Bir günlük menyu (1-ci və 2-ci hamiləlik dövrləri üçün) belə
olur:
Birinci səhər yeməyi: zülal omleti (130 q) və ya yerkökü-şor
suflesi (250 q, və ya suda bişirimiş balıq (150 q); tərəvəzlərin bitki
yağında salatı (100 q); çay və ya itburnu həlimi (200 q).
İkinci səhər yeməyi yağsız şor pastası (160 q) və ya təzə şor
(150 q), suda bişirilmiş treska (150 q), süd və ya itburnu həli-
mindən (200 q) ibarət olur.
Nahar: təzə kələmdən hazırlanan turş şorba və ya tərəvəz
şorbası soyutma ət ilə və ya vegetarian borşu (250 q), mal əti tef-
telisi və ya buğda bişmiş balıq kotleti və ya suda bişmiş ev dovşanı
(100-150 q); qarabaşaq sıyığı və ya kartof, çuğundur püresi (140
q); tərəvəz salatı və ya vineqret (100 q); ərik qurusu və mövüc
kompotu və ya ərik şirəsi (200 q).
Qəlyanaltı: yağsız şor və ya şor süflesi (150 q), ərik, alma
şirəsi və ya itburnu həlimi (200 q).
Şam: suda bişmiş balıq (150 q) və ya vareniki (120 q), və ya
suda bişmiş ətdən raqu bitki yağında tərəvəzlə (50/240); şirə (100
q).
Yatmazdan əvvəl-kefir (200 q).
Gün ərzində -çovdar çörəyi (100 q); buğda çörəyi-(100 q).
Xroniki qlomerulonefrit xəstəliyi olan hamilə qadınların
müalicəvi qidalanması. Xəstəliyin forma və mərhələsindən asılı
olaraq pəhrizə iltihab, desensibilizə edən, antianimiya, sidikqovu-
cu və hipotenziv təsir edən maddələrlə zəngin olan məhsullar daxil
edilir.
Xəstəliyin yüngül formasında, böyrəklərin azot-ifrazat funksi-
yasının az pozulma hallarında, ekstrarenal vəziyyət olmadıqda
(hipertenziya, şişmək), qidalanmada minimal məhdudiyyət qoyu-
lur. Gündəlik rasiona 90-120 q zülal (1 kq hamilə qadın çəkisinə
1,5 q), 80 q yağ, 400-450 q karbohidratlar, 6-7 q xörək duzu, 1-ci
325
hamiləlik dövründə maye 1200 ml və ikinci hamiləlik dövründə
1000 ml daxil olur.
Nefrotik sindrom zamanı (şişmə, gündəlik proteinyriya 3,5-
4,0 q) böyrək çatışmazlığı olmadıqda zülalın miqdarı sidikdə ifraz
olunan zülal nəzərə alınmaqla 1,5 q/kq hesabı ilə artırılır. Yağ və
karbohidratların miqdarı yüngül nefrit formasında olduğu qədər
təyin olunur. Mətbəx duzu hamiləliyin 1-ci yarısında 4-5, ikinci
mərhələsində isə 3-4 qramadək məhdudlaşdırılır.
Çox şişmə zamanı heyvani zülalın miqdarı azaldılır və əsasən
bitki mənşəli yağlar təyin olunur. Tərkibində yüksək miqdarda
kalium duzuna malik olan (300-400 ml) məhsullar məsləhət
(bişmiş kartof, balqabaq, ərik, yunan qabağı, gavalı) görülür.
Arterial təzyiqin bir az qalxması zamanı (140/90 mm civə sütunu)
çuğundur şirəsi, quş üzümü, başınağacı, qara üvəz; anemiya zama-
nı-dəmirlə, foli turşusu və kobaltla zəngin olan (çiyələk, meşə
çiyələyi, alma, nar, üzüm, naringi şirəsi, təzə kələm) məhsullar
məsləhət görülür.
Xroniki nefritin hipertonik forması zamanı zülalın miqdarı 1-
1,2 kq-dək azaldılır. Zülala olan təlabat əsasən yumurta və
kartofun hesabına ödənilir ki, bunların da tərkibində bütün əvəz-
olunmayan aminturşuları vardır. Ətin tərkibində natrium çox
olduğundan o, məhdudlaşdırılır. Xörək duzu rasionda 1-ci hamilə-
lik dövründə 4-5 q-dək ikinci, hamiləlik dövründə isə 2-3 q azal-
dılır. Qalan nutrientlər rasiona nefrotik sindromda olduğu kimi
daxil olur.
Xroniki nefritin qarışıq formasında pəhrizin kimyəvi tərkibi,
xəstəliklərin əsas kliniki təzahürləri nəzər alınmaqla, yəni hiperto-
nik və şişmə sindromlarının əlamətlərindən hansının üstünlük təş-
kil etməsi ilə əlaqədar olaraq müəyyən olunur.
Qidanın dad keyfiyyətlərinin yaxşılaşdırılması üçün bişmiş
soğan, sarımsaq, bibər, cəfəri, şüyüd və xardalın istifadəsinə icazə
verilir. Tərəvəz və meyvələr çiy, qızardılmış, bişmiş və pörtlədil-
miş halda istifadə edilə bilər.
Rasionların gündəlik kaloriliyi hamiləliyin 1-ci yarısında
2700-2800 kkal, 2-ci yarısında isə 3000-3200 kkal olur.
326
Bir günlük rasion seçimi (hamiləliyin 1-ci və 2-ci yarısı üçün)
aşağıdakı kimidir(qramla): balıq-100, yağsız şor-150, kefir-200,
süd-200, xama-20, bitki yağı-25, kərə yağı-20, buğda çörəyi-250,
şəkər-40, yarma və makaron məmulatları-60, kartof-200,
çuğundur və yerkökü hərəsi-100, kələm-150, baş soğan-35, digər
tərəvəzlər-200, meyvə-giləmeyvə-300, itburnu həlimi 200 və
yumurta-2 ədəd. Sərbəst maye hamiləliyin 1-ci və 2-ci
mərhələlərində müvafiq olaraq 1200 və 1000 ml olmalıdır.
Dostları ilə paylaş: |