fəallaşdırmaq. Əks- əlaqə
şəraiti yaratmaq
Ənənəvi ləlimlə müqayisədə
çox vaxı t.ələb olunur. Hər
bir ləhsilalanı tədqiqatçılıq
fəaliyyətinə cəlb etmək
Təqdim olunan cədvəl mürəkkəb və çoxcəhətli təlim
prosesini sxematikləşdirsə də müəyyən əməli nəticələr çıxarmağa
imkan verir:
• Ali məktəb sistemində həm ənənəvi, həmdə inkişafetdirici
təlim texnologiyasından istifadə olunur və hər iki ləlim
texnologiyası fundamental məqsədlərə xidmət edir
• Təlim prosesini təşkil edərkən, ancaq bir texnologiya ilə
məhdudlaşmaq olmaz.
• Təlim prosesi təşkil edilərkən, həm ənənəvi, həm də
inkişafetdirici
təlim
texnologiyaları
optimal
surətdə
uzlaşdırılmalıdır.
• Son uğurlu nəticə və müvəffəqiyyət müəllimin nəzəri
biliklərindən, ustalığından və şəxsi keyfiyyətlərindən asılıdır.
9.6. DİSTANT TƏLİM TEXNOLOGİYALARI
Distaııt t9lim deyərkən, əhalinin geniş təbəqələri üçün ölkə
daxilində və xaricdə xüsusi informasiya - təhsil şəraitinin
yaradılması başa düşülür. Kompleks təhsil xidmətlərinə
əsaslanan distant təlim məsafədən (telekommunikasiya, kompüter,
elektron poçtlar, sputnik televiziya, radio, kompüter və internet
əlaqələr və s.) təlim informasiyası mübadiləsi vasitəsilə həyata
keçirilir.
Distant təlim fasiləsiz təhsil formalarından biridir və insanın
təhsil və informasiya almaq hüquqlarını reallaşdırır, ölkə daxilində
vətəndaşların təhsil imkanlarım genişləndirir. Distant təlim
məktəbliyə, tələbəyə, işsizlərə, hərbi və hüquqi şəxslərə, aparıcı
universitetlərin, institutların, ixtisasartırma və ixtisasdəyişmə
mərkəzlərinin elmi və təhsil potensialından faydalanmağa imkan
verir. Distant təlim əsas fəaliyyət və təhsillə yanaşı, əlavə təhsil
üçün şərait yaradır.
Distant təlim sistemi müxtəlif səviyyələrdə təşkil olunur;
• Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və
onların təminatı.
• Regional distant təlim sistemləri və onların təminatı.
• Lokal distant təlim sistemləri və onların təminatı.
Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır:
• Distant təlimin konseptual aspektləri.
• Distant təlimin didaktik aspektləri.
Mihlüm-msshlıatçibr sistemi vtf onların tahsilalanUırla
dlaqa formaları.
• Distant təlimdə testləşdirmə.
• Distant təlim şəraiti və texnologiyaları.
• İnformasiyaların verilməsi qaydaları.
• Kommunikasiya formaları.
Bütün dünyada distant ləlimi reallaşdırmaq məqsədilə tədris
proqramlarının transiyasiyasmdan geniş istifadə olunur. Bu zaman
geniş auditoriya üçün müxtəlif təlim idrak proqramları, mühazirələr
nümayiş etdirilir. Distant ləlimin bu formasından iqtisadi, hüquqi,
ekoloji, elmi, mədəni və digər biliklərin əldə edilməsində istifadə
olunur.
«Qlobal mühazirə zalı», «Dünya universiteti»,
«Xalqlararası elektron universitet)) və digər distant təlim sistemləri
bütün dünyada geniş yayılmışdır. Bu elektron sistemlər dünyanın
müxtəlif yerlərində yaşayan insanlar arasında ünsiyyət yaratmağa,
312
insan həyatının müxtəlif sferaları haqqında biliklər mübadiləsi və
diskussiya təşkil etməyə şərait yaradır.
Distant təlimin regional sistemləri ayrıca götürülmüş region
daxilində, regionun xüsusiyyətləri nəzərə alınmaqla, təhsil
vəzifələrini həyata keçirir. Həmin sistem federal distant təlim
sisteminin tərkib elementidir. Bu səbəbdən də. regional sistemlər
yaradılarkən, konkret dövlət təhsil standartlarının tələbləri nəzərə
alınmalıdır.
Lokal distant təlim sistemi bir şəhər, yaxud bir universitet
çərçivəsində hər hansı professional bilik .sahəsi çərçivəsində
reallaşdırılır.
Distant təlim sisteminin əsas vasitəsi telekommunikasiya
sistemidir. Bunlar aşağıdakı vəzifələrin həllinə yönəlir:
• zəruri tədris və tədris-metodik materialın təmin edilməsi;
• öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması;
• distant təlim sistemi daxilində idarəetmə informasiyası
mübadiləsi;
• xalqlararası informasiya şəbəkəsinə qoşulmaq.
Respublikamızda distant təlim sistemini
formalaşdırmaq üçün, birinci, interaktiv sputnik televiziyası
yaradılmalıdır. O, mərkəzi və regional tədris telestudiyalarından
ibarət olmalı və sputnik kanalları ilə birləşməlidir.
İkincisi,
regionlarda
ali
məktəb
kompüter
telekommunikasiya sistemlərinin (RUNNET, UNJCOR, RELARN)
inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır.
Üçüncüsü, respublika daxilində mövcud olan sahə ilə distant
təlim sistemlərinin əlaqəsi təmin edilməlidir.
Dördüncüsü, kompüter telekommunikasiya üçün müvafiq
təlim xarakterli informasiya ehtiyatlarının sistemini yaratmaq və
nəhayət, ən başlıcası, elektron kitabxanalar sistemini inkişaf
etdirmək lazımdır.
513
Kütləvi auditoriya üçün nəzərdə tutulan distant təlim
formasından başqa ünvan xarakterli mühazirə və məşğələləf sistemi
də mövcuddur. Bu halda müvafiq kursu bitirən şəxs imtahan verib,
müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər.
Distant ttflim texnologiyası
dedikdə, insanın müəyyən
bilikləri müstəqil surətdə əldə etməsinə, habelə bu prosesə nəzarət
etməyə imkan verən metod, forma və vasitələrin məcmusu başa
düşülür.
Distant t!>lim texnologiyası aşağıdakı voziphvin həllini
təmin etməlidir:
• təhsilalanlara öyrənilən materialın əsas məzmununu
çatdırmaq.
• öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini
təmin etmək;
• tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün
əlverişli şərait yaratmaq;
• qiymətləndirmə.
Dünya praktikasında bu vəzifələrin həllini təmin edən
texnologiyalar aşağıdakılardır;
• Tədris və digər çap materialının təqdim edilməsi.
• Öyrənilən
materialların
kompüter
telekommunikasiya vasitəsilə göndərilməsi.
• Kompüter telekommunikasiya vasitəsilə diskussiya və
seminarlar keçirilməsi.
• Videoplyonka.
• Milli və regional televiziya və radiostansiyalar vasitəsilə
tədris proqramlarının transiyasiyası.
• Kabel televiziyası.
• Səsli poçt.
• İkitərəfli videokonfrans.
• Birtərəfli videotransiyasiya və telefonla əks-əlaqə.
• Lazer disklərində kompüter elektron dərsliklər, yaxud
elektron dərsliklər.
314
Distant ləlimdə informasiya texnologiyalannm gcni.'j
spektrinə baxmayaraq, çap materialları onun mühüm lərkib
hissəsidir. Bütün distant texnologiyalar baza dərsliklərinə
əsaslanmalıdır. Ola bilər ki, dərsliklər heç də distani təlim üçün
nəzərdə tutulmasın. Lakin dərsliklər əsas informasiyaları və bilikləri
əks etdirməlidir. Universal baza dərslikləri ilə yanaşı, müxtəlif çap
materiallarından da istifadə oluna bilər. Hər bir kursa aid metodik
materialların da olması çox vacibdir.
Əsas materialın tekst (mətn), yaxud qrafik şəkildə təqdim
edilməsinin ən sadə texnologiyaları İnternet, Batnet, EuNet tipli
kompüter şəbəkəsidir. Öyrəniləcək materiallar və məlumat
materialları qlobal kompüter şəbəkəsinin arxivində saxlanılır və
kompüter şəbəkəsinə qoşulan sifarişçiyə operasion rejimdə, yaxud
sinxron (yunanca a-inkar şəkilçisi, sunchrons - «eyni vaxlda»
deməkdir) elektron poçt vasitəsilə çaldırılır.
Video-distant
təlimin çox faydalı texnologiyasıdır.
Videoplyonka ən yaxşı müəllimlərin mühazirələrini dinləməyə
imkan verir. Bunlardan həm videoauditoriyalarda. həm də ev
şəraitində istifadə etmək mümkündür.
Distant təlimin ən müfəssəl texnologiyalarından biri elektron
dərsliklər və məlumat kitablarıdır. Müvafiq texnologiya təlim
materialını saxlamağa və istənilən anda istifadəyə verməyə imkan
yaradır. Bu zaman material həm adi, həm də SD-ROM tipli lazer
diskə yazılmış formada təqdim edilir. Müvapfiq texnologiyalar
öziiniitabsU və özünü yoxlama
üçün əlverişli şərait yaradır.
Bu
texnologiyaların bir üstünlüyü də ondadır ki, kitabdan fərqli olaraq,
materialı qrafik formada təqdim elməyə imkan verir.
Distant
təlim
texnologiyalarının
mühüm
tərkib
elementlərindən biri öyrədənlə öyrənənlər arasındakı yaranan
ünsiyyətdir. Ünsiyyətin sinxron sistemi informasiya mübadiləsi
(suallar, məsləhətlər, əlavə material, kontrol tapşırıqlar və s.) üçün
şərait yaradır.
Sinxron ünsiyyətin geniş yayılmış forması səsli poçtdur.
Öyrənən müəyyən nömrəyə zəng edir və verdiyi suallar
315
plyonkaya yazılır. Öyrədən bu plyonkanı dinləyir və cavabı başqa
plyonkaya yazdırır, öyrənən isə sinxron rejimdə onu dinləyir.
Müasir dövrdə sinxron kommunikasiyanın daha geniş
yayılma forması qlobal telekommunikasiya şəbəkəsidir. İndi bütün
dünyada İNTERNET-dən geniş istifadə olunur. İnternet-tədqiqat və
təhsil-idrak xarakterli kompüter şəbəkələrini özündə birləşdirən
dünya kompüter şəbəkəsidir. İnkişaf etmiş bütün ölkələrdə tədris
müəssisələri bu şəbəkəyə qoşulmaq imkanlarına malikdir. Bunun
üçün istənilən kompüterin və modernin olması kifayətdir. İnternetin
regional mərkəzləri adi telefon xətlərinə qoşulur. İnternet-elektron
poçtu informasiyanı sinxron olaraq bir istifadəçidən digərinə
ötürməyə imkan verir.
Distant
təlim
texnologiyaları
müəyyənləşdirilərkən,
aşağıdakı kriteriyalar (K) nəzərə alınmalıdır:
Kriteriya ( K İ ) - Məqsədli təhsil səviyyəsi:
Kİ 1 - ali təhsil;
K12 - əlavə təhsil (əlavə kvalifıkasiya);
K13 ~ professional hazırlıq (yenidən hazırlıq);
K14- şəxsi maraqlar.
Kriteriya ( K 2 ) - «Təhsilalanların (öyrənənlərin) kateqo-
riyaları»:
K21 - uşaqlar (məktəblilər);
K22 - tələbələr;
K23 - yaşlılar;
K24 - işsizlər (yaxud, ixtisası dəyişmək istəyənlər);
K25 - əlillər.
Kriteriya ( K 3 ) - «Təlim prosesində distant təlim sisteminin
tətbiqi» :
K31 - ənənəvi təlim formalarının köklü surətdə yenisi ilə
əvəz olunması (bütün təlim prosesi distant formada cərəyan edir,
öyrədən və öyrənənlərin əyani görüşü baş vermir. Öyrədən və
öyrənən yalnız buraxılış imtahanında, yaxud buraxılış işinin
müdafiəsində görüşür).
K32 - ənənəvi təlim qaydalarının tamamlanması (əlavələr
edilməsi).
316
Kviterıya ( K 4 ) - «Təlimin ləşkiü metodlan»:
K41 - fərdi;
K42 - qrup;
K43 - qarışıq.
Kritcviya ( K 5 ) -«Öyrənilən bilik sahəsi».
K5I - humanitar elmlər və fənlər;
K52 - təbiət elmləri və fənləri;
K53- mühəndislik;
K54- professional bacarıqlar.
Kriteviya ( K 6 ) - «İnformasiya mübadiləsi qaydalan».
K61 - poçta (prokat);
K62 - faks və telefon (konsaltinq);
K63- radio və televiziya;
K64- telekommunikasiya sistemləri (kompüter şəbəkələri).
Kriteriya ( K 7 ) -«İnformasiya daşıyıcısının növü»:
K7I - çap materialı;
K72 - audio;
K73 - video;
K74 - softvare (elektron nəşrlər).
Kriteriya (K8)
- «Adaptasiya səviyyəsi (intellekt səviyyəsi):
K81 - adaptiv distant təlim sistemi (konkret sifarişçinin
səviyyəsinə uyğunlaşdırılır;
K82 - distant təlim sisteminə adaptasiya komponentləri daxil
edilmir.
Distant t f j l i m sistemi aşağıdakı xiisıısiyyatltn’D malikdiv:
• Çeviklik.
Distant təlim iştirakçıları mühazirə və .seminar
məşğələlərinə müntəzəm olaraq gəlmirlər. Özlərinə uyğun vaxtda,
şəraitdə və tempdə işləyirlər. Bu öz həyat tərzini dəyişə bilməyən,
yaxud bunu istəməyənlər üçün çox əlverişlidir.
• Modıılluq.
317
Distant təlim modul prinsip əsasında qurulur. Hər bir kursun
proqramı - modulu müəyyən bilik sahəsi haqqında tam təsəvvür
yaradır.
• İqtisadi s^nwralilik.
Dünya təhsil sistemlərinin orla qiyməti göstərir ki, distant
təlim ənənəvi ləlimdən 50 % ucuz başa gəlir.
• Tezhşdinnp.
Distant təlimdə nəzarət məqsədilə vahid dövlət testləri
müəyyənləşdirilməlidir. Nəzarət formaları kimi distant imtahanlar,
müsahibələr, kurs və proyekt işləri, ekslernat, intellektual testlər
tətbiq oluna bilər. Test sistemi mənimsəmə prosesinə nəzarət
etməklə yanaşı, öyrənən haqqında (mənim- .səmənin dərinliyi və
sürəti, unutmanın tezliyi və s.) məlumat toplamaqla ona (öyrənənə)
öyrənmənin səmərəli yollarım göstərməlidir.
Deyilənləri nəzərə alsaq, distant ləlimin prinsiplərini
aşağıdakı kimi müəyyənləşdirmək olar:
• didaktik
prosesin
təlimin
qanunauyğunluqlarına
əsaslanması;
• nəzəri biliklərin aparıcı rolu;
•
təlimin ləhsilverici, lərbiyəedici və inkişafetdirici
fıınksiyalarımn vəhdəti;
• təhsilalanlann
təlimə
stimullaşdırılması
və
motivləşdirilməsi;
•
təlim prosesində kollektiv
işlə
fərdi işin uzlaşdırılması;
• təlimdə əyaniliklə mücərrəd təfəkkürün vəhdəti;
• öyrədənin (müəllimin) rəhbərliyi altında öyrənənlərin
şüurlu, aktiv və müstəqil fəaliyyəti;
• təlimdə sistemlilik və ardıcıllıq;
• mənimsəmənin möhkəmliyi.
Ümumi didaktik prinsiplərdən başqa distant təlimin spesifik
prinsipləri də mövcuddur:
• Distant təlimin humanistləşdirmə prinsipi.
318
Təlim və ləhsil prosesi şəxsiyyətə istiqamətlənməli, onda
yaradıcılıq qabiliyyətlərinin, əxlaqi, intellektual və fiziki
keyfiyyətlərinin inkişafı, vətəndaşlıq mövqeyinin formalaşması
üçün şərait yaratmalıdır.
• Yeni informasiya texnolof'iyalarının tətbiqinin məqsə-
(bnyğnnlıığn prinsipi.
Yeni informasiya texnologiyaları ləlim sisteminin bütün
komponentlərinə, təlimin məqsədlərinə və məzmununa, təlimin
vasitələrinə, metod və təşkili formalarına təsir göstərir ki, bu da
pedaqogika elminin aktual vəzifələrinin həllini, xüsusən də insanın
intellektual və yaradıcı potensialının, analitik təfəkkürünü və
müstəqilliyinin inkişafını realaşdırmağa imkan verir.
• Təlimin «qabaqlama» prinsipi.
Bu prinsipin mahiyyəti; gənc nəsli bəşəriyyətin yaratmış
olduğu biliklərlə silahlandırmaq, dünyagörüşünü və təfəkkür tərzini
inkişaf etdirmək, onların sürətlə dəyişən aləmə adaptasiyasını təmin
etməkdən ibarətdir. Distant təlim idrak və təlim strategiyasına
yönəlməli, şəxsiyyətin idrak resurslarını (potensialını) (məsələn,
uzunmüddətli hafizə, mərkəzləşdirilmiş və uzunmüddətli diqqət və
s.) təlim məqsədlərinin icrasına səfərbər etməlidir. Distant təlim
qiyabi təhsillə formaca eynilik təşkil etsə də, onun bir sıra
üstünlükləri var:
• təlim və ünsiyyət üçün əlverişli vasitələrin olması;
• işin qrup formasında təşkili imkanlarının geniş
olması;
ması;
müəllimlə (metodistlə) ünsiyyətin daha səmərəli ol
tələb
• müəllimin (metodistin) cavabı üçün az vaxt
olunması;
• öyrənənlərin kitabxana və digər informasiya ehtiyat-
larından istifadə etməsinin asan olması;
• ev tapşırıqlarının qısa vaxt ərzində alınması və gön-
dərilməsi;
• testləşdirmənin birbaşa keçirilməsinin mümkünlüyü.
319
Kompüter distant tolimiu nöqsanlı cohsthri do var:
• şəbəkəyə lez-tez qoşulmaq zəruriliyi;
• informasiyalarla «yüklənmə»;
• diskussiyanın gedişini çevik izləməyin çətinlikləri ilə
bağlı mənfi əhvallar;
• diskussiya
mövzularının
həddən
ziyadə
fraqmentləşdirilməsi;
• vaxtla bağlı problemlər (vaxtın azlığı, sinxronluq və
s,);
Distant təlim iştiarkçılarının davranışına verilən tələblər:
• fəallıq;
• çeviklik;
• məsuliyyət;
• digər iştirakçıları dəstəkləmək;
• məlumatlandırmanın qısa və dəqiq olması. Müəllimdən
(metodistdən) isə diskussiyanı idarə elmək,
onu lazımi istiqamətə yönəltmək; eyni zamanda onun sərbəst
gedişini
təmin
etmək;
diskussiyanı
yekunlaşdırmaq;
qiymətləndirmək bacarığı tələb olunur.
ƏSAS MÜDDƏALAR
Təlimin məqsədi və məzmunu, forma, metod və v- asitələri
təhsil prosesinin ənənəvi kateqoriyalarıdır. Bu kateqoriyalar eyni
zamanda müəyyən fənni tədris edən müəllimin pedaqoji
fəaliyyətinin struktur elementləridir. Pedaqoji kateqoriyaların
məqsədəuyğun surətdə tətbiqinin sistemyaradıcı faktorları isə təlim
fəaliyyətinin qanunauyğunluqları və prinsipləridir.
Tədris fənninin didaktik modeli-özündə fənnin məzmununu
və müvafiq informasiyaları əxz etdirməklə təhsilalanın bilikləri
mənimsəməsini, inkişafını və tərbiyəsini təmin edir.
Müasir dövrdə ((informasiyalar vasitosib tolim» sıxışdırılıb
aradan çıxarılır, ((fəaliyyət vasitəsilə təlim»
320
texnologiyalarına daha geniş meydan açılır. Tələbənin ləlim, elmi
və praktik fəaliyyət növlərinin inteqrasiyası təmin edilir. Ali təhsil
müəssisələrində
akademik
formada
təlim
fəaiiyyətinə-kvaziprofessional (latınca quasi-sanki, güya deməkdir.
Mürəkkəb sözlərin «guye» mənasına uyğun gələn tərkib hissəsi.
Burada kvaziprofessional təlim-profissianao mənasım verir), başqa
sözlə, təlim-professional fəaliyyətə üstünlük verilir. Tələbənin
təkcə psixi proseslərini deyil, həm də. yaradıcı, produktiv
(məhsuldar)
təfəkkürünü,
davranışını
və
kommunikativ
qabiliyyətlərini inkişaf etdirən aktiv təlim texnologiyaları
proyektləşdirilir və tətbiq edilir.
Fəal təlim texnologiyaları həm təhsil verənin, həm də
ləhsilalanm rollarım dəyişir. Təhsil verənin informator (latınca
informatio-izah edən, şərh edən deməkdir) rolu menecer (ingiliscə
manager, manage-idarə etmək, menecer- idarə edən deməkdir) rolu
ilə əvəz olunur. Təhsilalan informasiyanı məqsəd kimi yox,
professional fəaliyyətin mühüm tərkib hissələri və zəruri və
əməliyyatlarını mənimsəmək kimi qəbul edir.
Tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi
müasir təhsilin ən aktual problem olduğunu nəzərə alsaq, təlim
metodları və vasitələrini alimin yaradıcı fəaliyyət metodikasına
yaxınlaşdırmaq, idrak fəaliyyətini aktivləşdirən metodlardan
istifadə etmək, biliklərin yaradıcı surətdə mənimsənilməsini təmin
edən texnologiyalar hazırlamaq və tətbiq etmək vacibliyi özünü
göstərir.
Bu da müasir ali məktəb pedaqogikasının qarşısında mühüm
problem kimi pedaqoji proses iştirakçılarının rollarının əsaslı
surətdə dəyişdirilməsi məqsədini qoyur:
• təhsilalanlarm icraedici, reproduktiv fəaliyyəti təlim
prosesinin bütün mərhələlərində yaradıcılıq, axtarıcılıq fəaliyyəti ilə
əvəz olunmalıdır;
• sərt Liniversallaşmaya son qoyulmalı, təlim, tərbiyə və
inkişafın məqsəd, məzmun, metod, vasitə və təşkili formaları
fərdiləşdirilməlidir;
321
• təhsilalanlann təlim-idrak fəaliyyəti diferen.siallaş-
dıı-ılmaiıdır;
• təhsil prosesinin bütün komponentlərinin mono (vahid)
ideyalılığmdan ideoloji plüralizmə keçilməlidir;
• tələbələrə öz həyat mövqelərini müəyyənləşdirməkdə tam
sərbəstlik və azadlıq verilməlidir;
• tələbə dünyaya baxışım, inam və əqidəsini özü, heç bir
kənar təzyiq olmadan müəyyənləşdirməlidir;
• tələbə mənəvi formalaşmasını və inkişafım özü
istiqamətləndirməlidir;
• texnokratik (yunanca techne-sənət, ustalıq, bacarıq
deməkdir), başqa sözlə, texniki və humanitar fənlər disbalansı
(yunanca duş.,., latınca diş... pozulma, dağılma, bölünmə, çətinlik,
itki bildirən sözönü; fransızca balance-tərəzi, tarazlıq, bərabərlik
deməkdir. Disbulans sistemin tarazlığının pozulması deməkdir)
təhsil verənlərin və təhsilalanlann təlim idrak münasibətlərində,
ahəngdar əməkdaşlıq təmin olunmalıdır.
Cəmiyyəti və şəxsiyyəti artıq «ağızdan-qulağa», «lövhə-
dən-dəftərə» «əzbərləmək-yadda saxlamaq» kimi təhsil formaları
qane etmir. Pedaqogika elminin texnikanın müasir nailiyyətlərindən
maksimum istifadə edən çevik təhsil sisteminə ehtiyacı vardır.
Mükəmməl təhsil sistemini qurarkən, cəmiyyətin, təhsil sisteminə
verdiyi tələblər nəzərə alınmalıdır. Bu tələblər aşağıdakılardır:
• yaşından, milliyyətindən, inam və əqidəsindən, yaşayış
yerindən, aldığı təhsilin səviyyəsindən asılı olmayaraq təhsilin hər
bir fərd üçün müyyəssər olması;
• təhsilalamn özü üçün daha əlverişli hesab etdiyi məqamda
təlim prosesinə başlaması, lazım bilmədikdə təhsilini dayandırması,
yaxud təhsilnin istiaqmətini dəyişməsi və öz imkanlarına uyğun
Dostları ilə paylaş: |