262
də göstərə bilərlər. Fenol birləşmələri öz strukturunda aktiv radi-
kallara malik olub, az aktiv olsa da, onların artıq miqdarda toplan-
ması digər oksidantlar kimi arzuolunmazdır. Polifenol antioksi-
dantlarının nisbi artıqlığı normal oksidləşmə-reduksiya reaksiya-
larını xeyli tormazlayaraq orqanizmdə neqativ hal yarada bilər.
Təkrar olunan texnologiya şərab materialında 1500-2500
mq/dm
3
fenol birləşmələrinin toplanmasına və yüksək orqanolep-
tik qiymət alınmasına (9,25-9,35 bal) imkan vermişdir
(A.Y.Yalanesskiy).
Beləliklə, Krımın Alma vadisində hazırlanan “Rkasiteli”
şərabı tədqiq edilərkən
məlum olmuşdur ki, bu şərab materialında
klassik texnologiyaya nisbətən öz tərkibində optimal miqdarda
etanol və fenol birləşmələrinə malik olur.
Buna görə də alkoqolun
hipertoniya xəstələrinə risk-faktor təsirini öyrənməyə çalışmışlar.
Müəyyən edilmişdir ki, alkoqolun orta gündəlik dozası 1 kq bədən
kütləsinə görə 0,365 ml olmaqla, risk-faktor həddini bir qədər
keçmişdir (0,250-0,300ml).
Ancaq tədqiq olunan şərab dozasının qəbulundan yaranan
kənar xoşagəlməz effekt çoxluq (23%) təşkil etməmiş və bu
alkoqolun dozası ilə əlaqəli olmamışdır. Bundan başqa müalicə
dövrü ərzində “Rkasiteli Alma” süfrə şərabının istifadə edilməsi
hipertoniya xəstələrinin vəziyyətininin şərab istifadə etməyən xəs-
tələrə nisbətən yaxşılığa doğru dəyişdiyi məlum olunmuşdur.
Korrelyasiya analizi 19 həqiqi korrelyasiya əlaqəsinin olması-
nı göstərmişdir. Bu, o deməkdir ki, bu şərab xəstənin ürək-damar
sisteminin nəzarət olunan əsas parametrlərinə mənfi təsir etmir.
“Rkasiteli Alma” süfrə şərabının səmərəli təsirinin təhlili gös-
tərir ki, onun funksional pozitiv aktivliyi həyacana qarşı daha mü-
vəffəqiyyətli müsbət təsirə malikdir.
Beləliklə “Rkasiteli Alma” qarışığından kaxet üsulu ilə
hazırlanan süfrə şərabı funksional müalicəvi-profilaktiki təsirə
malik olub, pəhriz faktoru kimi, hipertoniya xəstələri üçün müvəf-
fəqiyyətlə tətbiq oluna bilər.
Əldə edilən nəticənin yeniliyi ondan ibarətdir ki, kaxet üsulu
ilə alınan “Rkasiteli Alma” süfrə şərabının funksional müalicəvi-
263
profilaktiki aktivliyi ilk dəfə arterial hipertoniya xəstəliyinin
müalicəsi zamanı yüksək qiymət almışdır.
Dostları ilə paylaş: