313
ml-dək məhdudlaşdırılır.
Hamiləliyin əlverişli keçməsində, normal doğuşa hazırlıq,
dölün və yeni doğulan uşağın normal işkişafı üçün B
1
, B
2
, B
3
, B
5
,
B
6
, B
12
vitaminlərinin, foli turşusunun, askorbin turşusunun, P, A,
D
2
və E vitaminlərinin böyük əhəmiyyəti vardır. Hamiləlik zamanı
bunlara təlabat təxminən 2 dəfə artır. Bitki (kobud üyünmüş undan
hazırlanan məmulatlar, yarma, paxlalılar, kartof, pomidor, meyvə,
giləmeyvə) və heyvan mənşəli (qara ciyər, ət, yumurta, şor, süd,
yağ) məhsullarının geniş çeşiddə istifadə edilməsi hamilə
qadınların vitaminlərə olan əsas təlabatını təmin edir.
Qış və erkən yaz aylarında qidanın vitaminləşdirilməsi aparıl-
malı və ya polivitaminlər təyin olunmalıdır. Vitaminlərin böyük
dozada qəbulu zərər gətirə bilər.
Hamilə qadın kifayət miqdarda mineral duzlar (kalsium,
fosfor, dəmir, kalium, natrium və s.) və mikroelementlər (mis,
kobalt, yod və s.) qəbul etməlidir. Hamiləlik zamanı xüsusilə onun
ikinci yarısında bunlara təlabat artır. Bütün bunlar qida
məhsullarının tərkibinə daxil olmaqla, düzgün seçim zamanı bütün
təlabatı ödəyir.
Əsas diqqət xörək duzuna verilir. Hamiləliyin birinci yarım
hissəsində 10-12q-dək, ikincidə 8 q-dək məhdudlaşmalı, son 2 ay
hamiləlikdə isə gün ərzində 5-6 q-dək təşkil etməlidir.
Dostları ilə paylaş: