4.1.3. Yabanı xammaldan hazırlanan içkilərin texnologiyası
Yabanı xammaldan hazırlanan içkilərin texnologiyası və
reseptləri işlənmışdır. Aşağıda onların bəziləri haqqında məlumat
verilir.
Limon otundan cövhərin hazırlanma texnologiyası. Xammal
281
əvvəlcədən sortlaşdırılır və xırdalanır, üzərinə su tökülür, 95-
100
0
C-dək isidilir (xammalın və suyun nisbəti 1:20) və 4 saat
ərzində su hamamına qoyulur (100
0
C). Cövhəri almaq prosesi
qurtardıqdan sonra, məhlul süzgəcdən keçirilir və şərbət hazırlan-
ması üçün istifadə edilir. Limon otundan cövhər hazırlanması
texnologiyası şəkil 4.1-də göstərilmişdir.
Limon otu cövhərinin keyfiyyətinə bir sıra tələblər qoyulur.
Belə ki, o xarici görünüşcə-şəffaf, rəngli çöküntüsüz maye olmalı
rəngi-sarı rəngdən açıq şabalıdıya qədər, iyi-xarakterik, xammala
uyğun, dadı özünəməxsus və limon otuna xas olmalıdır. Yüngül
acılığa icazə verilir. Kənar tam ola bilməz.
Alınmış cövhər, içki ilə hazırlanması üçün istifadə edilən
şəkər şərbətinin ətirləşdirilməsində istifadə edilir.
“Melissa” şərbətinin hazırlanma texnologiyası. Şəkər-tozu
3:1 nisbətində su ilə qarışdırılır, limon turşusu əlavə edilərək
qaynadılır və daimi qarışdırılmaqla əmələ gələn köpük götürülür.
Bu proses 10-12 saat davam edir. Sonra limonotunun sulu cövhəri
əlavə edilir, şərbət qaynama həddinə çatdırılır və 18-20
0
C-dək so-
yudularaq süzülür. Keyfiyyətinə bir sıra tələblər qoyulur. Özülü
şərbətin xarici görünüşü-şəffaf, rəngi – limonu-yaşıl, dad və ətri –
aydın ifadə olunan, şirin bal və limon ətirli olmalıdır.
Alınmış ətirli “Melissa” şərbəti qarışıq içkilərin hazırlanma-
sında istifadə edilir. Şərbət içkilərə daha çox tam, dad keyfiyyətlə-
ri, gözəl ətir və fərdilik verir.
“Melissa” şərbətinin hazırlanma texnologiyası aşağıdakı şəkil
4.2-də öz əksini tapmışdır.
“Rodniçok” içkisinin hazırlanma texnologiyası şəkil 4.3-də
verilmişdir.
“Rodniçok” içkisinin hazırlanma texnologiyası. Şərbəti,
limon turşusunu və 2-3 kub buzu stəkana yerəşdirirlər. Üzərinə
qazlaşdırılmış su əlavə edilir. İçkinin xarici görünüşü – şəffaf
limonolu iyli olmaqla stəkanın divarlarında qaz qabarcıqları
nəzərə çarpır.
282
Şəkil 4.1. Limon otundan su cövhərinin hazırlanmasının
texnoloji sxemi
283
Şəkil 4.2. Ətirləşdirilmiş “Melissa” şərbətinin texnologiyası
284
Şəkil 4.3. “Rodniçok” içkisinin hazırlanmasının texnoloji
sxemi
Dostları ilə paylaş: |