4.2.3. Yüksək bioloji və qida dəyərli məhsullar
Yüksək qida və biolji dəyərli məhsullar maddələr mübadilə-
sinə istiqamətli təsir edir və idmançıların iş qabiliyyətinin artırıl-
masına və sürətlə bərpa olunmasına kömək edir. İdmançıların qi-
dalanmasında onlardan gün ərzində çoxsaylı məşqlərdə, yarışlar-
da, bərpa olunma və hazırlıq dövründə (isti iqlim, müvəqqəti adap-
tasiya) istifadə olunur.
Məşq yüklənmələrinin istiqamətindən, həmçinin su-duz mü-
badiləsinin və bədən kütləsinin nizamlanmasından asılı olaraq
bioloji dəyərli qida məhsulları, gündəlik rasionunun keyfiyyətinin
dəyişdirilməsi üçün istifadə oluna bilər.
İdmançılar üçün xüsusi məhsullar bir neçə qrupa bölünür:
1. Yüksək zülallı məhsullar. Bunlara quru zülal məhsulları CП-
11 (kofeli, şokaladlı, meyvəli) və 45% zülalli “Sintez”; 30-35%
zülalli asidofil xüsusi məhsulu (AXM-1); 23-80% zülallı müxtəlif
xarici məhsullar: “Nutropro”, “Ximprotein”, “Top-star” (ABŞ),
“Proitorar” (Hollandiya), “Kernmark” (Almaniya), “Kazimin”
(Böyük Britaniya), “Starkirotein” (İsveç) aiddir.
Zülalli məhsullar asan mənimsənilən qiymətli zülalların əlavə
mənbəyi kimi, xüsusilə məşqlər zamanı gücün, əzələ kütləsinin
artırılması üçün və böyük fiziki yükdən sonra bərpaedici vasitə
kimi həmçinin məşqlərin səmərəliliyini artırmaq məqsədilə istifa-
də edilir.
Profilaktiki stress vəziyyətlərinin insan orqanizminə mənfi
təsirinin azaldılması üçün nəzrədə tutulan məhsulların işlənməsi
məqsədilə mütləq tam qiymətli zülallardan istifadə edilməlidir.
Belə ki, həyacan orqanizmin bütün sistemlərinin güclü isləməsinə
səbəb olduğundan tam qiymətli zülallar qida və mədə-bağırsaq
sistemini əlavə gərginlikdən qorumalıdır.
Hal-hazırda məhsulun zülalla zənginləşdirilməsi üçün (nat-
rium kazeniat) kazeinin həll olan formasından istifadə olunur. Onu
zülalın payını artırmaq üçün şor əsaslı məhsullara əlavə kimi,
həmçinin konservlərin, konsentratların soya zülalları ilə yanaşı
kolbasanın, kotletin və düşbərənin zənginləşdirilməsində istifadə
300
edirlər.
Ət konservlərinin bioloji dəyərini artırmaq məqsədilə aşağıda-
kı zülal əlavələrindən istifadə edilir: kazesit, azkalsiumlu
kopresipitat, natrium kazeniat, quru yağsız süd, soya izolyatı.
Tərəvəz konservlərini zənginləşdirmək üçün zülal hidrolizatların-
dan əlavə kimi istifadə edilir.
Digər maraq doğuran zülal zənginləşdiricilərindən biri bio-
proteindir. Bu təbii süd zülallarının bioloji aktiv formada konsen-
tratıdır. O, təbii immunmodulyator olub, orqanizmin fiziki və
emosional artıq yüklənməyə, ətraf mühitin zərərli təsirinə və
xüsusi istehsalata davamlılığını artırır.
ABŞ-da kazeindən sosislərin keyfiyyətinin yaxşılaşdırılma-
sında, həmçinin sıyığa, peçenyeyə və qənnadı məmulatlarına
qatmaq üçün istifadə edirlər.
Yaponiyada kazeinatla yanaşı kril zülalından istifadə edilir.
2. Yarımdoymamış yağ turşuları ilə zənginləşdirilən zülal
məhsulları, qida qarışıqları. Onlar hüceyrə zülallarının sintezini
stimullaşdırır, yarımdoymamış yağ turşuları ilə membran fosfoli-
pidlərinin qurulmasında plastik material rolunu oynayır. Bu məh-
sullar idmançıların qidalanmasında əlavə qidalanma məhsulu kimi
istifadə edilməklə, onlarda ümumi və xüsusi dözümlüyü inkişaf
etdirir. Onların məşqlər arası dövrdə bərpaedici vasitə kimi istifa-
də edilməsi məsləhət görülür. Belə məhsullara “Bodrost” halvasını
misal göstərmək olar. Bu məhsul asan mənimsənilən zülalların,
fosfolipidlərin və yarımdoymamış yağ turşularının mənbəyidir.
Həyəcan nəticəsində baş verən dəyişikliklərin profilaktikası
üçün çörək-kökə və qənnadı məmulatları, marqarin məhsulları
həmçinin (profilaktiki məhsulların istehsalında) ümumi möhkəm-
ləndirici adaptogen vasitə kimi bitki fosfolipidləri istifadə oluna
bilər. Fosfolipidlərin xüsusi texnologiya ilə alınması onların təbii,
bioloji aktiv xüsusiyyətlərinin maksimum saxlanmasına imkan
verir.
Fosfolipidlərin antioksidant səmərəsi qan zərdabındakı perok-
sid məhsullarının əmələ gəlməsinin azalmasında özünü göstərir.
Krasnodar “Ekotex” AB “Tonus” adlı yeni təbii qida məhsulu
301
işləyib hazırlamışdır. Bu məhsul bitki fosfolipidlərinin və zərərli
qarışıqlardan təmizlənmiş yağşn qarışığından ibarətdir.
3. Dəmirlə zənginləşdirilmiş zülallı məhsullar. Onlar dəmirin
orqanizmdə lazimi səviyyədə qalmasına köməklik edir ki, bu da
xüsusilə qadınlarda və yeniyetmə idmançılarda yüksək iş qabiliy-
yətini təmin edir. Belə məhsullara “Ferroton” və “Bodrost” halvası
aiddir. Onlar bərpaedici vasitə kimi məşq dövründə, ümumi və
xüsusi dözümlülüyün artırılmasında, uzun və gərgin fiziki yükdən
sonra, xüsusilə orta dağlıq şəraitinə uyğunlaşma zamanı istifadə
oluna bilər.
4. Karbohidratlı-mineral içkilər. Karbohidratlı-mineral içkilər
və qarışıqlar əsasən müxtəlif idman növləri üzrə ixtisaslaşan və
dözümlük tələb edən idmançılar üçün məsləhət görülür. Onlar
həmçinin digər qrup idmançılar üçün, orqanizmin enerji sərfiyya-
tını doldurmaq, su – duz və vitamin balansını saxlamaq üçün
tövsiyə olunur.
Son illər quru, yarımvitaminli mineral qarışıqlar geniş yayıl-
mışdır ki, bu da yüksək bioloji aktivliyə malik olan içkilərin tez
bir zamanda hazırlanmasında istifadə edilir.
Son illərdə həmçinin bitki mənşəli psixostimulyatorlu içkilə-
rin buraxılmasına başlanmışdır.
Psixostimulyator bitkilərin təsir mexanizmi orqanizmdə xüsu-
silə mərkəzi əsəb sistemində yüksək miqdarda enerji ehtiyatlarının
(AÜF və s.) əmələ gəlməsi ilə bağlıdır. Psixostimulyator fiziki
yüklə əlaqədar qan dövranı reaksiyasını yaxşılaşdırır.
Yüksək dağlıq şəraitdə sınaq zamanı dibazol, cır limon, ele-
uterokokk, orqanizmin spesifik olmayan müqavimətinin artırıl-
masında effektli olmuşdur.
Professor E.B.Burlakovanın əməkdarları ilə apardığı tədqiqat-
larla müəyyən (REA Fiziki Kimya İnstitutu) edilmişdir ki, bitki
adoptogenləri hibotolamo – hipofizar böyrəküstü sistemi stimul-
laşdırır, antioksidləşmə mühafizə mexanizminin aktivliyini artırır.
Onlar bioloji membranı stabilləşdirir, artıq yüklənmə zamanı on-
ları parçalanmadan qoruyur, sintez prosesinə köməklik edir, orqa-
nizmin özünəməxsus yeniləşməsinə və cavanlaşmasına səbəb olur.
302
Bitki adoptogenləri oksigenin əzələlərə verilməsini, eritrosit-
lərin əmələ gəlməsini artırmaqla hipotoksik həyacan təsirlərinin
qarşısını alır. Bu isə kosmonavtlar, dalğıclar, alpinistlər, yüksək
dağlıq ekspedisiya iştirakçıları, radionuklidlərlə sirayətlənən və
həmçinin uzaq şimal rayonlarında yaşayanlar üçün çox vacibdir.
5. İdmançının bədəninin korreksiyası üçün istifadə olunan
məhsullar. İdmançının bədəninin çəkisini lazimi həddə qədər
azaltmaq üçün hipokalorili “Reqmos” məhsulundan istifadə edil-
məsi məsləhət görülür. O, bədən çəkisninin azalmasını və yüksək
iş qabiliyyətinin saxlanmasını təmin edərək zülal-vitamin və mi-
neral duzların mübadiləsinə müsbət təsir edir.
Qida və bioloji dəyəri yüksəldilmiş məhsullar (QBYM) seçi-
lib, istifadə edilərək onların kombinasiyası və dozası həkim tərə-
findən müəyyən edilir və gündəlik rasion, onun hazırlanma mərhə-
lələri, həcmi, məşq və yarış yüklənmələri nəzərə aınır. QBYM-nın
gündəlik rasion miqdarı 100-150 qramı keçməməlidir. QBYM-ın
illik qəbulu 3-4 aydan artıq olmamalıdır.
Gün ərzində bir məşq üçün:
Gündüz
Axşam
Səhər yeməyi - 30%
Səhər yeməyi - 40%
Məşq
Nahar – 25%
Nahar – 40%
Günortadan sonrakı qəlyanaltı – 5%
Günortadan sonrakı qəlyanaltı – 5%
Məşq
Şam – 25%
Şam – 30%
Gün ərzində 2 məşq
Gün ərzində 3 məşq
Ilkin səhər yeməyi – 5%
Ilkin səhər yeməyi – 15%
Gimnastika
Səhər məşqi
Ikinci səhər yeməyi 25%
Səhər yeməyi – 25%
Gündüz məşqi
Gündüz məşqi
Nahar – 35%
Nahar – 30%
Günortadan sonrakı qəlyanaltı – 5%
Günortadan sonrakı qəlyanaltı – 5%
Axşam məşqi
Axşam məşqi
Şam – 30%
Şam -25%
Qida və bioloji dəyəri yüksəldilmiş məhsulların qəbul qaydası
və dozalaşdırılması idmançıların hazırlığı dövründə aprobasiya
olunur və bundan sonra yarışlarda istifadə olunur.
Qida və bioloji dəyəri artırılmış məhsulların istifadəsi zamanı
303
bərpaedici vasitə kimi, qidanın qəbulunda kalorinin bölüşdürül-
məsi aşağıdakı kimi məsləhət görülür: səhər yeməyi – 25%,
QBYM-nın birinci məşqdən sonra qəbulu – 5%, nahar – 30%,
günortadan sonrakı qəlyanaltı - 5%, QBYM –nın ikinci məşqdən
sonra qəbulu – 10%, şam – 25%.
Dostları ilə paylaş: |