Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə128/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   124   125   126   127   128   129   130   131   ...   239
Balıq və balıq məhsulları qiymətli zülal (16-20%) və yağ (2-
2,8%), həmçinin müxtəlif mineral elementlərin mənbəyidir. Balıq 
yağı bioloji nöqteyi nəzərdən vacib olan və digər qida məhsulla-
rında kifayət  qədər olmayan araxidon  turşusuna və digər  yarım-
doymamış yağ turşularına malikdir.  
Balıq  əti  xeyli  miqdarda  A  (0,01-0,06  mq/100  q)  və  D 


294
 
vitamininə (2-30 mkq/100 q) malikdir. Məhz buna və yarımdoy-
mamış  yağ  turşularının  çox  olmasına  görə  treska  və  paltusun 
yağları yüksək bioloji dəyərə malik olur. 
Dəniz  məhsullarından  kalmar,  dəniz  xərçəngi,  dəniz  kələmi 
geniş  mikroelement  spektrinə  və  BAM-rə  malik  olub,  onlardan 
idmançıların  qidalanmasında  müntəzəm  şəkildə  istifadə  etmək 
məsləhət görülür.  
Çörək  qiymətli  qida  məhsuludur.  Çörəyin  əsas  komponenti 
karbohidratlar olub, onun kaloriliyini (100q-190-236 kkal) təmin 
edir. Onların içərisində əsas yeri nişasta tutur. Zülal dəyərinə görə 
ən yaxşı əla buğda unundan və II sort buğda unundan bişirilən çö-
rəklərdir.  Çörək  müxtəlif  vitamin  mənbəyi  olub,  ən  çox  kəpəkli 
buğda ununda olur.  
Nəzərdə saxlamaq lazımdır ki, bir çox mikroelementlər, vita-
minlər kimi dənin qabığında toplanır. Buna görə də əla sortlu unun 
çörəyində  mikroelementlər  kobud  üyünmədən  alınan  unun  çö-
rəyinə nisbətən 2-3 dəfə az olur.  
Yarma  əsasən  karbohidrat  (65-75%),  həmçinin  zülal  (11,3-
13,1%) mənbəyidir. Ən çox bioloji dəyərə malik olan zülal qara-
başaq  yarmasındadır.  Yarma  B-qrupu  vitaminləri,  mineral  mad-
dələr,  ən  əvvəl  Mg  və  Fe  mənbəyidir.  Ən  yüksək  qida  dəyərinə 
qarabaşaq və yulaf yarmaları malikdir.  
Yulaf yarmaları yüksək bioloji dəyərə malik olan məhsullara 
aiddir.  Onların  tərkibində  zülalın  miqdarı  11-13%  təşkil  edir. 
Qarabaşaq  və  yulaf  yarmasının  əsas  üstünlüyü  tərkibində  bağır-
saqların işləməsi üçün lazimi miqdarda sellülozanın olmasıdır. 
Paxlalı  bitkilər  (noxud,  paxla,  lobya.  xeyli  miqdarda 
karbohidratlara (54-57%) malik olub, kifayət miqdarda kalorilidir 
(309-323  kkal/100q).  Paxlalılar  xeyli  zülal  (22-27%)  və  sellü-
lozaya həmçinin kifayət qədər əvəzolunmayan aminturşusu-lizinə 
malikdir. Paxlalılarda xeyli B qrupu vitaminləri və zəngin mineral 
maddələr vardır. Yuyulma, isladılma və bişirilmə zamanı vitamin-
lərin  çox  hissəsi  itir.  Buna  görə  də  bişirilmiş  paxlalılar  şorba  və 
soyusların hazırlanmasında istifadə oluna bilər.  
Kartof 15-16% karbohidratlara malik olub, onun 100 qramı 83 


295
 
kkal enerji verir. Kartofda 2% zülal olsa da kükürdlü aminturşula-
rının  çatışmazlığı  hiss  olunur.  Lizinin  miqdarı  çoxdur.  Kartofun 
çox böyük dəyəri onun kaliumla zənginliyində (570/100 q) olub, 
ürək əzələlərinin normal funksiyasını təmin edir. Kartof vasitəsilə 
orqanizm xeli miqdarda fosfor alır.  
Kələm – dadlı və xeyirli məhsuldur. Ən geniş yayılan ağ baş 
kələmdir.  Onun  tərkibində  çoxlu  C-vitamini  (45-60  mq/100  q) 
olub, saxlanma zamanı onun az bir hissəsi itir. Yazda onun qalan 
hissəsi  30  mq/100  q  təşkil  edir.  Kələmin  şirəsi  xoraya  qarşı 
faydalıdır.  O,  həzm  vəzinin  yaxşı  stimuledicisidir.  Turşudulmuş 
kələm özünün turşuları hesabına çürümə mikroblarını öldürür və 
həzm prosesini yaxşılaşdırır.  
Yerkökü  –  karotinoidlərin  qiymətli  mənbəyi  olub,  ondan  A 
vitamini sintez olunur. Eyni zamanda yerkökündə PP vitamini və 
E vitamini də çoxdur.  
Çuğundur-vacib  mineral  elementlərə  malikdir:  Onlardan 
kalium (240mq/100q), natrium (90 mq/100 q) və Fe (1,4 mq/100 
q) xüsusi qeyd olunmalıdır. 
Çuğundurda rəngləyici maddələr – bakterisid təsirli antosian-
lar vardır.  
Pomidor bir çox vitaminlərin o, cümlədən C (20-25mq/100q), 
??????- karotin (0,5-1,2 mq/100 q) və PP (0,5 mq/100 q) mənbəyidir. 
Onun tərkibində mineral elementlərdən kaliumun miqdarı çox olur 
(290/100 q). 
Soğanın tərkibində çoxlu vitaminlər və qiymətli  maddələr – 
fitonsidlər  vardır.  Yaşıl  soğanda  30  mq/100  q  C  vitamini  və  2 
mq/100  q 
?????? − karotin  olur.  Soğanaqda  C  vitaminin  miqdarı  az, 
yəni 10 mq/100 q olur. Soğanın fitonsidləri bakterisid təsirə malik 
olub, orqanizmi bir sıra yoluxucu xəstəliklərdən qoruyur.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin