4.3.4. Patologiyalı hamilə qadınların qidalanması
Hamilə qadınların ürək-damar sistemi xəstəliyi zamanı
qidalaması. Qidalanma müxtəlif orqan və sistemlərin funksional
vəziyyətinin, mübadilə proseslərinin normallaşmasına, orqaniz-
min immun xüsusyyyətlərinin və müqavimətinin artırılmasına,
bütün orqanlarda və toxumalarda qan dövranının yaxşılaşdırılma-
sına yönəlmişdir. O, orqanizmdən azotlu şlakların, tam oksidləş-
məmiş mübadilə məhsullarının kənar olunmasına, asidozun
azalmasına, orqanizmin və dölün oksigen çatışmazlığına qarşı
adaptasiyasını artırmalıdır.
Ürək-damar xəstəliklərinə malik olan hamilə qadınlar üçün
məsləhət görülən qida optimal miqdarda tamqiymətli zülallara
malik olması ilə xarakterizə olunur. Bu zülalların tərkibində xolin,
metionin, tirozin, lipotrop maddələr, suda həll olan vitaminlər;
yüksək miqdarda kalium, maqnezium və məhdud miqdarda
natrium düzları, heyvani yağ və karbohidratlar olur.
Ürəyin revmatik qüsuru zamanı pəhriz qeyri-spesifik desen-
sibilizasiya vasitəsi olmaqla, orqanizmin immun xüsusiyyətini və
320
müqavimətini artırmalı, böyrəküstü vəzin funsksiyasını gücləndir-
məlidir.
Ürəyində revmatik qüsur olan hamilə qadınlarda yağ mübadi-
ləsinin xüsuiyyətlərindən asılı olaraq doymuş yağ turşularına
malik olan yağların miqdarının mötədil məhdudlaşdırılması və
rasiona doymamış yağ turşularının (zeytun, günəbaxan, qarğıdalı
yağları), həmçinin xolesterinlə zəngin olan məhsulların daxil edil-
məsi məqsəduyğundur, çünki onlar steroid hormonlarının sintezi
üçün vacibdir.
Hamiləliyin birinci yarısında pəhrizin tərkibinə zülallar-80q
və karbohidratlar-300q olmaqla rasionun gündəlik kaloriliyi 2400-
2700 kkal təşkil edən maddələr daxil edilir. Hamiləliyin ikinci
yarısında zülalların miqdarı 140 q-dək, yağlar 90 q-dək və
karbohidratlar - 350 q-dək artır və bu halda rasionun kaloriliyi
2800-3000 kkal-dək yüksəldir.
Hamiləliyin 1-ci və 2-ci yarısında rasionun mineral və vitamin
tərkibi aşağıdakı kimi olur: natrium-xlorid 3-4 q, kalium 5q,
kalsium-1,5-1,6 q, fosfor-2 q, dəmir-30 mq, A-vitamini-2 mq, B
1
-
5 mq, B
2
-5 mq, B
3
-30 mq, B
6
-5 mq, B
12
-50 mkq, foli turşusu-800
mkq, askorbin turşusu-300 mq, sərbəst maye bir litrədək.
Hamiləliyin 1-ci yarısında 1 günlük rasionun hazırlanmasına
lazım olan məhsulların siyahısı aşağıdakı kimidir: balıq-200 mq,
ət-100 q, yağsız şor-200 q, süd-300 q, xama-20 q, kərə yağı-10 q,
bitki yağı-20 q, yumurta-1 ədəd, 1 yumurtanın zülalı, şəkər-30 q,
çovdar çörəyi-100 q, buğda çörəyi-100 q, qarabaşaq yarması-50 q,
kartof-150 q, kələm-100 q, çuğundur-100 q, yerkökü-100 q, baş
soğan-35 q, pomidor və digər tərəvəzlər-200 q, meyvə və
giləmeyvə-300 q, mövüc və ərik qurusu-100 q.
Hamiləliyin 2-ci yarısında ətin miqdarını 110 q, şoru-250 q,
çovdar çörəyini-150 q, kartofu 180 qrama qədər artırmaq lazımdır.
Revmatk ürək qüsuru olan hamilə qadınlar üçün bir günlük
menyu (hamiləliyin 1-ci və 2-ci yarısı üçün) aşağıdakı kimi olur:
Birinci səhər yeməyi: kərə yağı (10 q), zülal omleti (100 q) və
ya soyutma yumurta və ya soyutma balıq (100 q); təzə
tərəvəzlərdən salat və ya vineqret (100 q), çay (200 q).
321
Ikinci səhər yeməyi: pendir qutabı və ya xamalı şor (150 q),
süd və ya ərik şirəsi (200 q).
Nahar: turş kələm və ya tərəvəz şorbası və ya vegetarian borşu
(250 q); qoyun və ya toyuq ətindən tefteli və ya suda bişmiş ev
dovşanı (100 q); qarabaşaq və ya yulaf sıyığı (200 q), və ya
çuğundur və ya yerkökü püresi (100 q); ərik qaxından və
mövücdən hazırlanan kompot (100 q).
Günorta yeməyi: alma, yağsız şor (150 q) və ya buğa verilmiş
qara gavalı (50 q) və itburnu həlimi (100 q).
Şam: pendir qutabı ilə vareniklər (150 q) və ya xamalı tərəvəz
raqusu (125/10); südlü çay və ya süd (100 q).
Yatmazdan əvvəl –kefir (150 q).
Gün ərzində çovdar çörəyi (100q), buğda çörəyi (100 q).
Dostları ilə paylaş: |