Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə135/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   131   132   133   134   135   136   137   138   ...   239
Hamilə qadının qidalanma rejimi. Hamiləliyin birinci yarısın-
da 4 dəfə qidalanma fizioloji cəhətdən daha üstün sayılır. Birinci 
səhər yeməyi (saat 8-9-da), gündəlik rasionun kaloriliyinin 30%-
ni,  ikinci  səhər  yeməyi  (saat  11-12-da)-15%-ni,  nahar  yeməyi 
(saat14-15-də) 40%-ni, şam yeməyi (saat 18-19-da)-10 %-ni təşkil 
etməlidir. Saat 21-də 5% kalorili bir stəkan qatıq məsləhət görülür. 
Qida qəbulundan sonra, uzanaraq dincəlmək məsləhət görül-
mür. İstirahət aktiv olmalıdır. Sonuncu qida qəbulu yatmazdan 2-
3 saat əvvəl aparılmalıdır. Hamiləliyin ikinci yarısında 5-6 dəfəlik 
qidalanma məsləhət görülür. Qidaları elə bölmək tələb olunur ki, 
ət,  balıq,  səhər  yeməyinə  və  nahara  daxil  olsun.  Şam  yeməyinə 
əsasən süd-bitki qidası məsləhət görülür. Qida təzə, dadlı, cürbə-
cür  və  çox  isti  olmamalıdır.  O,  xörək  və  məhsullardan  kənar 


314
 
tutulmalıdır ki, onların istifadəsi zamanı allerqiya reaksiyası və ya 
dəridə səpişik əmələ gəlməsın.  
Bədən çəkisinin artması ilə qida məhsullarının düzgün seçil-
məsi barədə, fikir yürütmək olar. İkinci hamiləlik dövründə bu çə-
ki  həftədə  300-350  qramı  keçməməli,  bütün  hamiləlik  dövründə 
isə 8-10 kq olmalıdır. Əgər bədən çəkisinin artması çox intensiv-
dirsə,  bu  zaman  onun  səbəbi  aydınlaşdırılmalı,  qida  tərkibi  və 
qidalanma rejimi dəyişdirilməlidir. Əgər hamilə qadın sağlamlığı-
na  görə  yataq  rejimindədirsə,  qidanın  kaloriliyi  20-40%  aşağı 
salınır. 
İkinci  hamiləlik  üçün  gündəlik  tələb  olunan  məhsullar  və 
onların miqdarı aşağıdakı kimidir (qr-la): ət-120, balıq-100, şor-
150, kefir-200, kərə yağı-15, xama-30q, çovdar çörəyi-100, buğda 
çörəyi-100,  un  məmulatları  (peçenye,  kökə  və  s.)  -100,  un  və 
makaron  məmulatı-60,  kartof-200,  kələm-100,  çuğundur-100, 
yerkökü-100, pomidor-200, baş soğan-35, meyvə-giləmeyvə və ya 
meyvə şirəsi-200 və nəhayət bir ədəd yumurta. 
Hamiləliyin  ikinci  yarısı  üçün  belə  menyu  tövsiyə  olunur
Birinci  səhər  yeməyi:  kartof  püresi  ilə  qulyaş  (120/200q)  və  ya 
suda bişmiş balıqla kartof (120/80 q) və ya yumurta (1 ədəd) və 
şor suflesi (150 q); süd və ya qatıq (200 q) və ya çay (200 q). 
Ikinci səhər yeməyi: xamalı zülal omleti (60/15 q) və meyvə 
şirəsi (200 q) və ya qarabaşaq sıyığı (200 q) və süd (200 q). 
Nahar: ət farşlı noxud şorbası (400 q) və ya ət farşlı və xamalı 
Ukrayna  borşu  (400q);  suda  bişirilmiş  balıqlı  tərəvəz  raqusu 
(78/100 q) və ya soyutma toyuq tərəvəz salatı ilə və ya soyutma ət 
yulaf sıyığı ilə (100/200 q); kompot (200 q) və ya quşüzümü mussu 
(200 q), və ya meyvə (120 q). 
Qəlyanaltı:  meyvə,  giləmeyvə  (200  q)  və  ya  bişmiş  itburnu 
(200 q), kökə (75 q). 
Şam: Şor suflesi (çəkilmiş yumurta ağı ilə şəkərdən hazırlanan 
yüngül  pirojna)  (170  q)  və  ya  yağsız  şor  (120  q),  və  ya  meyvə 
plovu (200 q), və ya pörtlədilmiş südlü kələm (200 q), çay (200 q). 
Yatmazdan əvvəl: kefir (200 q). 
Bir günə:çovdar unu-100 q, buğda unu-100 q, kərə yağı-10 q. 


315
 
İlin mövsümündən asılı olaraq aşağıdakı gündəlik rasion va-
riantları mümkündür: 
Qışda:  
Birinci  səhər  yeməyi:  suda  bişmiş  balıq  və  kartof  (treska, 
sudak), qara və boz çörək, yulaf unlu süd və ya südlü çay. 
İkinci  səhər  yeməyi:  südlü  qarabaşaq  sıyığı;  pomidor  şirəsi 
(konservlər). 
Nahar:  vegetarian  borşu,  şorlu  blinçik,  şəkərli  alma  və  ya 
quşüzümü. 
Şam:  kartoflu,  düyülü,  yumurtalı  piroşkilər;  İtburnunun 
vitaminləşdirilmiş cövhəri əlavə edilmiş kompot və kiseli. 
Saat 21-də 1 stəkan kefir və ya qatıq. 
Yazda:  
1-ci səhər yeməyi: kartof və göy noxuddan salat, bitki yağı ilə; 
südlü çay və ya kofe; kəsmik kütləsi ilə çörək və ya ərimiş pendir. 
2-ci səhər yeməyi: yaşıl salat bitkilərindən salat, qatıqla birgə 
və  ya  xama  və  şəkərlə;  kəsmik  qoğalı  və  ya  şəkərli  vareniklər; 
südlü çay və ya kofe, yağ ilə çörək. 
Nahar: ispanaqlı və ya gicitkənlı və kartoflu, xamalı, yaşıl turş 
kələm şorbası (vegeterian); suda bişirilmiş ət, pörtlədilmiş itburnu 
cövhəri. 
Şam:  südlü  lapşa,  qarabaşaq  sıyığı  və  ya  südlü  yulaf  sıyığı; 
gilas və ya kompot-konservi. 
Saat 21-də kefir və ya şəkərli qatıq. 
Yayda:  
1-ci səhər yeməyi: xiyar salatı, qatıqlı şor və ya kəsmik qoğalı; 
südlü çay, çörək və yağ.  
2-ci  səhər  yeməyi:  səbzə  tərəvəzlərdən  salat,  bitki  yağı  ilə; 
qızardılmış salaka və koryşka balıqları.  
Nahar:  kvas,  göyərti  və  yumurtadan  hazırlanan  soyuq  şorba 
(vegetarian botvinyası), çuğundur və digər tərəvəzlər qatıqla və ya 
xama ilə, ətli qarabaşaqlı və ya kövrək arpa yarması sıyığı ilə və 
təzə  xiyarlı  zraza;  südlü  giləmeyvə  (ciyələk,  meşə  çiyələyi, 
qaragilə, cır mərsin və s.). 
Şam: yunan qabağının oladisi, südlü krem və ya gel. 


316
 
Saat 21-də qatıq və ya kefir. 
Payızda: 
Birinci səhər yeməyi: təzə kələmdən hazırlanan bitki yağlı sa-
lat və şəkər. 
Ikinci səhər yeməyi: almalı kəsmik tikələri, isti süd qara çörək 
dilimləri ilə. 
Nahar:  qızardılmış  balıq  kartofla  və  təzə  tərəvəz  salatı  ilə 
(xiyar, pomidor, bişmiş çuğundur və s.); bişmiş və ya pörtlədilmiş 
alma süd ilə. 
Şam: bişmiş düyü-yerkökü və ya yerkökü-alma, isti süd. 
Saat 21-də alma, gavalı, armud və ya digər meyvələr. 
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin