11 variant
9.5.
INKIŞAFETDİRICİ TƏLİM
TEXNOLOGİYALARI
Ali təhsilin müasir inkişaf səviyyəsində təlim texnologiyaları
məzmunu, xüsusisyyətləri və metodikalarının özünəməxsusluğu ilə
diqqəti cəlb edir. L.V.Zankov. D.B.Elkonin.
V.
V.Davıdov, Q.S.Altşuller, Q.K.Selevko, İ.P.İvanov və
başqaları inkişafetdirici təlim texnologiyalarının hazırlanmasında
uğurlu nəticələr əldə etmişlər.
İnkişafetdirici təlim nə deməkdir? Onun fərqləndirici
xüsusiyyətləri hansılardır? Üstünlükləri nədədir?
İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni fəal
növü
başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı-
illüstrativ təlim tipindən
fərqli olaraq, şəxsiyyətin qısa zaman kəsiyində inkişafını, başqa
sözlə, fiziki və psixi parametrlərinin sadədən-mürəkkəbə doğru
irəliləməsini nəzərdə tutur.
Yaxşı təşkil olunmuş ənənəvi təlim, söz yox ki, təhsilalanın
inkişafı üçün müvafiq şərait yaradır. Lakin tədqiqatlar göstərir ki,
ənənəvi təlim təhsilalanların, intellektual inkişafını və digər psixi
proses və keyfiyyətlərinin yüksək inkişaf səviyyəsini təmin edə
bilmir. Deməli, şəxsiyyətin tam inkişafını təmin etmək məqsədilə
inkişafetdirici ləlimdən istifadə etmək lazımdır.
Müasir dövrdə inkişafetdirici təlim texnologiyası yaratmaq
üçün didaktika elmi kifayət qədər imkanlara malikdirmi?
Müasir dövrdə psixologiya, pedaqogika və didaktika
inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün kifayət qədər
fundamental imkanlara malikdir. Və bu istiqamətdə dəyərli nəzəri
və eksperimental tədqiqatlar aparılmışdır.
Mükəmməl inkişafetdirici təlim konsepsiyasını yaratmaq
üçün təfəkkür proseslərinin mexanizmini dərindən dərk elmək
lazımdır.
İnkişafetdirici təlim didaktikasının müasir inkişaf
səviyyəsində onun aşağıdakı xarakteristikasını vermək olar:
• Təlim-inkişafetdirici xarakterə malik olmalıdır.
300
• İnkişafetdirici talim öz məqsəd və vəzifələrinə,
iştirakçıların (öyrədən və öyrənənlərin) fəaliyyətinin xarakterinə
görə ənənəvi təlim texnologiyalardan prinsipial surətdə fərqlənir.
• Təlim yalnız o halda produktiv təfəkkürün inkişafını təmin
edir ki. öyrənənin bütün idrak prosesləri aktiv fəaliyyətə cəlb
edilmiş olsun.
• İnkişafetdirici təlim təkcə güclü və orta səviyyəli
tələbələrin deyil, zəiflərin də yaradıcılıq potensialını nəzərə
çarpacaq dərəcədə artırır.
Təlim prosesi necə təşkil olunmalıdır ki, inkişafı təmin edə
bilsin? Cavab birmənalıdır: şəxsi səy və müstəqil axtarıcılıq
qabiliyyəti olmadan insanın inkişafı mümkün deyil. İnkişaf müxtəlif
fəaliyyət növlərində aktiv surətdə iştirak etməklə, bacarıq və
qabiliyyətlərə yiyələnmək prosesində baş verir.
Təhsilalananın təfəkkürünü və digər psixi proseslərini inkişaf
etdirmək məqsədilə təlimi necə təşkil etməli? Cavab yenə
birmənalıdır: təlim prosesində öyrənənin müstəqil və yaradıcı
fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır. Bu məqsədlə
təhsilalanlar qarşısında problemlər qoyulmalı, onlar (təhsilalanlar)
müstəqil axtarıcılığa, tədqiqatçılığa cəlb edilməlidir. Lakin bu işdə
müvəffəqiyyət qazanmaq üçün öyrənənin idrak bacarıqlarını,
təfəkkür proseslərini inkişaf etdirmək lazımdır. Çünki bunlarsız
yeni problemlərin müstəqil həlli mümkün deyil.
Öyrənənin fəaliyyətinin belə təşkili öyrədənin də fəaliyyət
xarakterinin dəyişməsini tələb edir. İnkişafetdirici təlimi təşkil
etmək üçün öyrədənin-müəllimin fəaliyyətinə yeni elementlər daxil
edilməlidir. Bu elementlərdən hcuşhvası öyrənəni müstəqil
axtarıcılığa sövq etmək bacarığıdır. Di^rVİ təlim prosesini yeni
strukturda qurmaq qabiliyyətidir. Üçünami, inkişafetdirici təlimi
ənənəvi təlimdən köklü surətdə fərqləndirən yeni texnologiyaların
tətbiqidir.
Yeni suallar meydana çıxır: inkişafetdirici təlimin
müvəffəqiyyətlə reallaşdırılmasını təmin etmək üçün müəllim
301
hansı professional bacarıqlara malik olmalıdır? İnkişafcldirici
lolimin strukturu necə olmalıdır? İnkişafetdirici təlimin səmərəli
təijkilinin şərtləri hansılardır?
İnkişafetdirici təlimin birinci əsas şərti təhsilalanların
müvafiq bilik ehtiyatına malik olmasıdır. Bunsuz qarşıya çıxan
problemləri həll etmək mümkün deyil. Belə bir həqiqətlə
razılaşmaq lazımdır ki. insan ona məlum olmayan sferada problem
həll edə bilməz. Bütün idrak prosesləri kimi, yeni problemin də həlli
uzunmüddətli hafizənin hifz ekliyi ► biliklərə əsaslanır.
İkinci əsas şərt, öyrənənin idrak imkanları və bacarıqlarıdır.
İnkişafetdirici təlimin elmi-tədqiqat metodikasına əsaslandığını
nəzərə alsaq, onda məlum olar ki. təhsilalanı müstəqil axtarıcılıq
fəaliyyətilə bağlı idrak bacarıqları ilə silahlandırmaq lazımdır. Bu
bacarıqları belə qruplaşdırmaq olar:
• yeni problemi dərk etmək bacarığı;
• problemin həlli üçün zəruri olan materialı (.sənədlər,
faktlar, məlumatlar) təhlil elmək, müxtəlif mövqelərlə tanış olmaq,
müqayisə elmək bacarığı;
• problemin həllinin strategiya və taktikasının hazırlanması
bacarığı (axtarıcılıq fəaliyyətinin planının tərtibi, hipotezin irəli
sürülməsi, müxtəlif mənbələr üzərində iş, faktlar arasında əlaqələri
tapmaq, mövcud bilikləri yeni situasiyaya tətbiq etmək və s.;
• ümumelmi və konkret elm sahəsi ilə bağlı biliklərə malik
olmaq və onlardan problemin həllinin optimal yolunu tapmaq
məqsədilə istifadə etmək bacarığı.
• təhsilalanlar həmçinin, yeni problemin həlli mərhələlərini
müəyyən ardıcıllıqla reallaşdırmaq bacarığına malik olmalıdır. Bu
mərhələlər, aşağıdakılardır:
• məsələnin şərtinin öyrənilməsi, problemin mahiyyətinin
və həlli üçün mövcud imkanların aşkarlanması:
• problemin həlli strategiyasının, başqa .sözlə, fəaliyyətin
ümumi planının hazırlanması;
302
• problemin həlli laktikasınm (koııkrcl moiodım)
hazırlanması;
• nəticələrin ilkin məkımaliarla müqayisəsi;
• uyğunsuzluq (ziddiyyət) olduğu təqdirdə əqli qabiliyyətin
fəallığı.
Qeyd olunan bacarıqlar tədqiqatçılıq te.xnologiyasımn
ayn-ayn elementləridir. Bu bacarıqların izahlı-illüstrativ təlim
bacarıqlarından nə qədər fərqli olduğunu aşağıdakı müqayisədən
görmək olar.
İzahlı-reproduktiv təlim
İnkişafetdirici təlim
T,ılinı malerialtannı dinləmək və
qavramaq
Problemi dərk etmək \ə ifadə
elmək
İnformasiyanı
konspektləşdirmək
Faktları təhlil elmək, müxtəlif
mənbələr üzərində işləmək
Kitab üzərində iş
Hipotez irəli sürmək
Təlim materialını yadda saxlamaq və
yada salmaq
Hipolcz.in
doğruluğunu
yoxlamaq
Bilikləri tanış situasiyada, yaxud
aiqorilm əsasında tətbiq elmək
Nəticələr çıxarmaq
Diskussiyada
öz
mövqeyini
müdafiə elmək
Cədvəldən göründüyü kimi, izahlı-reprodukiiv və
inkişafetdirici təlimdə öyrənənin mümkün bacarıqları əks
etdirilmişdir. İzahlı-reproduktiv təlimlə inkişafetdirici təlimin bu
müqayisəsi bir daha sübut edir ki, inkişafetdirici təlim öyrənəndən
tədqiqatçılıq fəaliyyətinin elementləri olan kompleks idrak
bacarıqları
tələb
edir.
Kompleks
idrak
bacarıqlarının
formalaşdırılması
tədricən
elmi-tədqiqatçılıq
(əaliyyətinə
qoşulmağa şərait yaradır. Bu işin texnoloji əsasını isə problem-idrak
tapşırıqları, təlimin xüsusi metod və formaları təşkil edir.
Bcl,')likb, inkişafetdirici təlimin əsas fərqləndirici cəhəti
onun yaradıcı xarakter daşımasıdır. İkincisi, reprodukliv
}03
təfəkkürü inkişaf etdirən ənənəvi təlimdən fərqli olaraq,
inkişafetdirici təlim produktiv təfəkkürün inkişafına səbəb olur.
Üçüncüsü, inkişafetdirici təlim təhsilalandan daha çox müstəqillik,
öz qüvvə və imkanlarına inam tələb edir.
Bunu nəzərə alaraq, bir çox xarici didakllar təhsüalanları
tədqiqatçılıq fəaliyyətinə tədricən qoşmağı tövsiyə edirlər və bu
məqsədlə üç səviyyə (mərhələ) qeyd edirlər:
Birinci saviyyjth müəllim problemi qoyur və həlli yollarını
göstərir. Öyrənən onu aiqoritm əsasında həll edir.
İkinci səviyyədə müəllim problemi qoyur, lakin həlli
yollarını göstərmir. Öyrənən problemi özü müstəqil olaraq həll edir.
Üçüncü, daha yüksnk ssviyy^da öyrənənlər müstəqil olaraq
problemi aşkar edir. Həlli metodunu müəyyənləşdirir və həll
edirlər.
Problemin müstəqil həlli təhsilalanm hazırlığından çox
asılıdır. Digər tərəfdən, . təhsüalanları tədqiqatçılıq fəaliyyətinə
hazırlarkən onların fərdi-psixi xüsusiyyətləri və imkanları nəzərə
alınmalı və bu məqsədlə tapşırıqlar diferen- siallaşdınlmalıdır.
İnkişafetdirici təlimin müvəffəqiyyətini təmin etmək
məqsədilə şəxsiyyətin inkişafının xüsusiyyətlərini və onun
qanunauyğunluqlarını nəzərə almaq lazımdır.
• Formalaşma və inkişaf şəxsiyyətin son dərəcə mühüm
xüsusiyyətidir (immanentlik xüsusiyy^)ti) {immanentlik - latınca
immanentis-nəyinsə daxilində olan, nəyə isə xas olan deməkdir.
Hər hansı predmetə, hadisəyə, prosesə xas olan bu və ya digər
xassəni, qanunauyğunluğu bildirən anlayış xüsusiyyəti).
• Şəxsiyyətin formalaşması və inkişafında irsiyyət amilinin
rolu çox böyükdür (hiogen xüsıısiyy^ıt).
• Şəxsiyyətin formalaşması və inkişafına sosial mühitin
təsiri qaçılmazdır (sosiogen xüsusiyyət)’,
• Şəxsiyyət özünüidarə edən və özünütənzimləyən
mürəkkəb sistemdir.
304
• Şəxsiyyət özünəməxsus xüsusiyyətləri, keyfiyyətləri,
təkrarolunmaz fərdi inkişaf variantı olan unikal bir varlıqdır
{fərdilik xüsusiyyəti).
•
Şəxsiyyətin
inkişafı
ümumi
dialektik qanunauyğunluqlar əsasında baş verir {mərhələli inkişaf).
• Hər bir şəxsiyyətin özünəməxsus inkişaf tempi var
(inkişafın qeyri-bərabər və ziddiyyətli olması).
•
Psixi inkişafın kəmiyyət və keyfiyyət dəyişmələri
fiziki dəyişmələrlə müəyyən edilir.
Beləliklə məlum olur ki, inkişafetdirici təlimi təşkil edərkən,
müvəffəqiyyət qazanmaq üçün həm şəxsiyyətin inkişaf
qanunauyğunluqları, həm də hər bir fərdin özünəməxsus
xüsusiyyətlərini və inkişaf səviyyələrini nəzərə almaq lazımdır.
İnkişafetdirici təlimin son dərəcə mühüm fərqləndirici
əlaməti budur ki, pedaqoji təsir təhsilalanların irsi imkanlarının
inkişafını “qabaqlayır”, stimullaşdırır və sürətləndirir.
Məhz təlim prosesi bu əsasda qurulduqda təhsilalan
(öyrənən) təlimin bütün mərhələlərində tam hüquqlu subyekt olur
(obyekt yox!). Təlim prosesinin hər bir mərhələsi şəxsiyyətin
inkişafına özünəməxsus şəkildə təsir göstərir. İnkişafetdirici
təlimdə məqsədin bu tərzdə qoyulması təhsilalanda məqsəd
ardıcıllığı, müstəqillik, azadlıq, ləyaqət və qürur hissini inkişaf
etdirir. İnkişafetdirici təlimin planlaşdırılması təhsilalanda
təşəbbüskarlıq, yaradıcılıq və mütəşəkillik kimi keyfiyyətlər
doğurur və iradəni möhkəmləndirir. Məqsədlərin reallaşdırılması
prosesində əməksevərlik, təkidlilik, fəallıq kimi xarakterik
əlamətləri formalaşır. Təhlil mərhələsi məsuliyyət hissini artırır,
qiymətləndirmə kriteriyalarını müəyyənləşdirir. Təhsilalanların
obyekt kimi yox, subyekt kimi inkişafının göstəricisi və
üstünlükləri məhz bununla müəyyənləşir.
İnkişafetdirici təlim texnologiyasının uğurlu təşkili
müəllimdən bir sıra bacarıqlar tələb edir. Bu bacarıqlar
aşağıdakılardır:
• problemi qoymaq (sadəcə ifadə etmək yox, məhz qoymaq)
bacarığı;
305
tahsUaUmda problemin hollino maraq vo istok oyai-
maq:
• prohlemb əlaqədar uyğun situasiya yaratmaq hacarığt:
• təhsilalam fəal təfəkkür fəaliyyətinə (fakt və hadisələrin
təhlili, onlar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, hipote- zin
irəli sürülməsi və s.) cəlb etmək;
• təhsilalanın təfəkkür fəallığım düzgün istiqamətləndirmək;
• təhsilalam axtarıcılıq fəaliyyəti üçün zəruri olan vəsaitlə
(lüğət, tekst, didaktik materiallar, tədris vəsaitləri, tədqiqatın
aparılması üçün avadanlıq və s,) təmin etmək',
• için təşkilinin bütün formalarından (fərdi, qrup, kollektiv,
qarışıq) istifadə etmək;
• təşkilatçılıq, idarəetmə, rəhbərlik, nəzarət etmək və
korreksiya aparmaq;
• təlimi fərdiləşdirmək və təhsilalanla əməkdaşlıq etmək;
• alınmış nəticələrin təhlili, işin yekunlaşdırılması və
obyektiv qiymətləndirilməsi və s.
Yuxarıdakı cədvəldə ənənəvi və inkişafetdirici təlimin
öyrənənlərdən tələb etdiyi bacarıqları müqayisəli şəkildə
göstərmişdik. Analoji müqayisəni müəllim fəaliyyəti üçün aparaq.
İzahlı reproduktiv təlim
İnkişafetdirici təlim
Təhsilalanlann
motivləşdirilməsi
Problem-situasiya
yaradılması
Tədris materialının izahı
Problemin
aşkarlanması
və
qoyulması
Yeni biliklərin mənimsənib məsi
prosesinin təşkili
Təhsilalanlann
yaradıcılıq
fəaliyyətinin təşkili
Biliklərin möhkəmləndirilməsi
və yoxlama
İştirakçıların diskussiyaya cəlb
edilməsi
-
işin
yekunlaşdırılması
Cədvəl izahlı reproduktiv və inkişafetdirici təlimdə
müəllimin pedaqoji fəaliyyətinin əsas elementlərini əks etdirir
306
Cədvəldən bir daha məlum olur ki, ənənəvi-reprodukiiv
fəaliyyətdə müəllim “öyrədir” (hazır informasiyalar verir və
mənimsənilmə səviyyəsini yoxlayır), inkişafetdirici (produk- liv)
təlimdə isə öyrənəni “öyrənməyə”, bilikləri müstəqil surətdə əldə
etməyə yönəldir.
İnkişafetdirici
təlim
prosesində
fərdin
inkişafının
.xüsusiyyətlərini nəzərə almaq vacibdir.
Müasir pedaqogika və psixologiya elmində şəxsiyyətin psixi
xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırılır:
• hiHk, bacarıq və vərdirlər - BBV;
• əqli fəaliyyət qaydaları - ƏFQ;
• şəxsiyyətin özümUdarrj mexanizmləri - ŞÖM;
• emosional-əxlaqi sfera - EƏS;
• praktik fəaliyyət mühiti- PFM.
Bu keyfiyyətlər biri-birilə sıx vəhdətdədir və mürəkkəb tam,
dinamik bir sistem tiəşkil edir. İnsanlar arasındakı bu və ya digər
fərdi fərqlər hər bir fərddə keyfiyyətlərin inkişaf səviyyəsini
müəyyənləşdirir.
İnkişafetdirici təlim texnologiyası şəxsiyyətin bütün
keyfiyyətlərinin ahəngdar inkişafını təmin etməlidir. Əgər,
inkişafetdirici təlimi-İT ilə işarə etsək, onda bu texnologiyanı
formula şəklində belə göstərə bilərik:
İT=BBV+ƏFQ+ŞÖM+EƏS+PFM
İnkişafetdirici təlim şəxsiyyətin «yaxm inkişaf zonası»na
(L.S.Vıqotski) əsaslanır.
L.V. Zankov, D.B. Elkonin, V.V. Davıdov, Q.S.Altşul- ler və
başqalarının hazırladıqları inkişafetdirici təlim texnologiyalarını
ümumiləşdirdikdə məlum olur ki, bu innovasiya texnologiyalardan
aşağıdakı məqsədlər aşkarlanır:
• nəzəri və praktik təfəkkürü formalaşdırmaq;
• BBV-dən daha çox ƏFQ inkişaf etdirmək;
• təlim prosesində elmi və məntiqi təfəkkürə istinad etmək.
Deməli, inkişafetdirici təlim texnologiyaları:
307
• idrak motivlərinin;
• məqsədəuyğun inkişafın;
• öyrədənlə-öyrənən
arasındakı
«subyekt-subyekt»
münasibətlərinin;
• BBV və ƏFQ-nin;
• yaradıcı refleksiyamn ahəngdar formalaşmasını təmin
etməlidir.
Ali təhsil sistemində inkişafetdirici təlim texnologiyaları,
qeyd edilənlərlə yanaşı, aşağıdakı vəzifələrin də həllinə şərait
yaratmalıdır:
• gələcək mütəxəssisin - bugünkü tələbinin yaradıcılıq
qabiliyyətlərini üzə çıxarmaq;
• tələbələri yaradıcı fəaliyyətə qoşmaq;
• - tələbələrdə yaradıcı təfəkkürü inkişaf etdirmək;
• fəal həyat mövqeyinə malik şəxsiyyət tərbiyə etmək;
• öz mədəni sferasını daim genişləndirən insan,
respublikamızda hüquqi demokratik cəmiyyətin tərəqqisinə xidmət
edən vətəndaş yetişdirmək.
Bu vəzifələrin müvəffəqiyyətli həllinə nail olmaq üçün
texnologiyaların təşkili zamanı aşağıdakı prinsiplərə əməl
olunmalıdır:
1) məzmunun tamlığı və sistemliliyi;
2) təlimin ən yüksək çətinlik səviyyəsində qurulması;
3) sürətli təlim;
4) şüurlu təlim motivasiyası;
5) təlimin diferensiallaşdırılması;
6) innovasiya təlim metodlarının tətbiqi;
7) rasional və emosional psixi düşüncə tərzinin vəhdətdə
inkişaf etdirilməsi;
Ənənəvi təlim modeli ilə inkişafetdirici təlim modelini
müqayisə etdikdə, inkişafetdirici təlimin üstünlükləri daha aydın
şəkildə nəzərə çarpır.
308
Ənənəvi təlim texnologiyası
MF
TF
Təhsilalanları
qavrama prosesinə hazırlamaq -------------- ► Motivləşmə
I
Tədris materialının izahı
Qavrama
, 1
1
A *
Biliklərin
möhkəmləndirib,
məsinin təşkili
”
İnkişafetdirici təlim texnologiyası
Anlama
Problem situasiyanın
yaradılması
Problem situasiyanın qəbul
-> edilməsi
:*■ Tədqiqat probleminin?:
aşkarlanması
Təhsilalanlann axtarıcılıq
fəaliyyətinin təşkili
Müstəqil yaradıcılıq
fəaliyyətinin təşkili
Diskussiya ^
(nəticələrin müzakirəsi)
Burada MF - müəllimin fəaliyyəti;
TF - təhsilalamn fəaliyyəti deməkdir.
Ənənəvi təlimdə təhsilalamn mənimsəmə prosesi aşağıdakı
ardıcıllıqla gedir;
M •* Q •*'A Burada;
M - motivləşmə;
Q - qavrama;
A - anlama deməkdir.
309
İnkişafetdirici təlimdə təkcə motivləşmə kifayət deyil.
Təhsilalan problemli-situasiya şəraitinə salınmalıdır. Faktların
toplanması, təhlili, hipotezin irəli sürülüməsi və yoxlanması
şəraitində qavrama və anlama prosesləri, ənənəvi təlimdə olduğu
kimi, ciddi ardıcıllıqla getmir, onlar qaynayıb qarışır. Təhsilalan
mənimsəmənin yüksək səviyyəsinə qalxır, mənimsənilən biliklər və
bacarıqlar şəxsi «mən»ə keçir, «özününküləşir», «özəlləşir»,
«interiorizasiya» baş verir.
Deməli, inkişafetdirici təlim aşağıda göstərilən ardıcıllıqla
cərəyan edir:
PS ^ Q -»• A -> «interiorizasiya».
Burada PS - problem situasiya;
Q - qavrama;
A - anlama deməkdir.
Ənənəvi və inkişafetdirici təlimi digər parametrlər əsasında
da müqayisə edək:
Didaktik
parametrlər
Ənənəvi təlim
İnkişafetdirici təlim
1
2
3
Məqsəd
Bilik, bacarıq və
vərdişlərin
formalaşdırılması.
Biliklərin nümunə
əsasında tətbiqi
Şəxsiyyətin psixi
keyfiyyətlərinin inkişaf
etdirilməsi. Biliklərin yeni
şəraitdə tətbiqi
Mahiyyət
İnformasiyaların
verilməsi, dərk edilməsi,
möhkəmləndirilməsi,
mənimsəmənin
yoxlanılması
Təhsilalanm müstəqil
tədqiqatçılıq fəaliyy,ətinə
qoşulması: problemin həlli,
fəaliyyətin yeni qaydalarının
mənimsənilməsi
Tətbiqetmə
imkanları
Praktik olaraq həmişə
mümkündür
Təhsilalanlann problemlə
bağlı baza bilikləri və idrak
bacarıqları olduğu təqdirdə
müəllim və təhsilalanlann
axtarıcılıq fəaliyyətini təşkil
etdikdə mümkündür
310
l
2
3
Üslımlükləri
Bilik, bacarıq və vərdişlər
sisleminin formalaşması
üçün şərait yaradır. Vaxta
qənaət olunur. Müəllim
şəxsiyyətinin (elmə
ehtirasının, zəngin
mənəviyyatının, yüksək
mədəniyyətinin) rolu
böyükdür
Maraqlan, təfəkkürü və digər
psixi prosesləri inkişaf
etdirir. Təhsiialanları
özüınit.əhsil prosesinə təhrik
edir. Diskussiya bacarığı və
mədəniyyəti formalaşdırır
Prinsipial
xarakterli
ç.">tinliklor
Auditoriyanın diqqətini
cəlb etmək. Qavramanı
idarə etmək. Təlimi Dostları ilə paylaş: |