FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   2   3   4   5   6   7   8   9   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası


HBÖLMa 

ALİ MƏKTƏB 

DİDAKTİKASININ 

ƏSASLARI 

 

[E> Ali məktəbdə təlimin 



mahiyyəti, hərəkətverici 

qüvvələri və prinsipləri 

IE> Təhsilin məzmunu və onun 

təkmilləşdirilməsinin pedaqoji 

əsasları 

CE> Ali məktəbdə təlim metodları' 

IE> Ali məktəbdə təlimin təşkili 

formaları 

[E> Ali məktəbdə pedaqoji 

texnologiyalar 

1  n 



E> 



Təlim keyfiyyətinin diaqnostikası 

' [x> Ali məktəbdə tələbələrin 

praktikası^ 

[H> Ali məktəbdə mütəxəssis 

hamlığıınd 

pedaqoji-psixoioji piəsələləri 



Hər bir xalqın səviyyəsini onun bilik səviyəsi müəyyən edir. 

H.Əliyev 

Təhsil millətin gələcəyidir. 

H. Əliyev 

Biz  maddi  dəyərlərmizi,  iqtisadi  potensialımızı  in.san  kapitalına 

çevirməliyik.  Çünki  insanın  savadı,  biliyi  onun  gələcək  həyatını 

müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, 

ölkənin intellektual potensialı da möhkəmlənir. 

İ. Əliyev 

Bilik tükənməz xəzinədir, o xəzinənin açarı isə soruşub 

öyrənməkdir. 

Məhəmməd Peyğəmbər 

İnsan təbiətində iki ali məqam var: zəka və nitq - hər ikisi ancaq 

təhsil vasitəsilə inkişaf etdirilir. 

Plutarx 

Bilik məqsəd deyil, vasitədir. 

LTolstoy 

Bütün elmlərin ə.sası təhsillə qoyulur. 

Əbu Turxan 

130 


V  FƏSİL 

ALI MƏKTƏBDƏ TƏLİMİN MAHİYYƏTİ, 

HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ VƏ PRİNSİPLƏRİ 

5.1.  ALİ MƏKTƏB DİDAKTİKASININ ƏSAS 

KATEQORİYALARI 

Ali  məktəb  didaktikası  {yunanca,  didaktikos  -  öyrədən, 

didasko - öyrənən deməkdir) ali məktəbdə təhsil və təlim haqqında 

elmdir. Akademik pedaqogikanın müstəqil bir sahəsini təşkil edən 

ali məktəb didaktikası müasir dövrdə sürətlə inkişaf edən nəzəri və 

eyni zamanda normativ-tətbiqi elmdir. Onun tədqiqat predmeti - ali 



məktəbdə təhsil prosesidir. 

Hər  bir  konkret  elm  kimi  ali  məktəb  didaktikasının  da 

müəyyən funksiyaları var. Onları şərti olaraq iki qrupa bölmək olar; 

•  ali məktəb didaktikasının elmi-nəzəri funksiyaları; 

•  ali məktəb didaktikasının konstruktiv funksiyaları. 

Ali  məktəb  didaktikasının  elmi-nəzəri  funksiyaları 

deyilərkən, ali təhsil prosesinin struktur və məzmun elementlərinin 

xarakteristikalarının  öyrənilməsi,  təhsil-təlim  prosesinin  müxtəlif 

cəhətləri  arasında  mövcud  olan  qanunauyğun  əlaqələrin 

müəyyənləşdirilməsi, 

didaktik 

münasibətlərin 

(öyrədən-vasitə-öyrənən) tədqiqi nəzərdə tutulur. 

Ali  məktəb  didaktikasının  konstruktiv  (normativ-  tətbiqi) 

funksiyaları deyilərkən, dövrün tələblərinə və dövlətin mənafeyinə 

uyğun olaraq təhsilin məzmununu yeniləşdirmək, təlim vasitələri və 

metodlarının  səmərəliliyini  artırmaq,  yeni  təlim  texnologiyaları 

hazırlamaq nəzərdə tutulur. 

Ali  məktəb  didaktikasının  nəzəri-elmi  və  konstruktiv 

funksiyaları biri-birilə qarşılıqlı əlaqədə özünü göstərir. 

Ali 

məktəb 


didaktikasının 

məzmunu 


aşağıdakı 

komponentlərdən ibarətdir: 

•  ali  məktəbin  qarşısında  duran  sosial  funksiyaların 

müəyyənləşdirilməsi və əsaslandırılması; 

131 


•  ali təhsilin spesifik məqsədlərinin əsaslandırılması; 

•  ali məktəbdə təhsilin məzmununun müəyyənləşdirilməsi: 

•  ali  məktəbdə  təlim  prosesinin  reallaşdırılması  yollarının 

müəyyənləşdirilməsi; 

•  ali 



məktəbdə 

təlim 

prosesinin 

özünəməxsus 

xüsusiyyətlərinin aşkarlanması; 

•  ali  məktəbdə  təlim  metodları  və  formalarının  optimal- 



laşdırılması; 

•  ali məktəbdə müasir təlim texnologiyalarının hazırlanması 



və tətbiqi. 

Ali  məktəb  didaktikası  ümumİ  pedaqogikanın  «pedaqo-  ji 

proses»,  «tərbiyə»,  «təhsil»,  «təlim»,  «pedaqoji  fəaliyyət», 

«pedaqoji  texnologiya»  və  digər  kateqoriyalarından  istifadə  edir. 

Bununla yanaşı, ali məktəb didaktikası təhsil və təlim nəzəriyyəsi 

kimi  özünün  spesifik  kateqoriyalarına  malikdir.  Bu  kateqoriyalar 

aşağıdakılardır: 

TəİısU  -  ümumi  və  geniş  mənada  -  bəşəriyyətin  yaratmış 

olduğu bilik, bacarıq və vərdişlər sisteminə yiyələnmək prosesidir. 

Dar mənada isə təhsil təlimin həm zəruri şərli, həm də nəticəsidir. 

Öyrətmə fəaliyyəti - öyrədənin təlimi idarə etməsi prosesidir. 

Müasir  informasiya  bolluğu  şəraitində  ən  zəruri  olanı  seçməyi, 

müvafiq məzmuna uyğun vasitə və metodları müəyyənləşdirməyi, 

lazımi  texnologiyaları  hazırlamağı,  diaqnostlaşdırma  (pedaqoji 

prosesin  vəziyyətini  aşkarlamaq,  səmərəliliyini  təmin  edən  şəraiti 

və  səbəbləri  üzə  çıxarmaq)  və  proqnozlaşdırmanı  (pedaqoji 

gerçəkliyi dəyişdirməyi və bu əsasda təhsil praktikasını qabaqlayan 

təhsil-tərbiyə  nəzəriyyələrini,  pedaqoji  sistemlərin  modelini 

hazırlamaq)  həyata  keçirməyi,  yoxlamaq,  qiymətləndirmək, 

korreksiya etmək kimi məqsədləri əhatə edir. 



Öyrənmə  fəaliyyəti  -  təhsilalanın  müəllimin  tapşırıqlarını 

icra etməsi, təlim materialı üzərində müstəqil çalışması, intellektual 

qabiliyyətlərini  və  potensial  imkanlarını  inkişaf  etdirməsi, 

özünütəhsil və özünütəkmilləşdirmə kimi digər vəzifələri əhatə edir. 

132 


7>///« 

qabaqcadan  planlaşdırılan  məqsədəuyğun 



fəaliyyətdir. Bu fəaliyyət prosesində öyrənənin təhsili, tərbiyəsi və 

inkişafı  həyata  keçirilir,  bəşəriyyətin  tarix  boyu  qazanmış  olduğu 

təcrübənin  ayn-ayrı  komponentləri  (bilik,  bacarıq  və  vərdişlər, 

münasibətlər, fəaliyyət və idrak təcrübəsi, yaradıcılıq təcrübəsi və 

s.) mənimsənilir. Təlim - öyrədən və öyrənənlərin məqsədli və idarə 

olunan  qarşılıqlı  fəaliyyətidir.  Təlim  -  təhsil  almaq  prosesidir. 

Təlim - öyrətmə və öyrənmə fəaliyyətlərinin vəhdətindən yaranan 

birgə fəaliyyətdir. 

Təlim  öyrədən  və  öyrənənlərin  birgə  fəaliyyəti  prosesində 

iddiaçıların konkret fəaliyyət növünə hazırlığını təmin edir, onları 

müvafiq  bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırır,  idrak 

qabiliyyətlərini və ümumi inkişafını təmin edir. 



Təhsilin məzmunu - bəşəriyyətin qazanmış olduğu obyektiv 

elmi-praktiki  təcrübənin  cəmiyyət  və  dövlət  tərəfindən  qəbul 

edilmiş  xüsusi  sistemini  özündə  birləşdirir.  Bu  sistemlərin 

mənimsənilməsi insanın müəyyən əmək sahəsində müvəffəqiyyətli 

fəaliyyətini  təmin  edir.  Müvafiq  bilik,  bacarıq  və  vərdişlərdə 

təzahür  edən  təhsilin  məzmununun  mənimsənilməsi  tədris 

müəssisələrinin qarşısında duran əsas məqsəddir. 

İntensiv inteqrasiya proseslərinin genişlənməsi ilə əlaqədar 

olaraq  didaktika  digər  elmlərin  «sistem»,  «element»,  «slruktur», 

«funksiya>>, «formallaşdırma» və başqa anlayışlarından da istifadə 

edir. 

Didaktik 



tədqiqatlarda 

psixologiyanın 

«qavrayış», 

«mənimsəmə», 

«anlama», 

«əqli 


inkişaf», 

«təfək- 


kür 

əməliyyatları»,  «yaddasaxlama»,  «hafizə»,  «diqqət»  və  digər 

anlayışlarından  da  geniş  istifadə  olunur.  Kibernetikadan  didaktik 

anlayışlar  sisteminə  «əks  əlaqə»,  «dinamik  sistem»  və  s.  daxil 

olmuşdur. 

Digər  elmlərdən  əxz  edilmiş  anlayışlar  təlim  prosesinin 

ayrı-ayrı  struktur  elementlərini  əks  etdirərək  didaktikanın 

predmelinin nəzəri cəhətdən zənginləşməsi üçün şərait yaradır. Bu 

anlayışlar  didaktikanın  öyrətmə  və  öyrənmə  məqsədinə  müvafiq 

müəyyənləşdirilir.  Didaktikanın  əsas  anlayışları  onun  nəzəri 

səviyyəsi  və  praktik  vəziyyəti  haqqında  aydın  təsəvvür  yaradır. 

Didaktika - anlayışlar və terminlər vasitəsilə 

133 


didaktik prosesləri, hadisələri, didaktik münasibətləri təsvir və izah 

edir,  elmi  ümumiləşdirmələr  aparır  və  özünün  terminologiya 

sistemini daim təkmilləşdirir. 

5.2. 


TƏLIMIN MAHIYYƏTI 

 



HƏRƏKƏTVERİCİ

 

QÜVVƏLƏRİ 



Ali  məktəbdə  təlim  prosesinin  mahiyyəti,  məzmunu, 

məntiqi,  strukturu  və  təşəkkülü  haqqında  aydın  təsəvvürə  malik 

olmadan, səmərəli pedaqoji fəaliyyət mümkün deyil. 

Təlimin  mahiyyətini  dərk  etmək  üçün,  hər  şeydən  əvvəl, 

onun komponentlərini müəyyənləşdirmək lazımdır. 

Təlim  prosesi  zahirən  öyrədən  və  öyrənənlərin  qarşılıqlı 

fəaliyyəti  kimi  təzahür  edir.  Bu  fəaliyyət  prosesində  öyrədən 

qarşıya  məqsəd  qoyur,  vəzifələri  konkretləşdirir  və  məzmunu 

müəyyənləşdirir.  Bundan sonra məzmuna uyğun  vasitə, metod və 

materialı seçir və öyrənmə fəaliyyətini təşkil edir. Yəni, öyrənənləri 

təlim fəaliyyətinə istiqamətləndirir, təlim motivlərini inkişaf etdirir, 

onlara  müstəqil  işləmək  yollarını  öyrədir.  Bundan  sonra  isə 

öyrənənlərin təlim əməyi stimullaş- dırılır, mənimsəmə səviyyələri 

qəbul olunmuş meyarlarla yoxlanılar, qiymətləndirilir və korreksiya 

işi aparılır. Öyrənən öyrədənin tapşırıqlarını icra edir, öz üzərində 

çalışır,  əqli  qabiliyyətlərini  inkişaf  etdirir,  tədris  proqramlarında 

nəzərdə tutulan məzmunu, fəaliyyət növlərini mənimsəyir. 

Yuxarıda qeyd etdiyimiz kimi, təlim - öyrədən və öyrənənin 

biri-birilə  daxili  əlaqədə  və  qarşılıqlı  asılılıqda  olan  ikitərəfli 

fəaliyyətidir.  Hər  bir  təlim  fəaliyyəti  bir  qayda  olaraq,  müəyyən 

məzmunun mənimsənilməsinə yönəlmiş olur. Beləliklə, məlum olur 

ki, təlim prosesinin üç mühüm komponenti vardır: 

•  tahsiim məzmunu; 

•  öyrətmə fəaliyyəti; 

•  öyrənmə fəaliyyəti. 

Hər üç komponent təlim prosesinin zahiri tərəfini əks etdirir. 

134 


Təlimin 

mühüm 


məqsədlərindən 

biri 


ictimai 


münasibətlərin  subyekti  olan  insanın  istehsal  proseslərinə,  əmək 

fəaliyyətinə, sosial həyata hazırlanması prosesidir. Deməli, təlimin 

əsas  sosial  funksiyası  konkret  ictimai  tələblərə  uyğun  şəxsiyyətin 

formalaşdırılmasıdır.  Dövrün  tələblərinə  uyğun  şəxsiyyətin 

yetişdirilməsi  üçün  əsas  «tikinti  materialı»  bəşəriyyətin  toplamış 

olduğu maddi və mənəvi dəyərlərdir. Təlimin mahiyyətini (deməli, 

həm  də  məzmununu)  məhz  bu  dəyərlər  müəyyənləşdirir. 

Şəxsiyyətin  intellektual,  Əxlaqi,  emosional,  iradi  sferalarının 

inkişafı bu məzmunun mənimsənilməsindən asılıdır. 

Təhsilin məzmununun əsas komponentləri aşağıdakılardır: 

•  təbiət,  cəmiyyət,  təfəkkür,  elmi-texniki  və  fəaliyyət 

qaydaları haqqqında biliklər sistemi (bu biliklərin mənimsənilməsi 

insanın  dünyanı  dialektik-materialist  surətdə  dərk  etməsini  təmin 

edir,  idrak və praktik fəaliyyətə düzgün  metodoloji yanaşma tərzi 

formalaşdırır); 

•  bacarıq  və  vərdişlər  sistemi  (intellektual  və  praktik 



bacarıq və vərdişlər konkret fəaliyyət növlərinə yiyələnməyi təmin 

edir); 

•  münasibətlər  sistemi  (real  varlığa,  öyrənilən  obyektə 



emosional və qiymətləndirmə münasibəti, başqa adamlara və özünə 

münasibət,  ictimai,  elmi,  peşə  fəaliyyətinin  motivləri,  tələbatlar, 

maraqlar və s.); 

•  müxtəlif fəaliyyət növləri; 

•  yaradıcılıq təcrübəsi. 

Deməli,  təlim  prosesi  öz  mahiyyətinə  görə  həm  də  sosial 

prosesdir.  Təhsilalanların  inkişafı  və  formalaşması  elmi  biliklər 

sisteminə  və  fəaliyyət  təcrübəsinə  yiyələnməklə  və  bəşəriyyətin 

maddi və mənəvi mədəniyyətini mənimsəməklə həyata keçirilir. 

Biliklərin  mənimsənilməsi,  bacarıqların  formalaşması 

əsasən iki yolla əldə edilir: 

•  reproduktiv (bərpaedici təfəkkür); 

135 


• produktiv (yaradıcı təfəkkür). 

Təlim  prosesi  reproduktiv  variantda  qurulduqda,  əvvəlcə 

faktların  qavranılması  baş  verir.  Sonra  fakt  və  hadisələrin  daxili 

əlaqə və asılılıqları öyrənilir, nəticədə anlama baş verir. Vasitəsiz 

anlama  birdən-birə  olur:  ətral'dakı  cisim  və  hadisələri  bilavasitə 

anlayırıq. Vasitəsiz anlamanın əsasında məlum cisim və hadisə ilə 

naməlum arasında əlaqə yaratmaqdan ibarət olan tanıma durur. Bu 

halda  uzun  müddətli  düşüncəyə  ehtiyac  qalmır.  Vasitəsiz  anlama 

cisim  və  hadisələrin  düzgün  qavranılmasından,  təhrifə  yol 

verilməməsindən asılı olur. 

Vasitəli  anlama  zamanı  isə  müxtəlif  axtarışlar  aparmaq, 

qarşıda  olan  məsələni  dərk  etmək  üçün  yardımçı  vasitələrdən 

istifadə etmək lazım gəlir. 

Anlamada əsas şərt onun dəqiqliyi və dərinliyidir. Beləliklə, 

məlum  olur  ki,  anlama  əldə  edilmiş  biliklərdən  istifadə  etmək  və 

biliklərə  yiyələnmə  zamanı  zəruri  olan  zehni  fəaliyyət  göstərmək 

nəticəsində baş verir. 

Tələbə anladığı əsas ideyaları, aparıcı tezisləri, arqumentləri, 

dəlilləri,  nəticələri  hafizt>sində  saxlamalıdır.  Hallzə  keçmiş 

təcrübənin  qavranılıb  hifz  edilməsi  sayəsində,  sonralar  onun 

tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. 

Təlim  prosesində  çox  böyük  əhəmiyyətə  malik  olan  hafizə 



təfəkkürə  əsaslanmalı  və  eyni  zamanda  təfəkkürü  inkişaf 

etdirməlidir.  Biliklər  bir-birilə  sıx  əlaqədə  və  müəyyən  sistemlə 

mənimsənilməli və hafizədə möhkəmləndirilməlidir. 

Heç  bir  aktual  fəaliyyət  hafizə  proseslərindən  (nəqşlən- 

dirmə-öyrənmə,  hifzetmə-yaddasaxlama,  tanıma  və  yadasal- 

ma-xatırlama) kənarda mümkün deyildir. Bütün psixi proseslərin ən 

mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini, 

tamlığını və bütövlüyünü təmin edir. İnsanın hafizəsi onun keçdiyi 

həyat  yolunun,  keçmiş  təcrübəsinin  inikasıdır.  Hafizəni  «psixi 

həyatın  əsas  şərti»,  «psixi  inkişafın  məhək  daşı»  hesab  edən 

Y.M.Seçenov  onu  (hafizəni)  bütün  psixi  inkişafın  təməlini  təşkil 

edən qüvvə hesab edirdi. 

136 


Əgər  bu  qüvvə  olmasaydı,  qavranılan  cisim  və  hadisələr 

özündən sonra iz buraxmasaydı, milyonuncu dəfə təkrar edildikdə 

belə, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı. 

Deyilənlərdən  aydın  olur  ki,  diqqət  və  hallzə  digər  psixi 

proses  və  hadisələrə  dərindən  nüfuz  edir  və  onları  şərtləndirir. 

Diqqət olmadan gerçəkliyin aydın dərk edilməsi, hallzəsiz isə dərk 

edilən  cisimlərin  yadda  saxlanması  və  sonrakı  təcrübədə  istifadə 

edilməsi mümkün olmazdı. 

Rus pedaqoqu K.D.Uşinski göstərirdi ki, hafizə lələk- kürə 

əsaslanmalı  və  eyni  zamanda  təfəkkürü  inkişaf  etdirməlidir. 

Hafizəmiz gərəkli biliklərlə nə qədər zəngin olarsa, fikirlərimiz də o 

nisbətdə  düzgün  və  məzmunlu  olar.  Deməli,  biz  fikirləşərkən 

hafizənin materialına əsaslanırıq. Bilik ağlı zənginləşdirir, ağlın özü 

yaxşı təşkil olunmuş biliklər sistemindən başqa bir şey deyildir. 

İstər  materialın  seçilməsində,  istərsə  də  onların  sistemə 

salınmasında  diqqət  və  hafizənin  fəaliyyəti  üzvi  surətdə  çulğa- 

laşaraq biri-birini şərtləndirir. 

Diqqət və hafizə təlim materialının mənimsənilməsini təmin 

edir.  Mmimsmıa  materialla  ilk  tanışlıqdan  başlayır  və  həmin 

materiala  tam  yiyələnməklə  başa  çatır.  Yəni  ləlim  prosesinin 

nəticəsi kimi təzahür edir. Təlim materialının yaxşı mənimsənilməsi 

onu (materialı) aydın surətdə izah etməyə, mahiyyətini açıqlamağa, 

real  fakt  və  dəlillərlə  əsaslandırmağa,  digər  biliklərlə 

əlaqələndirməyə, əməli fəaliyyətdə tətbiq etməyə imkan verir. 

Mənimsəmə  fəal  təfəkkür  əməliyyatları  və  şüurlu  fəaliyyət 

prosesində  baş  verir.  Mənimsənilmiş  material  təcrübədə  və  əməli 

fəaliyyətdə istifadə olunduqda daha artıq möhkəmlənir. 

Materialın  çətinlik  dərəcəsindən  asılı  olaraq  mənimsəmə 

prosesində  müəyyən  əqli  gərginlik  nəzərə  çarpır.  Əqli  gərginliyi 

aradan  qaldırmaq  məqsədilə  təfəkkür  əməliyyatları  təlim 

materialını  daha  əhatəli  və  dərindən  dərk  elməyə  şərait  yaradır. 

Ümumiyyətlə, mənimsəmə həmişə az, ya çox dərəcədə fəal şəkildə 

cərəyan  edən  prosesdir.  Digər  tərəfdən,  qarşıya  aydın  məqsəd 

qoymadan, vəzifələri konkretləşdirmədən, ləa- 

137 


liyyolin  vasitə  və  yollarını  müəyyənləşdirmədən  mənimsəmə 

prosesini səmərəli təşkil etmək mümkün deyil. 

Deməli,  mənimsəmə  təfəkkürə  əsaslanan  məqsədəuyğun, 

şüurlu, fəal, mürəkkəb bir psixi prosesdir. 

O.  bir sıra komponentlərdən ibarətdir: 

• 

materialı ib tanışlığa imkan veıwı duyğu və qavrayış 



prosesbrindən: 

•  öyıwwnin  nhmimsəma  prosesində  fəallığını  təmin  edən 



diqqət,maraq və meyil, tələbat, arzu və istək, hiss və emosiyalardan: 

•  materialın  dərk  edilməsini  təmin  edən  təfəkkür 



proseslərindən; 

• 

materialın  öyrənilməsini,  yadda  saxlandmasım,  tanıma 

və  yada 

salınmasını təmin edən hafizə proseslərindən;

 

•  mənimsəmə  prosesində  qarşıya  çıxan  çətinlikləri  dəf 



etməyə  imkan  verən,  öyrənmə  prosesinə  inamı  artıran  iradədən 

ibarətdir. 

Mənimsəmənin  komponentləri  bir-birilə  vəhdətdə  cərəyan 

edir.  Bununla  əlaqədar  olaraq  təlim  prosesinin  səmərəliliyini  və 

intensivliyini təmin etmək məqsədilə mənimsəmə komponentlərinin 

ahəngdar fəaliyyətini təmin etmək lazımdır. 

Mənimsəmənin  səmərəliliyinə  təsir  edən  amillər  çoxdur. 

Bunlardan bir neçəsini qeyd edək: 

•  təlim  prosesində  nəzəriyyə  və  praktikanın  didaktik, 



dinamik  ətaqə.sinin  təmin  edilməsi  materialın  mənimsənilmə.sinə 

mii.sbət təsir göstərir; 

•  materialın  məzmunca  zəngin  və  rəngarəng  olması,  ona 



uyğun  metod  və  tərzlərdən  istifadə  edilməsi  mənimsəmənin 

.səmərəliliyini artırır; 

•  təhsil  alanı  yadda  saxlamanın  əlverişli  yolları  ilə  tanış 



etmək mənimsəmə prosesinin intensivliyini təmin edir

•  təlim  materialının  mənimsənilməsində  təlimin  müasir 



te.xniki vasitələrindən, ən yeni təlim metodlarından istifadə mühüm 

rol oynayır; 

•  təlim  prose.sində  öyrənənlərin  psixi  fəallığının  təmin 



edilməsi, diqqətin düzgün təşkili, analizatorlarin birgə fəaliyyə- 

13S 


tilw  daha  çox  istinad  edilməsi,  proqram  materialının  tədricən 

miirəkkəbbşdirilməsi,  mühüm  və  əsas  cəhətlərinin  dərk  edilməsi, 

onlar  arasında  məntiqi  əlaqələrin  yaradılması,  səhəb  ıvı  nəticə 

əlaqələrinin üzə çıxarılması, elmi anlayıçların aydın izahı, nəzəri, 

praktiki və yaradıcı təfəkkürün ink^af etdirilməsi, müvafiq bacarıq 

və  vərdb'lərin  formala.'şdınlması  və  s.  amillər  mənimsəmənin 

səmərəliliyini artırır. 

Deməli,  biliklərin  mənimsənilməsinin  reprodukliv  (latınca 



reprodukliv,  reproduksiya  -  re-yenidən+produksio-  istehsal,  əsər 

deməkdir)  variantı  belə  bir  ardıcıllıqla  cərəyan  edir:  fakt  və 

hadisələrin  qavranılması;  onların  daxili  əlaqə  və  asılılıqlarının, 

mühüm  cəhətlərinin  dərk  edilməsi;  anlama;  tələbənin  anladığı 

biliklərdən  daha  əsas  olanları,  aparıcı  tezisləri,  sübut  və  dəlilləri, 

başlıca  nəticələri  hafizəsində  saxlamaq  üçün  səy  göstərməsi.  Bu 

məntiqi, 

sistemli, 

əqli 

fəaliyyət 



təlim 

materialının 

mənimsənilməsini təmin edir. 

Mənimsənilmiş  material  reprodııktiv,  alqoritmik  (IX  əsr 

özbək  riyaziyyatçısı  Xarəzminin  latmiaşdırılmış  (Aiqorithmi) 

adından götürülmüşdür, intuitiv anlaşılan, özlüyündə aydın sayılan 

deməkdir.  Riyaziyyatın  aiqoritm  nəzəriyyəsi  adlı  bölməsi 

aiqoritmiərin ümumi xassələrini öyrədir), axtarıcılıq, yaradıcılıq və 

digər  səviyyələrdə  tətbiq  olunmalıdır.  Təəssüfiə  qeyd  etmək 

lazımdır ki, ali məktəblərdə bir sıra hallarda sonuncu mərhələ, yəni 

biliklərin  bu  və  ya  digər  forma  və  səviyyələrdə  tətbiqinə  kifayət 

qədər  əhəmiyyət  verilmir  və  nəticə  etibarilə  mənimsəmə  prosesi 

tamamlanmamış qalır. 

Ali məktəbdə təhsil prosesində tədris materialının 

reproduktiv yolla mənimsənilməsi, başqa sözlə, tədrisin rep- 

roduktiv variantı aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir: 



məqsədin qoyulması —* fakt və hadisələrin qavranılması dərketmə 

—> anlama —» yadda .saxlama mənimsəmə —> tətbiqetmə 

(reproduktiv, alqoritmik, yaradıcı). 

Ali  məktəbdə  tədrisin  prodaktiv  variantında  bir  sıra  yeni 

elementlər  təzahür  edir.  Bu  variant  bələdləşmə  (oriyentr),  icra, 

nəzarət və .sistemləşdirmə mərhələlərindən ibarətdir. Biliklərin 

139 


əldə  edilməsi  və  tətbiqi  axtarış  və  yaradıcılıq  xarakteri  daşıdıqda 

təşəbbüskarlığa, özünütəhlil və özünüidarəyə geniş meydan açılır. 

Bu kontekstdə tədris prosesi təlim-idrak situasiyaları zənciri 

formasında  təzahür  edir.  Müəllim  və  tələbələr  qarşıya  qoyulmuş 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin