251
hazırlamaq üçün reseptə kukumariya içalatının, dəniz kirpisi kürü-
sünün su-spirt çövhəri əlavə edilmiş və bu məmulata funksional
xüsusiyyət verilmişdir.
Fermentləşdirilmiş sous şəklində-preservlər Şərq ölkələrində
geniş yayılmışdır. Rusiyada soya sousu daha çox istifadə edilir.
Kukumariyanın daxili orqanları əsasında sous hazırlanmışıdr ki,
bunun reseptinə duz, ədviyyəli qarışıqlar, şəkər və ya süd turşusu
acıtmaları daxildir. Qarışıqların fermentləşməsi prosesinə, bufer
həcminə və orqanoleptik göstəricilərinə görə nəzarət olunmuşdur.
Sousun tərkibində 5,35% quru maddə vardır. Onun 69%-ni tam
qiymətli zülallar; 6,2%-ni karbohidratlar; 19,3%-ni mineral
maddələr; 5,5%-ni lipidlər təşkil edir. Bu qiymətli qida məhsulu,
xüsuslilə ferment sistemi zəifləyən yaşlı insanlar üçün əvəzolun-
mayan qida məhsuludur.
Qoloturiyanın toxuma və şirəsinin qida məhsullarına əlavə
edilməsi onun bioloji dəyərinin və əmtəə keyfiyyətinin yüksəlmə-
sinə, saxlanmasının yaxşılaşmasına, onda funksional
xüsusiyyətin
yaranmasına səbəb olur.
Qida rasionunda belə məhsulların istifadə edilməsi insan or-
qanizminin adaptasiya imkanlarının artmasına köməklik edir.
Dostları ilə paylaş: