Firuddin cəFƏrov hasil fəTƏLİyev


Müalicəvi qənnadı məmulatları



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə125/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   121   122   123   124   125   126   127   128   ...   239
4.1.4. Müalicəvi qənnadı məmulatları 
Müalicəvi  qənnadı  məmulatları  xüsusi  texnoloji  sxemlə  və 
xammal  əlavə  edilməklə  hazırlanır.  Bu  məmulatların  tərkibinə 
sorbit, ksilit, qoz cecəsi, kola qozu, nanə, zirə və evkalipt yağları, 
saxarin, yerkökü şirəsi, hematogen və dəniz kələmi daxildir. 
Diabet  xəstəliyindən  əziyyət  çəkən  xəstələrə  məmulat  mini-
mum miqdarda karbohidrat olmaq şərtilə hazırlanır. Şəkərin əvə-
zinə ona saxarin, sorbit,  ksilit, nişastanın  əvəzinə isə qoz cecəsi, 
kəpək əlavə olunur. 
Mədə-bağırsaq  və  qaraciyər  xəstəlikləri  zamanı  draje,  kara-
mel,  pektinli  marmelad  qəbul  etmək  olar.  Yuxarı  tənəffüs 
yollarının xəstələnməsi zamanı evkamentol, anisomentol, mentol 
pastilkaları və s. qanazlığında-hemotogenli yerkökü, zirəli məmu-
latlar;  ateroskleroz  zamanı-dəniz  kələmi  məmulatları  (məsələn: 
“Klubnika”, “Monpasye” karamelləri, “Zelyonıy qoreşok” drajesi; 


285
 
yodlaşdırılmış məmulatlar) məsləhət görülür.  
Həmçinin qarğıdalı yağından da məmulatlar hazırlanır ki, bu 
da yarımdoymamış yağ turşuları ilə zəngin olub, orqanizmdə xo-
lesterinin  çıxarılmasına  köməklik  edir.  Məsələn,  “Novoye”, 
“Dietik”  peçenyeləri.  4.3  saylı  cədvəldə  bəzi  qənnadı  məlumat-
ların kimyəvi tərkibi verilmişdir:  
Cədvəl 4.3 
Bəzi qənnadı məmulatların kimyəvi tərkibi 
Məmulatın adı 
Rütubət, 

Yağ, % 
Həll olan 
karbohidrat-
lar, % 
Əlavələr, 

Tryüfellər: 
 
 
 
 
Saxarinlə 
3,3±1,5 
45,5±2 
20,2±3 
Saxarin 
Ksilitlə 
1,2±0,3 
42,2±3 

Ksilit 
Südlü şokalad: 
 
 
 
 
Saxarinlə 
1,9±0,5 
42,2±2 
36,6±2 
Saxarin 
Ksilitlə 
1,9±0,2 
35,5±2 
4±2 
Ksilit-41,7 
Ksilitli batonçiklər 
1,7 
29,7 

Ksilit-51,8 
 “Diabetik” peçenye 
5-6 
12,24 

Sorbit-29,1 
Ksilitdə gözcüklənmiş 
konfetlər
 

7,6 

Ksilit-62,5 
 
Tərkibində 
yod  olan  məmulatlar  müalicə-profilaktiki 
əhəmiyyət  daşıyır.  Onlar,  yod  çatışmazlığında  qalxanvari  vəzin 
fəaliyyəti pozulduqda məsləhət görülür. Bunun üçün dəniz kələmi 
və  ya  nişastalı  yod,  karamel,  zefir,  marmelad  həm  təbii,  həm  də 
sintetik  vitaminlər  və  ya  vitamin  xammalı  əlavə  etməklə  hazır-
lanır.  Karamel,  draje,  konfetlər,  şokalad,  peçenye,  pryanik  və 
halva  vitaminləşdirilir.  Satışa  tərkibində  C,  B
1
,  A,  D,  PP  vita-
minləri  olan  drajelər  çıxarılır.  C  vitamini  olan  draje  “Şokaladlı 
izyum”,  “Moloçnoe”,  “Şəkərli  itburnu”,  “Sitrusovoe”,  “Yujnoe” 
adı  altında  buraxılır.  C  və  B
1
  vitaminləri  olan  karamel-nabat 
yastıqcıqları  “Şipovnik”,  “Bim-Bom”  karamelidir.  Şirələnmiş 
konfetlər  C-vitamini  ilə  (“Krem-pomadka”),  B
1
  vitamini  ilə 
(“Kiyevskaya pomadka”) hazırlanır.  
Yeni  sort  peçenye,  pryanik  və  konfetlərin  çeşidləri  işlənib, 
istehsalata  yayılmışdır. Bu qənnadı məmulatlarının reseptlərində 


286
 
buğda rüşeyminin lopası, karotin, alma püresi, üvəz püresi və alma 
tozu  istifadə  olunmuşdur.  Məhz  bu  qida  əlavələri  -  pektinlər, 
sellüloza,  bitki  yağları,  vitaminlər  və  mineral  maddələr  yeni 
məhsullara  profilaktiki  təyinat  verir  və  onların  istifadə  olunması 
orqanizmin  bioloji-immun  reaktivliyini  artırır.  Bu  məhsulların 
istehsalında sirkə və ya essens turşularından istifadə edilmir. 
Müalicəvi  və profilkatiki  qənnadı  məmulatlarının buraxılışı-
nın  təşkili  ilə  əlaqədar  problemin  həlli  üçün  aşağdakı  məsələlər 
həll olunmalıdır: 
1.
 
Məmulatın  kalorisinin  aşağı  salınması.  Rusiya  Elmlər 
Akademiyasının Qida İnstitutunun məlumatına görə, qeyd olunan 
məmulatlarda  yağın  miqdarı  10-15%  arasında  olmalıdır.  Hal-
hazırda  o,  33%-i  keçir  ki,  bu  da  piylənməyə  və  aterosklerozun 
inkişafına səbəb olur. Karbohidratların miqdarı 55-75%, rafinləş-
mişlərin  miqdarı  10%-dən  artıq  olmamalı  olduğu  halda
 
faktiki-
20%-dən  artıq  olur.  Ümumi  zülalın  miqdarı  0-15%  olmalıdır, 
faktiki  isə  5,9  olur,  qida  lifləri  27-40%  olmalıdır,  ancaq  hal-
hazırda 10% təşkil edir.  
2.
 
Bir  sıra  yeni  xammal  növündən  və  əlavələrdən  istifadə 
edilməklə,  məmulatın
 
buraxılışı  üçün  əlverişli  şəraitin  yaradıl-
ması: qanda hemoqlobinin əmələ gəlməsinin kəskin aktivləşməsi 
üçün  kolloid  dəmirin,  yüksək  bioloji  dəyərə  və  yaxşı 
mənimsənilməyə və yüksək miqdarda zülala (quru maddəyə görə 
45%)  malik  olan  soya  süd  konsentratının,  orqanizmdən  zərərli 
kimyəvi  birləşmələri  və  ağır  metalları  çıxara  bilən  bioloji  aktiv 
əlavələrin istifadəsini nəzərdə tutur.  
3.
 
Yağlar qarışığının yağ-turşu tərkibinin modelləşməsi yolu 
ilə  tətbiqinin  təmini.  Doymuş  yağ  turşularının  miqdarı  10%-dək 
olmalıdır. Ancaq hal hazırda 25% təşkil edir. Doymuş turşuların 
artıqlığı maddələr mübadiləsinin pozulmasına, o cümlədən qanda 
xolesterinin  miqdarının  artmasına  səbəb  olur.  Yarım  doymamış 
yağ turşularının (linol, linolen, araxidon) miqdarı 7-100% arasında 
tərəddüd etsə də real olaraq 5%-ə qədər olur. Yarımdoymamış tur-
şular orqanizm üçün mühüm əhəmiyyət kəsb edir. Onlar hüceyrə 
membranının  tərkibinə  daxil  olub,  normal  böyümə  və  maddələr 


287
 
mübadiləsini, damarların elastikiyini və orqanizmdən xolesterinin 
xaric olmasını təmin edir.  
4.
 
Tələb olunan təhlükəsizlik meyarlarının yaradılması. Qeyd 
olunan  məsələlərin  realizə  olunması  üçün  xammal  göstərilən 
tövsiyyələrə  uyğun  istifadə  olunmalı,  qənnadı  məmulatına  vita-
minlər  və  mikroelementlərin  əsas  miqdarı  birbaşa  təbii  mənşəli 
ilkin xammalından keçməlidir. 
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin