Sertifikatlaşdırma
–
sertifikatlaşdırma
orqanı
tərəfindən
həyata
keçirilən
obyektlərin
texniki
reqlamentlərin tələblərinə, standartların müddəalarına və ya
müqavilələrin şərtlərinə uyğunluğunun təsdiqi formasıdır.
•
Uyğunluğun təsdiqi – məhsulun və ya digər
obyektlərin, istehsal proseslərinin, istismarın, saxlanmanın,
daşınmanın, satışı və utilləşdirilməsinin, işlərin yerinə
yetirilməsi və ya xidmətlərin göstərilməsinin texniki
reqlamentlərin tələblərinə, standartların müddəalarına və ya
müqavilələrin şərtlərinə uyğunluğunun sənədli təsdiqidir.
Beləliklə, sertifikatlaşdırma irəli sürülən tələblərə
obyektlərin uyğunluğunun təsdiqi formalarından biridir. O,
sertifikatlaşdırmanın aparılmasının və obyektlərin məcburi
492
tələblərə
uyğunluğunun
yoxlanılmasının
məcburiliyi
baxımından məcburi, həm də könüllü ola bilər.
Könüllü sertifikatlaşdırma obyektlərin qeyri-məcburi
tələblərə, o cümlədən standart və müqavilələrin bütün
kateqoriyalarının tələblərinə uyğunluğuna aparılır.
•
Uyğunluq sertifikatı – obyektin məcburi və ya
qeyri-məcburi tələblərə uyğunluğunu təsdiq edən sənəddir.
Uyğunluğun təsdiqinin mahiyyəti ərizəçiyə obyektin
müəyyən edilmiş tələblərə uyğunluğuna dair sənədin
verilməsindən ibarətdir. Uyğunluğun təsdiqi uyğunluğun
qiymətləndirilməsinin nəticələrinə görə həyata keçirilir.
Hazırda sertifikatlaşdırma uyğunluğun təsdiqi
formalarından biri kimi, məsələn, təşkilatlarda əməyin
mühafizəsi üzrə işlərə də tətbiq edilir..
14.1. Uyğunluğun təsdiqinin məqsədləri
Uyğunluğun təsdiqi aşağıdakı məqsədlərlə həyata
keçirilir:
–
məhsulun, istehsal proseslərinin, istismarın,
saxlanmanın, daşınmanın, satışın və utilləşdirmənin, işlərin,
xidmətlərin və digər obyektlərin texniki reqlamentlərə,
standartlara, müqavilə şərtlərinə uyğunluğunun təsdiqi;
493
–
alıcılara məhsul, iş və xidmətlərin səriştəli
seçimində köməklik göstərmək;
–
Azərbaycanda və beynəlxalq bazarlarda məhsul, iş
və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsi;
–
Azərbaycan Respublikası ərazisində malların
sərbəst yerdəyişməsini təmin etmək, həmçinin beynəlxalq
iqtisadi, elmi-texniki əməkdaşlıq və beynəlxalq ticarət üçün
münbit şəraitin yaradılması.
“Texniki tənzimləmə haqqında” Qanun da şərh
olunmuş uyğunluğun təsdiqinin məqsədləri obyektlərin
uyğunluğun təsdiqinin məcburi və ya könüllü olmasından
asılı olmayaraq texniki tənzimləmənin bütün obyektləri
üçün ümumidir.
Bütün şərh olunan uyğunluğun təsdiqi məqsədləri son
nəticədə vahid bir istiqamətə malikdir – məhsul, iş və
xidmətlərin istehlakçılarına istehsalçı, satıcı və ya icraçının
müvafiq sənədlərdə istinad etdiyi göstəricilərin uyğunluğuna
ə
minlik vermək.
14.2. Uyğ unluğ un tə sdiqinin prinsiplə ri
Uyğunluğun təsdiqi aş ağ ıdakı prinsiplə rin əsasında
həyata keçirilir:
494
–
uyğunluğun təsdiqinin aparılması qaydası
haqqında informasiyanın maraqlı şəxslərə əlçatan olması;
–
texniki reqlamentlərdə məcburi tələblər müəyyən
edilməmiş obyektlərə, uyğunluğun təsdiqinin həyata
keçirilməsinin yolverilməməzliyi;
–
texniki reqlamentlərdə məcburi tələblər müəyyən
edilmiş məhsul növlərinə uyğunluğun təsdiqinin forma və
sxemlərinin siyahısının təyin edilməsi;
–
uyğunluğun təsdiqinin həyata keçirilməsinə, o
cümlədən müəyyən könüllü sertifikatlaşdırma sistemində
sertifikatlaşdırılmaya
məcbur
edilməsinin
yolveril-
məməzliyi;
–
ərizəçilərin əmlak maraqlarının müdafiəsi,
uyğunluğun təsdiqinin həyata keçirilməsi zamanı alınan
məlumatlara dair kommersiya sirrinə riayət edilməsi;
–
uyğunluğun təsdiqinin könüllü sertifikatlaşdırma
ilə əvəz edilməsinə məcbur edilmənin yolverilməməzliyi.
Uyğunluğun
təsdiqi
orqanının
harada
yerləşməsindən, məhsulun ölkəsi və (və ya) mənşəyi,
istehsalı, istismarı, saxlanması, satışı və utilləşdirilməsinin
həyata keçirilməsi proseslərindən, işlərin yerinə yetirilməsi
və xidmətlərin göstərilməsi, müqavilələrin növü və ya
xüsusiyyətlərindən və şəxslərdən (istehsalçı, icraçı, satıcı və
495
ya satın alan) asılı olmayaraq uyğunluğun təsdiqi eyni
şə
kildə və eyni ölçüdə həyata keçirilməlidir.
14.3. Uyğ unluğ un tə sdiqinin forma və obyektlə ri
Uyğunluğun təsdiqi forması müvafiq məhsul və ya
digər obyektlərin, istehsal, istismar, saxlama, daşıma, satış
və utiləşdirilməsi proseslərinin, habelə işlərin yerinə
yetirilməsinin,
xidmətlərin
göstərilməsinin
texniki
reqlamentlərin tələblərinə, standartların müddəalarına və ya
müqavilələrin şərtlərinə uyğunluğunun sənədlə təsdiqinin
müəyyən qaydası kimi təyin edilmişdir.
Məhsul və xidmətlərin uyğunluğunun təsdiqi onların
təhlükəsizliyinin
qiymətləndirilməsi
mexanizminin
təşkiledicilərindən biridir.
Qiymətləndirmənin digər üsullarından fərqli olaraq,
uyğunluğun təsdiqi məhsulun tədavülünün bazara qədər olan
mərhələsində tətbiq olunur və həm istehsalçı, yəni birinci
tərəf (uyğunluğun bəyan edilməsi), eləcə də istehsalçı və
istehlakçıdan asılı olmayan müstəqil orqanlar – üçüncü tərəf
(sertifikatlaşdırma orqanı) vasitəsilə həyata keçirilə bilər.
496
Uyğunluğun təsdiqinin hər iki forması hazırda
Azərbaycan Respublikasında istifadə edilir.
Konkret
məhsulun
(xidmətin)
uyğunluğunun
təsdiqini həyata keçirmək üçün normativ sənəddə müəyyən
edilmiş tələblərin olması vacibdir və məhsulun (xidmətin)
təhlükəsizliyinə əminlik üçün istehsalçının zəruri sübutları
təqdim etmək imkanı olmalıdır.
Uyğunluğu birinci tərəf təsdiq edən zaman sübutları
istehsalçı (icraçı) toplayır, zərurət olduqda bunun üçün
üçüncü tərəf (məsələn, keyfiyyət sisteminin və ya sınaq
laboratoriyasının sertifikatlaşdırılması üzrə orqan) cəlb
olunur.
Ə
gər uyğunluq haqqında sənədi (şəhadətnaməni)
üçüncü tərəf verirsə, onda sübutları toplamaq onun
vəzifəsidir. Uyğunluğun təsdiqinin bu iki formasının əsas
fərqləri cəd. 14.1-də verilmişdir.
Azərbaycan Respublikasında məhsul və xidmətlərin
uyğunluğunun
təsdiqinin
aparılmasının
məcburiliyi
qanunvericilik aktları ilə müəyyən edilir. Tarixən ölkədə
birinci tətbiq olunan uyğunluğun təsdiq forması
sertifikatlaşdırma olmuşdur.
Məcburi sertifikatlaşdırma üzrə praktiki fəaliyyətin
başlanğıcı 1996-cı ildə qüvvəyə minən “İstehlakçıların
497
hüquqlarının
müdafiəsi
haqqında”
Azərbaycan
Respublikasının Qanunu ilə qoyulmuşdur. Sahibkarlığın
inkişafı, açıq bazarın genişlənməsi, dövlət nəzarəti və
yoxlamaların
həcminin
xeyli
azalması
şə
raitində
sertifikatlaşdırma
istehlakçıların
təhlükəli
məhsul
istehsalından qorunmasının səmərəli bir üsuluna çevrildi və
bazarda öz hüquqlarını anlamaq üçün istehlakçıları
maarifləndirdi.
Sertifikatlaşdırma (uyğunluğun təsdiqi) sahəsində
müəssisənin menecmentinin həll etməli zəruri məsələləri
bunlardır:
–
müəssisənin buraxdığı (və ya təşkilatın bazara
göndərdiyi) məhsul üçün uyğunluğun təsdiqi (məcburi
sertifikatlaşdırma) məcburidirmi?
–
bu məhsul hansı məcburi tələblərə uyğun
olmalıdır ?
–
sertifikatlaşdırma
üzrə
hansı
orqanlar
qiymətləndirməni apara və uyğunluq sertifikatı verə bilər?
–
uyğunluğun təsdiqinin qayda və prosedurları
necədir?
–
məhsulun
uyğunluğunun
təsdiqi
üçün
Respublikanın Nazirliyi və ya bu məhsula nəzarəti və ya
498
yoxlamanı həyata keçirən icra hakimiyyətinin digər
orqanlarının sənədləri tələb olunurmu?
–
sertifikatlaşdırılmış məhsulun istehsalçısının
(tədarükçüsünün) hüquq və vəzifələri hansılardır?
Məhsulun təhlükəsizlik tələblərinə uyğunluğu
Azərbaycan Respublikasının qanunvericilik aktlarında
nəzərdə tutulduğu hallarda mütləq təsdiq edilməlidir.
Hazırda belə qanunvericilik aktlarının sayı çoxdur. Onların
ə
ksəriyyəti
bir
çox
obyektlərin
məcburi
sertifikatlaşdırılmasını nəzərdə tutur.
Uyğunluğun
təsdiqinin
ikinci
formasının
–
istehsalçının (tədarükçünün) bəyannamə qəbul etməsinin
istifadə edilməsi imkanı ancaq iki qanunda nəzərdə
tutulmuşdur:
“Qida
məhsullarının
keyfiyyəti
və
təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında”.
Cədvəl 14.1
Təyinatı
Kim aparır?
Uyğunluğu təsdiq
edən sənəd
İ
stehlakçılar üçün informasiya
Uyğunluğun
deklarasiyası
İ
stehsalçı (təda-
rükçü, icraçı)
Uyğunluq haqqın-
da deklarasiya
Məhsula qeydə alınmış dekla-
rasiya və ya müşayiət sənəd-
ləşməsi haqqında məlumatlar.
Uyğunluq
nişanı
ilə
markalamaq
499
Uyğunluğun təsdiqinin iki formasının əsas fərqləri
Məcburi sertifikatlaşdırma obyektlərinin, eləcədə
uyğunluğu mütləq təsdiqlənən obyektlərin müvafiq
qanunlarla təyini və məhdudlaşdırılması məqsədilə
Azərbaycan Respublikası Hökumətinin qanunverici aktları,
orqanlarının siyahısı və ya nomenklaturası tərtib
olunmuşdur.
Nomenklatura məcburi sertifikatlaşdırma obyektləri
haqqında Respublikada qanunvericilik aktları ilə məcburi
sertifikatlaşdırılması nəzərdə tutulan məhsul və xidmətlərin
nomenklaturası təsdiq edilmişdir.
Azərbaycan
Respublikası
Metrologiya,
Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin rəsmi
sorğu
və
informasiya
sənədidir.Nomenklaturada
aşağıdakılar göstərilmişdir:
–
məhsulun adı;
–
məhsulun təsnifatına görə kodu ;
Sertifikatlaşdırma
Məhsulun (xid-
mətin) sertifi-
katlaşdırılması
üzrə orqan
Uyğunluq
sertifikatı
Uyğunluq sertifikatının surəti.
Uyğunluq sertifikatı haqqında
müşayiət sənədlərində məlumat.
Sertifikatlaşdırma
orqanının
kodu göstərilməklə uyğunluq
işarəsi ilə markalama
500
–
məcburi sertifikatlaşdırma zamanı təsdiqlənməli
tələblər;
–
təsdiqlənməli tələbləri özündə ehtiva edən
normativ sənədlər (dövlət standartı və s.)
Şə
rh olunan Nomenklatura işçi bir alət kimi
istehsalçı və istehlakçı üçün həm onların istehsal (tədarük)
etdiyi məhsul üçün məcburi sertifikatlaşdırmanın tələb
olunması məsələsini həll etmək, eləcə də bu məhsulun hansı
konkret təhlükəsizlik tələblərinə uyğun olmasını təyin etmək
üçün istifadə oluna bilər.
Qüvvədə olan Nomenklatura əsasında Azərbaycan
Respublikası Metrologiya, Standartlaşdırma və Patent üzrə
Dövlət Komitəsi Gömrük Komitəsi ilə birlikdə Azərbaycan
Respublikasının gömrük ərazisinə buraxılması zamanı
məcburi sertifikatlaşdırmanın aparılmasının təsdiqi tələb
olunan mallarının Siyahısını formalaşdırmış və təsdiq
etmişdir.
Bu Siyahıda göstərilmişdir:
–
malın adı;
–
Azərbaycanda xarici-iqtisadi fəaliyyətin əmtəə
(mal, məhsul) Nomenklaturasına uyğun olaraq malın kodu.
Uyğunluğu deklarasiya ilə təsdiq olunan məhsulun
siyahısı Azərbaycan hökumətinin qərarı ilə təsdiq
501
edilmişdir. Bu siyahıya uyğun olaraq Azərdövlətstandart
uyğunluğu deklarasiya ilə təsdiq edilən məhsulun
Nomenklaturasını hazırlamış və təsdiq etmişdir.
Sertifikatlaşdırmanın məcburiliyini təyin etmək üçün
aşağıdakılar zəruridir:
–
ölkə
məhsulu
üçün:
sertifikatlaşdırmanın
məcburiliyini
təyin
etmək
üçün
Azərbaycan
Respublikasının qanunverici aktları ilə nəzərdə tutulmuş
məhsul və xidmətlərin (işlərin) Nomenklaturası istifadə
olunur;
–
idxal edilən (gətirilən) məhsul üçün: bu halda
(xüsusi kodu olan) malların siyahısı əsas götürülür. Onlar
üçün respublikanın gömrük ərazisinə buraxılan zaman
məcburi sertifikatlaşdırmanın aparılmasının təsdiqi tələb
olunur və sertifikatlaşdırmanın məcburiliyini təyin etmək
üçün Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
nəzərdə tutulmuş məhsul və xidmətlərin (işlərin)
Nomenklaturası istifadə edilir.
Azərdövlətstandart Standartlaşdırma Komitəsi və
Dövlət Gömrük Komitəsi birlikdə, idxal edilən (gətirilən)
məhsul üçün “Azərbaycan Respublikası ərazisinə malların
gətirilməsi” qaydasını işləmişlər.
502
“Aşağıdakı məhsullar uyğunluq sertifikatı təqdim
edilmədən Azərbaycan Respublikasının ərazisinə buraxılır:
–
istifadədə olmuş mallar;
–
əvvəllər Azərbaycan Respublikasının gömrük
ə
razisinə gətirilmiş və sertifikatlaşdırılmış hazır məmulatın
ehtiyat hissələri qismində gətirilən mallar; bu şərtlə ki,
ə
vvəllər gətirilmiş hazır məmulatın uyğunluq sertifikatının
surəti təqdim olunsun və təsdiq edilsin ki, bu ehtiyat
hissələri hazır məmulatda istifadə olunur, məmulatın
konstruktor sənədlərinə daxil olur. Bundan başqa, öhdəlik
götürülür ki, ehtiyat hissələri müstəsna olaraq hazır
məmulatın dəstləşdirilməsində və ya onun texniki xidmət və
təmirində istifadə olunacaqdır;
–
sertifikatlaşdırma məqsədilə sınaqlar aparmaq
üçün pay, əyar və ya nümunə qismində gətirilən məhsullar;
–
fiziki şəxslər tərəfindən gətirilən və istehsal və
ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan
(dəyər və miqdarca müəyyənləşdirilmiş kvotalardan çox
gətirilmə halları istisna olmaqla) məhsullar;
–
xarici dövlətlər və beynəlxalq hökumətlərarası
təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün
nəzərdə tutulmuş məhsullar.
503
Azərbaycan Respublikasının gömrük orqanlarının
qərarına əsasən Azərbaycan Respublikasının ərazisinə
uyğunluq sertifikatı təqdim etmədən müstəsna olaraq onları
gətirən şəxslərin fərdi istehlakı üçün nəzərdə tutulan fərdi
sayda məhsul buraxıla bilər.
İ
stehlakçı üçün məhsulun təhlükəsizliyini təmin edən
və məcburi sertifikatlaşdırma aparılarkən təsdiq olunan
məcburi tələblər müvafiq statuslu normativ sənədlərdə
nəzərdə tutula bilər; bu status, bir qayda olaraq, qanunverici
aktda müəyyən edilir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”
Qanuna görə belə sənədlər kimi qanunla müəyyən edilmiş
qaydada təsdiq edilən sənədlər, o cümlədən standartlar
qanun hesab edilir.
Müəyyən edilmiş qanunvericilik qaydasında qəbul
edilən normativ sənədə sanitar norma və qaydalarını misal
göstərmək olar. SN və Q Səhiyyə Nazirliyinin sanitar –
epidemioloji nəzarət Departamenti tərəfindən işlənir və
təsdiq olunur.
Sənəd gigiyenik qiymətləndirmə və proqnozlaşdırma
nəticəsində alınmış müxtəlif toksik maddələrin minimal
buraxılan
qiymətlərini
müəyyən
edir.
Məcburi
504
sertifikatlaşdırma zamanı standartlar qismində istifadə
olunur:
–
dövlətlərarası standartlar (ГОСТ);
–
Azərbaycan Respublikasının dövlət standartları
(AZS).
Məcburi sertifikatlaşdırılması nəzərdə tutulan
məhsullar təkcə dövlət standartlarına uyğun olaraq
buraxılmır. Çox vaxt onların buraxılması üçün digər
sənədlər də istifadə olunur:
–
texniki şərtlər (TŞ);
–
firma və müəssisələrin standartları;
–
texnoloji reqlamentlər və s.
Buna baxmayaraq, Azərbaycan Respublikasında
müəyyən edilmiş təhlükəsizlik tələbləri (bunlar dövlət
standartlarında, SN və Q və digər normativ sənədlərdə
nəzərdə tutula bilər) məcburidir.
Təşkilatın istehsal və ya tədarük etdiyi məhsulun
hansı təhlükəsizlik tələblərinə (hansı sənədlərdə müəyyən
edilmiş) uyğun olmasını təyin etmək üçün məcburi
sertifikatlaşdırılması
Azərbaycan
Respublikasının
qanunverici aktları ilə nəzərdə tutulur.
Azərbaycan Respublikasında sertifikatlaşdırma üzrə
fəaliyyət sertifikatlaşdırma sistemlərində həyata keçirilir.
505
Sertifikatlaşdırma sistemi – müəyyən edilmiş qaydalar
üzrə fəaliyyət göstərən sertifikatlaşdırma prosesinin
iştirakçılarının birliyidir.
Sertifikatlaşdırma
sistemlərini
məcburi
sertifikatlaşdırma sistemlərinə və könüllü sertifikatlaşdırma
sistemlərinə ayırmaq olar. Sertifikatlaşdırma sistemləri
aşağıdakı ümumi kriteriyalara malik olmalıdır:
–
normativ
sənədlərdə
müəyyən
edilmiş
sertifikasiya obyektləri və uyğunluğun təsdiqi istifadə
olunan yayılma sahəsi;
–
təşkilati
struktur
və
sertifikatlaşdırmanın
aparılmasının vahid qaydaları və prosedurları;
–
digər sertifikatlaşdırma sistemlərindən fərqli
uyğunluq sertifikatı (və ya sertifikatları) və uyğunluq nişanı
(nişanları);
–
sertifikatlaşdırılmış obyektlərin və sistemin
iştirakçılarının reyestri.
Məcburi sertifikatlaşdırmanın aparılmasının məhsulun
bazara buraxılmasının təmini üçün zəruri olduğunu nəzərə
alaraq, hər bir ölkədə məcburi sertifikatlaşdırma sistemi
fəaliyyət göstərir. Aşağıda onların əsaslarını göstəririk.
AZS sertifikatlaşdırma Sistemi. Bu sistemdə
Azərbaycanın istehlak bazarında tədavüldə olan bütün mal
506
və
xidmətlər
(işlər)
sertifikatlaşdırılır.
Sistem
Azərdövlətstandart tərəfindən məcburi sertifikatlaşdırma
aparmaq üçün yaradılmışdır.
Məcburi sertifikatlaşdırma bir sıra qanunvericilik
aktlarında nəzərdə tutulub, o cümlədən: “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” ölkənin Qanununda AZS
sertifikatlaşdırma Sistemi uyğunluq sertifikatları və
uyğunluq nişanlarının özünəməxsus formalarına malikdir.
AZS
sertifikatlaşdırma
Sistemində
məcburi
sertifikatlaşdırmaya aşağıdakılar cəlb olunur:
–
vətəndaşların şəxsi (məişət) ehtiyacları üçün olan
mallar;
–
istehsal-texniki təyinatlı məhsullar;
–
tikinti məhsulları;
–
yerinə yetirilən işlər və göstərilən xidmətlər.
AZS sertifikatlaşdırma Sistemində məhsul, mal və
xidmətlərin məcburi sertifikatlaşdırılmasının normativ
bazasını aş
ağıdakı sənədlər təşkil edir;
–
dövlət standartları;
–
sanitar qaydalar və normalar;
–
tikinti normaları və qaydaları.
AZS sertifikatlaşdırma Sisteminin fəaliyyətinin ə sas
prinsiplə rinə aşağıdakılar aiddir:
507
–
açıqlıq (AZS sertifikatlaşdırma Sistemi onun
qaydalarını qəbul edən və yerinə yetirən digər federal icra
hakimiyyəti orqanları və təşkilatlarının orada iştirakı üçün
açıqdır):
–
qayda və prosedurların vahidliyi (AZS
sertifikatlaşdırma Sistemində ölkə və xarici məhsullar vahid
qaydalar üzrə sertifikatlaşdırılır);
–
sertifikatlaşdırmanın dəqiqliyi və dürüstlüyü (bu
prinsip sertifikatlaşdırma üzrə orqanların və sınaq
laboratoriyalarının
akkreditləşdirilməsi,
həmçinin
ekspertlərin müəyyən edilmiş qaydada sertifikatlaşdırılması
ilə təmin edilir).
AZS
sertifikatlaşdırma
Sistemində
sertifikatlaşdırmanın
nəticələrinin
obyektivliyi
və
dürüstlüyünün lazımı səviyyəsinə, ilk növbədə, sistemin
iştirakçılarının akkreditləşdirilməsi yolu ilə nail olunur.
AZS sertifikatlaşdırılma Sistemində fəaliyyət üçün
sertifikatlaşdırma
üzrə
orqanların
və
sınaq
laboratoriyalarının
akkreditləşdirilməsinin
beynəlxalq
tələblərlə harmonikləşdirilmiş əsas kriteriya və qaydaları
akkreditləşdirmənin aparılması üzrə Ümumi Qaydalarda
formalaşdırılmışdır.
Akkreditləşdirmənin əsas prinsiplərinə aiddir:
508
•
xarici və milli təşkilatlara bərabər yanaşma;
•
istənilən hüquqi şəxsin akkreditləşməyə buraxılması;
•
akkreditləşdirmənin, bir qayda olaraq, dövlət
orqanları və ya onların səlahiyyətlər verdiyi qeyri-
kommersiya təşkilatları tərəfindən aparılması;
•
akkreditləşdirmənin nəticələrinin dərc olunması.
Azərbaycan
Respublikasında
məhsulun
sertifikatlaşdırılması
sertifikatlaşdırma
üzrə
orqanlar
tərəfindən həyata keçirilir. İstehsalçının (satıcının) məcburi
sertifikatlaşdırmanı aparmaq üçün, konkret məhsulun
sertifikatlaşdırılması üzrə işlərin aparılmasına bilavasitə
akkreditləşdirilmiş, istənilən sertifikatlaşdırma orqanına
hüquqi baxımdan müraciət etmək səlahiyyəti vardır.
Ümumi halda, məhsulun sertifikatlaşdırılması zamanı
sertifikatlaşdırma üzrə orqan aşağıdakı əməliyyatları həyata
keçirir:
•
ərizəçinin təqdim etdiyi sifarişi və sənədlər
dəstini araşdırır və sifarişə dair qərar qəbul edir (sənədlərin
daxil olduğu andan 15 gündən gec olmayaraq);
•
məhsulun nümunələrinin seçilməsi və
identifikatlaşdırılmasını
aparır,
nümunələri
sınaq
laboratoriyasına sınaqlara göndərir;
509
•
istehsalın qiymətləndirilməsini aparır (əgər bu
ə
rizəçinin seçdiyi və sertifikatlaşdırma orqanı ilə
razılaşdırılmış
sertifikatlaşdırma
sxemində
nəzərdə
tutulmuşdursa);
•
alınmış nəticələrin analizini aparır və
uyğunluq sertifikatının verilməsi (verilməsinə imtina
edilməsi) haqqında qərar qəbul edir;
•
sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu
halda, sertifikatlaşdırılmış məhsul üzərində təftiş nəzarəti
aparır; lazım olduqda sertifikat sahibi ilə korreksiyaedici
tədbirləri razılaşdırır;
•
sertifikatlaşdırmanın
nəticələri
haqqında
Azərdövlətstandarta informasiya təqdim edir.
Sertifikatlaşdırmanın
qayda
və
prosedurları
sertifikatlaşdırma üzrə ümumrusiya qaydalarında, AZS
sertifikatlaşdırma sisteminin sənədlərində və onlara uyğun
olaraq işlənmiş eynicins məhsulun sertifikatlaşdırılması üzrə
qaydalarda müəyyən edilmişdir.
Sertifikatlaşdırmanı aparmaq üçün ərizəçi akkreditə
olunmuş sertifikatlaşdırma üzrə orqana müəyyən edilmiş
forma üzrə ərizə verir. Sertifikatlaşdırma üzrə orqanın
akkreditləşdirmə sahəsinə ərizədə göstərilən məhsul daxil
510
olmalıdır. Bundan sonra ərizəçi və orqan sertifikatlaşdırma
sxemini razılaşdıraraq seçirlər.
Dostları ilə paylaş: |