sənədlər) həqiqi (əsli) olmalıdır;
■
hər bir situasiya üçün etalon hazırlanmalıdır (etalon
düzgün cavabı əks etdirməlidir).
Beləliklə, məlum olur ki, mühazirənin situasiya formasında
tələbələrə «hazır» biliklər təqdim olunmur, qoyulan problemlərin
müstəqil həlli üçün şərait yaradılır.
Mühazirə ~ situasiyada iştirak edən tələbə nə qazanır? Bu
aşağıdakı sxemdən aydın görünür:
225
Mühazirə - məsləhət. Bu mühazirə forması mühazirə- press
konfransa yaxındır. Fərq ondadır ki, mühazirəyə mütəxəssis də
dəvət
olunur
və
təbii
ki,
mütəxəssisin
məsləhətləri
mühazirəçi-müəllim tərəfindən istiqamətləndirilir və lazımi
məcraya yönəldilir.
Mühazirə-təbliğat.
Bu,
planlaşdırılmış,
düşünülmüş
səhvlərlə aparılan mühazirədir. Məqsəd tələbələrin diqqətini cəlb
etmək, materialdan tez «baş açmaq», çevik surətdə təhlil etmək və
infonnasiyam düzgün qiymətləndirmək baeanğı formalaşdmnaqdır.
Mühazirənin bu formasının əsasını - konfliktlər, gözlənilməz
mülahizələr, problemlər, öyrədən və öyrənənlərin birgə təlim-idrak
fəaliyyəti təşkil edir.
Mühazirə-təbliğatın təşkili texnologiyası aşağıdakı kimidir:
■
mühazirənin mövzusu elan edildikdən sonra müəllim
göstərir ki, mühazirə müddətində bir sıra nöqsanlara (məzmun və
metodik cəhətdən, davranışla bağlı və s.) yol veriləcək;
■
müəllim mühazirədə yol veriləcək düşünülmüş səhvləri
əvvəlcədən kağızda qeyd edir və mühazirənin sonunda tələbələrin
istəyi ilə onları təqdim edir. İşin bu formada qurulması tələbələrdə
müəllimə diqqət və inamı artırır;
• mühazirənin sonunda (.10-15 dəqiqə) tələbələr müəllimin
yol verdiyi səhvləri qeyd edirlər.
Mühazirənin təşkili texnologiyası tələbələri fəallığa təhrik
edir. Tələbələr dərk edirlər ki, onlar informasiyanı qavrayıb yadda
saxlamağa deyil, onu (infonnasiyam) təhlil etməyə və
qiymətləndinnəyə cəhd göstərinəlidirlər. Müəllimin «səhvini»
tapmaq tələbə üçün maraqlıdır. Odur ki, tələbələr son dərəcə
diqqətli olmağa çalışır, müşahidə etdikləri səhvləri qeyd edirlər.
Mühazirənin sonunda tələbələr səhvləri göstərir və əsaslandırırlar.
Təbiidir ki, tələbələrin göstərdikləri səhvlər müəllimin
planlaşdırdığı səhvlərdən çox olur. Müəllim bunları
226
etiraf etməkdən çəkinməməli, planlaşdırılmadan yol verilmiş
səhvlərdən də təlim məqsədilə istifadə etməlidir.
Mühazirə-təbliğat müəllimdən böyük ustalıq, məsuliyyət,
səhvlər üçün materialı səylə seçmək və onları gizlətmək bacarığı
tələb
edir.
Maraqlı
burasıdır
ki,
belə
mühazirənin
modernləşdirilməsi - müəllimə öz kompotentliyini yoxlamaq üçün
şərait yaradır. Bu halda müəllimin kompotentliyi, tədris
materialının daha əsas məqamlarını, daha mürəkkəb tərəflərini
müəyyənləşdirmək və onları səhvlər şəklində təqdim etməsi
bacarığında özünü göstərir.
Mühazirə-təbliğat müəllimə keçilmiş mövzunun tələbələr
tərəfindən mənimsənilməsi səviyyəsini müəyyənləşdirməyə,
tələbələrə isə bilik ehtiyatlarını yoxlamağa, bilgilərini nümayiş
etdirməyə şərait yaradır. Mühazirənin bu fomıasmdan daha çox
mövzunu, bölməni, yaxud müvafiq kursu yekunlaşdırarkən istifadə
etmək müsbət nəticə verir.
Mühazirə - dialoq. Mühazirə prosesində müəllim tələbələrə
suallar verir, cavablan ümumiləşdirir və bu əsasda yeni materialı
şərh edir. Mühazirənin bu fomıada təşkili əks-əlaqə
texnolgiyasından səmərəli surətdə istifadə etməyə imkan verir.
Mühazirə - intervü. İntervü fonnalı mühazirənin əsasında
pedaqoji kommunikasiya durur. Belə mühazirə iki müəllim
tərəfindən aparılır. Mühazirənin ssenarisi əvvəlcədən hazırlanır.
Tələbələr böyük dəyinni stol arxasında otururlar. Müəllimlər
növbə ilə şullar verir, tələbələr onları cavablandırırlar. Beləliklə,
tələbələr tədricən fəal infonnasiya vermək prosesinə qoşulurlar.
Tələbə suala tam, yaxud dəqiq cavab vennədiyi hallarda, müəllimlər
öz stolllarına yanaşır, orada qoyulmuş vizual informasiyaları
nümayiş etdirir və tələbələrin məlumatlarını tamamlayırlar.
Mühazirənin bu fonnasından tələbələrlə ilk tanışlıq
materialın möhkəmləndirilməsi və yoxlama məqsədilə istifadə
olunur.
227
Mühazirə - intei'vii lıaıısı fərqləndirici xüsusiyyətlərə
malikdir? Bunu aşağıdakı sxemdən aydın görmək olar:
«Miihazirə
-
intervibmün əsas xüsusiyyətləri
Mühazirənin intervü fonnasının təhsil alanlara aşıladığı
bacarıqlar aşağıdakılardır:
Mühazirənin intervü fonnasının təhsil alanlara
aşıladığı bacarıqlar
228
Mühazirə ~ şou (illüstrasiya).
Bu mühazirə formasının
əsasını mühazirə mövzusunun vizual vasitələr, sxemlər, simvollar.
obrazlar əsasında izahı təşkil edir.
Şifahi şərh və vizual vasitələr bir-birini tamamlayır. Vizual
vasitələr müəllimin şərhini aydın ifadəli, obrazlı və parlaq edir.
Mühazirədə obstrakt və konkret təfəkkür tərzinin vəhdəti mətnin
qavranılmasını, dərk edilməsini və yadda saxlamimasını
asanlaşdırır. Yeni ideylar, düşüncələr, mövqelər hipolczlər aydın
və dəqiq surətdə, həm də emosional fonda mənimsənilir.
Vizual infonnasiyanı əvvəlcədən modernləşdirən müəllim
mühazirənin gedişi prosesində onları (vizual vasitələri) nümayiş
etdirməklə vizual problem situasiya yaradır. Şəkilləri üzündən
çəkən tələbə inanır ki, bu infonnasiyalar onun hafizəsində möhkəm
iz salacaq.
Vizuallaşdırma - şifahi informasiyaya yaradıcı xarakter
verilməsini təmin edir. Mövzudan, mürəkkəblik dərəcəsindən,
auditoriyanın səviyyəsindən asılı olaraq mühazirə-şou izahlı-
illüstrativ fonnada təşkil oluna bilər. Kodoskopdan istifadə etməklə
mühazirə-şou bir neçə şəkildə keçirilir: əsas infomıasiya obrazlarla
(müxtəlif xarakterli təsviri vasitələr) təqdim olunur; əyani vasitələr
infomıasiya xarakteri daşıyır və müəllimin şifahi nitqini
tamamlayır; informasiya obrazların dili ilə verilir və s. Vizual
vasitələr mühazirə mövzusunu təqdim etmək üçün əsas mənbə
rolunu oynayır. Bu, şou-mühazirənin qarışıq formasıdır. Rəsmlər
qabaqcadan hər mühazirəyə uyğun olaraq hazırlanır və müvafiq
qovluqlarda saxlanır. Bu məqsədlə xüsusi rəngli l'lomastcrlərdən
istifadə olunur. Bir mühazirə müddətində 2 kodoskop və 2
ekrandan yarımekrandan istifadə etməklə 20 kadr göstərmək
mümkündür.
Ekranda əsas anlayışların mənası əks etdirilir. Buna görə də
əlavə izahata ehtiyac olmur.
Vizual informasiyanın hazırlanması müəllimdən yaradıcılıq
tələb edir. Bunu da qeyd etmək lazımdır ki, şou- mühazirədə
ənənəvi sxem və diaqramlardan istifadə olunmur.
Didaktik metodların tətbiq edildiyi mühazirə,
229
Bu, konkret situasiyalar; «əqli hücum»; qarşılıqlı nəzarət:
diskussiya, «doyimıi masan arxasında söhbət; qruplarla iş;
pedaqoji oyunlar və digər didaktik qaydaların tətbiqi ilə qurulan
mühazirədir. Belə mühazirələr tələbələri müstəqil olaraq problem
qoymağa və həll etməyə təhrik edir və bununla da onların təlim
materialım şüurlu və fəal surətdə qavramasını təmin edir. Əlbəttə,
mühazirə formaları yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Ali
məktəb müəllimlərinin mühazirəyə yaradıcı münasibəti təlimin
yeni forma və texnologiyaların yaranmasına səbəb olur.
Göründüyü kimi, mühazirənin aktiv fonnaları qoxdur və hər
bir ali məktəb müəllimi onlardan yaradıcılıqla istifadə etməyi
bacannalıdır.
8.3. PRAKTİK MƏŞĞƏLƏLƏR
Ali məktəbdə təlim prosesinin reallaşdırılmasında, fənlərin
daha dərindən öyrənilməsində praktik məşğələlərin rolu böyükdür.
Praktik məşğələlər müxtəlif formalarda təşkil olunur Onəsələn:
xarici dil məşğələləri, müxtəlif fənlər üzrə seminar məşğələləri,
praktikumlar, laborator işlər və s.).
Praktik məşğələlər tələbələrdə müxtəlif praktik tapşırıqların
həlli zamanı mühazirələrdə qazandıqları nəzəri biliklərdən istifadə
etmək bacarığı və vərdişi (məsələ həlli, cümlə təhlili və s.)
fonnalaşdırır. Mühazirələrdə ümumiləşdirilmiş formada təqdim
edilən nəzəri biliklər praktik məşğələlərdə genişləndirilir,
dərinləşdirilir və konkretləşdirilir. Praktik məşğələlər tələbənin
elmi təfəkkürünü və məntiqi nitqini inkişaf etdirir, professional
fəaliyyətlə bağlı bacarıqlar formalaşdırır, müəllimə operativ
əks-əlaqə yaratmağa, tələbələrin biliklərini yoxlamağa və
düzəlişlər etməyə imkan verir.
Praktik məşğələlərin planı mühazirə kursunun ümumi
ideyaları və istiqamətləri məntiqinə və ardıcıllığına uyğun təşkil
olunur. Plan müvafiq kafedranın ümumi iclasında müzakirə edilir
və müəllimlərin hamısı üçün, demək olar ki, eyni məzmunda olur.
Praktik məşğələlərin ümumi didaktik məqsədləri eyni olsa da, hər
bir müəllimin fərdi iş üslubundan asılı olaraq müxtəlif
230
metodikalarla həyata keçirilir.
Mühazirə oxuyan müəllim, heç olmazsa, bir qrupda özü
seminar məşğələləri apannah, habelə tədris etdiyi kursun nəzəri vo
praktik hissələrinin koordinasiyasını təmin etmək məqsədilə
müntəzəm surətdə assistentlərin məşğələlərini dinləməli və
korreksiya işi apannah, tələbələrin mühazirə konspektlərini
nəzərdən keçinnəli və onların praktik məşğələlərə hazırlığım təmin
etmək məqsədilə müstəqil işlərini təşkil etməlidir.
Praktik məşğələlər biri-birindən nə qədər fərqlənsələr də
onların hamısı üçün ümumi struktur elementləri mövcuddur.
Praktik məşğələlərin ümumi struktur elementləri aşağıdakılardır:
•
müəllimin giri^- sözü;
•
tələbələrə aydın olmayan məsələlərin .^-ərhi:
•
məşğələnin praktik hissəsi - tələbələrin müstəqil
işləri:
•
praktik məşğələnin yekıınlaşdırılmast.
Məşğələlərin müxtəlifliyi onun praktik hissəsinin təşkili
formalarından irəli gəlir. Məsələn; referatlann müzakirəsi,
diskussiya, məsələ həlli, çıxışlar, tətbiqi tapşırıqlar, müşahidə,
eksperiment və s.
Praktik məşğələlərin məqsədi təkcə müəllim üçün deyil,
tələbə üçün də aydın olmalıdır. Bu, praktik məşğələnin
effektivliyini təmin edən qüvvətli amillərdəndir.
Praktik məşğələlər elə təşkil olunmalıdır ki, tələbələri gərgin
yaradıcı işə cəlb edib, məsələlərin düzgün və dəqiq həllinə
yönəltsin. Praktik
məşğələlərin müvəffəqiyyəti diferen-
siatlaşdırmanm səviyyəsindən və pedaqoji ünsiyyətin produktiv-
liyindən asılıdır. Praktik məşğələlər tələbələrin potensial
imkanlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün real şərait
yaratmalıdır. Məşğələ aparan hər bir müəllim məşğələnin planını
və icra olunacaq tapşırıqları müəyyənləşdirərkən hər bir tələbənin
marağını və hazırlıq səviyyəsini nəzərə almalıdır. Müəllim
məşğələ müddətində məsləhətçi rolunu oynamalı, tələbələrin
müstəqilliyinə və təşəbbüskarlığına geniş meydan verməlidir.
Praktik məşğələlərdə təkrarlara da xüsusi diqqət yetiril-
231
məlidir. Ancaq təkrarlar cansıxıcı, yeknəsəq və yorucu
olmamalıdır. Təcrübə göstərir ki, biliklərin möhkəmləndirilmə.sini
təmin edən təkrarlar variativ formada aparıldıqda müsbət nəticə
verir.
8.3.1. Seminar məşğələləri
Seminar - latınca «seıninarium» sözündən götürülüb «əkən»
deməkdir. Qədim yunan və Roma məktəblərində seminarlar
disputlar, öyrənənlərin mülahizələri, kommcntariyaları, şərhləri və
müəllimin yekun sözünün vəhdətdə götürülməsi ilə təşkil
olunurdu.
XVIIl əsrdə universitet təhsili sistemində seminarlardan
geniş istifadə olunmağa başlandı. Seminarlardan, əsasən,
humanitar fənlərin tədrisi zamanı ilk mənbələr üzərində iş
məqsədilə istifadə olunurdu.
xıx
əsrin
əvvəllərində
Rusiya
universitetlərində
seminariyalar görkəmli alimlərin kafedralarında təşkil olunurdu.
«Seminariya» sözü məşğələlərin praktik xarakterini ifadə edirdi.
«Scminariya» professorun universitetdə
tələbələr üçün
özünəməxsus praktik təlim fonnası yaratması demək idi və
tələbələr üçün təcrübə məktəbi rolunu oynayırdı. Seminariyada
tələbələr konkret elmi əsərlərin müəllifi olan profcs.sorun
rəhbərliyi altında təlim-tədqiqatçılıq işləri aparırdılar. Aydındır ki,
tələbələr onlara rəhbərlik edən professorun «məktəbini» keçir,
onun
tədqiqatlarında əsaslandığı metodologiyanı,
hazırladığı metodikanı Öyrənirdilər və bu yolla elmi rəhbərin
ardıeılları kimi fonnalaşırdılar.
xıx əsrin sonları - XX əsrin əvvələrində seminar məşğələləri
universitetlərdə geniş yayıldı.
Seminariy qarşısında iki əsas vəzifə dururdu:
•
dinləyicilərin
ümumi
elmi
dünyagörüşünün
genişləndirilməsi (konkret elmi axtarışla məşğul olan tələbə
((dünyanın ümumi mənzərəsi»ni unutmamalıdır);
•
tələbələri elmi tədqiqatın əsas texniki elementləri ilə tanış
etmək.
232
Sonralar «scmiııariy» sözü «seminar» şəklində ifadə
olunmağa başlandı.
Seminar məşğələləri zaman ötdükcə daha artıq inkişaf edərək
ali məktəb həyatına sirayət etdi.
Seminar - ali təhsil sistemində praktik məşğələlərin əsas
formalarından biri olub, bu və ya digər fənnin dərindən
öyrənilməsinə və metodoloji əsasının mənimsənilməsinə xidmət
edir.
Seminar məşğələləri özünün çevikliyi ilə fərqlənir, fənnin
xüsusiyyətlərindən, ilk mənbələrin xarakterindən, tələbələrin,
hazırlıq səviyyəsindən asılı olaraq seminarlar ən müxtəlif
formalarda və kombinasiyalarda təşkil olunur.
Seminarlar tələbələrin yaradıcı müstəqilliyini inkişaf etdirir,
elmə olan marağını artırır, elmi-nəzəri bilikləri həyalla
əlaqələndirmək imkanı verir, praktik bacarıqlar formalaşdırır, ən
başlıcası, elmi-tədqiqatçıhq səyi aşılayır.
Seminar məşğələlərində tələbələr müvafiq elmin strukturu,
anlayış-terminologiya sistemi ilə tanış olur, informasiyaları şifahi
və yazılı şəkildə təqdim etmək məharətinə yiyələnir, elmi
müddəaları və nəticələri əsaslandırmağı, öz mövqeyini müdafiə
elməyi öyrənir.
Seminarlar ali məktəbdə müxtəlif təlim-tərbiyə vəzifələrinin
həllinə şərait yaradan praktik məşğələ fonnasıdır. O. həm də
mütəxəssis hazırlığı ilə bağlı problemlərin həlli üçün əlverişli
şərait yaradır.
Etiraf etmək lazımdır ki, seminarlar elmi informasiyaların ilk
mənbəyi kimi mühazirələrdən asılı olsa da, öz pedaqoji-me- todik
imkanlarına görə mühazirələrdən daha zəngindir. Əslində,
mühazirələri və seminar məşğələlərini biri-birindən ayırmaq
olmaz. Təkcə bunu demək kifayətdir ki, mühazirədə müvafiq
elmi-nəzəri biliklər təqdim olunmamışsa, seminarı aparmaq,
demək olar ki, mümkün olmur. Bu halda seminar müəllimi
mühazirəni dublyaj etmədən zəruri elmi-nəzəri informasiyaları
verməklə tələbələrin müstəqil işləri üçün şərait yaratmaqla seminar
məşğələsini təşkil etməlidir.
Semnar məşğələləri mühazirələri əvəz edə bilməz. Sc-
minarlarsız mühazirələr isə kifayət qədər dolğun və tam olmaz
233
(əlbottə. bu əlaqə bir sıra fənlər üzrə mühazirələrin seminar və
praktik məşğələlər olmadan təşkilini istisna etmir).
Müasir ali təhsil sistemində seminar-humanitar və texniki
fənlər üzrə əsas praktik məşğələ formasıdır. Seminar məşğələləri,
hər şeydən əvvəl, tələbələrdə elmi təfəkkür mədəniyyəti inkişaf
etdirir, fənni daha dərindən öyrənməyə, elmi idrakın
metodologiyasını mənimsəməyə geniş imkanlar açır. Seminar
məşğələləri tələbələri nəzəri biliklərin tətbiqi ilə bağlı bacarıq və
vərdişlərlə silahlandırır ki, bu da seminar məşğələsinin əsas
didaktik funksiyasıdır.
Seminar məşğələlərinin digər funksiyaları aşağıdakılardır:
•
yaradıcı ləfəkkürii inkişaf etdinn&k;
•
idrak motivlərini inkişaf etdirmək:
•
professional bilikləri tədris prosesində tətbiq etmək;
•
müvafiq elmin anlayış-ıerminologiya sistemini
mənimsətmək;
o
anlayışlardan, təriflərdən, formullardan, qaydalardan
istifadə bacarığı aşılatnaq;
•
intellektual problem
və
məsələləri qoymaq
və
həll etmək
bacarığı formalaşdırmaq:
•
öz mülahizələrini, baxışlarını, mövqelərini, yanaşına
tərzlərini ə.saslandırmaq bacarığı inkişaf etdirmək;
•
biliklərin təkrarı
və möhkəmləndirilməsini təmin etmək;
•
nəzəri biliklərin dərinləşdirilməsi, genişləndirilməsi,
konkretləşdirilməsi və sistemlə,^'dirilməsini təmin etmək;
•
müstəqil işləmək bacarıq
ıv)
vərdişləri formalaşdırmaq;
•
nəzarət
və korreksiya:
•
pedaqoji kommunikasiyanı realla.sdırmaq.
Seminar məşğələləri tələbələrin elmi dərindən öyrənmələri
üçün
optimal
şərait
yaradan
«laboratoriya»dır.
Bu
«laboratoriya»da elmi ədəbiyyatın, ilk mənbələrin araşdırılması və
konspcktləşdirilməsi mənimsəmənin səmərəliliyini təmin edir,
tələbələrin idrak qabiliyyətlərini, ümumiləşdirmə bacarığını
inkişaf etdirir, onları müstəqil, yaradıcı elmi fəaliyyətə hazırlayır.
234
Tələbələr elmin nəzəri və metodoloji əsaslarını məhz «.sc-
minar məşğələsi» adlı «laboratoriya»da öyrənir, görüş dairələrini
genişləndirir, hadisələrə öz münasibətlərini bildirməyi, elmi
həqiqətləri axtarıb tapmağı öyrənirlər. Buna nail olmaq üçüm
seminar məşğələləri elmin daha çox mübahisəli, ziddiyyətli
məsələlərinə həsr olunmalı, diskussiya üçün şərait yaradılmalı,
tələbələr tərəfindən yazılmış məruzə və referatlar geniş müzakirə
olunmalıdır.
Göründüyü kimi, seminar məşğələsi çoxkomponcnlli
mürəkkəb bir prosesdir. Onun səmərəliliyi, hər şeydən əvvəl,
müəllimlə tələbə qrupunun işgüzar əməkdaşlığından, hər iki
tərəfin idrak fəallığından və məhsuldar işləmək bacarığından
asılıdır.
Seminar məşğələlərinin səmərəliliyini təmin edən digər
amillər aşağıdakılardır:
•
oxunan mühazirənin məzmunu;
•
müəllimin elmi-pedaqoji və metodiki hazırlıq səviyyəsi:
•
seminar məşğələlərinin mühazirə ilə sıx əlaqəsi;
•
tələbələrin mühazirəni dinləmək, qeydlər götürmək və
müstəqil işləmək bacarığı;
•
tələbələrin nəzəri bilikləri tətbiq etmək bacarığı;
•
tələbələrin fəallıq səviyyəsi.
Seminar məşğələsi mühazirə prosesində əldə olunmuş
bilikləri olduğu kimi təkrarlamamalıdır. Əksinə, onu
tamamlamalı, dəqiqləşdirməli və zənginləşdirməlidir. Mühazirə
i.sə Öz növbəsində seminar məşğələlərini istiqamətləndirməli və
onu informasiyalarla təmin etməlidir.
Seminar
məşğələsinin
səmərəliliyini
təmin
edən
faktorlardan biri də onun düzgün planlaşdırılması və sualların
düzgün qoyuluşudur.
Fənnin daha əsas və nisbətən mürəkkəb məsələlərinə planda
daha geniş yer ayrılmalı və tələbələri mühazirənin və proqramın
əsas müddəalarını öyrənməyə, ilk mənbələri və elmi ədəiyyatı
araşdırıb konspektləşdirməyə, müstəqil ümumiləşdir- mələr
etməyə istiqamətləndirməlidir. Seminarın müvəffəqiyyəti
sualların problem xaraktertiliyindən, düşündüreü olmasından,
235
mCibaliisəli məsələlərin kollektiv surətdə həlli üçün imkan yaradan
situasiyadan asılıdır. Seminar planının sualları düşündürücü
olmaqla çox olmamalıdır. Çünki suallar çox olduqda, tələbələr
nəzərdə tutulan bütün mənbələri oxuyub icmaliaşdıra bilmir, nəzəri
məsələləri dərindən öyrənməkdə çətinlik çəkirlər.
Seminarın mövzusuna və planına uyğun ədəbiyyatın
düzgün seçilməsi də məşğələnin səmərəliliyini təmin edən
şərtlərdəndir. Tələbələrə mövzu ilə birbaşa bağlı ədəbiyyat təklif
olunmalıdır. Bəzən müəllimlər seminar mövzusu ilə əlaqəsi
olmayan ədəbiyyatı da siyahıya daxil edirlər. Belə olduqda tələbə
bilmir ki, təklif olunan ədəbiyyatdan hansı əsas, hansı əlavədir.
Nəticədə tələbə əlavə ədəbiyyatla lazım olduğundan artıq
yüklənmiş olur və bu «yükün» öhdəsindən gələ bilmədiyindən
Dostları ilə paylaş: |