FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   2   3   4   5   6   7   8   9   10   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

vəzifələri (situasiyaları) həll etmək üçün müxtəlif vasitə və yollar 

seçərək  birgə  fəaliyyət  (təlim  fəaliyyəti)  göstərirlər.  Əlbəttə,  bu 

zaman  təkcə  metodiki  deyil,  həm  də  geniş  mənada, 

psixoloji-pedaqoji  fəaliyyət  göstərilir  və  gözlənilən  nəticələr  əldə 

edilir. 

Tədris prosesinin produktiv variantını sxematik olaraq belə 

təsvir etmək olar: 

I.  BsİTxlhşmTf (oriyentasiya) nwvhahsi: 

•  qavrama, ımsahnin müstəqil surətdə ifadə edilməsi: 

•  məsələnin .şərtlərinin təhlili: 

•  məsələnin  həlli  üçün  zəruri  biliklərin  yada  salmma.sı, 

bərpası və tamamlanması (yenilərinin əlavə edilmə.d): 

•  hipotezirı irəli sürülməsi: 

•  pro.sesin və nəticələrin proqnozlaşdırılması: 

•  müvafiq  planın,  layihənin,  yaxud  proqramın  tərtib 



edilmə.si. 

II.  İcra mərhələsi: 

•  məsələnin  məlum  yollarla  həll  edilməsinə  cəhd 

Göstərilməsi: 

•  məsələnin  həlli  planının  dəyişdirilməsi,  yeni  yolların 



tapılması. 

III.  Nəzarət mərhələsi: 

•  məsələnin yeni yollarla həlli: 

•  həllin yoxlanılması. 

IV.  Sistemləşdirmə mərhələsi: 

•  mə.s'ələnin  həllinin  yeni  qayda.sının  tələbələrin  malik 



olduğu informasiyalar sisteminə daxil edilməsi: 

•  yeni problemin qoyulması. 

Tələbələrin  bilikləri  mənimsəməsinin  reproduktiv  və 

produktiv variantının aşağıda göstərilən cədvəl əsasında müqayisəsi 

göstərir  ki,  ali  məktəbdə  kamil  mütəxəssis  hazırlamaq  məqsədilə 

mənimsəmə  aktında  daha  çox  müstəqillik  tələb  edən  produktiv 

varianta  üstünlük  verilməlidir.  Bu  yolla  təhsilalanlarda  diaqnost- 

iaşdırma, proqnozlaşdırma, layihələşdirmə bacarığını inkişaf et 

140 


dirmək,  onları  bazar  iqtisadiyyatı  və  rəqabət  şəraitində  işləməyə 

hazırlamaq, tolerant şəxsiyyət kimi formalaşmaq mümkündür. 

Biliklərin 

mənimsənilməsinin 

reproduktiv 

variantı 

Biliklərin  mənimsənilməsinin  produktiv 

variantı 

Məqsədin 

Bəhdləşmə (oriyentr) mərhələsi

 

(qavrama. 



qoyulması 

problemin  müstəqil  surətdə  ifadə  edilməsi, 

hipotezin  irəli  sürülməsi,  proqnozlaşdırma, 

layihələşdirmə) 

Fakt və hadisələrin 

İcra mərhələsi

 

(problemin həllinin yeni 



qavranılması 

yollarının tapılması) 

Dərketmə 

Nəzarət  mərhələsi

 

(problemin  yeni  yollarla 



həlli və həllin yoxlanılması) 

Anlama 


Sistemləşdirmə mərhələsi

 

(yeni biliklərin 



Yaddasaxlama 

tələbənin malik olduğu informasiyalar 

Mənimsəmə 

sisteminə daxil edilməsi, yeni problemin 

Tətbiqetmə 

qoyulması) 

Pedaqoji  ədəbiyyatda  təlim  informasiyalarının  tələbələr 

tərəfindən  qavranılması,  mənimsənilməsi  və  bərpası  prosesinin 

mərhələləri 

(pillələrini, 

səviyyəsini) 

aşağıdakı 

kimi 

ümumiləşdirilir: 



pillə  -  primitiv  (başlanğıc)  qavrama.  Bu,  şəraitə 

fizioloji uyuşmanın (adaptasiyanın) təzahürüdür. 

II pillə  -  şiiuraltı  qavrama.  Bu,  şərtsiz  reflekslər  əsasında 

informasiyanın ilkin dərk edilməsi mərhələsidir. 

III pillə - mənanın, məzmunun qavranılması, ha.yqa .sözlə, 



semantik  qavrama.  İnformasiya  üzərində  müəyyən  əməliyyatlar 

aparılır,  sözlə,  yaxud  simvolik  (işarələrlə)  formada  ifadə  edilən 

anlayışlar meydana gəlir. Bu səviyyədə anlayışlar arasında məntiqi 

əlaqələr yaranır, tələbə fikri axtarıcılığa yönəlir. 

IV pillə  -  praqmatik  (pruktik)  .səviyyə.  Bu  pillədə 

informasiyalar  üzərində  müəyyən  emosional  və  rasional  motivlər 

əsasında əməliyyatlar aparılır. 

141 


Bütün  pillələr ierarxik  olaraq biri-birilə vəhdətdədir və hər 

bir səviyyədə tədris materialı üzərində iş gedir. 

Ali  məktəbdə  tədris  materialı  çoxlu  anlayışları,  terminləri, 

qanunauyğunluqları əhatə etdiyindən semantik qavrama pilləsi daha 

əsas və həlledicidir. 

Ali  məktəbdə  elmi  məlumatların  mənimsənilməsi  belə  bir 

məntiqi ardıcıllıqla cərəyan edir

 

Cəmiyyətin  tarixi  inkişafı  yolunda  iki  proses:  bir  tərəfdən 



ətraf aləmin dərk edilməsi, digər tərəfdən, böyüməkdə olan nəslin 

təhsili və təlimi vəhdət halında cərəyan edir. Sivilizasiyaların bütün 

mərhələlərində bu iki proses cəmiyyətin mövcudluğunu şərtləndirir. 

Gerçək aləmin dərk edilməsilə təlim prosesi arasında nə kimi 

vəhdət  vardır?  İdrakın  əsas  funksiyası  obyektiv  aləmin  yeni 

faktlarını,  yeni  qanunauyğunluqlarını  aşkarlamaqdır.  Təlimin 

məqsədi  insanları  idrakın  əldə  etdiyi  yeni  bilik  və  təcrübə  ilə 

silahlandırmaqdır. İdrakla təlim arasında çox dərin daxili əlaqələr 

var:  idrak  təlimə  münasibətdə  birincidir.  Təhsilin  məzmununu 

idrakın nəticəsi olan biliklər təşkil edir. İdrakın nəticəsi olan biliklər 

yalnız təhsilin məzmununa daxil olduqdan, yəni insanlar tərəfindən 

öyrənildikdən  sonra  əməli  fəaliyyətdə,  istehsal  əməyində  tətbiq 

edilir. İdrakın, elmin inkişafı yalnız bu yolla mümkündür. 

Bu prosesi sxematik olaraq belə təsvir etmək olar: 

142 


 

Sxemdən  də  göründüyü  kimi,  təlim  fərdi  və  ictimai-tarixi 

idrakı  əlaqələndirən  həlqədir.  Deməli,  təlimin  inkişafetdirici 

qüvvələri, hər şeydən əvvəl, fərdi və ictimai-tarixi idrak arasındakı 

ziddiyyətlərdir. 

Obyektiv gerçəkliyin bütün cisim və hadisələrində əksliklər 

və  onların  vəhdəti  mövcuddur.  Əksliklər  -  cismin  elə  tərəfləri, 

xassələri,  qüvvələridir  ki,  bunlar  biri  digərini  rədd  edir,  eyni 

zamanda da biri-birinin olmasını tələb edir. Əksliklərin ziddiyyətli, 

bir-birini rədd edən xarakteri labüd surətdə onlar arasında mübarizə 

doğurur və bu, inkişafın əsas hərəkətverici qüvvəsini təşkil edir. 

Varlığın  ikiləşib  əksliklərə  bölünməyən  predmet  və  ya 

hadisəsi  yoxdur. Deməli, pedaqoji prosesin inkişafının mənbəyini 

və hərəkətverici qüvvəsini də əksliklərin mübarizəsi təşkil edir. 

Təlim  öyrənənin  fərdi  inkişafı  qarşısında  konkret  tarixi 

dövrün bilik səviyyəsini mənimsəmək vəzifəsini qoyur və bu 

143 


prosesdə fərdi inkişaf həmişə ictimai-larixi inkişafdan geri qalır. Bu 

proses arası kəsilmədən dialektik surətdə davam edir və cəmiyyətin. 

deməli, həm də təlim prosesinin inkişafına təkan verir. 

Təlim prosesinin özünəməxsus daxili ziddiyyətləri də vardır. 

Belə ziddiyyətlərdən biri, təlimin idrak və praktik vəzifələrinin tələh 

etdiyi təfəkkür fəaliyyəti Hə təhsil alanın mövcud inkişaf səviyyəsi, 

bacarıcj və vərdişləri arasındakı ziddiyyətlərdir. Təlimin vəzifələri 

isə təlimin məntiqi ilə müəyyən edilir və a rası kəsilmədən yeniləşir. 

Öyrədən  və  öyrənənin  fəaliyyəti  birgə  fəaliyyət  prosesində 

birləşir. Bu prosesin hər iki tərəfi arasında ziddiyyətlər təzahür edir. 

Bu,  bir  tərəfdən,  təlim  prosesində  meydana  çıxan  sual,  tapşırıq, 

məsələ,  tələb  olunan  düşüncə  lərzidirsə,  digər  tərəfdən  axtarış, 

güman, mülahizə, cavab, həll deməkdir. 

Öyrədənin  məharəti  bundadır  ki,  öyrənənləri  biliklərlə 

silahlandırdıqca  onları  daha  mürəkkəb  vəzifələrin  həllinə  yenəldə 

bilir. 


Təlim prosesində çətinliyin dərəcəsi müəllimin əlində ləlim 

prosesinin  daxili  hərəkətverici  qüvvəsini  müəyyənləşdirmək  üçün 

əsas  çıxış  nöqtəsidir  və  bunlar  da  öyrənənlərin  əqli,  əxlaqi,  iradi, 

emosional sferalarının inkişafının hərəkətverici qüvvəsidir. 

Ziddiyyətlər  o  zaman  təlimin  hərəkətverici  qüvvəsinə 

çevrilirlər  ki,  onlar  öyrənən  üçün  müəyyən  əhəmiyyət  kəsb  etsin, 

ziddiyyətin həlli isə onlar tərəfindən zərurət kimi qəbul edilsin. 

Cəmiyyətin  ali  təhsilə  verdiyi  tələblərlə  konkret  şəraitdə  təlim 

prosesinin imkanları arasında, öyrətmə və öyrənmə prosesləri 

arasında, elmlə tədris procpwnları arasında, hi.ssi və rasional 

düşüncə tərzi arasında, öyrənənin konkret və abstrakt təfəkkürü 

arasında,  təlim  pro.sesində  irəli  .sürülən  idraki-praktik 

vəzifələrlə təhsil alanların ümumi inkişaf .səviyyələri arasındakı 

uyğunsuzluqlar təlim pro.se.sinin ziddiyyətləridir. 

Təlim prosesinə xas olan bu ziddiyyətlər yalnız aşkarlandığı 

və  dəf  edildiyi  təqdirdə  onun  hərəkətverici  qüvvələrinə  çevrilir, 

təkcə təlimin deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisini təmin 

edir. 

144 


5.3. ALI MƏKTƏBDƏ TƏLİMİN PRİNSİPLƏRİ 

Təlimin  prinsipləri  (prinsip  latınca  prinsipinin  -  başlanğıc 

əsas deməkdir. Hər hansı bir nəzəriyyənin, təlim, elm, dünyagörüşü 

və şairənin istinad etdiyi əsas müddəalar; insanın əxlaq və fəaliyyət 

norması),  bir  qayda  olaraq  təlim  prosesinin  obyektiv 

qanunauyğunluqları ilə təhsil məqsədləri arasındakı mövcud zəruri 

əlaqələri  əks  etdirir.  Prinsiplər  pedaqoji  prosesin  idarə  edilməsini 

təmin edən normativ müddəalardır. Qanun və qanunauyğunluqların, 

təlimin  məqsədi,  mahiyyəti,  məzmunu,  strukturu  və  digər 

komponentlərinin metodoloji təzahürü və ifadəsidir. 

Müasir  didaktikada  təlim  prinsipləri  pedaqoji  fəaliyyəti  və 

təlim  prosesini  istiqamətləndirən,  təlimin  qanunauyğunluqları 

nəzərə alınmaqla pedaqoji məqsədlərə nail olmağa imkan verən əsas 

müddəalardır. 

İndiyə qədər ali məktəb pedaqogikası ilə bağlı nəşr olunan 

dərs  vəsaitlərində  təlimin  prinsipləri  ilə  bağlı  verilən  təsnifatlar 

biri-birindən  çox  az  fərqlənir  və  orta  ümumtəhsil  məktəbi 

didaktikasının irəli sürdüyü prinsiplərin transformasiyasından başqa 

bir  şey  deyil.  Əslində  həm  orta  məktəb,  həm  də  ali  məktəb 

didaktikası  «#ıaj/  öyrətm^k»,  «nec9  öy-  fi)Umk»  və  «na  üçün 



öyr9tm^k»  suallarına  optimal  cavab  tapmağa  kömək  etməlidir. 

Buradan  belə  bir  məntiqi  nəticə  çıxır  ki,  ali  məktəbdə  təlim 

prinsipləri  sistemini  müəyyənləşdirərkən  ali  təhsil  verən  tədris 

müəssisələrinin  özünəməxsus  xüsusiyyətləri  nəzərə  alınmalıdır. 

Fikrimizcə, bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir: 

•  ali  məktəbdə  elmlərin  əsasları  deyil,  elmin  sistemi  inki- 



.^afda və dəyişmədə öyrənilir; 

•  tələbələrin müstəqil liflərinə daha geniş yer verilir; 

•  tələbələrin  elmi-tədqiqat  və  tədris-tədqiqat  işlərində  fəal 

iştirakı təmin olunur; 

•  ali məktəb müəlliminin tədris və elmi fəaliyyəti sıx vəhdət 



təşkil edir və bir-birini tamamlayır; 

145 


•  ali  məktəbdə  tədris  edilən  bütün  fənlər  mütəxəssis 

hazırlığına yönəldilir və s. 

Aşağıdakı  cədvəl  elmi-pedaqoji  ədəbiyyatda  ali  təhsilin 

özünəməxsus xüsusiyyətlərinə istinadən irəli sürülən prinsipləri əks 

etdirir: 

Xa

 

Ali məktəbdə təlimin prinsipləri



 

Müəlliflər

 

1

 



Tələbələrin təlim və elmi fəaliyyətinin

 

 



 

təmin edilməsi prinsipi

 

t.İ.Kovilyaskiy



 

i

 

2



 

Peşəyə istiqamətlənmə prinsipi

 

A.B.Barabanşikov



 

y

 

Professional mobillik prinsipi



 

Y.V.Kiselev, V.A.Lisizin 

və b.

 

T.V.Lisizın. 



T.V.Kudryascv və b.

 

4



 

Probleminik prinsipi

 

5

 



Bütün  təlim  prosesinin  emosionallığının 

və nikbinliyinin təmin edilməsi prinsipi

 

R.A.Nizamov,



 

6

 



Öyrədən və öyrənənlərin fəaliyyətlərinin 

biri-birini şərtləndirdiyi (və ya düz və əks 

əlaqənin vəhdəti prinsipi)

 

F.İ.Naumenko



 

7

 



Öyrədən 

və 


öyrənənlərin 

fəallıq 


dərəcələrində tərs mütənasiblik prinsipi

 

N. Kazımov



 

8

 



Üsulların 

müxtəlifliyindən 

istifadə 

prinsipi


 

N.Kazımov

 

9

 



Varislik prinsipi

 

N.Kazımov B. Bəşirov



 

Pedaqoqlarm  böyük  əksəriyyətinin  qəbul  etdiyi  təlim 

prinsipləri aşağıdakılardır. 

Elmilik  prinsipi  obyektiv  aləmin  inkişafı  ilə  onun  insan 

şüurunda  elmi  konsepsiyalar  və  nəzəriyyələr  şəklində  inikası 

arasındakı  dialektik  əlaqəni  aşkarlayır  və  tədris  fənlərinin  elmi 

məzmununu  əsaslandırır.  Bu  prinsipin  tələbi  əsasında  tələbələrin 

peşə-ixtisas  informasiyalarını  mənimsəməsi  prosesində  elmi 

proqnozlaşdırma ilə elmi nailiyyətlərin əlaqəsi təmir edilir. 

146 


Ali  məktəbdə  elmilik  prinsipi  nəzəriyyə  və  fərziyyələrin 

düzgün  qiymətləndirilməsində,  aksiom,  postulat  və  prinsiplər 

arasındakı əlaqədə özünü göstərir. Bunlar elmin çıxış nöqtələridir. 

S.İ.Arxangelskiyə  görə,  elmilik  prinsipi  aşağıdakı 

məsələlərin həlli yollarını göstərməlidir: 

• tədris fənninə daxil edilən hər hansı yeni məzmunun elmi 

xarakteri əsaslandırılmalıdır; 

• sistematik olaraq toplanılan elmi potensial ilə elmi proqnoz 

arasındakı əlaqə müəyyənləşməlidir; 

• elmi  meyarlar,  səviyyə,  ölçü,  anlayışın  dəyişmə  forması 

müəyyən edilməlidir; 

• öyrənilən  fənnin  elmi  məzmununun  metodoloji  qiyməti 

müəyyənləşməlidir. 

Ali  peşə-ixtisas  təhsili  elmin  inkişaf  tarixini  və  müasir 

dövrdə 

prioritetlərini 



bilməyi, 

elmin 


tərəqqisini 

insan 


sivilizasiyasının, 

texnikanın 

və 

praktikanın 



inkişaf  ilə 

əlaqələndirməyi  tələb  edir.  Bununla  əlaqədar  olaraq  ali  təhsil 

prosesində konservativ (stabil) komponentlə  «gələcəyə  yönəlmiş» 

texnoloji  innovasiyalarla  zəngin  dinamik  komponentin  dielektrik 

vəhdəti nəzərə alınmalıdır. 

Sistematiklik  (sistemlilik)  prinsipi

 

ali  məktəbdə  təhsil 



prosesinin  reallaşdırılması  xüsusiyyətlərini  müəyyən  edir. 

Məlumdur  ki,  ali  təhsil  müəssisəsində  təlim  tələbələr  tərəfindən 

mahiyyət  xarakterli  informasiyaların  və  inteqrativ  biliklərin, 

bacarıq  və  vərdişlərin  müəyyən  ardıcıllıqla,  sistem  şəklində 

mənimsənilməsini  təmin  edir.  Bununla  yanaşı,  sistematiklik 

prinsipi  kontekstində  tələbə  şəxsiyyəti  müntəzəm  olaraq 

özünütəkmilləşdirmə  prosesinə  istiqamətləndirilir.  Fasiləsiz, 

çoxmərhələli təlim prosesi tələbənin fərdi imkan və qabiliyyətlərini 

sosial mühitlə vəhdətdə reallaşdırması üçün zəruri şərait yaradır. 

Təlimin  şiıurlnluq  və  müstəqillik  prinsipi

 

tələbədə  gerçək 



aləmə, elmi biliklərə, nəzəriyyə və konsepsiyalara şəxsi, subyektiv 

yanaşma  tərzinin  formalaşdırılmasmda  təzahür  edir.  Bu  prinsip 

təhsil alanlarda refleksiya (latınca refleksis - əks 

147 


etmə,  inikas  deməkdir.  Refleks  -  orqanizmin  xarici  və  daxili 

mühitin qıcıqlarına mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cəld 

cavabdır) qabiliyyətinin  inkişaf etdirilməsi  yolu  ilə mövcud təlim 

stereotiplərinin (yunanca stereos - bərk, möhkəm, tipos - iz, şəkil 

deməkdir.  Stereotipiya  iki  sözün  birləşməsindən  əmələ  gəlib. 

Stereotip - eyni bir psixi fəaliyyət aktının təkrar edilməsinə -meyl 

göstərməkdir) aradan qaldırılmasını tələb edir. 

Ali  məktəbdə  təlim  prosesində  şüurluluq  prinsipinin  iki 

aspekti diqqəti cəlb edir: 

•  talim  fəaliyyətinin  ^'əx.si  məna  kəsb  edən  motivlərinin 



dərk edilməsi: 

•  təlim  informasiyasının  peşə-ixtisas  əhəmiyyətinin  dərk 



edilməsi. 

Şüurluluq  prinsipi  ilə  dialektik  vəhdətdə  olan  müstəqillik 

prinsipi aşağıdakı tələbləri reallaşdırmağa imkan verir: 

•  idrak  fəallığı  vasitəsilə  təh.sil  alanların  intellektual 



qabiliyyətləri aşkarlanır; 

•  özünütəhsilprosesi üçün əlverişli şərait yaranır: 

•  təhsil alanlar elmi-tədqiqatçılıq fəaliyyətinə cəlb olunur: 

•  tədris və elmi problemlərin fərdi həlli yolları tapılır. 



Fərdin kollektivlə əlaqəsi prinsipi tələbə kollektivinə 

«subyektlərin məcmusu» kimi baxmağı tələb edir. Tələbə kollektivi 

idrak  fəaliyyətinin  subyekti  olub,  qarşılıqlı  əlaqə,  qarşılıqlı 

korreksiya  (latınca  correktura  -  düzəliş  deməkdir),  qarşılıqlı 

motivləşdirmə prosesində formalaşır. Bu prinsip, mahiyyət etibarilə 

qrupun, kursun, tələbə kollektivinin inkişafının yüksək mərhələsini 

ifadə  edir.  Fərdin  kollektivlə  əlaqəsi  prinsipi  kollektivin  ümumi 

strategiyasının,  birgə  fəaliyyət  proqramının,  ümumi  tələblərin, 

təlim  problemlərinin,  elmi  ideyaların  və  onların  birlikdə  həlli 

cəhdinin  olması  deməkdir.  Tələbə  qrupunun  birgə  fəaliyyəti 

təlim-idrak  prosesinin  effektivliyini  təmin  edən  konkret  psixoloji 

mexanizmdir. Tələbələrin öz qüvvə və imkanlarını səfərbər etməsi, 

informasiyalar- 

148 


diin  operativ  surətdə  yararlanmasj  və  onu  tənzimləməsi  kollektiv 

idrak  fəaliyyətini  təmin  edən  və  intensivləşdirən  mühüm 

komponentlərdir. 

Konkreth  mücarrədin  vəhdəti  prinsipi

 

tədris  prosesində 



mücərrəd  təfəkkürlə  əyaniliyin  əlaqəsini  ifadə  edir.  Konkret  və 

mücərrədin  vəhdəti  prinsipi  tələbələrin  evristik  potensialının 

inkişafım  da  nəzərdə  tutur.  Tələbələrin  evristik  potensialı  üç 

səviyyədə təzahür edir: 

• faktoloji  s^viyys  -  trilim  nwteriahmn  məzmununun 

mənimsənilməsi; 

• nəzəri  səviyyə  -  təlim  materialının  təhlili,  sistemləış-  (Iir 



ilməsi, təsnifatı; 

• metodoloji  səviyyə  -  xüsusi  təfəkkür  əməliyyatı  haqqında 



təsəvvürlərin inkişafı. 

Biliklərin müvafiq Uy i, möhkəmliyi və etibarlılığı prinsipi 

ləlim  informasiyalarına  kompleks  tələblər  verir,  tələbələrin 

intellektual imkanlarının ən yüksək həddini və daimi inkişafını tələb 

edir. Tədris materialının elmi-nəzəri mürəkkəblik səviyyəsi, həcmi, 

təlimin forma və metodları məhz biliklərin müvafıqliyi, möhkəmliyi 

və etibarlılığı prinsipi əsasında müəyyənləşdirilir. 

Adı çəkilən prinsiplər - ali məktəbdə peşə-ixtisas təhsilinin 

reallaşdınlmasmı  təmin  edən  əsas  faktorlardır.  Buna  nail  olmaq 

üçün bir neçə əsas şərtə əməl olunmalıdır. Bunlar aşağıdakılardır: 

• inkişaf  etmiş  elm  sahələrinin  qavramiması  və  dərk 



edihnə.sini təmin edən kifayət qədər stabil fundamental və praktik 

biliklərin həcminin dəqiq .surətdə müəyyənləşdirilmə.si; 

• mənim.sənilmə.si  zəruri  olan  peşə-ixtisas  bacarıq  və 



vərdişlərin müəyyənləşdirilmə.si; 

• elmin və texnikanın müvafiq sahələrinin əsas ideyalarının 



və inkişaf istiqamətlərinin aşkarlanma.sı; 

• tələbələrin  ümumi  və  elmi  inkişaf  səviyyə.sinə, 



dünyagörüşünə, 

mədəni 

sferasına 

verilən 

tələblərin 

dəqiqləşdirilmə.si. 

149 


Varislik  prinsipi  spesifiklik  təşkil  edir  və  təlim  prosesində 

metodoloji  müddəalar  öyrədilərkən  onların  keçmiş  inkişafının 

nəzərdən keçirilməsini və müasir təsəvvürlər yaradılmasını nəzərdə 

tutur. 


Varislik prinsipi müəllimlə tələbə və müxtəlif fənlər (ali və 

orta məktəbdə öyrənilən kurslar) arasında qarşılıqlı əlaqəni tənzim 

etməyə imkan verir. Bu əsasda qiymət meyarları, təlimin müxtəlif 

mərhələləri üçün vahid terminologiya, qarışıq kursların proqramları 

və  s.  yaradılır,  tədris  planlarının  məzmunu  və  quruluşu 

təkmilləşdirilir.  Varislik  məktəblə  ali  məktəb,  kursla-  kurs,  ali 

məktəblə istehsalat arasında əlaqənin yaranma.sını təmin edir. 

Qeyd etmək lazımdır ki, orta məktəb didaktikasında olduğu 

kimi, ali məktəb didaktikasında da hələlik təlim prinsiplərinin vahid 

sistemini 

yaratmaq 

mümkün 


olmamışdır. 

Ali 


məktəb 

pedaqogikasına həsr olunmuş dərslik və dərs vəasitlərində müxtəlif 

prinsiplər irəli sürülür. Əslində bu təsnifatlar biri-birindən o qədər 

də fərqlənmir. 

Zənnimizcə, ali məktəbdə təlim prinsiplərini qruplaşdırmaq 

daha  səmərəli  nəticə  verə  bilər.  Təsadüfi  deyil  ki,  son  dövrlərin 

pedaqoji  ədəbiyyatında  bütün  prinsiplərin  sintezi  əsasında  yeni 

təlim  prinsipləri  qrupları  yaratmaq  ideyaları  irəli  sürülür.  Bu 

qruplaşdırmalar  içərisində  daha  məntiqi  hesab  etdiyimiz 

aşağıdakılardır: 

• ali  təhsilin  gələcək  mütəxəssisin  hazırlığını  təmin  etməsi 

prinsipi; 

• ali  təhsilin  məzmununun  elmin,  texnikanın  və 



texnologiyaların 

(istehsalın) 

həm 

müasir, 

həm 

də 

proqnozla.ydırılan inkişaf səviyyələrinə uyğunlaşdırılınası prinsipi; 

• ali  məktəbdə  təlimin  fərdi,  qrup  və  ümumi  təşkili 



formalarının optimal surətdə uzlaşdırılması prinsipi; 

• mütəxəssis  hazırlığının  müxtəlif  mərhələlərində  təlimin 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin