FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

seminara  hazırlaşarkən,  ancaq  mühazirə  mətni  və  dərsliklə 

kifayətlənməli olur. 

Tələbələrin  seminara  hazırlaşması  üçün  zəruri  vaxtın 

müəyyən  edilməsi  də  əhəmiyyətli  şərtlərdəndir.  Tələbələrin 

mövzuya  hazırlaşması  seminar  məşğələsinə  bir-iki  həftə  qalmış 

başlamalıdır.  Əvvəlcə  mühazirə  mətni  və  dərslik  nəzərdən 

keçirilməli,  sonra  isə  təklif  olunan  ədəbiyyat  öyrənilməlidir  və 

icmal laşdırılmalıdır. 

Seminar məşğələlərinə müvafiq kafedralar rəhbərlik etməli, 

mübahisəli  məsələlər,  yeni  dərsliklər,  tədris  vəsaitləri,  metodik 

ədəbiyyat  öyrənilməli,  müzakirə  edilməli,  fikir  mübadiləsi 

aparılmalıdır.  İlk  seminar  məşğələsi  təlimati  xarakter  daşımalı, 

seminar  müəllimi  tələbələri  fənnin  proqramı,  müvafiq  dərsliklər, 

tədris  vəsaitləri,  keçiləcək  seminar  məşğələlərinin  özünəməxsus 

xüsusiyyətləri, məşğələlərdə daha çox nələrə diqqət veriləcəyi qeyd 

olunmalıdır. Tələbələrə ilk mənbələr üzərində iş metodikası, plan, 

tezis, 


konspekt, 

icmal, 


referat 

hazırlamağın 

qaydaları 

öyrədilməlidir. 

Seminar məşğələlərinin uğurlu və effektiv aparılması üçün 

müəllim  tədris  etdiyi  elmin  inkişafı  ilə  əlaqədar  yenilikləri  və 

problemləri  tələbələrin  nəzərinə  çatdırmalı,  fikir  mübadiləsi 

aparmalı  və  bu  yolla  tələbələrdə  elmi  axtarıcılıq  ehtirası 

oyatmalıdır. 

Seminar məşğələsində müəllimin istiqamətverici, rəhbər 

236 


rolu  böyükdür.  Müəllim  giriş  sözü  ilə  seminar  məşğələsinin 

.\araktcrini,  istiqamətini  və  vəzifələrini  müəyyən  etməli  və  bu 

yolla  tələbələri  mövzunun  fəal,  yaradıcı  müzakirəsinə  cəlb 

etməlidir.  O,  tələbələrlə  vaxtaşırı  məsləhətlər  təşkil  etməli, 

tələbələrin 

idrak 


səviyyəsini, 

öyrənmə 


imkanlarını 

müəyyənləşdirməli,  onlara  müstəqil  işləməyin  yollarını 

öyrətməlidir.  Seminar-təlimin  mürəkkəb  təşkili  forması 

olduğundan onda stan- dartlığa. monotonluğa yol vennək olmaz. 

Müəllim seminar məşğələlərinə  yaradıcı  yanaşmaqla tələbələrdə 

yaradıcılıq əhval- ruhiyyəsi yaratmağı bacarmalıdır. 

Ali  məktəb  təcrübəsində  seminarın  aşağıdakı  tiplərindən 

istifadə olunur: 



seminar-sorğu; 

seminar-müsahibə; 

seminar-oxu; 

proseminar; 

seminar-yoxlama

 /.jv'; 


seminar-diskussiya; 

seminar-disput; 

seminar-şifahi məruzə; 

seminar-referat; 

seminar-nəzəri konfrans; 

ixtisas seminarı; tələbə 

elmi seminarı; 

seminar-tədqiqat. 

İxtisasdan, fəndən, mövzudan, məqsəddən, qarşıya qoyulan 

problemin xarakterindən, təlim materialının məzmunundan, tədris 

ilindən  (aşağı,  orta,  yuxan  kurslar),  təhsilin  pillələrindən 

(bakalavr,  magistratura),  akademik  qrupun  tərkibindən, 

tələbələrin  ixtisaslaşmasından,  idrak  fəallığı  və  müstəqillik 

dərəcəsindən, seminar rəhbərinin düzgün seçimindən asılı olaraq 

seminar məşğələsinin yuxarıda göstərilən tipləri reaallaşdırılır. 

Akademik  qrupda  ilk  seminar  məşğələsini  sorğu,  sual- 

cavab,  müsahibə  fonnasında  keçinnək  məsləhətdir.  Seminar- 

sorğu qrupla tanış olmağa, hər bir tələbənin idrak imkanlarını. 

237 


Fərdi-psixi xüsusiyyətlərini, oxuma qabilliyini, fəallıq dərəcəsini 

aşkarlamağa  imkan  verir.  Tələbələr  seminar  məşğələlərinə 

alışdıqdan və yoldaşlarını diqqətlə dinləmək, onların cavablarını 

tamamlamaq  bacarığına  yiyələndikdən  sonra  məşğələləri 

seminar-müsahibə fomıasmda təşkil etmək olar. 

Pvoseminar  (seminarqabağı  seminar)  -  bir  qayda  olaraq 

birinei kurslarda gələcək seminar məşğələlərinə hazırlıq məqsədi 

daşıyır. Bunun məzmununa - tələbələri müstəqil işin mahiyyəti, 

ilk mənbələr və ədəbiyyat üzərində iş metodikası ilə tanış etmək 

daxildir. Təcrübə göstərir ki, birinci kurs tələbələri eyni zamanda 

bir neçə mənbə üzərində işləyə bilmir. Təqdim olunmuş ədəbiyyat 

siyahısı əsasında zəruri ədəbiyyatı seçmək və maksimum şəkildə 

sintez etmək bacarığına malik olmur. Odur ki. proseminarda əsas 

diqqəti tələbənin ilk mənbələr üzərində yaradıcı surətdə işləmək 

bacarığının  Formalaşdırıl-  masma.  kitabın  «üzünü  köçürmək» 

kimi  zərərli  iş  formasından  uzaqlaşdırılmasma  yönəltmək 

lazımdır. 



Seminar-oxu - ixtisas hazırlığı ilə bağlı yeni informasiyanın 

oxunması, şərhi və lazımi qeydlər götürülməsi formasında təşkil 

olunur.  İxtisasla  bağlı  innovasiyalarla  tanışlıqdan  sonra 

seminar-sorğu  və  seminar-müsahibə  keçinnək  olar.  Seminar- 

sorğu tələbələrin infonnasiyaları necə mənimsədiyini yoxlamağa, 

seminar-müsahibə 

isə  tələbələrin  onlara  təqdim  edilən 

məlumatlara münasibətlərini aşkarlamağa imkan verir. 

Təcrübəli seminar rəhbərləri məşğələni diskussiya və disput 

fonnasında  təşkil  edir,  hər  hansı  məsələnin  müxtəlif  tikirlərin 

«toqquşması»  yolu  ilə  düzgün  həllinə  nail  olmağa  çalışırlar. 

Seminar  məşğələlərinin  diskussiya,  yaxud  disput  forması 

tələbələrdə müsahibini axıra qədər diqqətlə dinləmək, başqasının 

fikrini  təkzib  edərkən  etikanı  gözləmək,  öz  mövqeyini  müdafiə 

etmək  və  əsaslandınnaq,  hay-küy  salmadan  öz  mülahizəsini 

bildinnək,  tərəf-müqabilə  yüksək  səviyyədə  hörmət  etmək 

mədəniyyəti formalaşdırır. Seminar-diskussiya və seminar-disput 

tipli  seminar-məşğələlərində  tələbələrə  daha  artıq  müstəqillik 

verildiyindən daha məhsuldar və səmərəli olur. 

Seminarın diskussiya və disput formalarından tədris edilən 

fənnin mübahisəli, problem məsələlərinin həlli məqsədilə 

238 


istifadə  olunur.  Diskussiya  və  disput  akademik  qrupda  tələbələri 

mübahisə  üçün  tematik  istiqamətləndirmə  xarakteri  daşıyır  və 

konkret didaktik məqsədi reallaşdırmağa imkan verir. 

Seminar-diskussiya 

və  seminar-dİsput  məşğələlərinin 

müvəffəqiyyəti onların təşkili və aparılması texnologiyasından da 

asılıdır.  Səmərəliliyə  və  effektivliyə  nail  olmaq  məqsədilə 

aşağıdakı tələblərə əməl olunması daha məqsədəmüvallqdir: 

•  

diskussiya

 

vo 



IY



dispufa  əvvəlcə hazırlıq 



i.şləri 

görülməlidir; 

•  


diskussiya  və  ya  dispukt  bütün tələbələr 

hazır 

olmalıdır; 

•  


diskussiya

  və 


ya  disputun  gedişində  vaxt  itkisinə  yol 

vermək olmaz, bu məqsədlə hər bir iştirakçı dəqiq, müxtəsər, aydın 

tezislərlə çıxış etməlidir; 

•  


tələbələrdə  diskıasiyaya  girmək,  yaxud  disputda  iştirak 

etmək bacarıqları formala.’şdırıhnalı və bu məqsədlə onlarla öncə 

idrakı hərəkətə gətirən məşqlər aparılmalıdır; 

•  


diskiLssiya, yaxud disput tələbələrin «söz güləşi»nə

 IY


/.

V

.



 

problemin düzgün həlli cəhdinə şərait yaratmalıdır; 

•  


di,skussiya və disput zamanı biri-birinə zidd fikirlər, əks 

baxışlar,  hətta  səhv  mövqelər  qadağan  edilməməli,  tələbələrə  öz 

mülahizələrini  söyləməyə  tam  sərbəstlik  verilməli,  mübahisənin 

daha ciddi elmi xarakter alması üçün ,^ərait yaradılmalıdır; 

•  


.seminar  rəhbəri,  lazım  olan  hallarda,  tələbələrin 

mübahisəsinə  müdaxilə  etməli  və  mübahisənin  gedişini 

istiqamətləndirməlidir. 

Seminar-diskussiyanı və seminar disputu keçirməzdən əvvəl 

tələbələri diskussiyanın keçirilməsi texnologiyası ilə tanış elmək, 

onlara diskussiyanı elmi məzmunda aparmaq, biblioqrafiya tərtib 

etmək, konspekt tutmaq, materialı ümumiləşdirmək, dəqiq fərziyyə 

irəli sünnək və s. kimi bacarıqlar aşılanmalıdır. 

Diskussiyanın  və  disputun  işgüzar  xarakteri,  effektivliyi, 

tələbələri  yaradıcılığa  stimullaşdırması  seminar  müəllimindən 

xüsusi hazırlıq tələb edir. Seminar rəhbəri problemə dərindən bələd 

olmaqla, tələbələrin çıxışlarını diqqətlə izləməli, biri- 

239 


birinə  zİdd  fikirləri  təhlil  etməyi  və  «fikirlər  toqquşması»nı, 

«llkirlər savaşn>nı düzgün məcraya yönəltməyi bacarmalıdır. 

Seminar-diskussiyada 

«fikiıiərin  hücumu>),  «i^güzar 

oyıınlar» kimi clemenltərdən də istifadə oluna bilər. Birinci halda 

tələbələr müxtəlif ideyalar irəli sürür, müqayisə edir, daha mühüm 

olanları  ayırd  edir,  mühakimə  yürüdür,  biliklərini  daha  da 

dərinləşdirirlər. İkinci halda seminar-rollar üzərində qurulur. 

 

Müasir  ali  təhsil  müəssisələrində  seıninar-mülmzirə, 



seminar-referat  formalarından  da  geniş  istifadə  olunur.  Tələbə 

tapşırılmış  mövzu  üzrə  seminar  rəhbərinin  köməyi  ilə  məruzə 

hazırlayır,  seminarda  çıxış  edir,  qrup  yoldaşlarının  əlavələrini 

dinləyir,  mövzu  ilə  bağlı  suallara  cavab  verir.  Seminarın  məruzə 

formasında təşkilinin əsas əhəmiyyəti ondadır ki, tələbə əvvəlcədən 

hansı  sual  əsasında  çıxış  edəcəyini  bilir.  Seminar  məşğələsində 

məruzənin  müxtəlif  formalarından  istifadə  olunmalıdır.  Tələbə 

özünün  hazırlıq  səviyyəsinə  görə  həm  geniş  məruzə  ilə,  həm  də 

konkret tezislərlə çıxış edə bilər. Seminarın bu formada təşkilinə, 

ixtisaslı müəllim kadrları hazırlığında daha geniş yer verilir. 



Seiiiinarm  referat  formasında  təşkili  məqsədilə  tələbələrə 

referal  mövzuları  verilir,  müvafiq  plan  müəyyənləşdirilir. 

Seminarda referatın mətnini tam şərh etmək üçün onu 20-25 səhifə 

həcmində  yazmaq  məsləhətdir.  Referat  üzərində  işləmək 

tələbələrdə yaradıcılıq əhval-ruhiyyəsi  yaradır. Müəllimin köməyi 

və məsləhətləri ilə referatlar hazırlanır, xüsusi cədvəl çərçivəsində 

oxunur  və  müzakirə  edilir.  Referat  formasında  təşkil  olunmuş 

seminar  məşğələsi  də,  digər  fonnalarda  olduğu  kimi,  müəllimin 

yekun sözü ilə başa çatır. 

240 


Kursun  yekunlaşdın  İması  məqsədilə  seminarın  nəzəri 

konfrans  tipindən  istifadə  edilməsi  müsbət  nəticə  verir.  Belə 

seminar  məşğələlərində  tələbələr  müəyyən  olunmuş  mövzular 

əsasında  məruzə  və  ya  refcratla  çıxış  edir.  Yaradıcı  müzakirələr 

aparın  opponent  kimi  çıxış  edir,  rəy  yazırlar.  Seminar-nəzəri 

konfrans tələbələrdən daha yüksək məsuliyyət və hazırlıq səviyyəsi 

tələb  etməklə,  onlarda  yaradıcılıq  qabiliyyətləri  formalaşdırır. 

elmi-tədqiqatçılığa maraq oyadır. 

Seminar-oxu,  seminar-sorğu,  seminar-müsahibə,  prosemi- 

nar,  seminar-yoxlama  işi  daha  çox  birinci  kurslarda  tətbiq  olunur. 

İkinci,  üçüncü  kurslarda  seminar-məruzə,  seminar-diskussiya, 

seminar-disput, 

scminar-referat 

tiplərindən 

istifadə 

daha 


məqsədəmüvafiqdir.  Yuxarı  kurslarda  və  təhsilin  magistratura 

pilləsində  ixtisas  hazırlığı  ilə  əlaqədar  seminar  məşğələlərinin 

nəzəri  konfrans,  ixtisas  seminarı,  tələbə  elmi  seminarı  tiplərindən 

istifadə daha effektli alınır. Ali təhsilin magistr hazırlığı pilləsində 

aşağıdakı seminar tiplərindən də istifadə təcrübəsi geniş yayılıb; 

•  


kursun daha dərindən və sistemli öyrənilməsini təmin edən 

seminarla; 

•  


metodoloji  baxımdan  kursun  daha  önəmli

  və 


tipik 

mövzularının dərindən işlənməsinə həsr edilən seminarlar. 

Magistratura pilləsində ixtisas seminarlarmm təşkilinə daha 

geniş  yer  verilir.  Seminar  məşğələlərinin  bu  tipinə  hazırlıq  artıq 

bakalavriat  pilləsində  başlanır.  İxtisas  seminarları  gənc 

tədqiqatçıları  müəyyən  bir  elmi  problemin  həlli  ətrafında 

birləşdirilir. Bu seminar tipinin müvəffəqiyyəti müəllimin müvafiq 

elm sahəsinə aid elmi-tədqiqat əsərlərinə dərindən bələdliyindən və 

təcrübəsindən çox asılıdır. Yüksək hazırlıqlı müəllimin təşkil etdiyi 

ixtisas  seminarları  tələbələri  kollektiv  təfəkkür  və  yaradıcılığa 

hazırlayan elmi məktəb rolunu oynayır. 

İxtisas fənlərinin daha dərindən tədris  edildiyi  magistratura 

pilləsində  son  dövrlərdə  seminarın  -  seminar-tədqiqat  tipindən 

istifadə olunur. 

Seminarın başlanğıcında müəllimin təklifi ilə akademik qrup 

bir neçə nəfərlik mikroqruplara ayrılır. Hər qrupa mövzu 

241 


ilə bağlı  yazılı surətdə problem suallar təqdim edilir. 5-15 dəqiqə 

müddətində  mikroqruplar  daxilində  fikir  mübadilsi  gedir,  çıxış 

hazırlanır.  Mikroqrup  özünün  məruzəçisini  təyin  edir.  Məruzə 

dinlənilir. Məruzəçi və habelə mikroqrupa daxil olan tələbələr digər 

mikroqrup  iştirakçılarının  və  seminar  rəhbərinin  suallarına  cavab 

verirlər. Sonda müəllim düzəlişlər edir, məşğələni yekunlaşdırır və 

tələbələrin fəallığını hesaba alır. 

Müasir ali təhsil müəssisələrində geniş istifadə olunan bütün 

seminarlar tələbələrdə tədqiqatçılıq bacarıqları formalaşdırır. 

Seminar məşğələlərinin yuxanda qeyd olunan mövcud tipləri 

arasında kəskin sərhəd 

qoymaq mümkün 

deyil. 

Seminar 


məşğələlərinin 

bütün  tipləri  arasında  qarşılıqlı  əlaqə  oxşarlığı,  təkrar  olunan 

əlamətlər və keçid mövcuddur. 

Ümumiyyətlə,  bütün  seminar  məşğələləri  müəllimin  giriş 

sözü  ilə  başlayır,  tələbələrin  müstəqil  yaradıcı  fəaliyyəti  üçün 

optimal  şərait  yaradılır,  müəllim  yeri  gəldikcə,  tələbələrin 

çıxışlarına  müdaxilə  edir,  düzəlişlər  apanr,  seminar  müəllimin 

yekun  sözü  ilə  başa  çatır,  tələbələrin  cavablan  təhlil  edilib 

qiymətləndirilir,  müsbət  cəhətlər  və  nöqsanlar  göstərilir,  seminar 

məşğələsinin  əsas  müddəaları  qeyd  olunur,  bütün  seminarların 

sonunu gələcək seminarlara hazırlıqla bitir. 

Seminar  məşğələləri  zamanı  müəllim  tələbələrlə  bilavasitə 

əlaqədə  olduğundan  qarşılıqlı  inama  və  etimada  əsaslanan  elmi 

əməkdaşlıq  münasibətlərinin  və  produktiv  pedaqoji  ünsiyyətin 

fonnalaşması  üçün  əlverişli  şərait  yaranır.  Elmi  problemlərin 

kollektiv həlli, birgə axtarışlar tələbələrdə məntiqi təfəkkürü inkişaf 

etdirməklə  yanaşı,  həm  də  kollektivdaxili  münasiətlərin  yüksək 

səviyyədə inkişafı üçün şərait yaradır. 

Seminar məşğələlərinin effektivliyi akademik qrupun bütün 

üzvlərinin fəallığında özünü göstərir. Təcrübəli seminar rəhbərləri 

Özünə  inamı  olmayan,  qapalı,  ünsiyyətsiz  tələbələrə  daha  sadə 

tapşırıqlar  verir,  onların  çıxışlarını  stimullaşdırır,  onlarda 

müvəffəqiyyət sevinci oyada bilir. Və bu yolla onları tədricən fəal 

idrak fəaliyyətinə istiqamətləndirir. 

242 


Seminar  məşğələlərin  diaqnostikası  zamanı  aşağıdakı 

kriteriyalar gözlənilməlidir: 

•  

Məqsədaydmlığı və məqsədardıcıUtığı. 

problemin qoyuluşu; 



problemin strukturu; 

nəzəriyyə və praktikanın əlaqəsinin təmin edilməsi; 



mövzunun  gələcək  professional  fəaliyyət  üçün  yararlı 

olması. 

•  


Seminarın planlaşdırılması. 

mövzunun  əsas  məsələlərinin  və  buna  uyğun  sualların 



müəyyənləşdirilməsi; 

mövzu ilə əlaqədar konkret məqsədlər müəyyənləşdirmək; 



sistemdaxili (fəndaxili) əlaqələrin nəzərə alınması; 

sistemxarici (fənlərarası) əlaqələrin təmin edilməsi; 



təqdim olunan siyahıda ən yeni ədəbiyyatın göstərilməsi. 

•  

Seminarın təşkili. 

tələbələri diskussiyaya cəlb etmək bacarığı; 



bütün cavabların və çıxışların konstruktiv təhlili; 

tədris  vaxtının  (seminar  müddətinin)  müzakirəyə  cəlb 



edilən problemlərlə zənginliyi (vaxt bölgüsünün nəzərə alınması). 

•  


Seminarın aparılma tərzi. 

kəskin və önəmli problemlərin qoyulması; 



seminarın canlı, yaxud sönük keçməsi; 

diskussiya doğuran şəraitin təmin edilməsi; 



maraq doğuran, yaxud maraq oyatmayan məşğələ. 

•  

«Müəllim-tələ bə » münasibətləri. 

hörmət və tələbkarlığa əsaslanan; 



tələbənin səviyyəsinə enmək bacarığı; 

biganə münasibət; 



məsuliyyətsiz münasibət; 

•  

Qrupun idarə olunması. 

tələbələrlə dərhal kontakt yaratmaq; 



243 

qrupda qarşılıqlı inama əsaslanan davranış; 

tələbələrə etik normanı aşılayan, ədalətli münasibət: 



səsin tonunun qaldırılması, əsəbilik; 

iş prosesində fəallara, liderlərə arxalanmaq; 



digər tələbələri nəzərdən qaçırmamaq. 

•  

Müəllimin iradları. 

işin icra mexanizmi ilə bağlı iradlar; 



məxsusi iradlar; 

ümumiləşdirici iradlar; 



İrad yoxdur. 

•  

Tələbələrin seminar məşğələsində qeydləri. 

müntəzəm; 



ara-sıra; 

qeyd aparmırlar. 



8.3.2.  Seminar məşğələsində qarşılıqlı münasibətlər 

Yuxarıda  seminar  məşğələlərinin  müxtəlif  tiplərini  təqdim 

etdik.  Seminar  məşğələlərinin  hansı  tipi  qarşılıqlı  əməkdaşlığı, 

iştirakçıların  qarşılıqlı  təsirini  və  ünsiyyətini  daha  səmərəli  təmin 

edir? Seminar məşğələsinin ənənəvi qrup fonnasma diqqət yetirək. 

Müəllim  akademik  qrupa  bütövlüklə  təsir  göstərir.  Qrupun  bütün 

üzvlərinə  münasibətdə  öyrədici  funksiya  daşıyır.  Ayrı-ayrı 

tələbələrin çıxışları zamanı qrup ünsiyyəti dominant olur. 

Seminar  məşğələsinin  ənənəvi  qrup  fomıasında  əsasən 

aşağıdakı çatışmazlıqlar özünü göstərir; 



çıxış  edən  tələbələr  fərdi  biliklərim  nümayiş  etdirirlər, 

qrup daxilində praktik ünsiyyət yox dərəcəsindədir. 



əməkdaşlıq

  və 

qarşılıqlı  yardım  yoxdur.  Cavab  verənə 

kömək  cəhdi  «yerindən  pıçıldamaq»  kimi  qiymətləndirilir

  və 


belə 

tələbəyə irad tutulur, intizamın pozulması kimi qəbul edilir: 



tələbələr təlim prosesinə «nüfuz» etmirlər, qrupda «zahiri 



işgüzarlıq» hökm sürür; 



tələbələrin intellektual aktivliyi məhdudlaşdırılmış olur. 



müəllimlə  tələbələr  arasında  distant  məsafə  qarşılıqlı 

münasibətlərin və ünsiyyətin qarşısına sədd çəkir; 

244 


•  

müəllimin fəallığı daha çox his.s olunar: 

•  


tələbələr öz münasibətlərini bildirməyə cəhd göstərmirlər, 

hərə «öz içi ilə» məçğııldıır. 

Qrup  seminar  məşğələsi  özünün  təşkili  tərzi  ilə  tələbələri 

passivləşdirir.  Onların  nitqli  ünsiyyətini  minimuma  endirir. 

Professional əməkdaşlığın tələb etdiyi ünsiyyət formalarının inkişaf 

etdirilməsi mümkün olmur. Bir sözlə, seminar məşğələsinin ənənəvi 

qrup  fonnası  kollektiv  münasibətlərin,  təlimdə  və  istehsalatda 

insanlar arasında tərəfdaşlığın adekvat modeli deyil və mütəxəssis 

hazırlığının müasir tələblərinə cavab verə bilmir. 

Müasir dövrdə ali təhsil müəssisələrində seminar məşğələləri 

«dəyirmi stol» prinsipi əsasında təşkil olunur. Seminar məşğələsinin 

bu  fonnası  müasir  istehsal  prosesində  professional  ünsiyyətin 

xüsusiyyətlərini özündə əks etdirir. 

Seminarın «dəyirnıi stol» prinsipi əsasında təşkili akademik 

qrup daxilində qarşılıqı yardımı və əməkdaşlığı təmin edir. Hər bir 

tələbə  intellektual  fəallıq  göstərmək  imkanı  qazanır,  problemin 

kollektiv  surətdə  həlli  ilə  maraqlanır,  birgə  fəaliyyət  prosesində 

həvəslə iştirak edir. 

Seminar-diskussiya  və  seminar-disputda  «dəyirtni  stoi» 

prinsipi  daha  səmərəli  surətdə  reallaşdırılır.  Bu  halda  tələbələr 

arasında aparıcı, opponcnt, rəyçi, məntiqçi (logik), psixoloq, ekspert 

və digər rol bölgüsü aparılır. 

Aparıcı  tələbə  seminar-diskussiyanı  apannaq  hüququnu 

qazanır,  «müəllim»  rolunda  çıxış  edərək,  diskussiyanın  gedişini 

izləyir,  reqlamentə,  çıxışların  əsaslandırılmış  və  korrektiv 

olmalarına diqqət yetirir. 

Opponent və ya rəyçi tənqidçilik funksiyasını yerinə yetirir, 

məruzəçinin çıxışındakı mübahisəli məsələləri, səhvləri qeyd edir, 

problemin aktual və adekvat həlli yollarını təklif edir. 

Logik 

məruzəçinin 



və 

opponentlərin 

çıxışındakı 

ziddiyyətləri, məntiqi səhvləri üzə çıxarır, anlayışları dəqiqləşdirir, 

hipotezin həyatiliyini əsaslandırır. 

245 


Psixoloq 

qarşılıqlı 

münasibətlərin 

məhsuldarlığını, 

mühakimələrin  korrektliyini  aşkarlayır,  dialoqun  qaydalarının 

pozulmasına, qeyri-adekvat davranışa yol vermir. 

Ekspert 

diskussiyanın 

səmərəliliyini 

qiymətləndirir, 

iştirakçıların  ünsiyyətini  xarakterizə  edir,  diskussiyada  daha  fəal 

iştirak edən tələbələrin fəaliyyətini qiymətləndirir və s. 

Psixoloq və ekspertin funksiyaları biri-birini tamamlayır. 

Seminar-diskussiya  və  seminar-disputda  səmərəliliyin  əldə 

edilməsi  üçün  əsas  istiqamətverici  istinadgah  olan  müəllim  nə 

etməlidir? 

•  

müzakirə olunacaq problemləri vo .sualları nniəyyəıılə.):- 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin