248
Bir çox alimlər dəniz məhsullarını kimyəvi birləşmələrin
oksidləşmə proseslərinin tormozlanması üçün geniş istifadə edir-
lər. Bunun üçün artıq yapon kukumariyasının və frondoz küküma-
riyasının bioloji aktiv maddələrindən istifadə edilir.
Alimlər balıq yağını 10
0
C temperaturda saxlanma prosesində
tədqiq etmişlər.
Balıq yağına bioloji aktiv əlavələr kimi şirin suda yaşayan
molyuskalardan olan ampulyariyanın karatinoid konsentratı və
frondoza kukumariyasının fosfolipidlərinin konsentratı ilə birgə
qlikozidlərin istifadə edilməsi, aldehidlərin əmələ gəlmə proseslə-
rinin tormozlanması ilə müşayət olunur.
Kukumariyanın fosfolipid konsenratının qlikozidlə birgə
antioksidant aktivliyi xeyli dərəcədə özünü göstərir.
Hal hazırda funksional xüsusiyyətli qeyri-balıq su xammalın-
dan bir sıra bütöv mətbəx məmulatları işlənmişdir.
Suda bişirilmiş kolbasalar. Bu kolbasaların reseptinə şox vaxt
ət zülalının əvəzediciləri əlavə edilir. Bununla əlaqdədar olaraq
perspektivli əlavələr dəniz məhsulları sayıla bilər. Bunlardan
natamam keyfiyyətli balıq ətini, balıq ununu, balıq konsentratları-
nı və balıq izolyatlarını göstərmək olar.
“Stolovaya” tipli suda bişirilmiş kolbasaların pörtlədilmiş
yapon kukumariyasının əlavə edilməsi ilə istehsal texnologiyası
işlənmişdir.
Bu növ kolbasa yüksək funksional xüsusiyyətləri
ilə seçilir və
başqa kolbasalara nisbətən daha uzun müddətli saxlanma qabiliy-
yətinə malikdir.
Pörtlədilmiş kukumariya əlavə edilməsi ilə hazırlanan şor mə-
mulatlarının reklamı çox gedir. Onun duzlanmış şor dadı praktiki
olaraq hiss olunmur. Şora pörtlədilmiş kukumariyanın şirəsinin və
ya toxumalarının əlavə edilməsi üçün ən optimal doza 10%-dir.
Geniş yayılmış xəstəliklərin profilaktikasını təmin etmək üçün
funksional xüsusiyyətlərə malik olan məhsullar belə alınmışdır.
Oxşar içkilər dəniz kələmi əsasında alınan “Sevva” əlavəsi qat-
maqla hazırlanmışdır.
Buterbrod üçün yağ və marqarinlər çox populyardır. Son
250
Məhsulda triterpen qlükozdilərinin saxlanması (alimlər onu zəhər-
lərə aid etmişlər) geniş miqyaslı tədqiqatların aparılmasını tələb
etdi. Tibbi rəyə görə, gün ərzində 50-100 q kukumariya qəbul
edilməsi (insanın çəkisindən asılı olaraq) nəticəsində orqanizmin
immunoloji müdafiəsi güclənir, potensiyası artır, saçın böyüməsi
güclənir, maddələr mübadiləsi yaxşılaşır, şişə qarşı müqavimət
xüsusiyyəti yaranır.
Kukumariya qurusu əvvəllər ənənəvi texnologiya ilə hazır-
lanırdı. Bu məqsədlə xammalı uzunmüddətli 3 qat suda bişirərək
yuyur və 13 saat günəş altında qurutmaqla hazırlayırdılar. İndi
kukumariyanın qurudulması xammalın elektrik sobasında 6-15
dəqiqə ərzində isti ilə işlənməsilə aparılır. Bu üsul triterpen
qlikozidlərinin saxlanmasına, məhsulun oksdiləşmədən qorunma-
sına və qurutma prosesinin sürətlənməsinə şərait yaradır.
Öz şirəsində pörtlədilən kukumariya əsasında bir sıra qəlya-
naltı konservlərin işlənməsi aparılmışıdır. Bunlardan plov və ku-
kumariya əlavəli sıyığı misal göstərmək olar. Bu məhsullar ku-
kumariyanın əlavə edilməsi ilə əlaqəqədar kəskin isti ilə işlən-
mədən sonra da özündə triterpen qlikozidlərini saxlamış olur.
Dostları ilə paylaş: