Xroniki qlomerulonefrit xəstəliyi olan hamilə qadınlar üçün
birgünlük menyu (hamiləliyin birinci və ikinci yarısı üçün).
Birinci səhər yeməyi: omlet (130 q), və ya ət, və ya balıq (suda
bişmiş -75-100 q), xamalı yerkökü kotleti (240/10 q) və ya südlü
düyü sıyığı (200 q); süd və ya südlü çay (200 q).
Ikinci səhər yeməyi: pendir qutabı (120 q) və ya yerkökü şor
suflesi (150 q) və ya suda bişmiş yunan qabağı (200 q), alma və ya
ərik şirəsi (100 q).
Nahar: düyü və ya qarabaşaq şorbası və ya vegetarian borşu,
və ya çuğundur şorbası, və ya turş təzə kələm şorbası (250 q); suda
bişmiş ətdən qulyaş (75 q) və ya buğda bişmiş balıq kotleti (100
q), və ya suda bişmiş balıq (100 q); çuğundur və ya kartof püresi
(200 q); və ya suda bişmiş kələm (200 q); təzə tərəvəz salatı (100
q); təzə meyvədən kompot və ya kisel (200 q), və ya tomat şirəsi
(200 q).
Günorta qabağı: alma və ya ərik şirəsi, və ya quru meyvələr-
dən kompot (100 q), və ya yumurta (1ədəd) və ya suda bişmiş
balqabaq yağ ilə (200 q), və ya suda bişmiş yunan qabağı (200 q).
Şam: suda bişmiş kartof, pörtlədilmiş kələm ilə (100/80 q) və
ya tərəvəz raqusu (200 q), şəkərsiz şor zapekankası (100 q) və ya
şor (200 q), və ya qarabaşaq sıyığı (200 q); süd və ya çay (200 q).
Yatmazdan əvvəl kefir (150 q).
Xroniki pielonefrit. Pəhrizə olan əsas təlabat və qidanın mət-
bəx işlənməsi xroniki nefritdə olduğu kimidir.
Xəstələr kifayət qədər maye qəbul (gündə 1,5 litrədək) etmə-
lidirlər. Kompotlar, kisel, süd, meyvə və tərəvəz şirələri və zəif
327
minerallaşmış su məsləhət görülür. Xüsusilə quşüzümü və tərki-
bində xeyli miqdarda natrium-benzoat olan mərsin morsu çox fay-
dalıdır. Sonuncu qaraciyərdə amin-sirkə turşusunun təsirindən
hippur turşusuna çevrilir ki, bu da böyrəklərdə və sidik ifrazatı yol-
larında bakteriostatik təsir göstərir.
Xörək duzunu ancaq şişmə və hipertenziya olan zaman məh-
dudlaşdırırlar.
Piylənmə. Piylənmə zamanı hamiləlik və doğuş çətinliklə ke-
çir, dölün və yeni anadan olan uşağın inkişafı pozulur. Hər şeydən
əvvəl piylənmənin mübadiləli-alimentar formasına rast gəlinir,
çünki müalicəvi qidalanma, hamiləlik zamanı, bu patalogiyanın
əsas müalicə üsulu sayılır. Birinci dərəcəli piylənmə zamanı (bə-
dən çəkisi normadan 10-29% artıq olur) sağlam hamilə qadınlar
üçün məsləhət görülən rasionla kifayətlənmək olar. II və III
dərəcəli piylənmə zamanı (bədən çəkisi normadan müvafiq olaraq
30-49% və 50-99% arıtıq olur) az kalorili, kimyəvi tərkibinə görə
balanslaşdırılmış pəhriz təyin etmək lazımdır. Belə pəhriz bütün
hamiləlik dövrünə təyin edilməlidir. Əgər müalicə prosesi zamanı
xəstənin bədən çəkisinin artması və ya azalması müşahidə olunar-
sa rasiounun təyinatında düzəliş edilməlidir.
Pəhrizin kimyəvi tərkibi belədir: zülallar 100-120 q, bu zaman
heyvan mənşəli zülalların miqdarı-50%-dən az olmamalı, karbo-
hidratlar-200 q-dək, yağlar-80 q olmalıdır. Rasionun gündəlik
kaloriliyi 1900-2100 kkal-dən çox olmamalıdır.
Hamiləliyin I və II yarısı üçün rasion təxminən eynidir.
Piylənmə zamanı rasionların kaloriliyi əsasən karbohidratların he-
sabına azaldılır. Bu məqsədlə sellüloza ilə zəngin olan az kalorili
məhsullar (kobud üyünmə ununun çörəyi, tərəvəzlər, və meyvələr)
məsləhət görülür.
Hamilə qadınların pəhrizindən iştaha yaradan kəskin, duzlu
xörəklər və ədviyyat çıxarılır. Xörək duzunun da miqdarı azaldıl-
malıdır, çünki o, orqanizmdə mayenin ləngiyib qalmasına şərait
yaradır.
Birinci xörək kimi, tərəvəzli şorba, həftədə 2-3 dəfə isə zəif ət
və ya balıq bulyonu məsləhət görülür. Ət və quş ətini (yağsız mal
328
əti, ev dovşanı, toyuq), həmçinin balığı (sudak, treska, navaqa,
sazan) suda bişirilmiş formada; həftədə bir dəfə-qızardılmış və ya
üzərinə şirə tökülmüş formada istifadə etmək məsləhət görülür.
Qarnir kimi, tərəvəzlər təbii halda ( turşudulmuş və ya təzə kələm,
noxud, salat, turp, xiyar, pomidor, kabaçki) istifadə olunur. Bərk
bişmiş yumurta; yağsız şor istənilən formada, içkilərdən: tünd
olmayan çay, südlü kofe, tomatlı və meyvə-giləmeyvə şirələri (turş
meyvə-giləmeyvə sortlarından) məsləhət görülür. Sərbəst maye
gün ərzində 1 litr təşkil edir.
Hamilə qadınlarda piylənmə zamanı rasionun bioloji dəyərini
yüksəltmək üçün midiya, dəniz kələmi və s. dəniz məhsulları
məsləhət görülür. Dəniz məhsullarında əvəzolunmayan amintur-
şuları, mikroelementlər, o cümlədən yod olur.
Bir günlük rasionun hazırlanamsı üçün lazım olan məhsulların
siyahısı aşğıdakılardır (1-ci və 2-ci hamiləlik dövrləri üçün): ət-
150 q, balıq-160 q, süd-250 q, kefir-200 q, yağsız şor-200 q, xama-
15 q, kərə yağı-20 q, bitki yağı-20 q, yumurta-1 ədəd, şəkər-1 q,
çovdar çörəyi-150 q, yarma və makron məmulatları-30 q, kartof-
50 q, kələm-100 q, çuğundur-50 q, yerkökü-50 q, tomat və digər
tərəvəzlər-200 q, meyvə və giləmeyvə (şirin omayan sortlar) və ya
şirə-150 q.
Piylənmiş hamilə qadınların bir günlük menyusu (birinci və
ikinci hamiləlik dövrü üçün).
Birinci səhər yeməyi: suda bişirilmiş mal əti (120 q) və ya şor
suflesi (170 q), və ya zülallı, xamalı omlet (60 q); xiyar, pomidor
(200 q); süd və ya südlü kofe (200 q).
Ikinci səhər yeməyi: yumurta (1 ədəd) və ya yağsız şor (170
q) və ya sardelka (150 q) və ya vareniki 120 q); şirə və ya çay (200
q).
Nahar: vegetarian çuğundur şorbası və ya tərəvəz şorbası və
ya vegetarian borşu (250 q), suda bişirilmiş balıq, bitki yağı və
xiyarla (150/150 q), və ya soyutma dil, yulaf və ya qarabaşaq sıyığı
ilə (50/100 q).
Qəlyanaltı: itburnu həlimi, tomat şirəsi (200 q) və ya meyvə,
giləmeyvə (150-200 q).
329
Şam: yerkökü-şor pudinqi (150 q) və ya xamalı, zülallı omlet,
(100 q), və ya şor suflesi (170 q); isladılmış qara gavalı (100 q) və
ya təzə kələm salatı (100 q).
Yatmazdan əvvəl –kefir (200 q).
Gün ərzində-çovdar çörəyi - (150 q).
Dostları ilə paylaş: |