Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
Soz metbexi


93
tarı deyil ilk növbədə Allahımızın bizə özündən verdiyi işığı, ruhu göstərir. 
Mənliyimizi, indi mentalitet deyilənləri göstərir. 
Dilimizin özündə çox işıq var. Çox sözlərimiz işıqdan, onun atributların-
dan gəlir. Aşiq, aşıq, şax (şax, düz durmaq), şıx, yaraşıq sözləri işığa tutulmuş 
sözlərdir. 
Qız sözü-qızmar, isti, odlu-işıqlı, Türkcədə  sıcaq, isti, qaynar sözündə 
həm sağ, həm ağ işıq sözlərini eçidirik. 
Qonaq sözündə də evimizə qonan işıq, evi işıqlandıran mənalarını duyuruq. 
Bulaq sözündə işığı bulan (tapan), işığa çıxan mənası var. 
Dağa tapınmağımız, Kitabi-Dədə Qorqudda qız-gəlinin Dağı özünə qayı-
nata bilməsi dağın hündür ağ, işıq mənasıyla bağlıdır. İndi də dilimizdə saxla-
nılmış “dağ çəkmək”, “dağ basmaq”, “dağlamaq”, yəni yandırmaq, “yağı dağ 
etmək”, “dağ su”, yəni isidilmiş mənalarının saxlanılması bununla bağlıdır. 
Yəqin ki, peyğəmbərlərimizə  məhz dağlarda ilahi sözlərinin verilməsi, 
şairlərimizin hamısının öz şeirlərində dağlara üz tutması,  şüuraltı  təfək-
kü rümüzdəki bu bilgiylə bağlıdır. Dilimizdə belə yanar, alovlu, isti, işıqlı 
mənalara malik sözlər yüzlərcədir. 
Hansı dildə insan, ruh, gözəllik belə düzgün açıqlanır, belə verilir, belə 
göstərilir?! Bəlkə dilimiz ağ işığın verdiyi, yaratdığı ən ilk, ən əzəl, ən özəl 
dildir. Axı Vətənimizin, torpağımızın da həm adının, həm yerləşdiyi məkanın 
müqəddəsliyi haqqında nə qədər faktlar, fərziyyələr var. Bəlkə dünyanı qaran-
lıqdan çıxarmaq, dünyaya sevgi, məhəbbət, ruh, işıq qaytarmaq missiyamız 
var bizim. 
Bəlkə bizim aydan arı, sudan duru olmaq, aynamızla işıqlandırmaq missi-
yamız var. Bunun üçün öncə özümüzün işıqlanmamız, öz eynimizin, aynamı-
zın açılması lazımdır. Burada ana dilimiz çox lazım olacaq. Bəzi “deputatla-
rın”, “nazirlərin”, “məmurların”, “xadimlərin”, “diktorların”, “müğənnilərin”, 
“aparıcıların” kəkələyə-kəkələyə, qıra-qıra dilimizi qırmalarına, “əvvəl 
gödəniyyət, sonra mədəniyyət”, “sağlam bədəndə sağlam ruh olur”, “gözəllik 
ondur doqquzu dondur” və s. söyləmələrinə imkan verməyin. Amma onlar 
kimi təhqirlə, söyüşlə, çığırmaqla deyil, öz ana dilimizlə, öz işığınızla dağıdın 
onların qaranlıqlarını. 
Qoy üzünüz ayna, işıq olsun, Ana dilimiz Sizə bu yolda yar olsun!
 

94
Söz mətbəxi
ASLARLA BAĞLI MƏTBƏX TERMİNLƏRİMİZ
Azərbaycan xalqının kökündə duran, onun əsas babası olan Azlar, Asların 
adlarına yalnız qədim daş abidələrdə (Nüvədi abidəsi – e. ə VII-VIII əsr, Orxon-
Yenisey abidələri – b. e. VII əsr), coğrafi-toponomik adlarda (Asiya qitəsi, Qaf-
qaz dağları, Tibet, müqəddəs Kaylas dağı, Azov dənizi, Yaponiyadakı Asitaka 
dağı, Azərbaycan ölkəsi, Naxçıvandakı Aza kəndi, Azıx mağarası, Əfqanıstan da 
Azərgöh şəhəri və s.) müxtəlif xalqların mifologiyalarında, Avropa xalqlarının 
saqalarında, dini kitablarda, xalqların adlarında Azərilər, Azbəylər, (Özbəklər), 
Xakaslar, Asetinlər, Çerukaslar (çərkəzlər), Qaqauzlar, Qırxazlar və s. digər 
mənbələrdə rast gəlindiyi kimi öz izlərini kulinariya mədəniyyətində də qoy-
muşlar. Bunlardan bir neçəsi öz dilimizdə, bəziləri ümumtürk dillərində, bəziləri 
isə dünyəvi dillərdə saxlanılmışdır. Qədim dilimizdə mətbəx terminləri arasında 
“As” sözünə tez-tez müxtəlif variantlarda rast gəlirik. 
“As” sözü həm buğdaya, bəzən də düyüyə deyilir, aş türk dillərində ye-
mək, xörək mənasında, plov mənasında işlədilir. 
Dilimizdə s-ş-j-z-c-h-x-ğ-q keçidi mövcud olduğundan As sözünün 
müxtəlif “As” köklü millətlərdə, region ləhcələrdə As-Aş-Aj-Ac-Aç-Az-Ağ-
Ah-Ax-Aq kimi formaları işlədilir və bu formaların çoxu mətbəx terminlərinin 
tərkib hissəsidir. 
Bu gün dilimizdə yemək və plov mənasında işlədilən “Aş” sözü bu 
qəbildəndir və bu sözdən aşçı, aşpaz, aşsüzən, aşırmaq (yemək mənasında), 
aşıq (sümük hissəsi) və s. kimi sözlər, anlamlar əmələ gəlmişdir. 
“As” sözü də mətbəx terminlərimizdə işlənir. Məsələn, “asudə” (yəni as 
uda, as yeyə mənasında) xörəyimizin, Asatur (osetr) balığının (yəni Asın turu, 
asın qoçağı, nəhəngi) adı, gilas (yəni asın giləsi) – türkcədə giras (yəni as gir, 
giriş yeməyə), türk dillərindəki asamaq, aşamaq – yəni yemək sözü və bu 
kimi. Orta əsr Osmanlı türkcəsində as sözü mərsin və dəyirman mənalarında 
işlədilir. Asabiül-azari-qız barmağı üzümü, asel-bal, asfuriyə-küftə-bozbaş, 
asib-bağırsaq dolması, asidə-halva və bulamac aşı  mənalarında askar-üzüm 

Aslarla bağlı mətbəx terminlərimiz
95
şirəsi, asirə-şirə, azaz-loxma, azık-azuqə, azirə-ziyafət və s. kimi mətbəx 
terminlərinə rast gəlirik. XV əsrdə İran şairi Bushaqın “Kənzül-iştiha” kita-
bında bir sıra xörək nüsxələrinin (reseptlərinin) adlarında və terminlərdə də 
as, azla bağlı mənaları görürük. Azad mivə-şəkərli-məzə, asdan-dəyirmançı 
astım-qab-qacaq ağzı, astinə-yumurta, astar-mərsin ağacı, ase-meyan kökü, 
asya-dəyirman növü, asyab-su dəyirmanı, azər-atəş, azər-abadgün mətbəx 
və s. Aj (Gəncə ləhcəsində) – ac sözü yeməyə ehtiyacı olan, çatışmamazlıq 
mənasında işlədilir və burada “az”, yəni azlıq, çatışmamazlıq sözü ilə eyni 
məna kəsb edir, tutmac (tutmaj), tokmac (tatarlarda – yəni ac saxlama – tutma 
ac) xörəklərdə qalac (qalaj) çörəyi – yəni ac qal, doyma mənasındadır. 
Bu sözlər Acıtma (Ajıtma)– yəni xəmir mayası anlamında işlədilir. Eh-
timal ki, bu sözün Azıtma forması da mövcud olub, bu da xəmiri böyütmək 
(azmanlaşdırmaq), yerindən oynatmaq, azıtmaq mənalarında işlədilib ki, bu 
da acıtma prosesinin xüsusiyyətlərini özündə əks etdirir. Bundan başqa acı-ajı 
dad bildirmə terminləri, ajı (acı) istiot, ajı (acı) qıjı, acı (ajı) tərə kimi yeməli 
otların adı da buradan əmələ gəlir. Az sözü “Azu” xörəyinin, “azuqə” termi-
nin də, “azıxmaq” (yəni acmaq) terminin də əsasında durur. Ac-yalavac, ac-
yalavaş, lavaş sözləri də bu qəbildəndir. 
Ac-Ag-Ağ-Ak-Ax-Ah termini rəng, təmizlik bildirməklə ağ balıq, qabaq, 
balqabaq, ağ su (şirin su), ağartı (süd məhsullarının ümumi adı), araq (arağ, 
arak, arax), acı ilə səsləşən acı (zəhər) sözü, “Kitabi-Dədə Qorqud”dakı sağ-
raq (araq, sake) sözü, ağıl (heyvan saxlanan yer), axur (heyvan yem yediyi 
yer), qulaq, kulak (düşbərə) xörəyi adlarında bir bu səsi eşidirik. 
Mətbəximizdə Axsaq oğlaq, Ağ saolan – Ağ asolan, Ağasağ olan xörəyin 
adında həm xörəyin rəngi, həm gücü ifadə edilir. Sarımsaq sözündə də bunu 
eşidirik. 
Qeyd edək ki, dilimizdə a-ə-e-ö-o-u-ü keçidləri də mövcuddur. Ona görə 
də bu sözlərə ocaq, ojaq, əzmə, əqq (yumurta ingiliscə) və s. müəyyən qanu-
nauyğunluq görünür. 
as-aş-aj-ac-az-ağ-ah-ax-aq
əs-əş-əj-əc-əz-əğ-əh-əx-əq
es-eş-ej-ec-ez-eğ-eh-ex-eq
ös-öş-öj-öc-öz-öğ-öh-öx-öq
os-oş-oj-oc-oz-oğ-oh-ox-oq

96
Söz mətbəxi
us-uş-uj-uc-uz-uğ-uh-ux-uq
üs-üş-üj-üc-üz-üğ-üh-üx-üq
Bir çox tayfalarımızda, ləhcələrimizdə sözlər laringal samitlə deyildiyindən 
as-az-aş- və s. onlardan gələn sözlərin əvvəlinə h-x-q-ğ- hərfləri düşdüyündən 
onlar has, haş, haz..., xas, xaş, xaz..., qas, qaş, qaz... kimi səslənir. 
Bu səslənmənin nəticəsində dilimizdə mövcud olan xaş, xaşıl, xəşil, xa-
şal, xaşlama, qaz (quş), qazan, qazayağı, qaşıq, qaşıq xəngəli, qoç, qoz, qoza, 
qax, qaxac, qəzəl (qəzil-meyvə, qoz, nar qabığı mənasında), quş, hoşab, xoşab 
(dadlı su, kompot mənasında) sözləri əmələ gəlib. 
Ehtimal ki, bəzi mətbəx terminlərində aslarla bağlı  kəlmələrdə sonradan 
hərflər düşmüş  və onlar müasir formalara düşmüşlər. Məsələn, asların özləri 
ilə hər yerə, o cümlədən, Norveçə də aparıb çıxardıqları, yuxa bişirmək üçün 
istifadə etdikləri “sajın”, “sacın” adının arxaik forması “asac” – yəni “acmış as” 
ona yemək bişir mənasında və ya “asaş” – yəni “asın yeməyi, aşı” mənasında 
işlənmiş, sonralar “a” səsi düşdüyündən saj, sac formasında qalmışdır. 
Dilimizdə bu kimi hadisələr çoxdur. Məsələn, “Səni öyürəm” yəni səni 
tərifləyirəm, səninlə öyünürəm, sən öyülməlisən ifadəsi üç hərf itirərək bu 
gün “Söyürəm” – “sevirəm” mənasında işlənir öygülü, tərifli mənasında da 
Söygülü, Sevgili sözləri işlənməsi də bu mənanın daşıyıcısıdır. 
Norveçdə də nazik çörəyin-yuxanın eynən bizdəki kimi bişirilməsi, “As-
koy loaves” (yəni As kənd lavaşı) yeməyinin hazırlanması digər avropalılar-
dan fərqli olaraq dillərində “Ö” səsinin olması ulu babalarının Azərbaycandan 
getmiş Asər olması, sacın adının, “Dədə Qorqud”da çəkilməsi və s. faktlar sa-
cın məhz aslara məxsus olduğunu göstərməkdədir. Asiman, hündür, yüksəklik 
mənasında işlədilən söz “qazan asmaq” qazanı yüksəkliyə qaldırmaq ifadəsinin 
də əsasıdır. Ola bilsin ki, ilk saclar da əvvəlcə ocağın üzərinə, daşların üstünə, 
ya sacayağa qoyulmayıb kənarlarındakı dəliklərdən hündürdən asılıb, asılan-
asac asılan aj mənasında işlədilib. 
Yeməyin, aşın özünün asılması mətbəx mədəniyyətində mövcud olan fərq-
lər dəndir. Məsələn, indi də norveçlilər qarının içinə qiymə doldurur ağzını bağla-
yıb ocağın üstündən asırlar. Belə, asılmış aşa tüstü dəyməsin, yanmasın deyə ası-
lan aşla ocağın arasında istiliyi yaxşı keçirən bir təbəqənin qoyulması və yaxud 
artıq bişmiş aşı isti saxlamaq üçün istiliyi uzun müddət saxlaya bilən təbəqənin 
yerləşdirilməsi sonralar isə hər iki metodun birləşməsi, həm də aşdan damcıla-
yan işgənənin toplanması məqsədi daha sonralar asılan aşın birbaşa təbəqənin 

Aslarla bağlı mətbəx terminlərimiz
97
üzərinə qoyulması bir tərəfdən tabaların, digər tərəfdən sacların əmələ gəlməsinə 
səbəb ola bilərdi və bu da yuxa, fətir, fəsəli kimi çörəklərimizin sac üstü, saciçi, 
sac altı, sacarası kimi yeməklərimizin əmələ gəlməsinə səbəb olmuşdur. 
Türk mətbəxində Aşura xörəyi, yakut mətbəxindəki mııhas, Batamaska, 
Onoqos, Anınas, Xaas, tatar mətbəxindəki Azu, Kuas və s. terminlərin möv-
cudluğu aslarla bağlı mətbəx terminlərinin geniş yayıldığını göstərir. 
1998-ci ildə ingiliscə çapdan çıxmış izahlı beynəlxalq mətbəx və qida 
lü ğətində aslarla bağlı  aşağıdakı  mətbəx terminlərinə rast gəlirik (terminlər 
ingiliscə verilir):
– Accra; Acedera; aseite; aselqa; aser sacharum; acerola; aseto; acajou; 
acar; acar ixan və s. 
– asadero; asado; asadura; asafotida; asam; asar; asara la zarrilla; asarijiru; 
asciutto; ascorlates; ascorbik acid; asepsin; ash gourd; ashburtou open pastie; 
ashe reste; Ashieu bread; asier; asmina triloba; asino; asparagys; aspartome 
aspik; assad və s. və bu kimi. Bu terminlərin məna açıqlamalarına vardıqda 
bir çox xalqların mətbəxlərinə asların izlərini görürük. İslandiya, Norveç, Al-
maniya, İngiltərə və s. avropa xalqlarının mətbəxlərində bu sözlər və xörəklər 
özlərinə geniş yer tutmuşlar. 
Bizə daha tez anlaşılan bir neçə sözün açılışına diqqət yetirək: 
Asar-To roast, broie or grill
Asar a da zarrilla – To grill
Hər iki söz grill sözü ilə yəni açıq ocaqda közdə bişirmək sözü ilə bağlı-
dır. Əgər nəzərə alsaq ki, hələ Düma Ata Qafqaz əsərində şişliyin – yəni açıq 
odda şişdə yemək bişirməyin Avropada tanınmadığını söyləyirdisə bu xörək 
bişirmə metodunun azlardan gəldiyini düşünməyə əsas verir. 
Başqa qrildə bişirmə, ikinci mənada isə barbekyü kimi, yəni şişdə deyil
düzülmüş şişlərin üzərində odda bişmə metodu kimi izah edilir. Başqa bir ter-
min Ashe reste – izahından əriştə ilə bişirilən xörək olduğu anlaşılır. 
Asley bread – Amerikaya şərqdən gəlmə qazanda bişirilən xörək kimi 
tərcümə olunan As-ın lay (qat) çörəyi kimi anlamaq olar. 
Digər terminlərin də açılışı Asların, Azların, Azərlərin dünya mətbəx 
mədəniyyətinə öz adları ilə bağlı bir çox bəxşlər verdiklərini və bu sahədə 
alimlərimizin geniş, dərin tədqiqatlarına ehtiyac olduğunu göstərir. 

98
Söz mətbəxi
Ədəbiyyat
1. The Norvecian Kitchen. “KOM TORLAG” 1993 Norvay 224 str. 
2.  International Dictionary of FOOD and COOKING, Great Britain. 1998 q., 
594 str. 
3. Y. Ə.Əxmətanov “Tatar xalık aşları” Kazan “ranpur” 1999, 464 səh. 
4.  В. Н.Федорова “Блюда Народов Якутии” Якутское книжное изд-во. 1991 
г., 207 стр. 
5. Abdurrahman Cerrahoglu “Sofra Nimetleri” İstanbul “Timaş” 1992, 544 səh. 
6. Александр Дюма “Кавказ”, Тбилиси “Меряни” 1988 г., 286 стр. 

“Kitabi-Dədə Qorqud”da “araq” məsələsi
99
“KİTABİ-DƏDƏ QORQUD”DA “ARAQ” MƏSƏLƏSİ
Hazırda dünyada milli mətbəxlərin sərhədləşməsi prosesi geniş vüsət alıb. 
Məsələn, Portuqaliya hökumətinin Nazirlər Şurası ənənəvi mətbəxi Portuqali-
yanın qeyri-maddi əmlakı elan edib. Avropanın Ədalət məhkəməsi 7 il Fransa, 
Avstriya, Macarıstan çəkişməsindən sonra kruasanın (buynuza bənzər şırın və 
küvrək un məmulatı) Fransanın mülkiyyəti olduğu barədə qərar verdı. Bu isə 
artıq iqtisadi nəticələrə gətirib çıxarır. Başqa ölkələrdə də bu yönümdə geniş 
tədqiqatlar aparılır. 
Tarixi abidələrimizdən olan “Kitabi-Dədə Qorqud” dastanı da qədim 
mətbəx mədəniyyətimizi təhlil etmək, xörəklərimizin indentifikasiya edilməsi 
üçün  əsaslı  mənbə, istinad yeridir. Bununla bağlı olaraq “Kitabi Dədə 
Qorqud”da saxlanmış mətbəx abidələrimizin hər birinin öyrənilməsi günümü-
zün vacib məsələlərindəndir. Dastanda adı çəkilən içkilərdən biri “sağraq”dır. 
Bütün tərcüməçilər bu ifadəni “şərab” kimi tərcümə etmişdir. 
Təəssüf ki, yazılı mənbələrimizin, bədii ədəbiyyatın, xalq yaradıcılığının 
tədqiqatçıları  mətbəx mədəniyyətinə aid olan terminlərin, ifadələrin dəqiq 
tərcüməsinə çox vaxt etinasız yanaşırlar. 
Dastanda sağraq sözü “Salur Qazanın evinin yağmalanması” boyunda üç 
dəfə istifadə edilir. Digər boylarda yeddi dəfə  şərab, al şərab, yeddiillik al 
şərab ifadələri, bir dəfə meyxana ifadəsi işlədilib. 
Dilimizdə “mey”, “şərab”, “çaxır” ifadələri bu gün də  işlənməkdədir. 
“Oğuz Kağan” dastanında şərab kimi tərcümə edilmiş “sürmə” sözünə də rast 
gəlirik. 
Şah İsmayıl Xətai şərab mənasında “mül”, Molla Pənah Vaqif isə “badə” 
sözünü işlədir. Hər ikisinin əsərlərində qədəh, piyalə mənasında “peymanə” 
ifadəsi işlədilir. Bu isə içərisində “peyman” olan “peymanınkı” anlamında-
dır. Peyman sözünü “pey-man” kimi açıqlasaq “iç məni” anlamında olmasını 
görərik. Rus dilindəki “pey”- iç, “ley-pey” ifadələri də bu sözə köklənib. Ap-
rel Şteynin e. ə 3-cü ilə aid olan Bii Buda (Tun Huanq) məbədindən tapdı-

100
Söz mətbəxi
ğı Orxan-Yenisey əlifbası ilə yazılmış əlyazmada qədim türk dilində şərabın 
daha bir adı çəkilir – “bəgin”. Yazılı ədəbiyyatımızda şərab kimi ərəbcədən 
gəlmə “xəmr” sözü də işlədilir. 
Biz belə ehtimal edirik ki, mey, şərab, çaxır, mül, badə, peyman, bəgin, 
xəmir ifadələrindən fərqli olaraq “sağraq” ifadəsi bu gün dilimizdə “araq” və 
ya Türkiyə türkcəsində işlədilən “rakı” sözüdür. Bu isə arağın alınma texno-
logiyasının türk xalqlarına daha qədimdən məlum olduğunu göstərir. Mövcud 
ədəbiyyatda distillə yolu ilə alınan spirtli içkinin XI-XII əsrlərdə yarandığı, 
XV-XVI əsrlərdə Rusiyaya gətirildiyi yazılır. 
Ədəbiyyatda rus dilindəki “vodka” sözünün “voda” (su) sözünün kiçiltmə 
mənasından əmələ gəldiyi yazılır. Ümumiyyətlə, distillə prosesi barədə b. e II 
əsrində Zosim artıq çoxdan məlum bir proses kimi yazır. Qədim Misirlilərin 
distillə ilə alkoqol almaları barədə məlumatlar verilir. Aristotelin e. ə. (384-
320 illər) əsərlərində suyun distillə edilməsi barədə yazılır. 
Bəzi Çin mənbələrində bizim eradan əvvəl 1000-ci illərdə düyüdən alı-
nan qatılaşdırılmış, qüvvətli, sərt bir içki haqqında rəvayət var. Orta Asiya 
türklərinin ən qədim qonşusunun Çinlilər olduğunu bilirik. 
Bəzi alimlər distillə prosesini ərəblərin icad etdiklərini yazırlar. 
Məlumdur ki, “alkoqol” sözü ərəbcə “al, kool” sözlərindən əmələ gəlib, 
“kool” sözü ərəbcədə “sürmə kirşanı” sözünü ifadə edir, məna tutumuna görə 
isə ən yüksək təmizləmə, distilyasiya mənasında işlənir. Əgər “Oğuz Kağan” 
dastanındakı “sürmə” sözü ilə müqayisə etsək, onda “sürmə”nin də şərab deyil, 
məhz “araq” olduğunu ehtimal etmək olar. Digər tərəfdən, sürmə kirşanının 
kosmetik vasitə kimi istifadə edildikdə tünd rəngli olduğu ilə müqayisəsindən 
sürmənin qatı tünd rəngli şərab olduğunu ehtimal edə bilərik. 
Lakin K.D.Q-da tez-tez süzmək  əvəzinə “sürmək” sözünün işlədilməsi 
“sürmə” sözünü “süzmə” kimi səciyyələndirməyə imkan verir. Distillə zama-
nı yüngül fraksiyanın, soyudulduqdan sonra distillə aparatından necə süzüldü-
yünü görsək “süzmə”nin araq olduğunu görərik. 
Digər tərəfdən Qaşqari “sür” – sözünün qızmaq, çəkişmək kimi anlamı-
nı verir ki, bu da sürmənin araq kimi göstərdiyi təsirlə bağlı ola bilər. K.D. 
Q-dakı sağraq sözünün “sağılmaq” (südün sağılması), “sızılmaq” (dağdan qa-
yadan su sızılır, damcılayır mənasında), “süzülmək” sözləri ilə müqayisəsi və 
distillə aparatından spirtli məhlulun sağıldığı, sızıldığı, süzüldüyünü görsək, 
onda “sağraq”ın sağılmış araq olduğuna əmin olarıq. 

“Kitabi-Dədə Qorqud”da “araq” məsələsi
101
Yəni həm “Oğuz Kağan” dastanındakı “sürmə”nin, həm də K.D.Q-dakı 
“sağraq”ın süzülmə prosesi ilə sıx bağlılığını gördük. Sağraq sözünün ikinci 
hissəsini “raq”, “rak” – raki, raka ifadəsi barədə mənbələr göstərir ki, “raka” 
türk mənşəli termindir, ərəb dilindəki “araqu” (xurma arağı) sözündən gö-
türülüb. Amma ərəblər xurma arağına “cirə zəhləviyyə” deyirdilər, bəzən bu 
termini “pis iyli vodka” kimi də tərcümə edirdilər. 
“Raka” sözü III əsrdə Vizantiya mənbələrində də işlədilir. Bolqariyada, 
Moldaviyada, Serbiyada, Belarusiyada “raka” sözü ilkin, kobud yarımfabri-
kat mənasında işlədilir. Bolqar, Moldav dillərində “raka” yalnız meyvəli və 
meyvədən distilllə edilən içkiyə deyilir. 
Vladimir Dal yazır: “Arak” şəkər qamışından, patokadan, düyüdən və kiş-
miş dən çəkilmiş vodka (meyvə arağı, üzümdən və s., rom və konyak adlan). 
Arakiyi, araka, ya rakı başqa millətlərin iyli qıcqırmış süddən çəkilmiş süd 
vodkası; çuvaşlarda, kumışkalarda, Kiçik Rusiyada bəzi yerlərdə vodkaya 
“rakista” deyirlər. 
 Buradan görünür ki, türklər süddən alınmış qımızdan da araq çəkirlərmiş. 
Ola bilər ki, V. Dal daha çox təmizlənmiş, qonaqlar və varlılar üçün hazırlanan 
tünd qaraqımızı (karakumıs) nəzərdə tutur. 
Tarix elmləri doktoru Nikolay Nikolskiy qeyd edir: “türk xalqlarının 
arağa və şəraba verdikləri ümumi ad (erex, ərəx, araq, araku) göstərir ki, bu 
sərxoşedici içki ümumtürk ailəsi dövründə yaranmışdır. Bu türk adının fin 
xalqlarında olması isə bu adın türk xalqlarından götürüldüyünü göstərir”.  
Türk xalqlarının müsbət nəticə vermiş içkini tündləşdirmək cəhdlərindən 
biri də başqa üsulla qımızın tündləşdirilməsi, qaraqımızın alınmasıdır ki, başqa 
xalqlar buna süd arağı da deyiblər. Qaraqımız almaq üçün, bir neçə gün ərzində 
yığılmış adi qımızın üzərinə təzə at südü töküb, möhkəm çalxalayırdılar və bir 
gecəlik durulmağa qoyurdular. Bütün kazein birləşmələri gecə  ərzində qabın 
dibinə çökürdü və yuxarı şəffaf hissəsini ehtiyatla başqa qaba tökürdülər. Bu 
hissə az olmasına baxmayaraq daha tünd olurdu. Buna “qaraqımız” deyirdilər. 
Burada təmizləmək – “arıtmaq” distillə yolu ilə deyil, çökdürmək üsulu ilə apa-
rılırdı. Amma V. Dala görə arağın Rusiyada olmayan bitkilərdən çəkildiyini gö-
rürük. Düyüdən çəkilmiş arağın yada salınması isə K. D. Q-da sağraqla yaponla-
rın “Sake”-si arasında bir körpü olduğu ehtimalını yaradır. Sake ilə dilimizdəki 
“saqi” sözlərinin yaxınlığı da yanılmadığımızı sağ, sak, saq sözlərinin saqrağın, 
saqinin və sakenin qədim vahid kökdən gəldiyini göstərir. 

102
Söz mətbəxi
Bu gün Azərbaycanda çəkilən və müalicəvi hesab edilən meyvə araqları 
– Tovuzda çəkilən tut, zoğal arağı, Ağstafa rayonu Saloğlu kəndində süzülən 
ərik arağı, Borçalıda hazırlanan üzüm (cecə – üzüm cecəsi) arağı (gürcülər 
buna çaça deyirlər), digər rayonlarda hazırlanan gavalı arağı, İranda evlərdə 
bu gün də  çəkilən kişmiş arağı eyni kökdən, texnologiyadan gəlir. Distillə 
yolu ilə bitkilərdən cövhər çəkilməsi türklərə, xüsusən də azərilərə qədimdən 
məlum olan bir prosesdir. 
Maraqlıdır ki, monqolların, büryatların mətbəxində madyan südündən ha-
zır lanan  qımız “ayrqa” yaxud “seqee” adlanır. “Ayrqa” – ayran və araq söz lə-
ri nin sanki birliyindən əmələ gəlib. İlk baxışda ayrqanı da ayrılan kimi, ayran 
kimi tərcümə etmək olar. Amma ayrqa yağdan, ya nədənsə ayrılan hissə deyil, 
tur şumuş və tərkibində spirt olan içkidir. 
Bu səbəbdən ayrqa, ayraq daha çox “araq” sözünə yaxındır. Ayrqa sözünə 
sinonim kimi işlədilən “seqee” sözü də “saqi” içki paylayan sözü ilə çox 
səsləşir. 
Monqol və büryatlar turş süd məhsullarını hündürlüyü 1,2-1,3 m olan 
hündür qaba (haba) tökür, ağac toxmaqla çalırlar. Kəsmikdən ayrılan suya, 
zərdaba da “ayraq” və ya “kurunqa” deyirlər. Sonra kurunqa (ayraq) bir neçə 
gün saxlanılır və acı dad alır. 
İçində “kurunqa” olan ağac çəlləyə  əyri ağac boru bərkidilir. Borunun 
aşa ğı ucu çuqun qazanın “tanxa”nın ağzına bərkidilir. Tanxa başqa bir su ilə 
dolu çəlləyin içərisinə yerləşdirilirdi, kurunqa qaynadılırdı, buxar borudan ke-
çib səhəngə yığılırdı və spirtli “arxi”yə yaxud “tarasu”na çevrilirdi. 
İkinci, üçüncü distillədən sonra Tarasun (arxa) da tünd olurdu. 
Biz burada da arxa-arax-araq termini ilə rastlaşırıq. Bu içkinin də distillə 
yolu ilə alındığını görürük. Burada maraqlı bir məqam arağın ikinci adı ilə 
Tarasunla bağlıdır. Altay mənşəli xalqlarda “su”, “suy” (yaponlarda), sun eyni 
mənada işlənə bilir. “Tara” sözü isə tər-təzə, gənc mənasında və tər – alın təri 
anlamında işlədilir. 
Türk alimi Vəfa Zatın yazdıqlarına görə: bəzi alimlər “arak” sözünün tər, 
“araki” sözünün isə tərlədən anlamına gəldiyini söyləyir. Dilimizdəki “araq-
çın” sözünün də buradan əmələ gəldiyini söyləmək olar. Keçmişdə dərvişlərin 
başlarına qoyduqları başlığa da “araqçiyə” deyilirdi. 
Dilimizdə “tərlik” deyilən geyimi də bura aid etmək olar. Distillənin sanki 
tərləmə yolu ilə alındığından bu ehtimal irəli sürülüb. 

“Kitabi-Dədə Qorqud”da “araq” məsələsi
103
Rus dilində “vodka” sözünün də araqdan hərdən kolkulyasiya tərcüməsi 
ol duğu ehtimal edilir. Vodka rusca su sözünün (voda) kiçildilmiş formasıdır. 
Kiçik su isə damcı yaxud tər ola bilər. Amma rus dilində soyuqdan gətirilmiş 
ara ğa “İspotevşaya vodka”, yəni “tərləmiş vodka” deyilməsi bu ehtimalı azaldır. 
Bəzi alimlər isə “rakı” sözünün “İraki” sözündən  əmələ  gəldiyini, yəni 
ilk vətəninin İraq olduğunu iddia edirlər. Bu gün də İraqda Kərküklər quru 
üzümdən distillə yolu ilə rakı hazırlayırlar. Kərküklərin türk olduqlarını bilirik. 
Eyni üsulla İraqda Azərilərin də evlərində kişmiş arağı çəkdikləri məlumdur. 
Üzüm növü olan “razaki” növünün adı və “raki” sözlərinin yaxınlığı, razaki 
üzümündən əvvəllər nəfis “rakı”lar hazırlandığı, Kərkükdə və İranda rakının 
üzüm qurusundan alınması rakının bir türk içkisi olduğunu göstərir. İndi Ma-
carların armud və ərikdən aldıqları içkiyə “rak” demələri qədim türkcədə “ağ 
səhifə” anlamında işlənən bir sözə dayanır. Arağın da ağ, təmiz içki olduğunu 
nəzərə alsaq bu ehtimalın yaşamaq şansı olduğunu görürük. 
Mary Priscillanın yazdığına görə, damıtma, yəni “ərəblərin IX əsrdən 
son ra icad etdikləri imbik (distillə aparatı T.Ə.) olmadan öncə damıtmayla 
(distillə ilə T.Ə) alkoqol istehsal etmək mümkün deyildi”. Amma Qəbələdə 
qazıntılar zamanı tapılmış, gildən düzəldilmiş distillə (damıtma) aparatı VII-
VIII  əsrlərdə Azərbaycanda distillə yolu ilə efir yağlarının, efir yağlı,  ətirli 
içkilərin və spirtin alınmasını göstərir. Buda ərəblərdən daha əvvəl distillə 
yolu ilə xalqımızın spirtli içkilər aldığına bir sübutdur. 
 Bu yolla lap qədimdən Azərbaycanda spirtsiz araqlar: nanə arağı, çal araq 
(bir neçə otun qarışığından) və s. alınıb istifadə edilir. Ulu babalarımız hə-
min prosesi bir dəfə şəraba tətbiq etmiş, şərabın tərkibindəki spirti bu yolla 
bu xar landırıb toplamışlar. XIII əsrdə Urfada yaşamış, Cabir bin Nəyyamın 
şərabdan distillə ilə alkoqol alınması texnologiyasını detalları ilə yazması 
barədə  məlumat verilir. Onun “Distillə” (Əl-  İmbik) adlı  əsəri də var. Yəni 
otların, meyvələrin cövhərini çəkmə üsulunu qıcqırmış  məhsullara tətbiq 
etməklə qıcqırma məhsulu olan yüngül fraksiyanı, spirti ayıra bilmiş, təmiz 
içki əldə etmişlər. Əvvəllər əldə etdikləri arınmış-təmizlənmiş içkinin adını 
saxlamışlar, araq – yəni ar – çox təmiz və aq. Aq – sözü həm ağ mənasını, həm 
də od mənasında anlaşıla bilir. Hər iki hal bu içkinin məna tutumuna uyğun 
olur. 
Maraqlıdır ki, Osmanlı dönəmində də üzüm cecəsindən cecə arağı alınır 
və türkcə cecəyə “cibrə” deyildiyi üçün bu arağa “cibrə rakısı” deyilirdi. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin