310
Karbohidratlarla zənginləşdirmənin bütün tədbirləri həkimin
nəzarəti altında, idmançıların fərdi xüsusiyyətləri nəzərə alın-
maqla, məşqlər zamanı əvvəlcədən aprobasiya olunmalı, bu
prosesdə idmançının özünü necə hiss etməsi və iş qabiliyyətinin
dinamikası öyrənilməlidir.
Səhər yeməyi yarışqabağı karbohidrat, zülal və vitaminlərlə
zəngin olmalıdır. Yulaf sıyığı, kərə yağı, yumurta, suda bişirilmiş
və pörtlədilmiş ət, suda bişirilimiş toyuq, tərəvəz salatları, pendir,
çay, südlü kofe, təzə meyvələr, meyvə-tərəvəz şirələri məsləhət
görülür.
Xaricdə olan yarışlarda qidalanmaya xüsusi diqqət verilməli-
dir. Bu zaman qidalanmada tez-tez təsadüf olunan və buraxılan
səhvlər aradan qaldırılmalıdır. Qidanın çox qəbul edilməsi bədən
çəkisinin artmasına və idman formasının itməsinə gətirib çıxarır.
Adət olunmayan “ekzotik” xörək və məhsulların istifadəsi həzm
prosesinin pozulmasına səbəb olur və idman nəticələrinə də öz
mənfi təsirini göstərir. Su kəmərinin qaynadılmamış suyunun içil-
məsi çox vaxt mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Sintetik
preparatlar əsasında hazırlanan tonuslaşdırıcı içkilərin çox qəbul
edilməsi idmançıların xeyli əlavə qızışmasına
səbəb olur ki, bu da
son nəticədə yorulmaya və idman nəticələrinin aşağı düşməsinə
səbəb olur.
Xaricdə qidalanma zamanı rasiona idmançılara uyğun olan
yüksək kalorili qida məhsulları daxil edilməlidir.
Yarışdan sonrakı bərpa olunma dövründə qidalanma iş qabi-
liyyətinin sürətlə qalxmasına kömək etməlidir. Bu uzunmüddətli
turnirlərdə çöx vacibdir.
Yarışdan sonra rasion karbohidratlarla zənginləşdirilməli (ilk
növbədə qlükoza və furuktoza ilə) və bu yolla əzələ və qara ciyərdə
qlikogenin sürətlə əmələ gəlməsinə kömək göstərilməklə ürək
əzələlərinin qidalanması yaxşılaşdırılmalıdır. Bu dövrdə bal çox
faydalıdır, çünki tərkibində fruktoza çoxdur.
İlk 3-4 gündə uzun sürən və gərgin turnirlərdən sonra,
rasionda yağların miqdarı azaldılmalı və tərkibində lipotrop
maddələr çox olan məhsulların (metionin, xolin, yarımdoymamış,
311
yağ turşuları və s.) miqdarı artırılmalıdır. Bunun üçün rasiona şor,
süd və süd turşusu məhsulları, ət, qara ciyər, yulaf və qarabaşaq
sıyığı, meyvə və tərəvəzlər və bütün yağların 25-30% miqdarında
bitki yağı əlavə edilməlidir.
Bərpa olunma dövründə əsas diqqət vitaminləşməyə verilmə-
lidir. Vitaminlə zəngin olan təbii məhsullar və ya yarımvitaminli
prepartalardan istifadə olunması daha yaxşı olar.
Dostları ilə paylaş: