‘J
haqqında konkret mülahizələr söyləməyi, nəticələr çıxarmağı təklif
edir.
V. Qismən axtarış və ya evristik metod
Bu halda tələbələrin idraki tapşırıqların həlli üzərində aktiv
«axtarışları» təşkil olunur. Problem müəllim tərəfindən, yaxud
evristik proqram və ya göstərişlərlə müəyyən edilir. Problemi
tələbənin özü də müstəqil olaraq müəyyənlə.şdirə bilər. Bu aaman
problem üzərində təfəkkür işi produktiv xarakter daşıyır. Şübhəsiz,
pedaqoq bu işə tələbəni mərhələ- mərhələ istiqamətləndirir və onun
icrasına nəzarət edir. Burada eyni zamanda, müvafiq təlim
texnologiyalarından istifadə də istisna deyil. Tələbə proqramlardan,
tədris vəsaitlərindən və kompüterdən istifadə etməklə müstəqil
surətdə işini istiqamətləndirir və özünə nəzarət edə bilir. Evristik
müsahibənin bir forması olan bu metod seminar və kollekviumlarda
tələbənin idrak maraqlarını inkişaf etdirməyə, onu fəal təfəkkür
əməliyyatları aparmağa imkan verir.
Müstəqil evristik «axtarışlarda» müəllim obyekt və hadisələr
haqqında tələbələrə «hazır» biliklər təqdim etmir. Tələbəyə bu
məlumatları «axtarıb tapmağı» tapşırır. Ancaq tələbə bu
axtarışlarda tam müstəqil olmur. Müəllim «axlarış» prosesini hiss
edilmədən (köməkçi suallar verməklə, nəyisə deməklə və s) idarə
edir. Tələbə qarşıya qoyduğu problemin şərtlərini müəyyənləşdirib
təhlil edir, onun həlli ilə bağlı hipo- tezlər irəli sürür. Onların doğru
olub-olmaması haqqında müəllim tərəfindən informasiya alır.
Yaxud özü müstəqil surətdə irəli sürdüyü mülahizələrin düz və səhv
olduğunu aydınlaşdırır.
Hipotezin, yaxud hər hansı bir ideyanın irəli sürülməsi
«axtarışm» əsas və həlledici komponenti kimi özünü göstərir. Bu
mərhələdə müəllim özünün idarəetmə və nəzarət fəaliyyətini elə
qurur ki, tələbə axtardığına mümkün qədər çox yaxınlaşsın. Axtarış
real peşə fəaliyyətinin təzahür etdiyi şəraiti yaratmaqla tədris
tapşırıqları üzərində gedə bilər. Didaktik oyunlar real istehsal
proseslərini müəyyən mənada «təkrar» etməklə tələbəni produktiv
zehni və əməli fəaliyyətə daha
204
artıq yaxınlaşdırır. Didaktiv oyunların tətbiqi və müxtəlif tərzlərdən
istifadə edilməsi, şübhəsiz, bu metodun mahiyyətini dəyişmir.
Fərdi, qrup və ya kollektiv halda aparılan «ax- tanş»lar zamanı həm
də diskussiyadan, fikir mübadiləsindən istifadə oluna bilər.
VI. Tədqiqatçılıq metodu
Tədris materialının təhlili, problemlərin qoyulması və həlli,
şifahi və ya yazılı təlimatların verilməsindən sonra tələbələr
müstəqil olaraq müvafiq ədəbiyyatı və mənbələri müəyyənləşdirir,
öyrənir, müşahidələr aparır, axtarış xarakteri daşıyan müxtəlif
əməliyyatlar icra edirlər.
Tədqiqatçılıq fəaliyyəti tələbədə təşəbbüskarlıq, müstəqillik
və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün daha əlverişli şərait
yaradır. Təlim metodları tədriclə elmi tədqiqat metodlarına
yiyələnməyə imkan verir.
VII. Tələhənin tədris materialı üzərində müstəqil
/ş
metodları
Məlumdur ki, tələbə dərsliyi, yaxud mühazirə mətnini tam
mənimsəyənə qədər oxuyur. Yeni materialı bütün dəqiqliyi ilə dərk
etdikdən sonra informasiyanın bu blokunda olan bilikləri tətbiq
edərək, müxtəlif tapşırıqları yerinə yetirir. Tapşırıqlar, təlim
materialını əhatə edən suallar, yaxud biliklərin tətbiqini tələb edən
misallar, məsələlər, praktik işlər formasında ola bilər.
Praktik işlərin icrası zamanı biliklərin tətbiqi mərhələlərlə baş
verir. Tələbə əvvəlcə tapşırığın icrası zamanı mətnə və ya müəllimə
müraciət edir, sonra tədriclə hafizəsinə istinad etməyə başlayır. Bu
yolla müəyyən əməliyyatlar avtomatlaşır. İnformasiyalarm sonrakı
bloku üzai'ində iş burada davam etdirilir.
Təlim materialı üzərində tələbənin iş metodlarr^ir sıra
əlamətlərinə görə ayırd edilir: ixtiyari və qeyri-ixtiyari;
əməliyyatların və formaların növləri; işin bir, yaxud '■bir neçə
mərhələli olması və s.
Təlim materialı üzərində tələbənin iş metodları digər müxtəlif
parametrlərlə də müəyyənləşdirilə bilər.
205
Göstərilən xarakteristikalara əsasən təlim materialı üzərində
tələbənin iş metodlarını belə təsnif etmək olar:
a) tc->lim materialını öyrənə-öyrma qazanılım.') hiHkbri
tətbiq elımk;
b) tapşırıqların icra prosesinds tbilim materialı iizərimh iş;
C) ımrbəbli iş.
Təlim materialı üzərində tələbələrin müstəqil işləri didaktik
oyunlarda kollektiv fəaliyyətin modelləşdirilməsi şəraitində həyata
keçirilə bilər. Belə bir şəraitdə müəyyən rolu icra edən tələbə bu və
ya digər tapşırığın, məsələnin həlli zamanı necə fəaliyyət göstərmək
lazım olduğunu yaxşı bilir. Tələbə bu yolla tədriclə gələcək əmək
fəaliyyətinə hazırlanır, onun mütəxəssis kimi formalaşması təmin
edilir.
Müasir şəraitdə ali məktəb təcrübəsində istifadə olunan bu
metodları müəyyən edərkən hansım seçmək, yaxud onlardan birini
seçərkən, hansı əlamətinə görə ona istinad etmək lazımdır? Bu
metodlardan hansının daha optimal təlim imkanları var?
Təlim metodlarını optimal surətdə seçmək üçün
Y.K.Babanski aşağıdakıları nəzərə almağı vacib bilirdi:
• əvvsics, materialın müstəqil, yaxud miidllimin rəhbərliyi
altında öyrəniləcəyi nəzərə alınmalıdır: əgər, tələbə xilsu.si
gərginlik .sərf etmədən, az vaxt kəsiyində materialı öyrənə bilir- .sə,
müəllimin köməyinə ehtiyac yoxdur. Əgər tələbə müstəqil olaraq
təlim materialını mənimsəyə bilmirsə, yaxud bunun üçün çox vaxt
və enerji sərf edirsə, onda müəllimin köməyi mütləq lazımdır;
• reproduktiv və produktiv metodların qarşılıqlı əlaqəsi və
nisbəti nəzərə alınmalıdır. Müxtəlif şərait və imkanlar olduğu
təqdirdə produktiv metodlara üstünlük verilməlidir:
• idrakın induktiv və deduktiv, analitik və .sintetik yollarının
qarşılıqlı əlaqə,sini və nLsbəitini düzgün müəyyənləşdirmək
lazımdır. Əgər tələbə deduktiv və analitik yolla bilik əldə etmək
bacarığına malikdir sə, onda deduktiv və sintetik metodlarla
işləməkdə çətinlik çəkməyəcəkdir. Deduktiv və sintetik metod-
206
tar daha nwhsuldar, daha ciddi. Ihvn də elmi idraka daha ya.xııı
metodlardır;
• lisani, əyani və praktik metodların vəhdətdə istifadə
edilməsi yaxşı səmərə verir;
• tələbənin təlim-idrak fəaliyyətini daha çox stimullaşdıran
metodlardan geniş istifadə olunmalıdır;
• nəzarət və özünənəzarət metodlarının intervallan ıv7
«nöqtə»ləri müəyyənləşdirilməlidir;
• təlim prosesinin planlaşdırıldığı istiqamətdə cərəyan
etmədiyi hallar üçün «ehtiyat» metodlar tapılmalıdır və s.
Ümumiyyətlə, bu və ya digər fənnin, yaxud bu və ya digər
mövzunun tədrisi metodunu müəyyənləşdirərkən situasiyadan,
istifadə olunan vasitə və mənbələrdən, kontingentdən, təlimə təsir
edən müxtəlif amillərdən asılı olmayaraq, bütün təlim-tərbiyə
metodlarının öyrədici, inkişafetdirici, tərbi- yəedici, təhrikedici,
diaqnostik funksiyaları əsas götürülməlidir.
Təlim metodunun öyrədici funksiyası onun təlim
məqsədlərini həll etməsində, inkişafetdirici funksiya.sı təhsil
alanların formalaşmasının müxtəlif səviyyələrini və tempini təmin
etməsində, tərbiyəedici funksiyası, şəxsiyyətin istiqamətini
müəyyənləşdirməsində,
təhrikedici
funksiya.sı
təlim-idrak
motivlərini inkişaf etdirməsində, diaqnostik funk.siyası nəzarət və
korreksiya işini təmin etməsində özünü göstərir. Buradan belə
nəticə çıxır ki, təlim metodlarının «funksional yararlılığı» konkret
şəraitdə eyni dərəcədə təzahür edə bilir. Digər tərəfdən, zamanın
tələbindən asılı olaraq bu və ya digər metod daha intensiv tətbiq
olunur, digərləri isə arxa plana keçir.
Təlim metodu seçərkən onun öz funksiyalarım nə dərəcədə
səmərəli yerinə yetirdiyi, başqa sözlə, «funksional yarar- lılığı»
nəzərə alınmalıdır.
Təlim metodunun «funksional yararhğı» təhsil alanların
nəzəri biliklərini və dünyagörüşünü, təfəkkür və nitqini, hafizəsini,
iradəsini və emosiyalarını inkişaf etdirməsində, təlim maraqlarını,
müstəqillik, fəallılıq və şüurluluğunu,
207
laşəbbiiskarlıhğını, biliklərin əldə edilməsi, sistemləşdirilməsi,
möhkəmləndirilməsi və tətbiqi bacarıqlarını, kollektiv
produktiv fəaliyyəti, müntəzəm özünüfəhsili təmin edə
bilməsində təzahür edir.
Təlim metodları seçilərkən, onun «funksional yararlığı»
ilə yanaşı, aşağıda qeyd olunan mühüm amilləri də nəzərə
alınmalıdır:
^ «ictimai-sifariş» əsasında müəyyən edilən təhsilin ümumi
məqsəd və vəzifələri;
təhsil müəssisəsinin qarşısında duran konkret vəzifələr;
olədris müəssisəsinin şəraiti, maddi-texniki bazası və
yerləşdiyi region;
tədris edilən fənnin xüsusiyyətləri;
konkçet mövzu ilə bağlı didaktik vəzifələr;
təlimin prinsigləri;
təhsil alanlarin yaş və fərdi'xüsusiyyətləri, həyat təcrübəsi;
qrup kontingentinin xüsusiyyətləri və inkişaf səviyyəsi;
müəllimin fərdi-psixi xüsusiyyətləri, hazırlıq səviyyəsi,
pedaqoji ustalığı;
tədris olunan fənlərin ı^etodikası.
Təlim metodlarını daha artıq təkmilləşdirmək məqsədilə
qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təlimin-müasir texniki
vasitələrindən və texnologiyalarından istifadə etmək, təlim
metodlarını föçdilgşdirmək, təhsil alanların müstəqilliyini və
yaradıcılığını daha arftq inkişaf etdirıpək lazımdır.
ƏSAS MÜDDƏALAR
° Ali məktəbdə təlim metodu müxtəlif didaktik vəzifələrin
həlli məqsədilç, .müəllimin “təlim prosesini idarə etməsi və
tələbənin təc3ris-idrak fəaliyyətinin düzgün təşkilinin ən
ümumi yolları Icimi başa düşülür.
Təlim me&du mahiyyəti və xarakterinə görə çoxsahəli,
çoxcəhətli, raürəlÖçəb bir sistemdir. Metod layihələşdirilmiş
məqsədlə son rfe|ticə arasında birləşdirici həlqədir. Məqsəd -
C'i
0
208
0
məzmun - yollar - formalar - təlim vasitələri sistemində metodun
rolu müəyyənedicidir.
Təlim metoduna verilən müxtəlif təriflərdən asılı olmayaraq,
o, mütləq müəllimin öyrədici fəaliyyəti və təhsilalanların fəal
təlim-idrak fəaliyyətinin təşkili kimi iki əsas komponenti özündə
birləşdirir.
Tarixi kateqoriya olan metod
cəmiyyətin inkişaf
səviyyəsi, konkret tarixi şəraitdə hökmran olan ictimai
münasibətlər, elmin və texnikanın tərəqqisi ilə müəyyənləşir.
Deməli, sosial-ictimai amillər təhsilin məqsəd və vəzifələri ilə
yanaşı təlim metodlarına da təsir göstərir.
Təhsilin humanistləşdirildiyi,
qloballaşdığı və
inteqrasiya
edildiyi müasir dövr
təlim metodlarını
«müstəqillik, şüurluluq və fəallıq», «fəaliyyət vasitəsilə
göstərmək», «sərbəst iş prosesində öyrətmək», «ünsiyyət və
əməkdaşlıq prosesində öyrənmək»,
«özüm edirəm -
anlayıram», «fəal axtanş» və digər tələblər əsasında qurmağı özündə
ehtiva edir.
Təlim metodlarının çoxluğu onların qruplaşdıniması və
ümumiləşdirilməsini, təşkili prosesini yeni əsaslarla' qurmağı tələb
edir. Lakin qeyd etmək lazımdır ki, metodların təsnifatında bu günə
qədər fikir vahidliyi yoxdur və bununla bağlı olduqca müxtəlif
nöqteyi-nəzərlər mövcuddur.
Doğrudur, təlim metodlarına verilən təsnifatların hər birinin
özünəməxsus əlamətləri var. Lakin etiraf etmək lazımdır ki, metod
çox mürəkkəb və obyektiv mahiyyət daşıdığından onun bütün
xüsusiyyətlərini, tərəflərini, funksiyalarını əhatə edən təsnifat
vermək çox çətindir, bəlkə də mümkün deyil.
Bununla belə, inkişafın müasir tələblərinə uyğun olaraq təlim
prosesini daha səmərəli, intensiv, məhsuldar qurmağa imkan verən
və ictimai həyatla daha sıx bağlanan, təhsilin qarşısında duran
məqsəd və vəzifələri daha optimal yollarla həll etməyə şərait
yaradan təsnifatları uğurlu hesab etmək olar. Başlıcası budur ki,
müasir ali təhsil sistemində elə təlim metodları seçilməlidir ki, onlar
öyrədəni indiyə qədər özünü
209
doğruldan «reproduktor», «repititor» rolundan çıxmağa, biliklərin
əldə edilməsi yolunda «bələdçi»lik etməyə kömək etsin.
Yeni cəmiyyət quruculuğuna rəğmən, təhsil sistemində
aparılan köklü islahatlar zamanın tələblərinə uyğun yeni təlim
metodlarına - diskussiyalara, problemli situasiyalara, «əqli
hücumlar», «rollu oyunlar», «dairəvi söhbət», «cütlər və qruplarla
iş», «rəy mübadiləsi» və s. kimi daha effektiv metodlara istinad
etməyi şərtləndirir. İndi ali təhsil sistemində elə təlim
metodlarından istifadə olunmalıdır ki, onlar təhsilalanların düşüncə
səviyyəsinə uyğun olsun, öyrənənlərdə təlim motivasiyası,
müstəqillik və təşəbbüskarlıq, idrak fəallığı, yüksək təfəkkür
qabiliyyəti, təlimə şüurlu, məsuliyyətli münasibət formalaşdırsın,
yeni cəmiyyətin tələblərinə uyğun kamil mütəxəssis hazırlığını
təmin etsin.
" TOİtap^ğlgt
<2> Metod, təiT; (priyom), təlim vasitəsi anlayışlarını və onlar arasındakı
əlaqəni izah et.
Pedaqoji ədəbiyyatda təlim metoduna verilən müxtəlif tarifləri seç,
onların ümumi və fərqli cəhətlərini müəyyənləşdir.
Pedaqoji ədəbiyyatda təlim metoduna verilən təsnifatları qruplaşdır və
onlara öz münasibətini bildir.
Aşağıda təqdim edilən cədvəl əsasında təlim metodu daxilində
öyrədənlə öyrənənin fəaliyyət formalarını müqayisə et və hər bir
metodun əsas əlamətlərini müəyyənləşdir.
JV
s
Metod
Öyrədənin fəaliyyəti
Öyrənənin
fəaliyyəti
I
İzahlı-illüstrativ
metod
Təlim materialı və onun
bütün komponentləri
dəqiq və ardıcıl surətdə
şərh edilir
Malerialın
qavranılması və dərk
edilməsi
II
Reproduktiv metod
Biliyin tətbiq edilməsi
qaydaları göstərilir,
təlimat verilir, müvafiq
yollar göstərilir
Reproduktiv və
aiqoritmik fəaliyyət
210
m
Problemli şərh
mdoclu
Problem
müəyyənləşdirilir,
konkret vəzifələr və
həlli yolları RÖstərilir
Müstəqil
mülahizələrin
söylənməsi, suallara
aıvab tapılması
IV
Dcdııktiv metod
Biliklər - nəticələr
çıxannaq yolu ilə
təqdim edilir
Konkret
mülahiz.əl.ərin irəli
süıtilməsi, nəticələr
çıxarılması
V
Qi.smən - axtaı ış və
ya evristik metod
Problem müəyyən
edilir. Tələbənin
axtarıcılıq fəaliyyəti
dolayısı yollarla idam
olunur
Produktiv xarakterli
fəaliyyət
VI
Tədqiqatçılıq metodu
Şifahi və ya yazılı
təlimatlar verilir
Müstəqil
tədqiqatçılıq
fəaliyyəti
VII
Tələbənin tədris
materialı üzərində
müstəqil iş metodları
Nəzarət,
qiymətləndirmə və
koıreksiya işi aparılır
Tapşırıqların icrası,
sualların
ca vabland ırı Imusı.
məsələ və misal həlli,
praktik işlər
Ədəbiyyat
iä Paşayev Ə.X., Rüstəmov F.A.
Pedaqogika. B.:Çaşıoğlu, 2002.
t
.U Kazımov N.M., Həşimov Ə.Ş.
Pedaqogika. B.rMaarif, 19%.
»-i
i Kazımov N.M. Ali məktəb
pedaqogikası. B.:Nicat, 1999.
llü Bəşirov B. Ali məktəb didaktikası. B.:Maarir, 1992.
Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektiəri.
B.ıMaarii; 1983.
Pedaqogika (elmi rcd.: prof.M.Muradxanov). B., 1964.
1;Ü Talıbov Y.P., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ. Pedaqogika.
B.ıMaarif, 1993.
03 Abbasov A-, Əlizadə H. Pedaqogika. B.tRenessans, 2000.
1.Q İsmixanov M. Pedaqogikanın əsaslan. B.:Nafta-Pre.ss, 2002.
(15 İsmixanov M. Pedaqogika. B.ıBakı Universiteti, 1998.
Qasımova L., Mahmudov R. Pedaqogika. B.ıÇaşıoğlu, 2003.
11) Həsənov A., Ağayev Ə. Pedaqogika. B., 2007.
IJi Hü.seynzadə R. Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi.
Bakı, 1997.
211
VIII
FƏSIL
ALI MƏKTƏBDƏ TƏLİMİN TƏŞKİLİ FORMALARI
8.1. TƏLİMİN TƏŞKİLİ FORMALARI HAQQINDA ÜMUMİ
MƏLUMAT
Təhsil prosesinin müvəffəqiyyətli həlli, onun təşkili
formalarından, başqa sözlə, pedaqoji prosesin mütəşəkkilliyini
təmin edən qaydalarla apanlmasmdan asılıdır. Yeni biliklərin
mənimsənilməsinə hazırlıq, tədris materialının təkrarı və
möhlcəmləndiril- məsi, müvafiq bacarıq və vərdişlərin
formalaşdırılması, biliklərin sistemləşdirilməsi, nəzarət və
korreksiya, habelə digər didaktik vəzifələr müxtəlif fonnalarda
reallaşdırılır. Ali məktəbdə tədris prosesi bir qayda olaraq
auditoriya və auditoriyadankənar formalarda həyata keçirilir.
Auditoriya və auditoriyadankənar məşğələlər öz növbəsində
tələbələrlə frontal, qrup, yanmqnıp fərdi iş formalan şəklində icra
olunur.
Son dövrün pedaqoji ədəbiyyatında təlimin təşkili
texnologiyaları iki qrupa bölünür;
1. Təlimin təşkilinin ənənəvi texnologiyaları.
2. Təlimin təşkilinin innovasiya texnologiyaları.
Bu təsnifat - pedaqoji fəaliyyətin istiqamətləri; təlimin
məqsədləri; istifadə olunan texniki vasitələr, başqa sözlə, «texniki
mühib>; təlim prosesinin təşkili və digər parametrlərə əsaslanır.
Ali təhsil müəssisələrində istifadə olunan təlimin əsas
ənənəvi teşkili formalan (tədris məşğələlərinin növləri)
aşağıdakılardır:
Nəziri məşğələlər
Praktik
məşğələlər
Nəzarət formaları
mühazirə seminar məşğələsi
laborator işləri ekskursiyalar
tələbələrin auditoriyada tədris
materialı üzərində müstəqil
işləri
tələbələrin auditoriyadankənar
müstəqil işləri
konfranslar
məsləhətlər
praktik işlər
kurs işləri
buraxılış
işləri
müxtəlif növ
praktikalar
didaktik
oyunlar
yoxlama işləri ferdi söhbətlər
kollekvium məqbul
semestr imtahanları kurs və
buraxılış işlərinin müdafiəsi
dövlət (buraxılış) imtahanları
bctisasla bağlı kompleks
imtahanlar
212
Göründüyü kimi, I qrup formalar, əsasən, nəzəri biliklərin
verilməsinə, II qrup formalar əsasən müvafiq bacarıq və vərdişlərin
aşılanmasına; III qrup formalar isə nəzarət-yoxlama, bilik və
bacarıqları hesaba almanın təmin olunmasına xidmət edir. Təlimin
təşkilinin bütün formaları kompleks halda ali təhsilli mütəxəssis
hazırlığını özündə birləşdirir.
8.2. MÜHAZİRƏ
Miihazirə-leksiya (lektio) latın sözü olub, hərfi mənası
«oxu» deməkdir.
Orta əsr universitetlərində mühazirə disputlarla yanaşı,
dinləyicilərə yeni biliklərin çatdırılmasının əsas yolu idi. Çünki bu
dövrdə kitablara nadir hallarda təsadüf olunurdu. O dövrdə
mühazirənin məzmununu kilsə tərəfindən qəbul olunmuş ilk
mənbələrin geniş şərhi təşkil edirdi.
XVIII-XIX əsrlərdə Rusiya universitetlərində mühazirə -
kitabın eynilə təkrarı, yaxud dəftərdən hazır mətnin oxunmasından
başqa bir şey deyildi. Bununla belə, M.V.Lomonosovdan
başlayaraq, mütərəqqi fikirli pedaqoqlar ali məktəbdə təlim
prosesində praktik metodlardan istifadə etməyə cəhd göstərirdilər.
Yalnız XIX əsrin sonları-XX əsrin əvvələrində praktik metodlar ali
məktəb təhsilində əsas təlim metodlarından biri kimi «həyata
vəsiqə» aldı.
Təsadüfi deyil ki, almanlar mühazirəni latınca «proelek- tio»
(«izahlı oxu») sözünə uyğun olaraq «vorlesunq» («başqası
qarşısında oxunan») adlandırırdılar.
XVIII əsrdə Rusiyada latın, alman və fransız dilləri ilə
yanaşı, rüs ədəbi dilinin fonnalaşması zəminində akademik
universitetdə, az sonra isə digər ali təhsil müəssisələrində təlimin
mühazirə forması geniş surətdə tətbiq olunmağa başlandı.
Artıq o dövrdə mühazirəyə və mühazirəçinin nitqinə verilən
və bu gün də öz əhəmiyyətini saxlayan tələblər formalaşdı. Lakin
mütərəqqi pedaqoqlar bunu da qeyd edirdilər ki, tədris prosesində
«söz» yeganə vasitə deyil, idrak prosesində onun rolunu lazım
olduğundan
yüksək
qiymətləndirmək'olmaz.
Mühazirələr
2> Dostları ilə paylaş: |