4.3.3. Süd əmizdirən ananın qidalanması
Süd əmizdirən ananın qidalanamsına xüsusi diqqət verilməli-
dir. Çünki döş südünün laktasiyası və tərkibi ananın qəbul etdiyi
qidanın kəmiyyət və keyfiyyətindən çox asılıdır.
Uşaq əmizdirən ananın rasionununda zülallar - 130-140 q,
yağlar - 100-110 q, karbohidratlar - 450-500 q olmaqla, cəmi enerji
sərfi 3500-4000 kkal təşkil etməlidir.
Doğuşdan sonra, tamqiymətli zülallara malik olan
məhsullardan–şor, pendirin kəsmik olmayan növləri, süd, qatıq,
soyutma ət, balıq, yumurta ağı, asan mənimsənilən yağlardan-kərə
yağı, günəbaxan və zeytun yağları məsləhət görülür. Karbohid-
ratalara təlabat tərkibində bitki sellülozası olan kobud üyünmə
ununun çörəyi, tərəvəzlər, meyvələr, giləmeyvələr və təzə tərəvəz
pomidoru hesabına ödənilir.
Təzə doğmuş qadının qidalanması 5-6 dəfəlik olmalıdır.
Rasiondan tünd kofe, ədviyyat, alkoqollu içkilər çıxarılmalıdır.
Uşaq əmizdirən qadın gün ərzində 1 litr maye, o cümlədən 0,5
litrdən az olmayaraq süd qəbul etməlidir.
Kifayət qədər laktasiya olmayan hallarda rasiona zülallarla,
yağlarla və vitaminlərlə zəngin olan məhsullar daxil edilməlidir.
Əlavə olaraq rasiona “holland pendiri”-100 q (gün ərzində 50 q
olmaqla 2 dəfə), xama-100 q (50 q 2 dəfə), maye pivə mayası-120
q (60q 2 dəfə), qara qarağatın şirəsi (60 ml), bal-100q (50 q, 2 dəfə)
əlavə etmək məsləhət görülür.
318
Süd əmizdirən qadınların mövsümə uyğun rasion
variasiyaları
Qışda:
1-ci səhər yeməyi: turşudulmuş kələm, kartof, soğan və bitki
yağından ibarət salat, duzlu seld, kəsmik tikələri, südlü kofe, çörək
yağ ilə.
2-ci səhər yeməyi: qatıq, vatruşka (üzərinə şor çəkilmiş qo-
ğal), alma və ya itburnudan vitaminli içki.
Nahar: maye kütləsi əlavə edilmiş ət bulyonlu borş;
pörtlədilmiş ət və ya qızardılmış, kartof ilə; südlü quşüzümü kiseli
və ya südlü vitaminləşdirilmiş krem.
Şam: xamalı və şəkərli varenik və ya kartof pirojkisi ət ilə;
kompot-konservləri və ya südlü kofe.
Saat 21-də çay-kefir və ya qatıq, çörək dilim ilə.
Yazda:
1-ci səhər yeməyi: kartoflu sosis və yaşıl salat; südlü herkules
sıyığı; südlü çay və ya kofe, çörək yağ ilə.
2-ci səhər yeməyi: xamalı varenik şəkərlə; mayalı içki və ya
hava mayaları; pomidor şirəsi-konservlər.
Nahar: müxtəlif tərəvəzlərdən və göy noxuddan hazırlanan
balıq bulyonlu borş; qızardılmış balıq kartofla, yaşıl tərəvəzlərdən
salat; gilas və ya quru meyvələrdən kompot, vitaminləşdirilmiş
itburnu cövhəri ilə.
Şam: çuğundur marinadından salat; südlü lapşa.
Saat 21-də kefir və ya qatıq şəkərlə (və ya bal ilə).
Yayda:
1-ci səhər yeməyi: xiyardan salat, müxtəlif mövsüm tərəvəz-
lərinin xama və ya qatıqla salatı; soyutma yumurta və ya omlet;
südlü çay və kofe, çörək yağ və pendirlə.
2-ci səhər yeməyi: şor qatıqla; istənilən işlənməli mayalar.
Nahar: balıq və ya ətli tərəvəzli və qatıqla (və ya xama ilə)
botvinya; qızardılmış və ya soyutma balıq kartofla; südlə giləmey-
və.
Şam: kələm və ya yer kökü kotleti və ya müxtəlif tərəvəzlər
süd sousunda; qarpız və ya digər meyvə-giləmeyvələr.
319
Saat 21-də qatıq, kefir və ya digər südturşusu məhsulları bal
və ya şəkərlə.
Payızda:
1-ci səhər yeməyi: pomidor, xiyar, kartof və digər mövsüm
tərəvəzlərindən bitki yağı və ya xama ilə salat; qatıqlı şor; südlü
çay və ya kofe yağ ilə.
2-ci səhər yeməyi: südlü lapşa, qızardılmış balqabaq mürəbbə
ilə.
Nahar: turş kələm şorbası və ya kartoflu, təzə xiyarlı, yerköklü
və xamalı şorba (vegetarian və ya ət bulyonunda); pörtlədilmiş ət
və ya qarnirli kotlet; tərəvəzlərdən: təzə pomidor; bişmiş südlü
alma.
Şam: pörtlədilmiş yunan qabağı, yunan qabağından aladi və
ya qızardılmış yunan qabağı, südlü çay kökə ilə.
Saat 21-də qatıq (kefir və ya alma).
Dostları ilə paylaş: |