peşəsini seçmişəın?») 

415

 


•  Mü.sahi/w  metodu.  Müsahibə  sərbəst  söhbət  şəklində 

təşkil  olunur.  Abituriyentlə  müsahibədə  məqsəd  aşağıdakıları 

aydınlaşdırmaqdır: 

•  abituriyentin  ali  məktəbə  daxil  olarkən  əsas  götürdüyü 

motivləri müəyyənləşdirmək; 

•  abituriyentin  əxlaqi  və  vətəndaşlıq  keyfiyyətlərini  üzə 

çıxarmaq; 

•  müsahibəyə qədər keçirilən anket sorğusuna abituriyentin nə 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin