Elektrotexniki
məmulatların
Beynəlxalq
sertifikatlaşdırma
sistemi
BEK
(BEKSE).
İ
ET
sertifikatlaşdırma Sisteminin yaradılmasının məqsədi
elektrotexnika məhsullarına və onların uyğunluğunun
qiymətləndirilməsinə vahid tələblərin müəyyən edilməsi
vasitəsilə elektron texnikası məmulatlarının beynəlxalq
ticarətinə köməklik göstərməkdir. Nəzərdə tutulur ki, bu
527
məmulatlar təkrar sınaqları aparılmadan sistem iştirakçıları
olan bütün ölkələrdə eyni cür qəbul edilsinlər.
Sistemə ümumi rəhbərlik MEK Şurasına tabe olan
sertifikatlaşdırma üzrə Rəhbər komitəyə həvalə olunmuşdur;
onun tərkibinə iştirakçı ölkələrin nümayəndə heyətləri
daxildir. Sistemdə istənilən BEK üzvü olan ölkə bir sıra
şə
rtlərin yerinə yetirilməsi ilə iştirak edə bilər:
standartlaşdırma və sertifikatlaşdırma üzrə milli orqanın
olması; Sistemin bütün qaydalarının yerinə yetirilməsi ilə
razılıq və müvafiq milli sənədlərin dərci; əgər onlar sistemin
tələblərinə uyğundursa, digər iştirakçı ölkələrdə buraxılan
elektron texnika məmulatlarının sınaqlarının sertifikat və
protokollarının tanınması; sistemin üzvünün maliyyə
öhdəliklərinin yerinə yetirilməsi.
Ölkənin BEK Sistemində iştirakının iki növü
nəzərdə tutulur: sertifikatlaşdırma üzrə Rəhbər komitədə
səsvermə hüququ ilə iştirak etmək və nəzarət üzrə
koordinasiya komitəsində məsləhətçi qismində üzvlük.
Rəhbər komitədə səs hüquqi ilə iştirak və nəzarət üzrə
Koordinasiya komitəsində tam hüquqlu üzvlük.
BEK Sisteminin rəsmi dilləri ingilis, fransız və rus
dilləridir.
528
BEK
Sistemi
üzrə
sertifikatlaşdırmanın
keçirilməsinə dair bəyanat verən ölkələr Sistemin
qaydalarına görə milli nəzarət xidmətlərinə malik olmalıdır.
Bu xidmətlər elektron texnikası məmulatlarının BEK
sisteminin sertifikatlaşdırma qaydalarına uyğunluğuna və
uyğunluq nişanının tətbiqinin düzgünlüyünə cavab verir.
Bundan başqa, iştirakçı ölkədə sınaq laboratoriyalarının
istifadə etdikləri ölçmə sistemlərinin yoxlanması üzrə milli
xidmətlər və milli nəzarət orqanı fəaliyyət göstərməlidir.
Sistemin qaydalarına görə təcrübəlilik kriteri kimi
Sistemin müəyyən edilmiş tələbləri üzrə elektron texnikası
məmulatları istehsalı üzrə ən azı bir müəssisənin
attestasiyası və iki növdən az olmayaraq məhsulun
sertifikatlaşdırılması hesab olunur.
Təftiş qrupu sınaq laboratoriyalarına, ölçmə
vasitələrinin yoxlanması laboratoriyalarına gedir, BEK
Sistemi üzrə sertifikatlaşdırılacaq İET istehsalı texnoloji
xətlərindən biri ilə tanış olur. Qrupun səfərindən bir qədər
ə
vvəl məmulatın hazırlanma normalarından ibarət standart
(və ya texniki şərt) təftiş qrupuna təqdim edilir.
Səfərin nəticələrinə görə təftiş qrupu nəzarət üzrə
Koordinasiya komitəsi sədrinə hesabatda namizədin qəbul
529
edilməsi haqqında qərarını şərh edir. Belə prosedurdan sonra
namizədin təsdiq edilməsi haqqında tövsiyə verilir.
Ölkə-namizəd təftiş qrupunun nəticələri ilə
razılaşmamaq hüququna malikdir və Koordinasiya
komitəsinə öz etirazlarını yazılı şəkildə təqdim edir. Bundan
sonra sistemin qaydaları ilə nəzərdə tutulmuş prosedurlar
yerinə yetirilir.
BEK sistemi üzrə elektron texnikası (ET)
məmulatlarının sertifikatlaşdırılmasının vacib mərhələləri
bunlardır:
istehsalçı-müəssisənin
attestasiyası;
sınaq
laboratoriyalarının akkreditləşdirilməsi; tətbiq olunan
normativ sənədlərin uyğunluğunun yoxlanması və tipin
qəbulu.
Müəssisənin yoxlanması (attestasiyası) üçün milli
nəzarət xidməti nümayəndəsi tərəfindən müəssisədə
elektron texnikası məmulatlarının keyfiyyətinə nəzarət və
sınaqlara, keyfiyyətin təmini sisteminə, işləyən sınaq və
ölçmə avadanlıqları və onların yoxlanmasına dair sənədlər
təqdim olunmalıdır.
Sınaq
laboratoriyasının
akkreditləşdirilməsinin
mütlə q yerinə yetirilmə li şə rtlə ri bunlardır: təcrübəli və
səriştəli personalın olması; lazımı avadanlıqlarla təchizat;
sınaqların mükəmməl və dürüst metodları və vasitələri.
530
SInaq laboratoriyasının fəaliyyəti İET istehsalçısı və
istehlakçısından qətiyyən asılı olmamalıdır.
BEK Sistemi üzrə sertifikatlaşdırma zamanı
normativ sənədlərə müəyyən tələblər irəli sürülür: Sistem
BEK standartlarına əsaslanır. Bu standartlar iştirakçı
ölkələrdə birbaşa və ya dolayı metodla qəbul edilməlidir;
beynəlxalq standartın məzmunu hökmən saxlanmalıdır.
Bununla yanaşı, qəbul edilən sənədi milli qaydalar üzrə
tərtib etmək mümkündür.
14.6. Keyfiyyə t menecmenti sisteminin
sertifikatlaş dırılması
Ümumi müddə alar. 9000 seriyalı İSO standartları
ə
sasında yaradılan keyfiyyət menecmenti sistemləri bütün
dünyada çox geniş yayılmışdır və demək olar ki, 9000
seriyalı
İ
SO
standartına
uyğun
olan
menecment
sistemlərinin modelləri müəssisələrin idarə edilməsinin ən
geniş yayılmış modellərinə çevrilmişdir.
Belə sürətli inkişaf cəmi 20 il ərzində baş vermişdir
(terminologiya üzrə standartın ilk nəşri 1986-cı ildə
olmuşdur). Bunu onunla izah etmək olar ki, məşhur
müəssisələr artıq çoxdan öz tədarükçülərinə onların
531
keyfiyyət menecmenti sistemlərinə ciddi tələblər irəli
sürürlər.
Menecment sistemlərinə belə vahid tələblərin
yaranmasına qədər tədarükçülər əhəmiyyətli itkilərə yol
verirdilər. O vaxtlar mövcud olan milli standartlar
tədarükçülərə, ancaq ölkə daxilində alıcının tələblərinə
uyğunluğa imkan verirdi. Lakin o vaxt milli standartlar
iqtisadiyyatın beynəlxalq inteqrasiya prosesinin tələblərinə
cavab vermirdi və ticarətdə qaçılmaz maneələrə səbəb
olurdu.
Beləliklə, tədarükçülərin keyfiyyət menecmenti
sistemlərinə vahid tələblərin müəyyən edilməsi ilə onların
bütün dünyada tanınması zərurəti yaranmışdı. Belə tələblər
həm istehsalçıların, həm də istehlakçıların risklərini azalda
bilərdi.
Keyfiyyət menecmenti sistemlərində 9000 seriyalı
İ
SO beynəlxalq standartlarının yaranmasından sonra və
onların tətbiqini sadələşdirmək məqsədilə onlar bir çox
regional (məsələn, Avropa) və standartlaşdırma üzrə milli
orqanlar tərəfindən regional və milli standartlar qismində
qəbul edildilər.
9000 seriyalı İSO standartlarının qüvvəyə minməsilə
müəssisələrin idarəetmə sistemləri ilk dəfə olaraq normalar
532
qismində qəbul edildi. İlk dövrlərdə onu soyuq qarşıladılar,
çünki nəzərdə tutulurdu ki, müəssisənin spesifikiliyi nəzərə
alınmalı idi, ona görə də istənilən müəssisə üçün normativ
sənəd ola bilməzdi. Standartlaşdırma üzrə orqanlar bu
problemi öyrənərək və müvafiq düzəlişlər edərək ancaq
müəssisələrin
idarəetmə
sistemlərinə
və
keyfiyyət
menecmenti sistemlərinə onları necə işləməyi təyin etməklə
deyil, tələblərin standartlaşdırılması ilə məhdudlaşdılar.
Buna görə hər bir müəssisə öz fərdi xüsusiyyətləri və
tələbatını nəzərə almaqla özünün keyfiyyət menecmenti
sisteminin işlənməsini həyata keçirə bilər. 9000 seriyalı İSO
standartı bu işin keyfiyyət menecmenti sistemi çərçivəsində
ancaq nə cür tənzimlənməsini müəyyən edir, onun necə baş
verəcəyini göstərmir.
İ
SO 9000 seriyalı standartların konsepsiyası,
strukturu və tə tbiq sahə si. 9000 seriyalı İSO beynəlxalq
standartları bütün mümkün olan tətbiq sahələrini əhatə edən
keyfiyyət menecmenti sistemləri üzrə kompleks beynəlxalq
ə
sasverici sənədlərdir.
9000 seriyalı İSO standartlarının əsas konsepsiyası
təşkilatların keyfiyyət menecmenti sistemlərinə tələblər
dəstinin təyini və keyfiyyət sistemlərinin yaradılması üzrə
tövsiyələrin verilməsindən ibarətdir. İSO modellərinin
533
başlıca
xüsusiyyətlərindən
biri
onların
tələblərinin
universallığıdır.
Beləliklə, fəaliyyət sahəsindən, bazarda yeri və
mövqeyindən, personalın sayından və s. asılı olmayaraq,
İ
SO sistemlərini istənilən təşkilat, firma və müəssisələr üçün
istifadə etmək olar.
Qüvvəyə minməsi 2000-ci ildə başlanmış İSO 9000
standartlarının son versiyası keyfiyyət menecmenti
sahəsində dünyanın aparıcı təşkilatlarının təcrübəsinin
analizi əsasında işlənmişdir və TQM (Total Quality
Managment) konsepsiyasına əsaslanır.
TQM
konsepsiyasının
ə
sasında
təşkilatın
fəaliyyətində
bütün
maraqlı
tərəflərin
tələblərinin
ödənilməsinə çalışmaq durur: təşkilatın müştəriləri,
təşkilatın işçiləri, təşkilatın mülkiyyətçiləri (səhmdarları),
dövlət, cəmiyyət, digər maraqlı subyektlər durur..
XX əsrin 90-cı illərinin sonunda İSO-nun TK 176
saylı beynəlxalq komitəsi daxilində 2000-ci il versiyalı 9000
seriyalı İSO standartlarının layihələri üzərində böyük
miqyaslı iş başlandı. 1994-cü il versiyalı standartlardan
fərqli olaraq İSO 9000 yeni redaksiyada radikal şəkildə
yeniləşdi.
534
Bundan bir neçə il əvvəl üç İSO standartının
dəyişdirilməsi haqqında qərardan sonra bu işə başlanıldı.
Bunlar keyfiyyətin xarici təminatı ilə bağlı standartlar idi:
İ
SO 9001 (2, 3) və İSO 9004-1 qarşılıqlı əlaqəli standartlar
cütü; İSO 9001 – keyfiyyət menecmentinə, İSO 9004 isə
keyfiyyət
menecmentinin
fasiləsiz
yaxşılaşdırılması
ə
sasında inkişafına yönəlmişdir.
Xüsusi olaraq yaradılmış məqsədli qrup gələcək
beynəlxalq normalar üçün ilkin verilənlərin hazırlanmasına
böyük səylər göstərdilər. Anketlərə cavablar toplandı, 40-
dan çox ölkədən 100-dən çox respondent arasında sorğu
keçirildi. Sorğu İSO 9000 standartlarını işləyənlər və onların
istifadəçiləri arasında birbaşa əlaqələrə real imkanları təmin
etdi. Yeni keyfiyyət standartlarının üç layihəsi 1999-cu il
ə
rzində İSO üzv ölkələrdə yayıldı.
İ
SO 9000:2000 seriyalı standartlar. 2000-ci ilin
sonunda İSO 9000:2000 standartlarının yeni versiyası
qüvvəyə mindi. Çoxlu tövsiyə xarakterli standartlar əvəzinə
ancaq bir neçə standart saxlandı, onlardan ən vacibləri
bunlardır:
–
İ
SO
9000:2000
“Keyfiyyət
menecmenti
sistemləri. Əsas müddəalar və lüğət”
535
–
İ
SO
9001:2000
“Keyfiyyət
menecmenti
sistemləri. Tələblər”.
–
İ
SO
9004:2000
“Keyfiyyət
menecmenti
sistemləri. Fəaliyyətin yaxşılaşdırılması üzrə tövsiyələr”
–
İ
SO 19011 “Keyfiyyət menecmenti və / və ya
ə
traf
mühitin
mühafizəsi
sistemlərinin
auditinin
(yoxlanmasının) aparılması üzrə Rəhbərlik”
Standartların
yeni
versiyası
aş ağ ıdakı
xüsusiyyə tlə rə malikdir:
•
standartla daha az öhdəliklər qoyulur, istifadə
zamanı onlar daha çevikdirlər, ancaq bir baza standartı
vardır;
•
keyfiyyət menecmentinə yanaşmanın fəlsəfəsi
ə
saslı olaraq dəyişdirilmişdir, buraya prosesli yanaşma
daxil edilmişdir;
•
əvvəllər qüvvədə olan standartlarla müqayisədə bir
sıra yeni tələblər qoyulmuşdur;
•
standartların strukturu açıq şəkildə “planlaşdır –
yerinə yetir – yoxla – düzə liş et” prinsipini qeyd edir və
Deminqin PDCA (Plan – Do – Check – Act) dövrünü əks
etdirir;
•
standartlar İSO 14000 (müəssisənin ekoloji
menecmenti sisteminə tələblər standartı) standartı ilə uzlaşır.
536
Sənaye, kommersiya və dövlət təşkilatları tələbatı və
ya istehlakçıların tələblərini ödəmək məqsədilə müxtəlif
təyinatlı məhsullar (xidmətlər, proqram təminatı, texniki
vasitələr, texnoloji məhsullar və ya onların kombinasiyasını)
tədarük edirlər.
Daim artan rəqabət istehlakçıların ehtiyaclarının
səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. Rəqabət
qabiliyyətli olmaq üçün təşkilatlar daha fəal şəkildə səmərəli
və nəticəli keyfiyyət menecmenti sistemlərini tətbiq
etməlidir.
İ
SO 9000:2000 seriyalı standartları bütün tip və
ölçülü
təşkilatlara
səmərəli
keyfiyyət
menecmenti
sistemlərinin tətbiqi və fəaliyyətini təmin etməyə köməklik
göstərmək məqsədilə işlənmişdir.
İ
SO 9000:2000 əsas müddəaları təsvir edir və
keyfiyyət menecmenti sistemləri üçün terminologiyanı
müəyyən edir.
İ
SO 9001:2000 keyfiyyət menecmenti sistemlərinə
tələbləri o hallarda müəyyən edir ki, təşkilatın istehlakçıların
tələblərini, rəsmi tələbləri və tətbiq olunan məcburi tələbləri
ödəməyə,
həmçinin
istehlakçıların
məmnunluğunun
ödənilməsinin yüksəldilməsinə istiqamətlənmiş standartın
537
tələblərinə cavab verən məhsul təqdim etmək qabiliyyətini
nümayiş etdirmək zərurəti yaranır.
İ
SO 9004:2000 standartı keyfiyyət menecmenti
sisteminin həm nəticəliliyi, həm də səmərəliliyini araşdıran
tövsiyələri nəzərdə tutur. Bu standartın məqsədləri təşkilatın
fəaliyyətinin yaxşılaşdırılması, istehlakçıların və digər
maraqlı tərəflərin məmnunluğudur.
İ
SO 19011 standartı keyfiyyət menecmenti və (və
ya) ətraf mühitin mühafizəsi sistemlərinin auditi
(yoxlanması) üzrə metodiki göstərişlərdən ibarətdir.
Bu standartlar birlikdə milli və beynəlxalq ticarətdə
qarşılıqlı anlaşmaya köməklik edən keyfiyyət menecmenti
sistemi üçün razılaşdırılmış standartlar kompleksini əmələ
gətirir.
İ
SO 9000:2000 standartlarının yeni versiyasının
sistemli əsasını keyfiyyət menecmentinin sə kkiz prinsipi
təş kil edir:
istehlakçılara istiqamətlənmə, rəhbərin liderliyi,
işçilərin cəlb olunması, prosesli yanaşma, menecmentə
sistemli yanaşma, daimi yaxşılaşdırma, faktlara əsaslanan
qərarların qəbulu, tədarükçülərlə qarşılıqlı faydalı əlaqələr.
Müasir
keyfiyyət
menecmentinin
ə
sas
komponentlə ri planlaş dırma, tə minetmə , idarə etmə və
538
məhsulun,
elə cə
də
proseslə rin
keyfiyyə tinin
yaxş ılaş dırılmasıdır.
İ
SO 9001:2000 standartında prosesli yanaşmanın
modeli müəyyən edilmişdir. Bu model aşağıdakı bölmələrdə
formallaşdırılmışdır:
─
resursların menecmenti;
─
məhsulun həyat dövrünün mərhələləri;
─
ölçmə, təhlil və yaxşılaşdırma.
Model dedikdə, müəssisə və təşkilatın keyfiyyət
menecmenti sisteminə beynəlxalq birlik tərəfindən qoyulan
standartlaşdırılmış tələblərin məcmuu başa düşülür.
9000:2000 seriyalı İSO standartları. İSO
9000:2000 “Keyfiyyət menecmenti sistemi. Əsas müddəalar
və lüğət”. 9000:2000 seriyalı İSO standartları keyfiyyət
menecmenti sistemlərinin əsas müddəalarının izahatını verir
və müvafiq terminologiyanı müəyyən edir.
İ
SO 9001:2000 “Keyfiyyət menecmenti sistemləri.
Tələblər” keyfiyyət menecmenti sisteminə tələbləri
müəyyən edir, onlar sertifikatlaşdırma və ya müqavilələrin
bağlanması məqsədilə təşkilatın daxilində istifadə oluna
bilər. Bu standart istehlakçıların tələblərinin yerinə
yetirilməsində
keyfiyyət
menecmenti
sisteminin
nəticəliliyinin yüksəldilməsinə istiqamətlənmişdir.
539
İ
SO 9001:2000 standartı aş ağ ıdakı hallarda
təşkilatın keyfiyyət menecmenti sisteminə tələbləri müəyyən
edir:
–
müəssisənin istehlakçıların tələbatlarını ödəyən
məhsullarını nümayiş etdirməsi qabiliyyətinin ardıcıl olaraq
və müvafiq normativ sənədlərin tələblərinə uyğun təmin
edilməsi;
–
təşkilat
istehlakçıların
məmnunluğunun
yüksəldilməsini özünün ali məqsədi hesab edir. Buna
sistemin səmərəli tətbiqi vasitəsilə, o cümlədən sistemin
proseslərinin daim yaxşılaşdırılması və istehlakçıların
tələblərinə uyğunluğun və reqlamentləşdirici tələblərin
təmin edilməsi ilə nail olunur;
İ
SO 9001:2000-də nəzərdə tutulan bütün tələblər
ümumidir və növü, ölçüləri və tədarük etdiyi məhsuldan
asılı olmayaraq bütün təşkilatlara tətbiq edilmək üçün
planlaşdırılmışdır.
İ
SO 9001:2000 standartı 9000 seriyalı elə bir İSO
standartıdır ki, keyfiyyət menecmenti sistemlərinə tələbləri
müəyyən edir. Bu, həmçinin onunla ifadə olunur ki, tələblər
imperativ formada şərh olunur: “Ali rə hbə rlik ....
etmə lidir...”
540
İ
SO 9001:2000 standartı aşağıdakı bölmələrdən
ibarətdir: Ön söz. Giriş. 1. Tətbiq sahəsi 2. Normativ
istinadlar 3. Təriflər 4. Keyfiyyət menecmenti sistemi 5.
Rəhbərliyin cavabdehliyi 6. Resursların menecmenti 7.
Məhsulun həyat dövrünün prosesləri 8. Ölçmə, təhlil və
yaxşılaşdırma. Əlavə A (informativ), Əlavə B (informativ),
Biblioqrafiya. Əlavə A – İSO 9001:2000 və İSO
14001:1996 arasında uyğunluq cədvəlidir. Əlavə B – İSO
9001:2000 və İSO 9001:1994 arasında uyğunluq cədvəlidir.
Hər bir müəssisəyə öz keyfiyyət menecmenti
sisteminin İSO 9001:2000-in (7-ci bölmə) tələblərinə
uyğunluğunu sübut etmək imkanı vermək üçün bəzi
tələblərin istisna edilməsinə yol verilir. Buraxılan istisnalar
7-ci
bölmədə
verilmiş
tələblərdir
və
məhsulun
istehlakçıların və müvafiq məcburi tələblərin təmin edilməsi
qabiliyyətinə və ya təşkilatın cavabdehliyinə təsir göstərmir.
Belə istisnalar təşkilatın və ya məhsulun spesifik
xüsusiyyətləri ilə əsaslandırıla bilər. Buraxılan istisnalara
aid müddəalara riayət olunmadıqda İSO 9001:2000
standartının tələblərinə uyğunluğa iddia etmək lazım deyil.
Bu elə situasiyalara aiddir ki, məcburi tələblərin yerinə
yetirilməsi zamanı İSO 9001: 2000 ilə buraxılan istisnaların
çərçivəsindən kənara çıxan istisnalara yol verilir.
541
Ə
vvəllər
müəssisənin
keyfiyyət
menecmenti
sisteminin tətbiq sahəsi və İSO 9001:2000 standartının
tətbiq sahəsi arasında dolaşıqlıq baş verirdi. Təşkilat
özünün keyfiyyət menecmenti sisteminin tətbiq sahəsini
genişləndirməyə borclu deyil və onu buraxdığı bütün
məhsula aid etmək öhdəliyi götürməmişdir.
Ə
gər müəssisənin keyfiyyət menecmentinin tətbiq
sahəsi müəyyən məhsulla məhdudlaşırsa, onda bu birmənalı
və aydın şəkildə keyfiyyət üzrə rəhbərlik sənədində əks
olunmalıdır. İSO 9001: 2000-in müvafiq tələbləri keyfiyyət
menecmenti sisteminin tətbiq sahəsində sadalanan bütün
məhsullara məhdudiyyətsiz tətbiq olunur. Əgər İSO 9001:
2000-in ayrı-ayrı tələbləri tətbiq edilməli deyilsə, onda bunu
ə
saslandırmaq lazımdır.
Məsələn, 7.5.4 yarım bölməsində nəzərdə tutulan
tələblər (“İstehlakçıların əmlakı”), adətən öz məhsullarının
istehsalında istehlakçıların əmlakını emal və ya başqa cür
istifadə etməyən müəssisələrə aid edilmir. 7.3 yarım
bölməsində (“Layihələndirmə və işləmə”) nəzərdə tutulan
tələblərin istisna edilməsinə differensial yanaşmaq lazımdır.
Hesab olunur ki, bu bölmədə nəzərdə tutulan bütün
tələblərin bütövlükdə istisna edilməsi yolverilməzdir; bu
542
bölmənin tələblərinin qismən qüvvədə olması situasiyası isə
məqbuldur.
Məsələn, 7.3.7 altbölməsinin (“Layihə və işləmələrə
düzəlişlərin idarə edilməsi”) tələbləri hər hansı bir
məhdudiyyətsiz, ancaq dəyişiklikləri həyata keçirmək
hüququna malik təşkilatlar üçün məcburidir. Tələblərin
istisna edilməsi (çıxarılması) keyfiyyət üzrə rəhbərlikdə
ə
saslandırılmalıdır (özü də hər bir tələb ayrıca; bax: İSO
9001:2000, 4.2.2 altbölməsi).
İ
SO 9004:2000 “Keyfiyyət menecmenti sistemləri.
Fəaliyyətin
yaxşılaşdırılması
üzrə
tövsiyələr”
İ
SO
9001:2000
ilə
müqayisədə
keyfiyyət
menecmenti
sistemlərinin daha geniş spektrində metodik köməklik
təqdim edir. İlk növbədə, bu fəaliyyətin daim
yaxşılaşdırılmasına
və
təşkilatın
səmərəliliyinin
yüksəldilməsinə, həmçinin onun nəticəliliyinə aiddir. İSO
9004:2000 üzrə fəaliyyətinin daim yaxşılaşdırılmasına ümdə
məqsədi qoyan, lakin İSO 9001:2000-in tələbləri
çərçivəsindən çıxmağa çalışan təşkilatların rəhbər personalı
üçün Rəhbərlik sənədi kimi tövsiyə olunur.
İ
SO 9001:2000 və İSO 9004:2000 standartları bir-
birini tamamlamaq üçün layihələndirilmiş keyfiyyət
menecmenti sistemlərinə standartların razılaşdırılmış cütü
543
kimi işlənmişdir, lakin hər iki beynəlxalq standartı müstəqil
olaraq tətbiq etmək olar. Hərçəndki bu beynəlxalq
standartların razılaşdırılmış cütlər kimi istifadəsini
asanlaşdırmaq üçün onlar analoji struktura malikdir.
İ
SO 9004:2000 standartı İSO 9001:2000-də verilmiş
tələblərin çərçivəsindən kənara çıxan tövsiyələri nəzərdə
tutur. İSO 9001:2000 ilə müqayisədə burada istehlakçıların
məmnunluğu və məhsulun keyfiyyətinə yönəlmiş məqsədlər
genişləndirilmişdir: onlara maraqlı tərəflərin məmnunluğu
və təşkilatın fəaliyyətinin yaxşılaşdırılması daxil edilmişdir.
İ
SO 9004:2000 standartı təşkilatın proseslərinə də
tətbiq olunandır və beləliklə də onun əsaslandığı keyfiyyət
menecmenti prinsipləri bütün təşkilata aid edilə bilər. Bu
standartın əsas diqqəti istehlakçıların və digər maraqlı
tərəflərin
məmnunluq
dərəcəsi
ilə
ölçülən
daim
yaxşılaşdırmağa nail olunmağa yönəlmişdir.
Sözü gedən beynəlxalq standart metodik göstərişlər
və tövsiyələrdən ibarətdir, sertifikatlaşdırma və ya
müqavilələrdə və reqlamentlərdə istifadə məqsədləri üçün
nəzərdə tutulmamışdır.Bu standart həm də İSO 9001: 2000-
in tətbiqi üzrə rəhbərlik qismində istifadə üçün də nəzərdə
tutulmamışdır.
544
İ
SO 9004:2000 9000 seriyalı yeganə İSO standartıdır
ki, keyfiyyət menecmenti sistemlərinin tətbiqi və
müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üzrə tövsiyələri
nəzərdə tutur. Standartın məzmunu İSO 9001: 2000 ilə
analoji struktura malikdir.
İ
stifadəsini asanlaşdırmaq və əyaniliyini təmin
etmək üçün İSO 9004: 2000-də bölmələr İSO 9001: 2000-in
müvafiq tələbləri ilə birlikdə verilmişdir. Bununla da hər
iki standartların razılaşdırılmış tətbiqi əsaslandırılır və
vəhdəti vurğulanır.
İ
SO 19011: 2002 “Keyfiyyət menecmenti və (və ya)
ə
traf mühitin mühafizəsi sistemlərinin yoxlanması üzrə
Rəhbər göstərişlər”. İSO 19011 standartı aşağıdakı struktura
malikdir: Ön söz. Giriş. 1. Tətbiq sahəsi. 2. Normativ
istinadlar. 3. Termin və təriflər. 4. Auditin prinsipləri. 5.
Audit proqramının menecmenti. 6. Audit zamanı hərəkətlər.
7. Auditorların səriştəliliyi və qiymətləndirilməsi.
|