Hipertoniya xəstəliyi olan hamilə qadınların pəhrizi. Bu
pəhriz mərkəzi əsəb sisteminin yüksək dərəcədə oyanmasının
azaldılmasına, böyrəklərin funksional vəziyyətinin yaxşılaşması-
na, böyrəküstü vəzlərin dərisinin funksiyasının azaldılmasına,
mübadilə prosesinin normallaşmasına yönəldilmişdir. Pəhrizdə
tərkibində kalium, maqnezium olan məhsulların miqdarı
çoxaldılmalıdır ki, damara hərəkətverici mərkəzin qıcıqlanması-
nın sıxılmasına hipotenziv təsir yaransın. Eyni zamanda tərkibin-
dən xlorid, xolesterin və yağ yurşuları olan məhsulların miqdarı
azaldılmalıdır.
Pəhrizin tərkibində xolesterini olan heyvan mənşəli yağların
və digər məhsulların tam çıxarılması yol verilməzdir, çünki bu,
damarların keçiricilik qabiliyyətinin artmasına, orqanizmin A və
E vitaminləri ilə kasadlaşmasına, öd piqmentlərinin prostoqlandin-
lərin, cinsi hormonların, böyrəküstü və hipoviz vəzlərinin qabıq
hormonlarının sintezinin pozulmasına səbəb olur.
Hamiləliyin birinci yarısında pəhriz qidalanmanın kimyəvi
tərkibi aşağıdakı kimi olmalıdır: zülal-120 q, yağlar-80 q, karbo-
hidratlar-350 q. Bu halda gündəlik rasiounun kaloriliyi 2400-2800
kkal olur. Hamiləliyin 2-ci yarısında zülallar 130 q, yağlar 90q və
karbohidratların miqdarı 450 q-a çatdırılmaqla gündəlik rasionun
2800-3400 kkal-yə qədər artırılması tələb olunur. Sərbəst mayenin
322
miqdarı ümumilikdə gün ərzində 1-1,2 litr olmalıdır.
Rasionun mineral və vitamin tərkibi (1-ci və 2-ci hamiləlik
dövründə) aşağıdakı kimi olur: natrium-xlorid 3q-a qədər, kalium-
6 q, kalsium-1,5 q, fosfor-2,8 q, dəmir-20 mq, A-vitamini-2,5 mq,
B
1
-3 mq, B
2
-5 mq, B
3
-10 mq, B
6
-5 mq, B
12
-50 mkq, foli turşusu-
800 mkq, askorbin turşusu-300 mq.
Hamiləliyin 1-ci yarısında 1 günlük rasion hazırlamaq üçün
lazım olan məhsulların siyahısı aşağıdakı kimidir: balıq-100 q, ət-
100 q, şor-200 q, kefir-200 q, süd-250 q, kərə yağı-20 q, xama-20
q, bitki yağı-25 mq, yumurta-1 ədəd, şəkər-40 q, yarma-60 q,
çovdar çörəyi-150 q, buğda çörəyi-100 q, kartof-200 q, kələm-200
q, meyvə-giləmeyvə və ya şirə-300 q. Hamiləliyin 2-ci yarısında
əti 110, balığı-110 q, bitki yağını-30 q, çovrad çörəyini-200 və
buğda çörəyini 150 qrama qədər artırmaq tələb olunur. Qalan
məhsullar da 1-ci hamiləlik dövründə olduğu miqdarda təyin
olunur.
Ürək-damar xəstəlikləri olan hamilə qadınlar üçün, xüsusilə
hipertoniya xəstəliyi zamanı suda bişirilmiş ət və balıq, ədviyyat
(xardal, qıtığotu, bibər), tünd çay və kofe məsləhət görülmür.
Spirtli içkilərin qəbulu isə qəti yol verilməzdir. Bütün məhsullar
əsasən suda bişirilməklə, hərdən bir konservləşdirilərək pörtül-
məklə hazırlanır. Qida təzə və dadlı olmaqla çox isti olmamalıdır.
Xroniki hepatoxolesistit xəstəliyi olan hamilə qadınların
qidalanması. Qidalanma qaraciyərin və öd ifraz edən yolların
pozulan funksiyalarının bərbasına, qlikogen toplanmasının artma-
sına, orqanın yağ infiltrasiyasının azalmasına, həmçinin orqa-
nizmdə immunbioloji prosesləri stimullaşdırmağa, mübadilənin
pozulmasının normallaşdırılamsına köməklik etməlidir.
Xroniki hepatoxolesistit xəstəliyi olan hamilə qadınlar üçün
əsas zülal növü süd və süd məhsullarının zülal kazeinidir. O, yaxşı
həzm olunur, tez və asan sorulur. Südün zülalı optimal əvəzolun-
mayan aminturşuları dəstinə malik olur.
Metionin, xolin və lesitinin olması, qaraciyərin yağ distrofiya-
sının inkişafına maneçilik törədir. Süd və şorla orqanizmə vi-
taminlər, kalsium duzları daxil olur ki, bu da ödün qələviləşməsinə
323
köməklik edir. Lipotrop maddələr (metonin, inozit) ətin və balığın
tərkibində olduğundan belə xəstələrin rasionuna daxil edilməlidir.
Pəhrizdə, xolesterinlə zəngin olan (yağlı ət sortları, balıq,
beyin) məhsullar məhdudlaşdırılmalı, eyni zamanda rasionda bitki
yağlarının payı artırılmalıdır. Heyvani yağlardan kərə yağı, bitki
yağlarından isə günəbaxan, qarğıdalı, zeytun yağları məsləhət
görülür. Digər müsbət keyfiyyətləri ilə yanaşı, yağlar həm də öd
ifrazını stimullaşdırır.
Hər gün bitki yağı istifadə edilməsi məsləhət görülür, çünki
onların tərkibində həyati vacib olan doymamış yağlardan başqa
hamiləliyin normal inkişafı üçün vacib olan E vitamini də vardır.
Xroniki hepatoxolesistit xəstələrinin pəhrizində kifayət qədər
tərəvəz və meyvələr olmalıdır. Ən vacibləri təzə və ya turşudulmuş
kələm, balqabaq, çuğundur, qarpız, yemiş, gavalı, ərik və üzüm-
dür. Bu məhsullar kalium, maqnezium, dəmir və vitaminlərlə zən-
gin olub, qəbizliyi aradan qaldırır, öd qabarcığının sfinkterinin
(dəliyi daraldan həlqəvi əzələ) açılmasına köməklik edərək, ödün
bağırsağa tökülməsinə səbəb olur.
Hamiləliyin 1-ci yarısında pəhrizin kimyəvi tərkibi aşağıdakı
kimi tövsiyə olunur (qramla): zülallar-120, yağlar-80,
karbohidratlar-400; gündəlik rasionun kaloriliyi isə - 2600-2800
kkal. Hamiləliyin 2-ci yarısında zülalların miqdarı-140, yağlar-20
və karbohidratlar-450 qrama çatdırılmaqla, rasionun kaloriliyi
3000-3200 kkal-ə çatdırılmalıdır.
Rasionun mineral və vitamin tərkibi (1-ci və 2-ci hamiləlik
dövründə) aşağıdakı kimi olur: natrium-xlorid 5-6 q, kalium-10-
12 q, kalsium-1,5-2 q, fosfor 2-2,5 q, dəmir-30 mq, A-vitamini-2
mq, B
1
-4-6 mq, B
2
-4-6 mq, B
3
-40-60 mq, B
6
-4-5 mq, B
12
-50 mkq,
foli turşusu-800 mkq, askorbin turşusu-300-400 mq.
Hamiləliyin 1-ci yarısında 1 günlük rasionun hazırlanması
üçün məhsul seçimi aşıağıdakı kimidir (qramla): balıq-100, ət-
100, yağsız şor-200, kefir-250, süd-250, xama-20, kərə yağı-20,
bitki yağı-20, çovdar çörəyi-100, buğda çörəyi-200, şəkər (bal)-
75, yarma və makaron məmulatı-100, kartof-200, kələm-100,
çuğundur-80, yerkökü-70, baş soğan-35, meyvə-giləmeyvə-300.
324
Hamiləliyin 2-ci yarısında balıq məhsullarının və ətin hər biri-
nin miqdarını 150, şoru-240 və bitki yağlarını-30qrama qədər ar-
tırmaq məsləhət görülür. Qalan məhsulların miqdarı 1-ci hamiləlik
dövründə olduğu kimidir.
Dostları ilə paylaş: |